Məhkəmə qərarları › İş №2-1(102)-636/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-636/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-636/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, X6 və X1 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qəzalı vəziyyətdə olan mənzilə qeydiyyata alınmadan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, X6 və X1 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi ” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2917/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ № 593478 saylı nikah haqqında şəhadətnamə ilə müəyyən edilir ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1 ilə xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2 nikaha daxil olmuşlar. Həmin nikahdan 25 oktyabr 2013-cü il tarixdə X6, 19 may 2015-ci il tarixdə isə X5 doğulmuşdur.

2. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 112 saylı, 23 yanvar 1998-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin 23 saylı mənzilinin kirayəçisi X2 ölümü ilə əlaqədar olaraq kirayə müqaviləsinə dəyişiklik edirilməsi, qeyd edilən mənzilin şəxsi maliyyə hesabının A.N.Səmədovun adına keçirilməsi və A.N.Səmədovun 6 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, 2 oğlu, bacısı və bacısı oğlu) Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin 23 saylı mənzilinin kirayəçisi sayılması qərara alınmışdır. 3. xx.xx.1985-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2, xx.xx.2013cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 ərizə verərək ünvan 1 ünvan: ünvan 2malarına etiraz etmədiklərini bildirmişlər.

4. İddiaçılar Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2 ünvana qeydiyyata alınmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişlər.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, göstərilən ünvana qeydiyyata alınması üçün yaşadığı sahəyə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və ya icarə müqaviləsi, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər sənədlər təqdim edilməmişdir. Qeyd edilən sənədlərin təqdim edilə bilməyəcəyi halda məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 6. iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, "İddiaçı1 və ailə üzvləri İddiaçı2, X3, X1 ünvan 1 adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi" ba rədə qərar çıxarılmasını xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixli, 112 saylı Səbail Rayon İcra Hakimiyyətinin Sərəncamında qeyd olunduğu kimi, iddiaçılar ünvan 1 adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) ünvanında yaşamışlar. Sərəncamın 2ci bəndinə müvafiq olaraq iddiaçılar doğulduqları vaxtdan həmin mənzilə pasport qeydiyyatına alınmışlar. İddiaçı1 hərbi qulluqçu olduğundan hərbi xidmətilə əlaqədar sonradan Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2 ünvanından pasport qeydiyyatdan çıxarılaraq hərbi hissəyə qeydiyyata alınmışdır. Hal-hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Hazırda iddiaçıların Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2 ünvanına pasport qeydiyyatına alınmaq zərurəti yaranmışdır. Qey d olunan məsələ ilə bağlı cavabdeh orqana müraciət edilsə də, cavabdeh qurum müraciəti təmin etməkdən imtina etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11171/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi inzibati məhkəmə icraatına aid cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1907/2023 saylı, 14 aprel 2023-cü il qərarı ilə (hakim X13) iddia rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar qeydiyyata alınmaq istədikləri Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2-də yaşamadıqlarından, eyni zamanda mənzilin yerləşdiyi bina yaşamaq üçün yararsız olduğundan cavabdeh inzibati orqanın iddiaçıların həmin mənzilə qeydiyyata alınması üçün müraciəti qanun azidd sayıla və iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

11. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2917/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X7 /məruzəçi/, X8 və X9) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1907/2023 saylı, 14 aprel 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı1 kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin, Mülki Məcəllənin 152-ci maddəsinin tələblərini nəzərə almamışdır.

16. Belə ki, mübahisə predmeti olan ünvan 1 adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) ünvanı hal-hazırda söküntüyə məruz qalsa da, onun əvəzi mülkiyyətçilərə ödənilməmişdir. Onun əvəzi ödənilmədiyindən də iddiaçının atası Aydın Səmədov bu gün mülkiyyət hüququnu qoruyub saxlayır. İş materiallarından da göründüyü kimi A.Səmədov ona məxsus olan ünvan 1 adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) ünvanına iddiaçıların pasport qeydiyyatına alınmasına razılıq vermişdir. Bu səbəbdən də iddiaçıların ünvan 1 adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) ünvanına pasport qeydiyyatına alınması qanunidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikas ında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respub likasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə

5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5 -ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verə n şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Maddə

8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü ki mi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, mə hkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərar a qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. X18 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələr inin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla y anaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İş materiallarından görünür ki, hazırki işdə iddiaçıların hüquqi marağı ünvan 1 adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) ünvanına qeydiyyata alınmalarından ibarətdir.

26. İddiaçının cavabdeh tərəfindən müsbət həll edilməyən tələbi, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələrində də əsassız hesab edilmişdir. Hazırda iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirir. Hesab edilir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları və qanunvericiliyin müddəaları ilə birlikdə təhlil edərək bu qənaətə gəlir ki, iddiaçının mövqeyi qanuni sayıla bilməz.

28. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinin 4-cü bəndinə əsasən şəxsin qeydiyyata alınmaq istədiyi ev uçmaq qorxusu altında olarsa müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.

29. İş materiallarına əlavə edilmiş üçüncü şəxs “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda mübahisəli mənzilin yerləşdiyi binanın qəzalı vəziyyətdə və yaşamaq üçün yararsız olduğu qeyd edilmişdir (iş vər 50).

30. Bundan əlavə işdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2126/08 saylı 23 sentyabr 2008-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2-930/2007 saylı iş üzrə x x.xx.2007-ci il tarixli qətnaməsi qismən - X4 və Səmədov Aydın Nadir oğlunun ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi də təmin edilməsi vəzifəsinin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə həvalə olunması hissəsində ləğv edilməsi, iddia tələbinin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə qarşı hissədə rədd edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin qismən təmin edilərək, qətnamənin X4 və Səmədov Aydın Nadir oğlunun ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlan ılması qərara alınmışdır.

31. Beləliklə, qeydiyyata alınması tələb edilən mənzilin qəzalı vəziyyət olması iş materiallarında olan mötəbər sənədlərlə tam təsdiq edilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinin 4-cü bəndinə əsasən iddiaçıların iddia tələbini təmin etməməkdə apelyasiya instansiyası məhkəməsi qanuni və əsaslı mövqe nümayiş etdirmişdir.

32. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmaqla qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaç ının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2917/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar