Məhkəmə qərarları › İş №2-1(102)-638/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-638/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-638/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta stajının və əlavənin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.03.2024 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx qarşı “sığorta stajının və əlavənin hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-ci il tarixli, 2-1(103)-1330/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydas ında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya “əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarla xx.xx.2021-ci ildən pensiya təyin olunmuş və bu zaman onun xidmət illərinin 32 il 04 ay olduğu, təminat xərcliyinin isə 2301.00 manat olduğu nəzərə alınmışdır

2. İddiaçı cavabdehə müraciət edərək ona pensiya təyin edilən zaman bəzi xidmət illərinin cavabdeh qurum tərəfindən məlumat vərəqəsində göstərilmədiyi üçün həmin müddətlərin nəzərə alınmağını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hall ar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən daxili işlər və digər hüquq mühafizə orqanlarında, eləcə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət zamanı döyüşlərdə iştirak müddəti pensiya təyin olunarkən uzun müddət xidmət illərinə daxil edilir. Qeyd olunanlara əsasən daxili işlər orqanlarından və müddətli həqiqi hərbi xidmətdən öncə könüllü özünü müdafiə batalyonunun tərkibində döyüşlərdə iştirak etdiyi müddətin daxili işlər orqanlarının xüsusi rütbəli əməkdaşı kimi pensiya stajına əlavə edilməsi mümkün deyildir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən daxili iş lər orqanlarında orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında xidmətə götürülməzdən əvvəl mülki ali, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtı beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Bununla əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığı 4 il müddətin yarısı (2 il) xidmət illərinə əlavə olunmuşdur. Həmin Qərarda mülki təşkilatlarda iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmadığından 6 saylı orta məktəbdə işlədiyi müddətin pensiya stajına əlavə olunması mümkün deyildir. Şəxsi işdə olan qeydlərə əsasən Nardaran hadisələri zaman ı xidmətinin 1 günü 3 gün kimi nəzərə alınaraq güzəştli xidmət müddətinizə hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Şuşa rayonu Malıbəyli kəndi özünümüdafiə batalyonun tərkibində kəndin müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak müddətinin, eləcə də Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq rəhbəri kimi çalışdığı müddətin, həmçinin Nardaran hadisələri vaxtı 1 il 6 ay məxfi əməliyyatlarda iştirak etdiyi müddətin onun xidmət illərinə hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ona pensiya düzgün hesablanmamışdır. Belə ki, o, 1990-1992-ci illər tarixində özünü müdafiə batalyonun tərkibin də döyüşmüş, bundan əlavə 1994-1998-ci il tarixlərdə ali təhsil almış, 6 saylı orta məktəbdə 1998-1999cu il tarixlərdə hazırlıq rəhbəri kimi çalışmış, Nardaran hadisələri zamanı məxfi əməliyyatlarda çalışmış, lakin onun 1 il 2 ay döyüşdüyü illər, 4 il təhsil aldığı il, 5 ay 21 gün orta məktəbdə hazırlıq rəhbəri işlədiyi və 1 il 6 ay Nardaran hadisələri vaxtı işlədiyi dövr, yəni ümumilikdə 7 il 1 ay 11 gün nəzərə alınmamışdır. Bundan əlavə, ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş maddənin tələbinə əsasən hər il üçün təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunması nəzərdə tutulsa da, ona həmin əlavə göstərilən faiz nisbətində həyata keçirilməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 18 noya br 2022-ci il tarixli 2-1(112)-9344/2022 nömrəli qərardadı ilə İddiaçı Nardaran hadisələri vaxtı məxfi əməliyyatlarda iştirak etdiyi 3 ay 3 gün müddətin, əyani təhsil aldığı 4 il müddətin xidmət illərinə hesablanması, eyni zamanda 3 faiz əlavənin hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində mümkün sayılmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2-1(112)-9344/2022 nömrəli, qərarı ilə (hakim O.Həsənov) iddiaçının Şuşa rayonu Malıbəyli kəndi özünümüdafiə batalyonunun tərkibində kəndin müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak müddətinin, Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hazırlıq rəhbəri kimi çalışdığı müddətin və Nardaran hadisələri vaxtı 1 il 6 ay məxfi əməliyyatlarda iştirak etdiyi müddətin 3 ay 3 gün xidmət müddəti istisna ol maqla qalan müddətin onun xidmət illərinə hesablanması barədə iddiası rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi iddiaçının Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq rəhbəri kimi çalışdığı müddətin xidmət illərinə hesablanmaması ilə bağlı qeyd etmişdir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il Qərarının 1-ci hissəsinin müvafiq abzaslarından görünür ki, zabit heyətinə mənsub şəxslərə, giz irlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə hansı dövrlərin daxil edilməli olması halların dairəsi konkret olaraq müəyyən edilmişdir ki, mülki təşkilatlarda, o cümlədən orta məktəbdə iş stajının xidmət illərinə əlavə edilməli olması ilə bağlı hər hansı hal adıçəkilən Qərarda qeyd edilməmişdir. Odur ki, konkret dairəsi müəyyən edilmiş hala aid olmayan orta məktəbdə işlədiyi müddətin xidmət illərinə əlavə edilməməsində cavabdehin hərəkətsizliyi qanuni və əsaslı olmuşdur.

9. Nardaran hadisələri vaxtı əməliyyatlarda iştirak etdiyi müddətin onun xidmət illərinə hesablanmalı olması ilə bağlı isə qeyd edilmişdir ki, iddiaçı ümumilikdə 1 il 6 ay məxfi əməliyyatlarda iştirak etdiyini qeyd etsə də, bunu təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən təqdim edilən materiallardan isə müəyyən edilmişdir ki, onun məxfi əməliyyatlarda iştirak müddəti 1 günə 3 gün hesablanmaqla məhz 3 ay 3 gün olmaqla hesablanmışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarını ləğv edilməsi və iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-ci il tarixli, 2-1(103)-1330/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova– sədrlik edən və məruzəçi, R.Səmədov v ə A.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xidmət müddəti təqvimi xidmət illəri ilə 23 il, 11 ay, 16 gün, imtiyazlı xidmət illəri ilə 32 il, 04 ay, 17 gün olaraq hesablanmışdır. Təqvimi xidmət illərinin hesablanması qaydasını cavabdeh orqan aşağıdakı kimi əsaslandırmışdır: 1994 - 1998-ci illər Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığı (4 il: 2 = 2 il); xx.xx.1999-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər daxili işlər orqanlarında xidmət etdiyi (21 il 11 ay 16 gün) dövrlər nəzərə alınmaqla onun təqvimi xidmət mü ddəti - 23 il, 11 ay, 16 gün təşkil edir. İmtiyazlı xidmət illərinin hesablanması qaydası isə aşağıdakı kimi əsaslandırılmışdır: İddiaçının xx.xx.2004-xx.xx.2020-ci illərdə DİN X3 X1 xidmətinin bir ayı ayyarım hesablanmaqla - bir dəfə təqvimi, yarım dəfə imtiyazlı xidmət illərinə əlavə olunmaqla hesablanır (16 il, 03 ay, 26 gün x 0.5=08 il, 01 ay, 28 gün) Hüquqi əsası: xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərara əsasən b) xidmətin bir ayı ayyarım sayılmaqla: müdafiə, milli-təhlükəsizlik- daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; Daxili işlər Nazirliyinin 270 saylı xx.xx.2004-cü il t arixli əmrinə əsasən X4 Xüsusi Təyinatlı Nizami Polis Hissələrinə aid edilir. Bu əmr xx.xx.2004-cü il tarixdən məqbullar qəbul edilməklə tətbiq edilir. İddiaçı Daxili işlər Nazirliyinin Əlahiddə Çevik X2 Bölüyünün tərkibində Daxili İşlər Nazirliyinin "Terror əleyhinə aparılan əməliyyat zonasında hüquqi rejimin tətbiq olunması barədə" xx.xx.2015-ci il tarixli 022 (məxfi) nömrəli əmrinin icrası ilə əlaqədar xx.xx.2015-ci il tarixdən 62 gün müddətində Nardaran qəsəbəsində və ətrafında ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin olunması və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə keçirilən tədbirlərdə iştirak etmiş və 1 günü 3 gün kimi nəzərə alınaraq bir dəfə təqvimi xidmətə, iki dəfə imtiyazlı xidmətə əlavə olunmaqla güzəştli xidmət müddətinə hesablanır. İddi açının Nardaran hadisələri zamanı xidməti müddəti 1-ci bənddə göstərilən imtiyazlı xidmət illəri ilə üst-üstə düşür. Belə olan halda təqvimi xidmət illərinə görə nəzərdə tutulan 2 ayrı imtiyazlı xidmət illərinin ən yüksək həddi nəzərə alınır. Yəni, həmin müddətin., yarım dəfə 1-ci bənddə imtiyazlı xidmət illərinə hesablandığını nəzərə alaraq - 62 gün x 1.5 =00 il, 03 ay, 03 gün imtiyazlı xidmət illərinə əlavə olunmaqla hesablanır. Beləliklə, iddiaçının imtiyazlı xidmət illərinə görə əlavə ümumilikdə 08 il, 05 ay, 01 gün təşkil edir. Bu hesablanmanı iddiaçının Nardaran hadisələri zamanı 62 gün xidmət müddətini xx.xx.2004-xx.xx.2020-ci illərdə DİN X3 X1 xidmət illərindən çıxılmaqla müvafiq olaraq 16 il, 03 ay, 26 gün - 62 gün = 16 il, 01 ay, 25 gün x 0.5 + 62 x 2 formasında hesablansa da nət icədə imtiyazlı xidmət illəri 08 il, 05 ay, 01 gün təşkil edəcəkdir. Qeyd olunanlara əsasən iddiaçının xidmət illəri təqvimi hesablama ilə 23 il, 11 ay, 16 gün, imtiyazlı hesablama ilə 32 il, 04 ay, 17 gün təşkil edir ki, həmin hesablamalar da cavabdeh tərəfindən iddiaçıya müvafiq pensiyasının təyin olunması məqsədilə təqdim olunan məlumat vərəqəsində göstərilmiş və nəzərə alınmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, 31 dekabr 2020-ci il tarixdə öz xahişi ilə tərxis olunarkən işlədiyi 1 il 2 ay torpaqların azadlığı uğrunda vuruş duğu, 4 il ali təhsil aldığı, 5 ay 21 gün Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq rəhbəri kimi çalışdığı, 1 il 6 ay Nardaran hadisələri vaxtı məxfi əməliyyatlarda iştirak etdiyi cəm i 7 il 1 ay 11 gün nəzərə alınmayıb. Onun kifayət qədər sığorta stajı olduğu halda, ona pensiya təyin olunarkən 01 iyul 2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyalar haqqında” Qanunun 20.14.1 maddəsinə əsasən hesablanmalı idi. Bütün bu halları məhkəmə araşdırmamış, və tam qanunsuz və əsassız qərar qəbul edilmişdir. Cavabdeh pensiyanın hesablanmasına dair bildirir ki, iddiaçının xidmət illəri 3 il 6 ayı üçün 3 il üçün hər ilə görə 2% əlavə 6 aya görə 1% əlavə hesablanıb. Belə olan halda 2017-ci il 01 iyul tarixədək qüvvədə olan “Əmək pensiyalar haqqında” Qanunun 20.14.1 maddəsi iddiaçıya aid dü zgün tətbiq edilmir. 01 iyul 2017-ci ilədək qüvvədə olan “Əmək pensiyalar haqqında” Qanunun 20.14.1 maddəsinə əsasən hərbi xidmətidən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 20 il hərbi xidmət üçün müvafiq təminat xərclərinin 50 faizi, yaşa və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmalıdır. Onun sığorta stajı 2017-ci ilə qədər 20 ildən artıq olmuşdur. Məhkəmə iddia tələbinin bu hissəsinə ümumiyyətlə münasibət bildirməmişdir. Hesab edir ki, onun iş fəaliyyəti ilə bağlı aparılmış hesablama qərəzlidir və onun sosial təminat hüququnu pozur. Həmçinin hesab edir ki, məhkəmə qər ar qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq, mübahisəni kifayət qədər araşdırmadan və prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsindən kənara çıxaraq qanunsuz nəticəyə gəlmiş və iddiaçının istər milli və istərsə də Beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarını pozaraq ziyanına olan qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-ci il tarixli, 2-1(103)-1330/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular ına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il Qərarı:

1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respubl ikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti, əgər əsirlik könüllü olmamışdısa və hərbi qulluqçu əsirlikdə olarkən respublikaya qarşı cinayət törətməmişdisə Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir

17. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilm əli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şik ayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməl i, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdı rmaları yetərli hesab olunur.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya xx.xx.2021-ci ildən pensiya təyin olunmuş və onun xidmət illəri təqvimi hesablama ilə 23 il, 11 ay, 16 gün, imtiyazlı hesablama ilə 32 il, 04 ay, 17 gün təşkil edir ki, həmin hesablamalar da cavabdeh tərəfindən iddiaçıya müvafiq pensiyasının təyin olunması məqsədilə təqdim olunan məlumat vərəqəsində göstərilmiş və nəzərə alınmışdır.

26. İddiaçının hüquqi marağı isə onun Şuşa rayonu Malıbə yli kəndi özünümüdafiə batalyonun tərkibində kəndin müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak müddətinin, eləcə də Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq rəhbəri kimi çalışdığı müddətin, həmçinin Nardaran hadisələri vaxtı 1 il 6 ay məxfi əməliyyatlarda iştirak etdiyi müddətin onun xidmət illərinə hesablanmasına yönəlmişdir.

27. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarın a əsasən daxili işlər və digər hüquq mühafizə orqanlarında, eləcə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət zamanı döyüşlərdə iştirak müddəti pensiya təyin olunarkən uzun müddət xidmət illərinə daxil edilir. Lakin iddiaçı özünümüdafiə batalyonun tərkibində döyüşlərdə iştirak etdiyi dövrdə daxili işlər orqanlarının xüsusi rütbəli əməkdaşı olmamışdır. Bu səbəbdən həmin dövrün onun pensiya stajına əlavə edilməsi mümkün deyildir.

28. Bundan əlavə yuxarıda qeyd edilən qərarda iddiaçının mülki təşkilatlarda, o cümlədən orta məktəbdə iş stajının xidmət illərinə əlavə edilməli olması ilə bağlı hər hansı hal göstərilməmişdir. Odur ki, konkret dairəsi müəyyən edilmiş hala aid olmayan iddiaçının “Şuşa şəhər 6 saylı orta məktəbdə işlədiyi müddətin xidmət illərinə əlavə edilməsi” barə də tələbin təmin olunmasından da cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

29. Məhkəmə kollegiyası iddiaçının Nardaran hadisələri vaxtı 1 il 6 ay məxfi əməliyyatlarda iştirak etdiyi müddətin onun xidmət illərinə hesablanması ilə bağlı qeyd edir ki, Daxili işlər Nazirliyinin “Terror əleyhinə aparılan əməliyyat zonasında hüquqi rejimin tətbiq olunması barədə” xx.xx.2015-ci il tarixli 022 (məxfi) nömrəli əmrinin icrası ilə əlaqədar Daxili işlər Nazirliyinin X3 Alayının xx.xx.2016-cı il tarixli 07 (məxfi) nömrəli əmrinə əsasən iddiaçı xx.xx.2015-ci il tarixdən 62 gün müddətində Nardaran qəsəbəsində və ətrafında ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin olunması və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə keçirilən tədbirlərdə iştirak etmiş və həmin əmrə u yğun olaraq cavabdeh iddiaçının xidmət illərini hesablayaraq, 3 ay 3 gün güzəştli xidmət müddətini iddiaçının xidmət illərinə daxil etmiş, bu hal pensiya təyini üçün xidmət müddəti haqqında hesablama vərəqəsindəki məlumatlarda da öz təsdiqini tapmışdır.

30. Belə olan halda, iddiaçının tələbləri əsassız, cavabdehin hərəkətləri isə qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

31. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin ic rası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir

32. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-ci il tarixli, 21(103)-1330/2023 nömrəli qərarı dəyişdirilmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar