Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-636/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X3rşı işi üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; açıq öyrətim təhsil forması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X3rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 21(103)-2949/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Xıdırova (Salmanova) X11 Respublikasının Anadolu Universitetinin Açıq və distant təhsil forması üzrə Biznesin təşkili və idarə edilməsi fakültəsinin dörd illik Biznesin təşkili və idarə edilməsi ixtisasındakı təhsilini xx.xx.2015-ci il tarixində bitirmiş, ona 2015226215 nömrəli bakalavr diplomu verilmişdir.
2. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən ona verilmiş xx.xx.2015-ci il tarixli, 2015-226215 nömrəli bakalavr diplomu üz rə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsini xahiş etmişdir.
3. Cavabdeh 03 aprel 2023-cü il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Belə ki, ərizəçinin bütün təlim müddəti ərzində təhsil aldığı “açık öğretim” təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.5-c i bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xarici dövlətin Ali Təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və ona aid olan 2015-226215 nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtina qərarı əsassızdır. O, 2011-2015-ci illər ərzində Anadolu Universitetində “İdarəetmə" fakültəsində distant formalı ali təhsil almışdır. Anadolu Universiteti 2009-cu ildən başlayaraq X1 yanında Ali Təhsil Şurasının (X13-YÖK) müvafiq qərarına əsasən Azərbaycanda yaşayan Azərbaycan, Türkiyə və digər ölkə vətəndaşlarının da universitetdə distant formada ali təhsil almaları üçün imkan yaratmışdır. Universitetdə distant formada ali təhsil alan tələbələrə daha keyfiyyətli xidmətlər göstərilməsi üçün tərəfdaşlıq prinsipi əsasında Anadolu Universiteti, Azərbaycan Türkiyə İşadamları Birliyi (ATİB) ilə əməkdaşlığa başlamışdır. ATİB və Anadolu Universiteti arasındakı “X4 X2”nün müvafiq maddəsinə uyğun olaraq, universitetin Azərbaycandan distant formada ali təhsil alan tələbələrinə bu sahədə texniki xidmətlər göstərilməsi üçün ATİB-lə Türkiyənin “X14 Destek ve Turizm Sanayi Anonim” Şirk əti arasında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Anadolu Universiteti Azərbaycandakı Türkiyə vətəndaşı, Azərbaycan vətəndaşı və digər ölkə vətəndaşı olan tələbələrinə texniki xidmətlər bu şirkət tərəfindən və şirkətin Azərbaycandakı nümayəndəliyi tərəfindən göstərilməkdədir. Anadolu Universitetinin “İdarəetmə” fakültəsinin idarəetmə bölməsində dördillik bakalavr təhsilinin xx.xx.2015-ci ildə tamamlayaraq, 2015-226215 nömrəli bakalavr diplomu almışdır. Həmin diplom apostil edilmiş və notarial qaydada təsdiq olunmuşdur. xx.xx.2022-ci il tarixində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiya) dair “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ müraciət edərək 2015226215 nömrəli bakalavr diplomumun tanınmasını xahiş etmişdir. Lakin cavabdehin ünvanladığı xx.xx.2023-cü il tarixli NA00007671 nömrəli Qərarında aldığı təhsilin “açık öğretim” təhsilalma formasının ənənəvi təhsil alma formasına aid olmadığını, bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilə uyğun olmadığını qeyd edərək xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasına dair imtina etmişdir. Həmin Qərarın əsassız və qanuna zidd olduğunu nəzərə alaraq həmin qərar ləğv edilməli və Kvalifikasiya haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulmasına və diplom üzrə ixtisasın tanınmasına dair qərar qəbul edilməlidir.
6. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçının tədris dövrü olaraq onun diplom əlavəsində qeyd olunmuş 4 ilin heç bir ili üzrə, ümumiyyətlə xarici ali təhsil aldığı ölkədə olmadığı müəyyən olunmuşdur. Məlum olan fakt əsasında ərizəçinin “açıköğretim” təhsil formasında qeyri-ənənəvi formada təhsil aldığı təsdiqlənmişdir. Oxşar halların mövcud olduğu işlər üzrə inzibati icraat praktikasının təkmilləşdirilməsi, habelə işin mahiyyətinin dərindən öyrənilməsi məqsədilə, iddiaçının işi ilə bənzər halların mövcud olduğu ərizəçilərlə bağlı Anadolu Universitetinin Bakı nümayəndəliyinə göndərilmiş sorğuya daxil olan rəsmi cavabda həmin proqramlar üzrə tədrisin və imtahanların ərizəçilərə diplom blankında adı əks olunmuş Anadolu Universitetində deyil, həmin universitetin Bakıdakı nümayəndəliyində təşkil olunduğu bildirilmişdir. Anadolu Universitetinin Bakıda fəaliyyət göstərən nümayəndəliyinin akkredi tasiyası Agentlik tərəfindən heç vaxt həyata keçirilməmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması da tanınmaya dair tələblər arasında göstərilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1156/2024 saylı, 24 aprel 2024-cü il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilərək, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli NA 00007671 nömrəli qərarının ləğv edilməsi və İddiaçı verilmiş Türkiyə Respublikasının Anadolu Universitetinin 2015-226215 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır
8. Məhkəmə qeyd etmişdir ki, “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, dip lomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Təhsilin distant forması təhsil prosesinə xas olan bütün komponentləri (məqsədlər, məzmun, metodlar, təşkilati formalar, tədris vasitələri) əks etdirən və İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil formasıdır. Qanunvericilik distant formada təhsilin təşkili qaydalarını şərtləndirməsə belə, iddiaçının təhsil aldığı ölkə ilə Azərbaycan Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq münasibətləri mövcud olmuşdur ki, həmin münasibətlər zəminində iddiaçının distant təhsil formasının təsdiq edilməsi üçün müəyyən əsaslar yaranır. Qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxım ından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öğrətim” formanın distant təhsil formasına aid olması təkzib olunmaz haldır. Türkiyə Respublikasında təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, Türkiyə Respublikasında hər iki təhsil forması bir-çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyə Respublikasında mövcud olan hər iki təhsil formasını bir form ada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Türkiyə Respublikasında distant təhsil forması bir neçə növə ayrılmışdır ki, məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının aldığı təhsil formasının distant forma hesab edilmə meyarına xələl gətirmir.
9. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı İddiaçının təhsil aldığı Universitetin internet (web) səhifəsində əks olunmuş məlumatlarla müəyyən edilir ki, “bakalavr təhsil proqramını müvəffəqiyyətlə tamamlayan tələbələrin diplomalarında “X7 və ya X8” məzunu qeydi əks olunacaq və bu diplom digər bakalavr diplomalarının verdiyi bütün qanuni hüquqları təmin edəcəkdir. (https://www.anadolu.edu.tr/acikogretim). Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası formal əsasalara söykənir. Ona görə də, iddia təmin edilməlidir.
10. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2949/2024 nömrəli qərarı ilə (hakimlər X9 (məruzəçi), X10 və X12) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1156/2024 saylı 24 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tə min edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
15. Belə ki, iddiaçının əldə etdiyi ixtisasın tədris olunduğu təshilalma forması “açıq öyrətim”dir. Bu forma Azərbaycan Respublikasında təhsil sistemini tənzimləyən qanunvericilik aktlarında, habelə ölkədəki ali təhsil müəssisələrində tədris zamanı istifadə olunmur, əldə olunmuş ixtisa sın bu formada mənimsənilməsinin keyfiyyətinin müəyyən edilməsi və ona ekvivalentlik təyin edilməsi mümkün deyildir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsila lma formaları da tətbiq edilə bilər. Maddə
27. Təhsil haqqında dövlət sənədi... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə
29. Təhsil sahəsində dövlətin vəzifələri... 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə
44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikas iyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsa sların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formas ına yol verilmədikdə.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”:
8. Ali təhsil proqramları: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir:... 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışı nın hədləri
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, kassasiya şikayəti təmin edilməklə iddia rədd edilməlidir.
24. İş materiallarından görünür ki, iddiaçı diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının bütün təlim müddəti ərzində təhsil aldığı “açık öğretim” təhsilalma formasının ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid olmamasını əsas gətirərək imtina etmişdir.
25. İşə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək bildirmişdir ki, hazırkı işdə diplomun tanınmasından imtina üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu nəticəyə gələrkən apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə hüquqi mövqeyə istinad etmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etməyərək öz mövqeyini aşağıdakılarla əsaslandırır.
27. Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlər üzrə mö vqeyi ondan ibarət olmuşdur ki, açıq öyrətim distant təhsilin xüsusi formasıdır və təhsilə münasibətdə açıq termini təhsil prosesində iştirak imkanlarını məhdudlaşdıran halların aradan qaldırılmasını ifadə edir.
28. Kollegiya hesab etmişdir ki, sözügedən mövqeyə yenidən baxmaq və dəyişiklik etmək zərurəti yaranmışdır.
29. İddiaçı 2015-ci ildə Türkiyə Respublikasının Anadolu Universitetinin Biznes məlumatlarının idarə edilməsi fakültəsini bitirmiş, xx.xx.2015-ci il tarixdə diplom verilmişdir. İddiaçı təhsili “açıq öyrətim” formasında almışdır.
30. Açıq öyrətim ali təhsil qurumlarında üz-üzrə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, i xtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Açıq öyrətim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıq öyrətim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz.
31. Göründüyü kimi, “açık öyrətim” təhsil “distant (məsafədən)” təhsil ilə eyni olmamaqla f ərqli təhsilalma formalarıdır.
32. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə “açıqöyrətim” formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. 33. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıq öyrətim” təhsilalma forması nəzərdə tutmamışdır. 34. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanunun diplomların tanınması və ekvivalentliyi adlanan 12-ci maddəsində qeyd edilir ki, azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq,...həyata keçirilir.
35. İddiaçı təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ının 2.2-ci bəndinə görə xarici dövlətlərin ali tə hsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.
36. Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda isə iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır.
37. Yuxarıda göstərilən halları ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, distant təhsil və açıq öyrətim təhsil fərqli təhsilalma formaları olduğundan və Azərbaycan Respublikasının təhsil qanunvericiliyində açıq öyrətim təhsilalma forması nəzərdə tutulmadığından iddiaçının açıq öyrətim təhsil formasında aldığı diplomun tanınması və ekvivalentliyi haqqında iddiası təmin edilə bilm əz.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2949/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Təhsildə X3rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.