Məhkəmə qərarları › İş №2-1(102)-635/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-635/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-635/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı işi üzrə QƏRARİ (Açar sözlər: aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(107)361/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsi ilə tutduğu vəzifədən azad edilmişdir

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmiş və qeyd etmişdir ki, ərizədə pensiya yaşına çatması ilə əlaqədar işdən azad olunması və b irdəfəlik haqqın ödənilməsi barədə qeyd olmadığından, ərizəçinin dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1ci maddəsinə əsasən öz arzusu ilə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illər DSMF-nin Ucar rayon şöbəsində qüsursuz işləmişdir. Ona təhkim olunan işləri vaxtında və düzgün icra etmiş, mükafatlar almışdır. xx.xx.2020-ci il tarixdə (61,5 yaşdan) dövlət qulluqçusu kimi pensiya hüququ yarandığına görə ona nazirlik tərəfindən göndərilmiş ərizənin formasına uyğun ərizə yaz dırılmışdır. Ona bildirilmişdir ki, bu ərizə nazirlik tərəfindən bütün rayonlara göndərilib və hamı bu nümunəyə uyğun ərizə yazmalıdır. xx.xx.2020ci il tarixdə nazirlik tərəfindən ona avtomatlaşdırılmış qaydada yaşa görə ümumu qaydada əmək pensiyası təyin edilmişdir. Onun pensiyaya çıxması barədə Azərbaycan Respublikası ƏƏSMN-nin və onun tabeliyində olan DSMF-nin aidiyyəti işçilərinin məlumatı var idi. Hesab edir ki, pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi barədə qeydin ərizədə göstərilməsi vacib idisə, ona məcburi qaydada tərtib olunmuş formaya uyğun ərizə yazdırılmamalı idi. Dəfələrlə nazirlik və tabeliyində olan DSMF-yə bu barədə müraciət etmişdir. Ona verilmiş cavablarda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusu kimi müvafiq qanunvericiliyə əsasən pensiya yaşı çatdığına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olaraq hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi və həmin məbləğdən vergi tutulmaması qeyd olunmuşdur. Etdiyi müraciətlərə əsasən Azərbaycan Respublikası ƏƏSMN-nin və onun tabeliyində olan DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 saylı cavab məktubunda ona dair xx.xx.2020-ci il tarixli, **********0 nömrəli əmrdə birdəfəlik haqqın ödənilməsinin qeyd olunmaması səbəbindən ona hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsinin mümkün olmadığı göstərilmişdir. Halbuki onun pensiyaya çıx masının əsası dövlət qulluğuna xitam verilməsi olmuşdur. Nazirlik onu “Dövlət Qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən azad etmişdir. Əslində isə həmin qanunun 33.2-ci maddəsinə əsasən işdən azad etməli idi. Nazirlik onun pensiyaçı olmasını nəzərə alıb, təklif etməli idi ki, ərizəsində pensiya yaşının çatmasını və birdəfəlik haqqın ödənilməsini qeyd etsin. Nazirlik tərəfindən bütün rayonlara göndərilmiş ərizələr eyni məzmunda olmuş və ərizədə tarix göstərilməmişdir. Hazırda ona Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən yaşa görə dövlət qulluqçusu kimi 702.32 manat pensiya təyin edilmişdir.

6. Cavabdeh orqan iddia tələbinə etirazında iddiaçının müraciəti ilə bağlı işin hallarını və qanunvericilik normalarının mətnini sadalamış və qeyd etmişdir ki, iddiaçının dövl ət qulluğuna pensiya yaşına çatması ilə əlaqədar deyil, öz ərizəsi əsasında xx.xx.2020-ci il tarixdən etibarən xitam verilmişdir. Həmçinin, əmək kitabçasından da göründüyü kimi, iddiaçının işdən çıxması öz arzusu əsasında “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə uyğun olmuşdur. Lakin, iddiaçının tələb etdiyi pensiyanın 6 misli məbləğində haqqın ödənilməsi üçün onun Qanunun 33.1.12-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsindən azad olunması tələb edilirdi.

7. Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli, 2-1(116)-1293/2022 nömrəli qərarı (hakim X3) ilə iddia təmin edilmiş, iddiaçıya aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Dövlət qulluğu haqq ında” Qanunun 33.2-ci maddəsinin, eləcə də “Əmək pensiyaları haqqında” Qanunun 7, 30.1, 30.2 və 31.1-ci maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci ildə, yəni 61.5 yaşı tamam olandan sonra yaşa görə pensiya hüququndan istifadə edərək təqaüdə çıxmış və işləməyə davam etməmişdir. Belə ki, iddiaçı dövlət qulluğunda olmanın yaş həddinin imkan verdiyi 65 yaş həddinə çatanadək işləməyə davam edə bilərdi. Belə olan halda, 61.5 yaşı tamam olduqdan sonra öz arzusu ilə dövlət qulluğundan azad olunması iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 33.2ci maddəsində nəzərdə tutulan imtiyazdan istifadə etmək imkanını yaratmış olur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında da “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə şərh verilərkən belə hüquqi mövqe nümayiş etdirilmişdir ki, dövlət q ulluqçusu pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxması üçün həvəsləndirilir ki, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şərait yaradılsın. Eyni zamanda, göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. İddiaçı hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2020-ci ildən yaşa görə pensiya hüququndan yararlanmaqla təqaüdə çıxaraq işləmədiyindən onun cavabdeh orqandan “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulan aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsini tələb etmək hüququ olmuşdur. İddiaçı və cavabdeh orqan tərəfindən təqdim edi lmiş, iddiaçının işdən çıxma barədə ərizəsindən göründüyü kimi, iddiaçı 1 ay xəbərdarlıq müddəti gözlənilmədən işdən azad edilməsini xahiş etmiş və xx.xx.2020-ci il tarixdə, yəni iddiaçı təqaüdə çıxdıqdan 1 ay sonra işdən azad edilmişdir. Hər bir halda ərizənin yazılma və qeydiyyata alınma tarixi mövcud olmadığından və iddiaçı, ona pensiya təyin edildikdən sonra işləmək istəməməsi ilə bağlı ərizəsini cavabdeh orqana təqdim etdiyindən, cavabdeh orqanın iddiaçını 1 ay sonra işdən azad etməsi, iddiaçının təqaüdə çıxdıqdan sonra da işləməyə davam etməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçının pensiya yaşına çatması və öz arzusu ilə dövlət qulluğundan çıxması şərtləri sübuta yetirildiyindən, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(107)-361/2022 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X5 və X2) ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəl illəri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının dövlət qulluğuna pensiya yaşına çatması ilə əlaqədar deyil, öz ərizəsi əsasında xx.xx.2020-ci il tarixdən etibarən xitam verilmişdir. Həmçinin, əmək kitabçasından da göründüyü kimi, iddiaçının işdən çıxması öz arzusu əsasında “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə uyğun olmuşdur. Lakin, iddiaçının tələb etdiyi pensiyanın 6 misli məbləğində haqqın ödənilməsi üçün onun həmin Qanunun 33.1.12-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsindən azad edilməsi tələb olunurdu. Göründüyü kimi, iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamand a hüquqi əsaslar da mövcud deyildir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Dövlət qulluğu haqqında” Qanun Maddə

33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. (-)

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı (-) “Dövlət qu lluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi, qanunverici bu halda iki əsas şərti irəli sürür: - dövlət qulluqçusunun pensiya yaşına çatması; - öz arzusu ilə dövlət qulluğundan çıxması. Bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Həmin maddəyə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddənin “Qeyd” hissəsi nəzərə alınmaqla, kişilər üçün pensiya yaşı 63, qadınlar üçün isə hazırda 59,5 (bu yaş həddi 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) yaş təşkil edir. (-) 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə al ınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır

17. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdir ə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kolleg iyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquql arı Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından dövlət qulluqçusuna aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi üçün tələb olunan əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməs i tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının yaşa görə pensiya hü ququ xx.xx.2020-ci il tarixdə yaranmış və ona avtomatlaşdırılmış qaydada həmin tarixdən yaşa görə pensiya təyin edilmişdir. İddiaçının dövlət qulluğuna isə öz ərizəsinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Həmin ərizədə onun yazılma və qeydiyyata alınma tarixi barədə rekvizitlər qeyd olunmamışdır.

26. Bu qərarın 14-cü bəndində istinad olunan normaların təfsiri baxımından pensiya yaşına çatmış dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğundan çıxması barədə ərizə ilə pensiya hüququ yarandıqdan sonra işəgötürənə müraciət etməsi heç də bütün hallarda “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin tətbiqini istisna edən hal kimi qiymətləndirilə bilməz. Eləcə də həmin hal “Dövlət qulluğu haqqında” Qanunun 33.1-ci maddəsinin mütləq və əlahiddə tətbiqini şərtləndirən hal kimi də qiymətləndirilə bilməz. Qeyd etmək lazımdır ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.1-ci və 33.2-ci maddələri həm biri-biri ilə, həm də həmin qanunun dövlət qulluğunda olmanın yaş həddini tənzimləyən 32-1-ci maddəsi ilə əlaqəli şəkildə təfsir olunmalıdır.

27. Bununla bağlı nəzərə almaq lazımdır ki, “Dövlət qulluğu haqqında” Qanunun 33-ci maddəsinə görə, 33.1-ci maddə dövlət qulluğuna xitam verilməsi əsaslarına aiddir və ümumiyyətlə şəxsin öz arzusu ilə dövlət qulluğundan çıxdığı bütün halları tənzimləyir, yəni ümumi xarakter daşıyır. Həmin Qanunun 33.2-ci maddəsi isə 33.1-ci maddəyə münasibətdə xüsusi normadır və dövlət qulluqçusunun pensiya qanunvericiliyinə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdığı halları tənzimləyir.

28. Bu baxımdan pensiya yaşına çatmış dövlət qulluqçusunun hüququ yarandıqdan sonra öz arzusu ilə işdən azad edilməsi barədə müraciətinə “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin məqsədləri və həmin qanunun dövlət qulluğunda olmanın yaş həddini tənzimləyən 32-1-ci maddəsinin təyinatı baxımından qiymət verilməlidir. Bununla bağlı həmin normaların təfsiri və tətbiqi zamanı dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində əmək fəaliyyətini davam etdirmək imkanı, onun pensiya hüququnun yarandığı tarixdən öz arzusu ilə dövlət qulluğundan çıxması barədə ərizənin, eləcə də bununla əlaqədar işəgötürən tərəfindən müvafiq əmrin verildiyi tarixədək keçən müddət, ərizənin təqdim olunma tarixi, dövlət qulluqçusunun ona pensiya təyin edildikdən sonra işlədiyi müddət, həmçinin dövlət qulluğunda olmanın son yaş həddinə qədər qalan müddət nəzərə alınmalıdır.

29. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının yaşa görə pensiya hüququ yarandıqdan (xx.xx.2020-ci ildə) və ona pensiya təyin edildikdən bir ay sonra öz arzusu ilə işdən azad edilməsi barədə ərizəsinə əsasən onun dövlət qulluğuna xitam verilmişdir (xx.xx.2020-ci ildə). Başqa sözlə, iddiaçının yaşa görə pensiya hüququ yarandığı və ona avtomatlaşdırılmış qaydada pensiya təyin edildiyi tarixdən öz arzusu ilə işdən azad edilməsi barədə ərizəsi əsasında onun dövlət qulluğuna xitam verilməsi tarixinədək keçən bir aylıq müddət yuxarıda istinad edilən normaların məqsədləri baxımından onun müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqı almaq hüququnu istisna edə bilməz. Nəzərə almaq lazımdır ki, həmin müddətin kifayət qədər qısa olması istinad olunan normalar anlamında iddiaçının məhz pensiya yaşı çatdığına görə öz iradəsi ilə dövlət qulluğundan çıxdığına dəlalət edir. Bu zaman həmçinin həmin müddət ərzində iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 32-1ci maddəsində dövlət qulluğunda olmanın son yaş həddi ilə bağlı təsbit edilmiş hüquqdan yararlanmaq imkanından könüllü olaraq imtina etdiyi də nəzərə alınmalıdır.

30. Bundan başqa, öz arzusu ilə işdən azad edilməsi barədə ərizədə iddiaçı tərəfindən pensiya yaşına çatması ilə əlaqədar dövlət qulluğuna xitam verilməsinin və birdəfəlik haqqın ödənilməsinin xüsusi olaraq qeyd olunmaması da iddiaçını həmin birdəfəlik haqqı al maq hüququndan məhrum edən hal kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, cavabdeh əslində bununla bağlı qanunvericiliyin tələbləri barədə iddiaçını məlumatlandırmaq öhdəliyi daşıyır və həmin öhdəliyi iddiaçıya münasibətdə yerinə yetirdiyi iş üzrə materiallardan görünmür.

31. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçıya münasibətdə “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin tətbiqindən yalnız öz arzusu ilə dövlət qulluğundan çıxması barədə ərizə ilə həmin normanın məqsədini və mahiyyətini hecə endirəcək müddət keçdikdən sonra işəgötürənə müraciət olunduğu hallarda imtina etməkdə haqlı sayıla bilərdi. Hazırkı mübahisəyə münasibətdə belə halın mövcudluğu iş üzrə materiallardan görünmür.

32. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyas iya məhkəməsinin iş üzrə qərarı qanuni və əsaslı sayılmalı, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(107)-361/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar