Məhkəmə qərarları › İş №2-1(102)-637/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-637/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-637/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARDAD Açar sözlər: (kassasiyanın mümkünsüzlüyü, şikayət müddət ötürülməklə verilib). Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı hərəkətlərdən şikayətə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1541/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə xx xxxx 2020-ci il tarixdə, Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq, Müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı mübahisə predmeti barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı çoxsaylı ərizə, şikayət və müraciətlərə qanunvericiliyin tələblərinə uyğun baxılmamasına (hərəkət və hərəkətsizliyə) dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1952/2018 saylı, xx xxxxx 2018ci il tarixli qərardadı ilə (hakim-A.A.Abdullayeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1541/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və F.Ş.Talışinski) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 2-1(82)-1952/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin həmin qərardadından iddiaçı kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1541/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının vəkili bildirmişdir ki, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ondan asılı olmayan səbəbdən ötürülmüşdür. Belə ki, iddiaçı onunla müqavilə bağladıqdan sonra o, kassasiya şikayəti vermişdir. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan R espublikası İPM-in 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-1(103)-1541/2018 saylı qərardadı xx xxxx 2018ci il tarixdə iddiaçıya göndərilmiş, SS511084305AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən həmin qərardad iddiaçıya xx xxxx 2018-ci tarixdə imza edilməklə təqdim olunmuşdur. Bundan sonra iddiaçı apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1874/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardad ı ilə (hakim İ.A.Dadaşov) kassasiya şikayəti vəkilsiz verildiyindən şikayət mümkün sayılmamış və icraata qəbul edilməmişdir. xx xxxxxxx 2019-cu il tarixdə iddiaçı ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, apelyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1541/2018 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və F.Ş.Talışinski) ərizə təmin edilmiş, iddiaçının mübahisələndirilən qərardaddan kassasiya şikayəti verilməsi üçün vəkillə təmin olunması Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmiş, həmin qərardad icra edilməsi üçün Azərbay can Respublikası Vəkillər Kollegiyasına göndərilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Vəkil iddiaçıya hüquqi yardım göstərilməsi üçün order yazılmışdır. İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün məhkəməyə müraciət edəndə, eləcə də ona vəkil təyin ediləndən sonra kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan 10 günlük müddət ötürülmüşdür. Beləliklə, iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddətin ötürülməsi mübahisəsizdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anın dan, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, iddiaçı apelyasiya instansiyası məhkəməsinin qəra rdadını aldıqdan təxminən 1 il 6 ay müddət keçdikdən sonra ondan kassasiya şikayəti vermişdir. Məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətlərinin tətbiq edilməsinin əhəmiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyay a qarşı" iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan maddələrini rəhbər tutaraq, qərara aldım: Respublikası İPM-nin 96.2, 96.3-cü Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1541/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar