Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-637/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və X1rşı “torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 25.000 manat kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Su mqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-404/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Şabran rayonu Liman kəndində yerləşən 70 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydə alınmışdır.
2. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilmiş kadastr planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı istifadəsində olan torpaq sahəsinə dair tərtib edilmişdir.
3. Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" obyektinin ASY-36 açıq su yığıcı kanalının tikintisi altına düşən torpaqların geri alınması və müqabilində hesablanmış kompensasiya məbləğinin verilməsi cədvəlindən görünür ki, İddiaçı kompensasiya almamışdır.
4. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi İddiaçı Şabran rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə icarəyə verilmişdir. Bu səbəbdən və həmçinin ayrılan torpaq sahəsində əkin və tikili olmadığına görə ona sifarişçi təşkilat tərəfindən həmin ərazidə tikintinin aparılması barədə xəbərdarlıq edilməmişdir. İddiaçı icarəsində olan tikinti altına düşən torpaq sahəsi dövlətə məxsus olduğundan və həmin sahədə heç bir tikili və əkili olmadığından X4 üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 5.2 b əndinə əsasən ona dəyən zərərə görə kompensasiya hesablanmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 70,0 ha torpaq sahəsinin 2,50326 ha hissəsi üçün kompensasiyanın hesablanaraq ona ödənilməsi tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 25.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tar ixli 314 saylı sərəncamına və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Şabran rayonu Liman kəndində yerləşən 70,0 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixdən 99 il müddətinə iddiaçıya istifadəyə verilmişdir. İddiaçı istifadə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli **********1 qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçının istifadəsində olan 70,0 ha torpaq sahəsinin 2,50326 ha hissəsi ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü üçün 2017-ci ildən dövlət ehtiyacları üçün iddiaçıdan geri alınmışdır. Lakin əvəzində hər hansı kompensasiya ödənilməmişdir. O, bununla əlaqədar aidiyyəti üzr ə müraciət etmişdir. Cavabdeh qurumun ona ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyektinin tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacı üçün geri alınması, bunun müqabilində mülkiyyətçilərə kompensasiya hesablanarkən, İddiaçı icarəsində olan 70 hektar torpaq sahəsindən 2,50326 hektarının ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü müəyyən olunmuş və həmin torpağın dövlətə məxsus olduğu və üzərində tikili, çoxillik əkmələrin olmaması səbəbindən kompensasiya hesablanmamışdır”..
8. Cavabdehin iddia tələbinə qarşı etiraz təqdim edərək, İddiaçı icarəsində olan dövlətə məxsus Şabran rayonu Liman kəndində yerləşən 70 hektar torpaq sahəsindən 2,50326 hektarının "Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" obyektinin ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü səbəbindən həmin torpağa görə kompensasiya ödənilməsini tələb edir. Şabran rayonu ərazisindən tələb olunan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə “X4 üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaqayırma layihəsi əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC tərəfindən kadastr planlarından çıxarışlar hazırlanmış və torpaq mülkiyyətçilərinə dəyən ziyan Müstəqil Qiymətləndirici "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Hesabatlar maliyyələşdiric i dövlət orqanı tərəfindən yoxlanmışdır. "Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" obyektinin tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacı üçün geri alınması, bunun müqabilində mülkiyyətçilərə kompensasiya hesablanarkən, İddiaçı icarəsində olan 70 hektar torpaq sahəsindən 2,50326 hektarının ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü müəyyən olunmuş və həmin torpağın dövlətə məxsus olduğu və üzərində tikili, çoxillik əkmələrin olmaması səbəbindən kompensasiya hesablanmamışdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-485/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim V.Əzizova) iddia qismən təmin edilərək, İddiaçı icarəsində olan Şabran rayonu Liman k əndində yerləşən 2.50326 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh torpaq sahəsinin dövlətə məxsus olması və üzərində hər hansı əkmələr və s. olmaması səbəbindən kompensasiyanın ödənilməsindən imtina etmişdir. Qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə hüququ qeydə alınmış şəxs də mülkiyyətçi kimi alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.
11. Məhkəmə hesab edir ki, iddiaçı icarəsində olan torpaq sahəsinin bir hissəsin in alınmaya məruz qalması əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)404/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.Məmmədov sədrlik edən və məruzəçi, H.Babayeva və G.Cabbarova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şabran Rayon İcra Hakimiyyətin in xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı istifadəsində olan torpaq sahəsinə dair icarə müqaviləsi ləğv olunsa da, hal-hazırda həmin torpaq sahəsi iddiaçının uzun müddətdir ki, istifadəsindədir. Rayon İcra Hakimiyyəti tərəfindən digər hər hansı sərəncamla İddiaçı başqa torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikası Dövlət X6 əsasən rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 2016-cı il tarixli 172 nömrəli sərəncamı Şabran rayon Dövlət Arxivinə təhvil verilmişdir.
15. Şabran Rayon Dövlət Arxivindən Şabran Rayon İcra Hakimiyyəti Başçısının 28 noyabr 2016-cı il tarixli 172 nömrəli sərəncamın təsdiqlənmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin sərəncamla müəyyən olunur ki, rayon icrası davam edən yeni suvarılacaq əkin dövriyyəsinə daxil olan (mövsümi və uz un müddətli) 14922 hektar torpaq sahəsi “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi’’nin tərkib hissəsi olduğu üçün rayon İcra Hakimiyyəti ilə Şabran şəhər sakini İddiaçı arasında qoyunçuluq təsərrüfatı yaratmaq üçün örüş məqsədi ilə ayrılmış 70 hektar torpaq sahəsindən istifadəyə dair rayon İcra Hakimiyyəti başçısının imzaladığı 29 noyabr 2004-cü il tarixli 314 nömrəli sərəncama əsasən bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmiş, sərəncamın surətinin aidiyyəti üzrə göndərilməsi təmin edilməsi qərara alınmış, İddiaçı icarə müqaviləsinə xitam verilmiş torpaq sahəsinin əvəzinə kənar ərazidən torpaq sahəsi ayrılması üçün rayon Kənd Təsərrüfatı idarəsinə müraciət etməsi tövsiyə olunmuşdur.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edil məsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər-hansı fiziki və ya hüquqi şəxsin qanuni sahibliyində torpaq sahəsi üzərində tikililərin olmaması, ağacların əkilməməsi, əkin sahələrinin mövcud olmaması həmin şəxsə kompensasiyanın ödənilməməsinə əsas vermir və bu hal şəxsə kompensasiya ödənilməməsi qanunvericiliyin tələblərinə ziddir.
18. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi göstərişlərə əsasən, qanuni istifadəsində olan torpaq sahəsini təyinatı üzrə istifadə edir, torpaq sah əsində kənd təsərrüfatının inkişafı, yəni xırdabuynuzlu heyvanların bəslənməsi üçün torpaq sahəsindən otlaq (örüş) sahəsi kimi istifadə edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı faktiki olaraq, torpaq sahəsindən məhrum olunmuşdur.
19. Həmçinin işin faktiki hallarına tətbiq edilən Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “X4 üçün alınması haqqında” Qanunda, “Torpaq icarəsi haqqında” Qanunda, eləcə də digər qanunvericilik aktlarında alınmanın təsirinə məruz qalan şəxsə (hazırda iddiaçıya) kompensasiya ödənilməsi birbaşa göstərilmişdir.
20. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddia tələbini rədd edərkən, qərarında qeyd etmişdir ki, “iddiaçı ilə Şabran Rayon İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsi qüvvədən düşdüyündən, iddiaçının kompensasiya tələb etmək hüququ olmamışdır”. Halbuki, Şabran Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 314 saylı sərəncamına və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Şabran rayonu Liman kəndində yerləşən 70,0 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixdən 99 (doxsan doqquz) il müddətinə iddiaçıya istifadəyə verilmişdir. İddiaçı istifadə hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmış və ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarış verilmişdir. Həmin çıxarış bu gün də qüvvədədir.
21. Eyni zamanda iş materialında olan Şabran Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-74/2-1050/2023 nömrəli məktubunda Şabran Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasın da bağlanmış icarə müqaviləsinin qüvvədə olması bildirilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırıl mış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)404/2023 saylı qərarla birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi, İddiaçı icarəsində olan Şabran rayonu Liman kəndində yerləşən 2.50326 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyətinin üz ərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi barədə xx.xx.2022-ci il tarixli, 21(118)-485/2022 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın rədd edilməsi haqqında nəticəyə gələrkən belə hesab etmişdir ki, “iddiaçı tərəfindən icarəyə verilən torpaq sahəsi üzərində tikililər olmamış, ağaclar əkilməmiş, əkin sahələri mövcud olmamış, müvafiq olaraq kompensasiya ödənilməsi üçün də əsas olmamışdır. Belə ki, qanunun tələbindən də göründüyü kimi, torpaq dövlət ehtiyacları üçün alınarkən icarəçilər tərəfindən bu torpağa çəkilmiş xərclər qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilir. İddiaçı tərəfindən isə müvafiq xərclərin çəkildiyi müəyyən olunmadığından hazırki vəziyyətdə cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hər hansı hüququnun pozulduğu müəyyən olunmur. İddiaçı hazırkı tələbində haqlı olmamışdır.”
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının sözügedən mübahisə üzrə gəldiyi nəticə ilə razı deyil və hesab edir ki, işdə olan sübutlar və işin həqiqi halları tam və hərtərəfli araşdırmamışdır.
28. Belə ki, yuxarıda artıq göstərildiyi kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının iddiasının rədd edilməsinin yeganə səbəbi, apellyasiya məhkəməsinin qərarında da yazıldığı kimi “... icarəyə verilən torpaq sahəsi üzərində tikililər olmamış, ağaclar əkilməmiş, əkin sahələri mövcud olmamış, müvafiq olaraq kompensasiya ödənilməsi üçün əsas olmamışdır. Belə ki, qanunun tələbindən də göründüyü kimi, torpaq dövlət ehtiyacları üçün alınarkən icarəçilər tərəfindən bu torpağa çəkilmiş xərclər qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilir. İddiaçı tərəfindən isə müvafiq xərclərin çəkildiyi müəyyən olunmadığından hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hər hansı hüququnun pozulduğu müəyyən olunmur. İddiaçı hazırkı tələbində haqlı olmamışdır” göstərilmişdir.
29. Başqa sözlə iddiaçının iddiasının rədd edilməsinin tək əsası icarəyə verilən torpaq sahəsinin üzərində tikililərin olması, ağacların əkilməməsi, əkin sahələrinin mövcud olmaması, nəticə etibarı ilə də iddiaçı tərəfindən torpaq sahəsinə heç bir xərc çəkilməməsidir.
30. Lakin burada qeyd edilməlidir ki, apellyasiya məhkəməsi tərəfindən həmin nəticəyə gəlinərkən işin 191-195-ci səhifələrində olan sənədləri, o cümlədən keçmiş Dəvəçi (indiki Şabran ) Rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2004-cü il tarixli, 314 saylı sərəncamını nəzərə almamış, halbuki sözügedən sənədlərdən görünür ki, mübahisəli 70,0 hektar torpaq sahəsi iddiaçıya örüş məqsədi ilə 99 il müddətinə ayrılmışdır ki, bunun əsasında da İddiaçı Şabran rayonu, Liman kəndində yerləşən 70 ha torpaq sahəsinin 99 il müddətinə istifadəyə verilməsinə dair Seriya RX0849239 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir.
31. İşin 2-ci səhifəsində olan həmin çıxarışın “yüklülüyün növü” adlanan hissəsində “istifadə” göstərilmişdir ki, torpaq sahəsindən istifadə çox geniş anlayış olmaqla, yalnız tikililərin inşa edilməsi, ağacların əkilməsi, əkin sahələrinin mövcud olması ilə olunmur, təbii ki, yuxarı da göstərilən sənədlərdən göründüyü kimi, torpaq sahəsinin örüş məqsədi ilə istifadə edilməsi də daxildir.
32. Lakin apellyasiya məhkəməsi işin bu halını ümumiyyətlə araşdırmamışdır.
33. Eyni zamanda qeyd edilməlidir ki, işin 206-cı səhifəsində İddiaçı adına Şabran rayonu, Liman kəndində yerləşən 70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsinə dair (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27 olan, xx.xx.2023-cü il tarixli) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir.
34. Halbuki işin 184-cü səhifəsində olan Şabran Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 172 saylı sərəncamı ilə iddiaçı ilə xx.xx.2004-cü il tarixli, 314 nömrəli sərəncamına əsasən bağlanmış icarə müqaviləsinə vaxtınd an əvvəl xitam verilmişdir.
35. Lakin apellyasiya məhkəməsi işin həmin ziddiyyətli məqamları (məsələləri), yəni bu çıxarışların fərqi nədir, onlardan hansı qüvvədədir, bu necə mümkün olur, sözügedən xx.xx.2016-cı il sərəncamla icarə müqaviləsinə xitam verilibsə, o zaman xx.xx.2004-cü il tarixli sərəncam qüvvədədirmi?, iddiaçıya xx.xx.2023-cü il tarixli çıxarış necə və nəyə əsasən verildi kimi məsələlər ümumiyyətlə araşdırmamışdır.
36. Digər tərəfdən, sözügedən layihə altına düşən və Şabran Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 172 saylı sərəncamı əsasında iddiaçıdan alınması nəzərdə tutulmuş torpaq sahəsinin 2,50326 hektar torpaq sahəsi faktiki olaraq iddiaçıdan geri götürülməsi ilə bağlı işdə hər hansı bir sənəd yoxdur, eyni zamanda iddiaçının nümayəndəsi xx.xx.2023-cü il ta rixdə apellyasiya məhkəməsinin iclasında bildirir ki, “torpaq sahəsi faktiki istifadəmdədir,” (iş səh. 170) xx.xx.2023-cü il tarixdəki məhkəmə iclasında iddiaçı bunu təkrarlayaraq deyir ki, “... 3 il müddətində biz torpaq sahəsindən istifadə edə bilməmişik,... 3 ildən sonra müəyyən qurumlara müraciət etdikdən sonra torpaq sahəsindən yenidən istifadə edə bilmişik” (iş səh. 216).
37. Lakin apellyasiya məhkəməsi yuxarıda göstərilmiş işin bu ziddiyyətli məqamlarını araşdırmamışdır.
38. Bununla yanaşı işdə biri birinə zidd olan daha bir sənəd mövcuddur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onlar ümumiyyətlə araşdırılmamışdır.
39. Belə ki, Şabran Rayon İcra Hakimiyyəti başçısının aparatının şöbə müdiri X5 Sahib İnam oğluna ( iddiaçının həyat yoldaşı-Qeyd:Ali Məhkəmənindir) yazdığı x x.xx.2019-cu il tarixli məktubda (iş səh. 148) “Qeyd edirik ki, icarə müqaviləsinə xitam verilmiş həmin torpaq sahəsinin əvəzinə kənar ərazidən torpaq sahəsinin ayrılması məqsədi ilə Şabran bələdiyyəsinə müraciət etməyiniz sizə tövsiyə olunmur”, göstərdiyi halda, iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edir ki, “...sizin köhnə icarə müqavilənizin şərtləri öz qüvvəsində qalmaqdadır” (iş səh. 204).
40. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev Sumqayıt Apellyasiya Məhkəməsinə göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda (iş səh. 185) yazır ki, “xx.xx.20016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli, RX0849239 seriyalı çıxarış hal-hazırda qüvvədədir” (bu çı xarış iddiaçının adınadır, Qeyd - Ali Məhkəmənindir).
41. Məhkəmə kollegiyası işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış daha bir neçə məqamını qeyd etməyi zəruri hesab edir.
42. Belə ki, apellyasiya məhkəməsində 18 may 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 bildirir ki, “İcra Hakimiyyəti bağlanan müqavilə məndə yoxdur” (iş səh. 132).
43. Burada qeyd edilməlidir ki, adıçəkilən icarə müqaviləsi ümumiyyətlə işdə mövcud deyildir.
44. Daha sonra, apellyasiya məhkəməsi 26 may 2023-cü il tarixdə keçirdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında göstərir ki, “Torpaq sahəsini məndən almaq istəyirlər, məndə çıxarış olduğu üçün ala bilmirlər” (iş səh.170).
45. Cavabdehin nümayəndəsinin apellyasiya məhkəməsində keçirilmiş 14 sentyabr 20 23-cü il tarixli iclasında bildirmişdir ki, “İddiaçı mübahisəli torpaq sahəsindən örüş sahəsi kimi istifadə edir” (iş səh. 216).
46. Lakin yuxarıda artıq göstərildiyi kimi, apellyasiya instansiyası məhkəməsi işdə biri birinə uyğun olmayan və ziddiyyətli məqamların olduğu halda heç birini araşdırmamış, nəticə etibarı ilə də iş üzrə əsassız qərar qəbul etmişdir.
47. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 2-1(105)-404/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.