Məhkəmə qərarları › İş №2-1(102)-637/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-637/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-637/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: şikayət üzrə müddətin 1 ildən artıq müddətdə üzrsüz səbəbdən ötürülməsi, kassasiya şikayətinin qeyri mümkün sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteran adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2022-cü il tarixli, 2-1(103)1617/2022 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair iddiaçı tərəfindən kassasiya şikayəti ilə bağlı buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 1992-ci il tarixlərində “R.Qəmbərov” adına özünümüdafiə batalyonunun tərkibində Şuşa şəhəri ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehə həvalə olunması barədə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-2646/2022 nömrəli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1617/2022 saylı, 09 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər X2 /məruzəçi/, X3 və X4) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-2646/2022 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rə dd edilmişdir.

5. İddiaçı daha sonra ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət edərək məhkəmə qərarından kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1617/2022 saylı, 27 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər X2 /məruzəçi/, X3 və X4) ərizə təmin edilmiş, İddiaçı vəkillə təmin edilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmişdir.

7. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ərizədə kassasiya şikayəti verilməsi üçün müddətin iddiaçının xəstəliyi əsası ilə üzrlü səbəbdən ötürüldüyü bildirilmişdir. Tətbiq edilən hüquq:

8. Azərbaycan Resp ublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddə tində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

10. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında pros es iştirakçısının təqsiri olmasın.

11. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2-1(103)-1617/2022 saylı qərarı 22 iyun 2022-ci il tarixdə iddiaçıya göndərilmişdir. İddiaçı həmin qərarı 04 iyul 2022-ci il tarixdə əldə etmiş və bu barədə 31 avqust 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə teleqram göndərilmişdir (iş vər 116).

12. Kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə qərarın iddiaçıya təqdim edildiyindən 2 il 4 aydan sonra, yəni 18 noyabr 2024-cü il tarixdə verilmişdir. Ərizədə müddətin buraxılma əsası kimi iddiaçının xəstəliyinin kəskinləşməsi göstərilmişdir.

13. Məhkəmə kollegiyası ərizəni əsassız hesab edərək bildirir ki, İPM-in 24.4-cü maddəsinə əsasən tə bii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

14. Buna baxmayaraq, iddiaçı tərəfindən kassasiya şikayəti və prosessual müddətin bərpa olunması barədə ərizə 2 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Vəsatətdə qərardan vaxtında şikayət verilməsi imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarının iddiaçıya təqdim edilməsindən 1 ildən çox vaxt keçdiyinə görə iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual m üddətin bərpasına dair ərizə ilə müraciət etməsi istisna edilir. Bu səbəbdən, müddətin bərpasına dair ərizə təmin edilə bilməz.

16. Məhkəmə kollegiyası həmçinin bildirir ki, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətlərinin tətbiq edilməsinin əhəmiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında da öz əksini tapmışdır.

17. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir.

18. Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".

19. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

20. Göstərilənlərə əsasən, məhkəmə kolle giyası Qərara aldı: İddiaçı kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2022-cü il tarixli, 2-1(103)-1617/2022 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar