Məhkəmə qərarları › İş №2-1(102)-638/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-638/2017

04.04.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-638/2017 04.04.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə (üçüncü şəxslər Maraqlı şəxs, X8) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-638/2017) Bakı şəhəri 04 aprel 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin vəkili X2 iştirakı ilə, İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin (bundan sonra iddiaçı) cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə (bundan sonra cavabd eh) qarşı üçüncü şəxslər Maraqlı şəxs, X8 olmaqla “cavabdehin torpaq sahəsinin verilməsi haqqında 16 dekabr 2004-cü il tarixli, 412 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2344/2016 saylı, 16 noyabr 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04 aprel 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdehin 16 dekabr 2004-cü il tarixli qərarı ilə Maraqlı şəxs Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi 19 saylı yaşayış evinin yaxınlığında 400 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ayrılmışdır. Həmin qərar əsasında tərəflər arasında 15 dekabr 20 04-ci il tarixdə ayrılmış torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən ayrılmış torpaq sahəsinin hər kv.m üçün 25.000 manat, ümumilikdə isə 10.000.000 AZM pul ödənilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.04.2013-cü il tarixli qərarı ilə Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı iddiası təmin edilərək, cavabdehin 16.12.2004-cü il tarixli 412 saylı qərarı ilə Maraqlı şəxs ayrılmış 400 kv.m torpaq sahəsinin alqı-satqı aktının təsdiq olunması və “torpaq sahəsinin planı və ölçüsünün” verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərarın icrası ilə əlaqədar Maraqlı şəxs adına cavabdeh Azərbaycan Respublikası Dövlət Tor paq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən 11.07.2013-cü il tarixdə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş və onun mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq 23.05.2014-cü ildə müvafiq Çıxarış verilmişdir. Daşınmaz əmlakın 27.05.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs həmin torpaq sahəsini X1 və sonuncu həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış almışdır, hazırda torpaq sahəsi E.Əsədovun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin 27.01.2014cü il tarixli məktubuna əsasən cavabdehin 16 dekabr 2004-cü il tarixli qərarı ilə Binəqədi rayonu, 8-ci mkr, H.Hüseynov küçəsində yerləşən vətəndaş Maraqlı şəxs ayrılmış 400 kv.m torpaq sahəsi Bakı şəhər İcra Hak imiyyəti başçısının 26.09.2000-ci il tarixli sərəncamı ilə cavabdehə ayrılmış torpaq sahəsinin hüdudlarında yerləşir. İddiaçı 23 aprel 2015-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin Maraqlı şəxs torpaq sahəsinin verilməsi haqqında 16.12.2004-cü il tarixli, 412 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün cavabdehin 16.12.2004-cü il tarixli 412 saylı qərarına əsasən ayrılmış torpaq sahəsi çoxmənzilli binaların arasında olmaqla bələdiyyənin səlahiyyətləri xaricində olan və sakinlərin ümumi istifadə etdiyi yaşıllıq ərazisinə aiddir.Məsələyə dair münasibət bildirilməsi üçün DƏDRX Bakı Şəhər Ərazi İdarəs i tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinə **********63 saylı 12.10.2013-cü il tarixli məktub göndərilmişdir.Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 25.11.2013-cü il tarixli məktubla cavablandırılaraq, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 16.12.2004-cü il tarixli 412 saylı qərarı ilə vətəndaş Maraqlı şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinə münasibət bildirilməsi və müvafiq rəyin alınması üçün aidiyyəti orqanlara müraciət olunması bildirilmişdir. Cavabdehin 16.12.2004-cü il tarixli 412 saylı qərarı ilə Maraqlı şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmaqla park ərazisində yerləşməsi həmçinin DƏDRX Bakı Şəhər Ərazi İdarəsinin Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı 14.0 9.2013-cü il tarixli **********07 saylı məktubunda da qeyd olunmuşdur. Cavabdeh Maraqlı şəxs ilə 15 dekabr 2004-cü il tarixdə torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə bağlamaqla Torpaq Məcəlləsinin 86-cı maddəsinin tələbini pozmuşdur. Həmçinin, hazırda bələdiyyələrə ayrılmış torpaq fondları Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət hüququ ilə ilkin dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda, bələdiyyə tərəfindən torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun hesabına ayrılması əsassızdır. Qeyd olunanları nəzərə alaraq, cavabdehə 20.04.2015-ci il tarixli məktubla müraciət olunaraq cavabdehin 16.12.2004-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul ol unması xahiş olunmuşdur. Cavabdeh iddiaçıya ünvanladığı 21.04.2015-ci il tarixli məktubda qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasından imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 avqust 2015-ci il tarixli qərardadı ilə həmin torpaq sahəsinin hazırkı mülkiyyətçisi X8 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-2594/2016 saylıiş) 26 iyul 2016-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığına və müddətin buraxılmasından (buraxılma səbəbindən asılı olmayaraq) 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilmə si mümkünsüz olduğundan hazırkı iddia təmin edilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4-məruzəçi, X5 və X7, 2-1(103)-2344/2016 saylı iş) 16 noyabr 2016-cı il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 02 dekabr 2016-cı il tarixdə qərarın surətini almış, 05 yanvar 2017-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumu qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-in 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, işə apellyasiya instansiya qaydasında baxan məhkəmə isə bu hallara qiymət verməmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı torpaq sahəsinin üçüncü şəxsə satılması barədə cavabdehin 2004-cü ilin dekabrında qəbul etdiyi qərarı mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi İPM-in 38.1-ci və “İn zibati icraat haqqında” Qanunun 67.12-ci maddələrinə istinad edərək iddia müddətinin buraxılması əsası ilə iddianı mümkün saymamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı mübahisə açdığı qərardan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 14 sentyabr 2013-cü il tarixli məktubunu aldığı vaxtdan məlumatlı olmuşdur, inzibati aktın ləğv edilməsini şərtləndirən hallar məlum olduğu gündən 1 il müddət keçdikdən sonra, yəni 2015-ci ilin aprel ayının 23-də iddia verməklə iddia müddətini buraxmışdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Apellyasiya insta nsiyası məhkəməsinin istinad etdiyi qanunun normasına görə iddia müddətinin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlanır. İddiaçının mübahisə açdığı cavabdehin 16 dekabr 2004-cü il tarixli qərarının ona təqdim edilməsi barədə işdə sübut mövcud olmamışdır. Məhkəmə də qərarında həmin aktın iddiaçıya təqdim edilməsi vaxtı barədə hər hansı əsaslandırma verməmişdir. İddiaçı mübahisə açdığı qərardan E.Əsədov tərəfindən ona qarşı inzibati məhkəmə icraatı qaydasında işə baxılan zaman məlum olduğunu bildirsə də, apellyasiya instansiyası məhkəməsi həmin halı araşdırmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya göndərdiyi 14 sentyabr 2013-cü il tarixli məktubunda da cavabd ehin 16 dekabr 2004-cü il tarixli qərarının məktuba əlavə edilməsi göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsi inzibati aktı qəbul edən orqana, hazırkı halda cavabdehə aid olduğundan həmin normanın bu mübahisəyə tətbiq edilməsi istisna olunur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin buraxılması nəticəsinə gəlsə də, iddiaya qismən mahiyyəti üzrə hüquqi qiymət verərək iddiaçının torpaq sahəsinin ümumi istifadədə olan torpaq sah əsinə, park ərazisində yerləşməsinə dair sübut təqdim etməməsini (baxmayaraq ki, işdə torpaq sahəsinin ümumi istifadədə, park ərazisində olmasını təsdiq edən məktub olmuşdur) bildirmiş, düzgün olmayaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutları əlaqəli şəkildə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qərarın ləğv olunması hissəsində şikayətin dəlilləri əsaslı olduğundan, həmin hissədə şikayət təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarın ın ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilə bilməz. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2344/2016 saylı, 16 noyabr 2016-cı il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmas ın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar