Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-636/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 1 oktyabr 2009-cu ildən sonra mənzilə dair verilən order əsasında mənzilin özəlləşdirilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs: Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti) “mənzilə mülkiyyət hüququnun qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1942/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçının həyat yoldaşı X4 13.06.1990-cı il tarixdən mənzil növbəsində dayanmış, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 443 saylı 25.05.1998-ci il tarixli sərəncamına əsasən X4 uçot tarixi saxlanılmaqla ehtiyatda ola n zabit kimi növbədənkənar qaydada mənzil almaq hüququ olan vətəndaşların imtiyazlı siyahısına keçirilmiş, imtiyazlı əsaslarla növbədənkənar qaydada mənzil almaq hüququna malik olan vətəndaşların siyahısında 7-ci, ehtiyatda olan zabitlərin siyahısında 1-ci olmuşdur. İddiaçı və onun həyat yoldaşı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 22.02.2007-ci il tarixli 02/107 saylı məktubu ilə ünvan mənzilində müvəqqəti məskunlaşmışlar. Daha sonra Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 79 saylı 22.08.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Q.Qarayev prospekti 16 saylı evin 60-cı mənzili 2 nəfər ailə tərkibi ilə X2 daimi istifadəsinə verilmişdir. İddiaçının həyat yoldaşı X4 28.01.2017-ci il tarixdə vəfat etmişdir. Bundan sonra 02.06.2017-ci il tarixdə Bakı şəhəri, Q.Qara yev prospekti 16 saylı evin 60-cı mənzilinə dair kirayə müqaviləsi iddiaçının adına dəyişdirilmişdir. İddiаçı 11.12.2017-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh 26.12.2017-ci il tarixli məktubu ilə imtina edərək bildirmişdir ki, sərəncam 02.06.2017-ci il tarixdə verildiyi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci və 2009-cu ilin oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinə görə ərizəsinin icrası mümkün deyil. İddiaçı 29 mart 2018-ci il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 11/79 saylı 02.06.2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Q.Qarayev prospekti 16 saylı evin yaşayış sahəsi 16.2 kv.metr olan 1 otaqlı 60 saylı mənzilə özəlləşdirmə əsasında iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın maddi hüquqi əsası kimi “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(82)-1957/2019 saylı iş) 3 iyul 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlər toplusundakı mənzilə dair sərəncam 2017-ci ildə, yəni 1 oktyabr 2009-cu il tarixdən s onra qəbul olunduğundan, onun iddiaçının mənzil mülkiyyət hüququ yarana bilməz. Sözügedən mənzilə münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinin tətbiqinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin norma bu Qanun qüvvəyə minənədək istifadədə olmuş mənzillərə şamil oluna bilər. Odur ki, cavabdehin imtinası qanuna zidd sayılmamalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 iyul 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6-məruzəçi, X7 və X10, 2-1(103)-13/2019 saylı iş) 5 fevral 2019-cu il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (h akimlər X5-məruzəçi, X11 və X12, 2-1(102)-1807/2019 saylı iş) 29 may 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçı və həyat yoldaşının 22.02.2007-ci il tarixdən ünvan mənzilində müvəqqəti məskunlaşmasına əsas vermiş hüquqmüəyyənedici sənədlərə qiymət vermədən, iddiaçı və həyat yoldaşının uzun müddət mənzil növbəsində olmasını, o cümlədən 22.02.2007-ci il tarixdən ünvan mənzilində müvəqqəti də olsa məskunlaşmalarını nəzərə almadan işə baxmış və qərar qəbul etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 iyul 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8-məruzəçi, X14 və X13, 2-1(103)-1942/2019 saylı iş) 10 oktyabr 2019-cu il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 24 dekabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçı qanuni əsaslarla, yəni sosial kirayə müqaviləsi əsasında mübahisəli mənzilə istifadə və sahiblik etdiyindən, onun həmin mənzili özəlləşdirmək hüququ yaranmışdır. Mənzilin ilkin qeydiyyata alınmasından imtina olunması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə, öz qərarında Bakı şəhəri Nizami RİH başçısının 1-1/79 saylı 02.06.2017-ci il tarixli sərəncamı ilə sosial kirayə müqaviləsi əsasında mənzillərin özəlləşdirilməsinə məhdudiyyətlər nəzərdə tutan Mənzil Məcəlləsinin qüvvəyə minməsindən (01.10.2009-cu il) sonra verilməsinə istinad etsə də, iddiaçının mənzillə bağlı kirayə hüquqları Mənzil Məcəlləsinin qüvvəyə minməsindən əvvəl yaranmışdır. Belə ki, N.İsrafilov Naxçıvanski küçəsi 73 saylı evin bir otaqlı 13-cü mənzilində, zərurət yarandıqda mənzili boşaltmaq şərti ilə müvəqqəti yerləşdirilmiş, lakin sonradan həmin mənzilin əvəzi olaraq Q.Qarayev prospekti 16 saylı evin yaşayış 60 saylı mənzili daimi yaşayış üçün verildikdən sonra o, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotundan çıxarılmışdır. 28.01.2017-cı il tarix də həyat yoldaşı N.İsrafilov vəfat etdikdən sonra iddiaçının ərizəsi əsasında sözügedən mənzilin kirayə müqaviləsi iddiaçının adına dəyişdirilərək o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Belə olan halda, iddiaçının mübahisəli mənzilə kirayə hüququ Mənzil Məcəlləsinin qüvvəyə minməsindən əvvəl yarandığından, həmin münasibətlər “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu ilə tənzimlənməlidir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya mənzil çıxarış verilməsindən imtina olunması və iddianın təmin edilməməsi əsassızdır. Şikayətin maddi hüquqi əsası kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8, 9, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 15-ci maddəsinə istinad olunmuşdur. tərəflərin izahatlar ı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şika yətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı sərəncam əsasında onun istifadəsinə verilmiş mənzilin özəlləşdirilməsini və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh hesab edir ki, mənzilin iddiaçıya verilməsi barədə icra hakimiyyətinin sərəncamı 02.06.2017-ci il tarixdə verildiyi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci və 2009-cu ilin oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinə görə ərizəsinin icrası mümkün deyil. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öh dəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin hallarından görünür ki, 12 dekabr 1990-cı il tarixdə iddiaçının əri 5 nəfər ailə tərkibində (özü, arvadı, oğlu, 2 qızı) (özü, arvadı, oğlu, 2 qızı) ümumi əsaslarla mənzil növbəsinə qəbul edilmiş, 25 may 1998-ci il 443 №-li sərəncamla uçot tarixi saxlanılmaqla ehtiyatda olan zabit kimi növbədənkənar qaydada mənzil almaq hüququ olan vətəndaşların imtiyazlı siyahısına keçirilərək zabitlərin siyahısında 1-ci olmuş, Nizami RİHin 22.02.2007-ci il tarixli 02/107 nömrəli məktubuna əsasən Naxçıvanski küçəsi 73 saylı evin 13-cü mənzilində, zərurət yarandıqda mən zili boşaltmaq şərti ilə, müvəqqəti yerləşdirildiyi nəzərə alınaraq qərara alınmışdır ki, Bakı şəhəri Q.Qarayev prospekti 16 saylı evin 1 otaqlı 60 saylı mənzil daimi yaşamaq üçün 2 nəfər ailə tərkibi (özü və arvadı İddiaçı) X verilsin və o, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotundan çıxarılsın. ünvan 2 ünvanında yerləşən 1 otaqlı 60 saylı mənzilin X3 verilməsi barədə göstəriş və bu barədə Bakı şəhər MKTD-nin 13.06.2016-cı il tarixli məktubu olmuş, N.İsrafilovun 28.01.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar Nizami RİH başçısının 2 iyun 2017-ci il 1-1/79 saylı sərəncamı ilə qərara alınmışdır ki, ünvann kirayə müqaviləsi 1 nəfər ailə tərkibində onun arvadı hazırkı İddiaçı adına dəyişdirilsin və o həmin mənzilin kirayəçisi hesab edilsin. İddiaçı cavabdehdən ünvann onun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmasını və bu barədə ona çıxarış verilməsini arzu etmişdir. ünvan yerli icra hakimiyyətinin əvvəlcə daimi yaşayış üçün verilməsi haqqında 22.08.2016-cı il tarixli sərəncamı ilə X, onun ölümündən sonra isə mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında 02.06.2017-ci il tarixli sərəncamı ilə İddiaçı kirayəsinə verilmişdir. İddiaçı, habelə mərhum əri adı çəkilən mənzili ən azından 2016-cı ildə əldə etdiklərindən mübahisəyə hazırkı Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqın da” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləş dirilməsi haqqında” Qanunu vətəndaşlara 1 oktyabr 2009-cu il tarixdən sonra verilən dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. Belə yaşayış sahələrinin özəlləşdirilməsi yalnız qanunla nəzərdə tutulduğu hallarda mümkün ola bilər. Bu baxımdan, konkret halda, iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanaraq ünvan rayon icra hakimiyyətinin qeyd olunan sərəncamı (sərəncamları) əsasında özəlləşdirmək hüququ yoxdur. Mənzilin X daimi yaşayış üçün verilməsi haqqında 22.08.2016-cı il tarixli ilkin sərəncamında onun 1990-cı ildən mənzil növbəsində olmasının qeyd olunması və Nizami RİH-nin 22.02.2007-ci il tarixli məktubuna əsasən onun başqa mənzildə (ünvan) mənzildə yerləşdirilməsinə gəldikdə isə b u hal mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə əsas vermir. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Digər tərəfdən, 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin qeyd olunan tələblərində də, məhz, mənzilin mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olan sənədlər sadalanmışdır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Belə olan halda, 22.08.2016-cı il tarixli ilkin sərəncamda qeyd olunan Nurbaba İsrafilovun 1990-cı ildə mənzil növbəsinə götürülməsi barədə mövcud olan hər hansı bir sənəd və ya onun müvəqqəti yaşamaq üçün başqa bir mənzildə yerləşdirilməsi barədə Nizami RİH-in 22.02.2007-c il tarixli məktubu hazırkı mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə əsas verən sənədlər kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə, d övlət mənzil fondunda olan mənzil iddiaçının istifadəsinə Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ildən sonra verildiyindən həmin Məcəllənin 146.2-ci maddəsinin tələbinə əsasən iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadla özəlləşdirmə qaydasında mənzilə mülkiyyət hüququna dair çıxarış almaq hüququ olmamışdır. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1942/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-636/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-636/2020
24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver