Məhkəmə qərarları › İş №2-1(102)-637/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-637/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-637/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2-1(103)-2514/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı İddiaçı (Ş/V-0*******, FİN-xxxxxxx) xx.xx.1977-ci ildə Ağdam rayonu, Qurdlar kəndində anadan olmuşdur və orada yaşayır.

2. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra-cavabdeh) müraciət etmişdir.

3. Cavabdeh 22 iyul 2019-cu tarixli, Ə/2618 nömrəli məktubunda müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, iddiaçı özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etdiyini sübut edən həmin dövrə aid arxiv materialları olduğu təqdirdə, müha ribə veteranı adı və vəsiqəsinin verilməsi məsələyə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yanvar ayına kimi özünü müdafiə dəstələrinin tərkibində Ağdam rayonun Şelli və Qurdlar kəndlərində gedən döyüşlərdə iştirak etmiş, hərbi əməliyyatların keçirilməsi zamanı yaralanmışdır. Azyaşlı olduğuna görə hərbi hissədə uçota alınmamışdır. Döyüşən könüllü özü nümüdafiə dəstələrinin tərkibində iki il xidmət etsə də, hal-hazıra kimi müharibə veteran statusu ala bilməmişdir. Bu barədə cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətin təmin olunmasından imtina etmişdir. Halbuki, iddiaçı döyüşlər zamanı hərbi əməliyyatlarda iştirak etmiş və yaralanmışdır, yaralanmağının fəsadları hazırda da var və müalicə alır.

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı Ağdam rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədləri təqdim etmədiyindən iddia əsassızdır.

7. Bakı İnzibati Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2-1(112)-1047/2020 saylı qərarı ilə iddia rədd edilmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilm əsini və iddianın təmin olunmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1132/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1047/2020 saylı, 04 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ali məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2-1(102)-2111/2020 nömrəli (sədrlik edən hakim-Kəmaləddin Bədəlov, Nigar Rəsulbəyova və İlqar Hüseynov) qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. İddiaçı ərizə verərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsində icraat

13. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1047/2021 nömrəli (sədrlik edən hakim-Aytən Oruczadə) qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim edə bilmədiyi yeni sübüt və ya hal kimi göstərdiyi faktın 14 iyul 2021-ci il tarixində yarandığı aşkar olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinin tələblərinə əsasən, yeni sübut və hallar mütləq ilkin icraat zamanı, məhkəmə mübahisəsinin olduğu dövrdə mövcud olmalı və ancaq obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmidir. apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2-1(103)-2514/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Aida Hüseyn) qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(103)2514/2021 nömrəl i qərardadı ilə iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilmişdir.

18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. KASSSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin edilməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Çünki ərizəyə qoşma kimi əlavə edilmiş Ağdam Rayon İcra Hakimiyətinin Başçısı tərəfindən Azərbaycan Respublikası Milli X1 Quruculuğu, İnzibati və Hərbi Qanunvericilik şöbəsinə ünvanlanmış 14 iyul 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən İddiaçı adı birinci Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin siyahısına əlavə olunmuşdur. Bundan başqa, ərizəyə qoşma kimi əlavə edilmiş 23 fevral 2021-ci il tarixli Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı müraciətinə cavab olaraq göndərilmiş məktubda qeyd olunmuşdur ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizi və təsvirinin təsdiq edilməsi haqqında ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyab r tarixli, 216 nömrəli qərarında döyüş əməliyyatlarında iştirak edən şəxslərə dair yaş məhdudiyyəti nəzərdə tutulmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh tərəfindən etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelllyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmad ığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla ya naşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Yuxarıda istinad olunan normaların müddəaları baxımından, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan və ya təkzib edən yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yeni açılmış hallar və ya sübutlar anlayışı ilkin məhkəmə icraatı zamanı mövcud olmuş, lakin iddiaçıya və məhkəməyə əvvəllər məlum olmayan və bununla yanaşı qəbul olunmuş məhkəmə qərarının əsasında duran faktl arın həqiqiliyini təkzib edən və sonradan aşkar olunmuş faktları və ya halları ifadə edir.

28. Bu baxımdan yalnız mübahisəyə dair işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, iş üzrə məhkəmə icraatı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatdıqdan sonra tərəfə məlum olan və ya mövcudluğu meydana çıxan, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.

29. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq və ya təqsirkar davranış onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.

30. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutla r ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.

31. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, ərizəçi tərəfindən ilkin məhkəmə icraatı zamanı mövcud olmuş, lakin sonradan aşkar olunmuş yeni sübut və ya hal kimi istinad edilən və ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim edilməyən fakt yuxarıda qeyd olunan mənada icraatın təzələnməsini şərtləndirən yeni sübut və ya hal kimi qiymətləndirilə bilməz. Belə ki, ərizəçinin təqdim etdiyi sənədlərdən m üəyyən olunmuşdur ki, İddiaçı 2021-ci ilin may ayının 15-də Azərbaycan Respublikası Milli Məclisinə müraciət edərək 1-ci Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin siyahısına salınması üçün müraciətinin Ağdam rayon İcra Hakimiyyətinə göndərilməsini xahiş etmişdir. Həmin müraciətə cavab olaraq Ağdam rayon İcra Hakimiyyəti tərəfindən 14 iyul 2021-ci il tarixli məktubla müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən İddiaçı 1-ci Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin siyahısına daxil edildiyi barədə Milli Məclis Aparatının Dövlət Quruculuğu, İnzibati və Hərbi Qanunvericilik şöbəsinə məlumat verilmişdir. Başqa sözlə, iddiaçının adı 1-ci Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin siyahısına mübahisə üzrə ilkin məhkəmə icraatı başa çatdıqdan sonra daxil edilmişdir (qaydaya görə həmin siyahı müvafiq rayon icra hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmalıdır). Yəni ərizəçinin adının qeyd olunan siyahıya daxil edilməsi məhkəmə qərarının qüvvəyə minməsindən sonrakı tarixə14 iyul 2021-ci il tarixinə aiddir.

32. Həmin qərarın 21-ci bəndində istinad olunan normaya görə, yeni açılmış hallarla bağlı ərizədə icraatın təzələnməsi üçün həmin normada nəzərdə tutulmuş anlamda əsaslar göstərilməli, ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunmalıdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqın da Əsasnamənin 1-ci maddəsinə görə, özünümüdafiə dəstələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həmin siyahılar şəxsin döyüşlərdə iştirakını sübut edən sənədlərlə birlikdə təqdim edildiyi halda verilir. İddiaçı tərəfindən onun döyüşlərdə iştirakını sübut edən hər hansı yeni sənəd və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla bağlı sənədlər arxivdə də aşkar olunmamışdır.

34. Beləliklə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün bu qərarın 21-ci bəndində istinad olunan normalarda təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu m əhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır.

35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara əsasən və qeyd edilən səbəblərdən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rədd edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, bu səbəbdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılm alıdır.

36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2-1(103)-2514/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar