Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-636/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi) Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlu oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tab eliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(103)-2333/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. ZE ******* nömrəli hərbi biletə əsasən iddiaçı 1984-1987-ci illərdə həqiqi hərbi xidmət keçmişdir.
2. YB-1 110538 nömrəli diploma əsasən, iddiaçı 1 sentyabr 1983-cü il tarixdən 1990cı il 13 iyun tarixinədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstituna (indiki Azərbaycan Neft və Sənaye Universiteti) təhsil almışdır
3. İT-İ ******* nömrəli əmək kitabçasın a əsasən iddiaçının 2006-cı ilə qədər aşağıdakı iş stajı müəyyən olunur: 01.09.1983-xx.xx.1990: Azərbaycan Neft və Kimya İnstitunda təhsil və hərbi xidmət; 02.09.1990-xx.xx.1998: Xəzərdənizneftqaz İB-də kəşfiyyt qazma işlərində üzən «Şeflf-2-Şelf-5 üzən qurğularda buruğa xidmət və buruqda elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru; 21.07.1998-xx.xx.2000: “X3 Ltd” MMC şirkətinin “İstiqlal” qurğusunda takelajçı; xx.xx.2000 - xx.xx.2000: kran üzrə operator köməkçisi; xx.xx.2000-xx.xx.2001: kran operatoru; xx.xx.2001– xx.xx.2005: qazma qurğusunda elektrik.
4. ARDNŞ (SOCAR) X6 Trestinin 12 yanvar 2021-ci il tarixli arxiv arayışına əsasən iddiaçı 12 sentyabr 1990-cı il tarixdən 12 oktyabr 1998-ci il tarixədək “Xəzərqazmaneftqazsənaye” İB-nin Xüsusiləşdirilmiş Tex niki Vasitələrlə X7 İdarəsində işləmişdir. “Xəzərdənizneftqaz” İB-nin 10 mart 1993-cü il 78 saylı əmrinə əsasən 1 aprel 1993-cü il tarixindən “Xəzərdənizneftqaz” İB-nin Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X7 İdarəsinin adı dəyişdirilərək X1 Qazma İdarəsi adlandırılmışdır. SOCAR-ın (ARDNŞ) 28 saylı 8 aprel 2003-cü il tarixli və “Azneft“ İB-nin strukturunun təkmilləşdirilməsi haqqında 16 aprel 2003-cü il tarixli saylı əmrləri ilə X1 Qazma İdarəsi Qazma Sexi kimi “Bayıl Limanı" X7 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 12 mart 2007-ci il tarixli 51 saylı və 14 mart 2007-ci il tarixli 60 saylı əmrləri ilə “X6” Tresti yaradılmışdır və “Bayıl Limanı" X7 İdarəsi Trestin tabeliyinə verilmişdir. SOCAR-ın 6 iyun 2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Liman” X7 İdarəsinin adı dəyişdirilərə k “Xəzər" X7 İdarəsi adlandırılmışdır. SOCARın 8 avqust 2012-ci il tarixli 101 saylı və “X6” Trestinin strukturunun təkmilləşdirilməsi haqqında 18 avqust 2012-ci il tarixli 82 saylı əmrlərinə əsasən “Xəzər” X7 İdarəsi ləğv olunmuş və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCAR-ın 27 dekabr 2013-cü il tarixli SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil" Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid" İstehsalat Bölümü kimi fəaliyyət göstərir. Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X7 İdarəsində 12 sentyabr 1990-cı il tarixdən 1 may 1991-ci il tarixədək “Şelf-2” X2rğusuna 4-cü dərəcəli buruq avadanlığına xidmət edən elektrik montyoru peşəsində, 1 may 1991-ci il tarixdən 5 aprel 1992-ci il tarixədək “Şelf-2” X2rğusuna 5-ci buruğ avadanlığına xidmət edə n elektrik montyoru peşəsində, 5 aprel 1992-ci tarixdən 1 iyun 1993-cü il tarixədək “Şelf-5” X2rğusuna elektrik avadanlıqları üzrə mexanik vəzifəsində, 1 iyun 1993-cü il tarixdən 1 iyul 1996-cı il tarixədək “Şelf-5” X2rğusuna elektrik avadanlıqları üzrə böyük mexanik vəzifəsində 1 iyul 1996-cı il tarixdən 12 oktyabr 1998-ci il tarixədək “Şelf-5” X2rğusuna elektrik avadanlıqları üzrə mexanik vəzifəsində işləmiş, 12 oktyabr 1998-ci il tarixdən işdən azad olunmuşdur.
5. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh **********8 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçı 1 may 1991-ci il tarixdən 12 oktyabr 1998-ci il tarixədək güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə iş ləsə də, onun 29 mart 2000-ci il tarixdən 1 yanvar 2006cı il tarixədək “X4” LTD-də işlədiyi kran üzrə operator və elektrik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) fəhlələr yarımbölməsində nəzərdə tutulmamadığından, həmin dövr güzəştli iş stajına aid deyil və onun güzəştli iş stajı 10 ildən az (7 il 5 ay 11 gün) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımı ndan mümkün hesab edilmədiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyasının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12 sentyabr 1990-cı il tarixdə M.Əzizbəyov adına Azneftkimya Birliyinin “Şelf-2” X2rğusuna gənc mütəxəssis kimi 4-cü dərəcəli buruq avadanlığına xidmət edən “elektrik montyoru” vəzifəsinə işə qəbul edilmiş və bu sahədə 12 oktyabr 1998-ci il tarixədək, yəni bu qurumda 8 il 1 ay müddətində “elektrik montyoru” vəzifəsində çalışmışdır. Qeyd olunan müəssisədə çalışdığı zaman yeni yaradılmış “X3 Ltd” MMC şirkətinin “İstiqlal” qurğusunda 21 iyul 1998-ci il tarixdə “takelajçı” işinə qəbul edilmiş, 28 mart 2000-ci il tarixədək bu işdə çalışmış, 29 mart 2000-ci il tarixdə qeyd olunan müəssisədə “kran üzrə operatorun köməkçisi” vəzifəsinə, 30 avqust 2000-ci il tarixdə isə, "xxxx" vəzifəsinə keçirilmişdir. Müəssisədəki “İstiqlal” qurğusunda “takelajçı” vəzifəsində 1 il 8 ay iş stajına malik olmuşdur. “İstiqlal” qurğusunda “kran üzrə operatorun köməkçisi” vəzifəsində 5 ay müddətində, "xxxx" vəzifəsində isə 1 il 2 ay 8 gün iş stajı toplamışdır. 8 noyabr 2001-ci il tarixdən etibarən Müəssisənin “Dədə Qorqud” qazma qurğusunda “elektrik” vəzifəsinə, 24 yanvar 2009-cu il tarixdə “böyük elektrik” vəzifəsinə keçirilmişdir. Hal-hazırda müəssisədə “böyük elektrik” vəzifəsində çalışır. İcra etdiyi “elektrik” vəzifəsi əvvəllər adlandırılan elektrik montyorun vəzifəsinin eynisidir. Hazırda müəssisədə “elektrik montyoru” yox, elektrik kimi rəsmiləşdirilir. Əslində elektrik, elektrik montyorun funksiyalarının eynisidir. Eyni iş icra olunur. Qeyd olunanları nəzərə alaraq, 1 oktyabr 2018-ci il tarixdə onun 52 yaşı tamam olmuşdur. Əyani təhsil aldığı dövr ümumi iş stajına daxil olduğundan, 1983-cü ilin sentyabrından hesablanmaqla, ümumi əmək iş stajı 1 sentyabr 2018-ci il tarixdə 35 il olmuşdur. Hətta əyani təhsil aldığı dövr və hərbi xidmət illəri nəzərə alınmadığı halda, 12 sentyabr 1990-cı ildən hesablanmaqla 1 sentyabr 2018ci il tarixə, yəni 52 yaşı tamam olan vaxt ümumi iş stajı 27 il 11 ay 18 gün olmuşdur. Azərbaycan Respub likası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahıya görə 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 12 sentyabr 1990-cı il tarixdən 12 oktyabr 1998-ci il tarixədək cəmi 8 il 1 ay müddətində Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahının “X” bölməsinin 1100000а – 11590 yarımbəndin təsiri altına düşən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən “elektrik montyoru” vəzifəsində çalışmışdır. 21 iyul 1998-ci il tarixdən 28 mart 2000-ci il tarixədək “X3 Ltd” şirkətində “İstiqlal” qurğusunda “takelajçı” vəzifəsində 8 ay müddətində çalışmışdır. 29 mart 20 00-ci il tarixdən 29 avqust 2000-ci il tarixədək “İstiqlal” qurğusunda operatorun köməkçisi vəzifəsində 5 ay müddətində işləmişdir. 30 avqust 2000-ci il tarixdən 7 noyabr 2001-ci il tarixədək “İstiqlal” qurğusunda "xxxx" vəzifəsində 1il 2 ay işləmişdir. 8 noyabr 2001-ci il tarixdən 23 yanvar 2009-cu il tarixədək “Dədə Qorqud” qurğusunda “elektrik” vəzifəsində çalışmaqla, əmək fəaliyyətini davam etdirmişdir. 8 noyabr 2001-ci il tarixdən 1 yanvar 2006-cı il tarixə qədər “elektrik” vəzifəsində iş stajı 4 il 2 ay təşkil edir. İcra etdiyi iş 1990 – 1998-ci illərdə icra etdiyi “elektrik montyoru” vəzifəsi ilə eyni funksiya daşıyır. Beləliklə “operator” vəzifəsi 1 nömrəli siyahının “X” bölməsinin 1100000a – 15866 yarım bəndin təsiri altına düşür. Çünki kran operatoru quyuların əsaslı təmiri işl ərini icra edir. Bundan əlavə 8 noyabr 2001-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Dədə Qorqud” qurğusunda çalışdığı “elektrik” vəzifəsi Azərbaycan dilinin qaydalarına uyğun olaraq sənədlərdə 2000-ci ildən sonra müəssisədə “elektrik montyoru” deyil, “elektrik” vəzifəsi kimi yazıldığından, qaydalara uyğun olaraq əmrlərdə və əmək kitabçalarda “elektrik montyoru” sözü “elektrik” kimi qeyd edilmişdir. Bu dövrdəki “elektrik” vəzifəsi Nazirlər Kabinetinin 23 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının “X” bölməsinin 1100000a – 13590, 1100000a – 19838, 1100000a – 19861 yarım bəndlərin təsiri altına düşür. Bu dövr üçün güzəştli şərtlərlə iş stajı 4 il 2 ay təşkil edir. Hətta "xxxx", “takelajçı” fəhlə işləri üzrə stajı nəzərə alınmadan “elektrik” vəzifəs i üzrə güzəştli iş stajı 12 il 3 ay (8 il bir ay + 4 il iki ay) təşkil edir. Buna baxmayaraq, iddiaçının yaşa görə güzəştli pensiya təminatı barədə müraciətinə cavabdeh təşkilat 14 avqust 2021ci il tarixdə 8 iyul 2021-ci il tarixli məktubu ona təqdim edərək yaşa görə pensiya təyin etməkdən imtina etmişdir.
9. Cavabdeh imtina məktubu ilə eyni məzmunda tərtib olunmuş iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə sorğusuna əsasən “X3 LTD” şirkətinin 23 aprel 2021-ci il tarixli DDG004-2021 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı X5 LTD şirkətində 1998-ci ildən 28 mart 2000-ci il tarixədək “İstiqlal” qazma qurğusunda takelajçı, yəni fəhlə (buruqlarda yüklərin daşınması, sıralanması, imləklənməsi və s.) vəzifəsində 1 il 8 ay (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına əsasən 1 saylı siyahı, X bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), kod – 1100000a a) fəhlələr). “İstiqlal” qurğusunda 29 mart 2000-ci il tarixdən 8 noyabr 2001-ci il tarixədək kran operatoru və kran operatorun köməkçisi – qaldırıcı maşinist funksiyalarını (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiqlənmiş 1 saylı siyahının X bölməsi, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), Kod – 1100000a - 14012) 1 il 6 ay 8 gün işləmiş və 8 noyabr 2001-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək 4 il 2 ay müddətində elektrik montyoru peşəsində işləmişdir (Kod – 1100000a - 19861). Beləliklə, id diaçının X5 Ltd şirkətində yuxarıda qeyd olunan güzəştli sahələrdə 1 yanvar 2006-cı il tarixədək müddətdə güzəştli iş stajı 15 il 1 ay 14 gün təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 4 aprel 2022-ci il tarixli, e-2-1(112)-2304/2022 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi təmin edilərək iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasında mövcud qeydlər üzrə məlumatlar, onların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, mötəbər sayılır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının 12 oktyabr 1998-ci il tarixdən sonrakı dövrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşələrdə iş stajıdır, həmin tarixədək onun müvafiq stajının 7 il 5 ay 11 gün toplanması mübahisələndirilmir. Lakin işdə olan arayış və digər sənədlərdən məlum olur ki, iddiaçının 2006-cı ilədək “elektrik montyoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulmuş peşələrə aid olduğundan, o, ümumilikdə 1 yanvar 2006-cı il tarixədək 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə iş stajına malik sayılır.
14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(103)-2333/2022 nömrəli qərarı ilə (hakimlər C.Yusifov – sədrlik edən və məruzəçi, A.Tanrıverdiyev və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və inzibati işin yenidən araşdırılması üçün Ba kı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətini imtina məktubu və iddia ərizəsinə qarşı etiraz ilə eyni məzmunda tərtib etmiş və mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya, İnzibati Prosessual Məcəllənin 12.1 və 58.7-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(103)-2333/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiy asının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. 1 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun -13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfində n təsdiq olunan 1nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”: “X. Neftin qazılması və hasila tı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsi: “1100000a-14019” “quyuları yoxlama üzrə qaldırıcıların maşinistləri” “1100000a-19838 “quyuları yoxlama üzrə qaldırıcıların maşinistləri” “1100000a-19861” “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları”
23. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün m üddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət va xtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılm adığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmalar ı yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.
30. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Hazırkı qərarın 20-21-ci bəndlərində qeyd olunan normalara əsasən, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi və 10 il güzəştli iş stajını tamamlaması tələb olunur. Hazırkı halda, iddiaçının əmək kitabçasına və təqdim etdiyi digər sənədlərə əsasən, xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı olması işin mübahisəsiz halıdır.
33. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan 29 mart 2000-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövr ərzində onun işlədiyi kran üzrə operator və elektrik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) fəhlələr yarımbölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun (ərizəçinin) güzəştli iş stajı 10 ildən az (7 il 5 ay 11 gün (1 may 1991-ci il tarixdən 12 oktyabr 1998-ci il tarixədək olan dövr) təşkil edir.
34. İddiaçının güzəştli stajı ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının işlədiyi iş yerlərinindən təqdim etdiyi arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir.
35. Belə ki, “X3 LTD” şirkətinin 23 aprel 2021-ci il tarixli DDG-004-2021 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı X5 LTD şirkətində 1998-ci ildən 28 mart 2000-ci il tarixədək “İstiqlal” q azma qurğusunda takelajçı, yəni fəhlə (buruqlarda yüklərin daşınması, sıralanması, imləklənməsi və s.) vəzifəsində 1 il 8 ay (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına əsasən 1 saylı siyahı, X bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), kod – 1100000a - a) fəhlələr). “İstiqlal” qurğusunda 29 mart 2000-ci il tarixdən 8 noyabr 2001-ci il tarixədək kran operatoru və kran operatorun köməkçisi – qaldırıcı maşinist funksiyalarını (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiqlənmiş 1 saylı siyahının X bölməsi, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), Kod – 1100000a 14012) 1 il 6 ay 8 gün işləmiş və 8 noyabr 2001-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək 4 i l 2 ay müddətində elektrik montyoru peşəsində işləmişdir (Kod – 1100000a - 19861). Beləliklə, iddiaçının X5 Ltd şirkətində yuxarıda qeyd olunan güzəştli sahələrdə 1 yanvar 2006-cı il tarixədək müddətdə güzəştli iş stajı 15 il 1 ay 14 gün təşkil edir.
36. Belə olan halda, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan azı 10 il xüsusi staja malik olmasına dair şərt yerinə yetirilmiş olur.
37. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışd ır. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 21(103)-2333/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.