Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-639/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X7qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-639/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, üçüncü şəxs X4, vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənz il Kommunal Təsərrüfat Departamentinin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X7 qarşı mülkiyyət hüququ barədə qeydin ləğv edilməsi, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2301/2018 saylı qərarından üçüncü şəxs X10 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti cavabdeh Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İd arəsinə və üçüncü şəxs X7 qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xxxx 2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 1 ünvanında yerləşən yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edildiyini, Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilmiş sənədlər əsasında balansdan-balansa verilmiş yaşayış və qeyri-yaşayış binaları Azərbaycan Respublikasının dövlət əmlakının reyestrində dövlət qeydiyyatına alındığı nı, ünvan 3 evin 14 saylı mənzilinin keçmiş sahibi X9 xxxx 2002-ci il tarixdə Bakı şəhərində vəfat etdiyini, V.Mişarinin vəfatından sonra Sabunçu rayon məhkəməsinin xxxx 2002-ci il tarixli qətnaməsi ilə N.C.Şirinovanın faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi barədə ərizəsinin təmin olunduğunu, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xxxx 2004-cü il tarixli İMK -2495/04 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin həmin mülki iş üzrə xxxx 2002-ci il tarixli qətnaməsinin ləğv edildiyini, X1 X2 faktiki nikah münasibətində olma faktının və vərəsəlik hüququnun müəyyən olunması barədə iddiasının təmin edilmədiyini, "Balaxanıneft” NQÇİ-nin apellyasiya şikayətinin təmin edildiyini, Sabunçu Rayon Məhkəməsinin xxxx 2004-cü il tari xli 2-1627/2004-cü il tarixli qətnaməsi ilə X1 xxxx 2002-ci ildə Bakı şəhərində vəfat etmiş X5 2000-ci ilin xx ayından himayəsində olması faktının müəyyən edildiyini, X2 vərəsəsi kimi tanındığını, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xxxx oktyabr 2006-cı il tarixli, lmk-5194/06 saylı qərardadı ilə hazırki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xxxx 2004-cü il tarixli qətnaməsinin ləğv edildiyini, ərizənin baxılmamış saxlanıldığını, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xxxx 2007-ci il tarixli, 6K250/07 saylı qərarı ilə N.Şirinovanın kasassiya şikayətinin təmin edilmədiyini, Apellyasiya Məhkəməsinin iş üzrə xxxx 2006-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanıldığını, Sabunçu rayon məhkəməsinin xxxx 2004-cü il tarixli, 2-1627/2004 saylı qətnaməsi yuxarı instansiya məhkəmələrinin aktları ilə öz hüquqi qüvvəsini itirmiş olsa da, X1 birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən X2 vərəsəsi kimi vərəsəlik hüququ haqqında şəhadətnamə, daha sonra onun mülkiyyətində olan ünvan 3 evin 14 saylı mənzilinə dair xxxx 2005-ci il tarixdə qeydiyyat vəsiqəsi aldığını, bununla bağlı ünvan 3 ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış binasının Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olması, həmçinin X3 həmin ünvanda yerləşən 14 saylı mənzilə qeydiyyat vəsiqəsi almasına əsas olmuş Sabunçu Rayon Məhkəməsinin xxxx 2004-cü il tarixli 21627/2004 saylı qətnaməsinin müvafiq instansiya məhkəmələrinin aktları ilə ləğv edilərək hüquqi qüvvəsini itir məsi səbəbindən göstərilən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına olan mülkiyyət hüququ qeydinin ləğv edilməsi, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən N.C.Şirinovanın adına verilmiş xxxx 2005-ci il tarixli, ÖM seriyalı, *** saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə xxxxx 2017-ci il tarixli, 297 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi müraciət edildiyini, sonuncu, xxxx 2017-ci il tarixli məktubla X4 həmin mənzil üzərində mülkiyyət hüququ Sabunçu Rayon Məhkəməsinin xxxx 2004cü il tarixli, 2-1627/2004 saylı qətnaməsinə uyğun olaraq verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydiyyata alındığına, sonradan Bakı Apellyasiya Məhkə məsinin xxxx 2006-cı il tarixli, lmk-5194/06 nömrəli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv olunsa da, N.Şirinovanın adına verilmiş qeydiyyat vəsiqəsinin ləğvi məsələsinə münasibət bildirilmədiyinə, həmin qeydiyyat vəsiqəsinin mübahisələndirilmədiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etdiyini bildirərək, ünvan 6 ünvanında yerləşən 14 saylı mənzilə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına olan mülkiyyət hüququ qeydinin ləğv edilməsi, xxxx 2005-ci il tarixli, **** saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)1587/2018 saylı qərarı ilə iddia tələbi r ədd edilmişdir (hakim – E.M.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2301/2018 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və M.A.Məmmədov) iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək, ünvan 6 ünvanında yerləşən 14 saylı mənzilə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində olan mülkiyyət hüququ qeydinin ləğv edilməsi, xxxx 2005-ci il tarixli, ***** saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2 018-ci il tarixli qərarından üçüncü şəxs X10 və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin onun mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 14 saylı mənzilə heç bir hüququ mövcud deyildir, həmin mənzilə dair X1 adına olan qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənəd - qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədədir, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Üçüncü şəxs X10 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti və cavabdeh Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən b u Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti və cavabdeh Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiy a şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxla nılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, üçüncü şəxs X4, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2301/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sabunçu rayonu, Neft NQÇİ-nin 1 saylı MİS ilə V.Mişarin arasında ünvan 8 ünvanda yerləşən 14 saylı mənzilin kirayəyə verilməsi barədə razılıq əldə edilmiş, həmin mənzildə yalnız X12 qeydiyyatda olmuş, mənzil X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş, xxxx 2004-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqınd a şəhadətnamə”yə görə X1 Viktor Fyodoroviçin vərəsəsi hesab edilmiş və Bakı şəhəri, ünvan 8, mənzil 14-də yerləşən miras əmlaka dair şəhadətnamə ona verilmiş, Sabunçu rayon məhkəməsinin 2-1627/2004 saylı, xxxx 2004-cü il tarixli qətnaməsi ilə X4 07 oktyabr 2002-ci ildə vəfat etmiş X5 himayəsində yaşaması faktının müəyyən edilməsi və onun vərəsəsi kimi tanınması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xxxx 2006-cı il tarixli, 1 mk-5194/06 nömrəli qərardadı ilə Sabunçu rayon məhkəməsinin xxxx 2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xxxx 2007-ci il tarixli, 6K-250/07 nömrəli qərarı ilə X1 kassasiya şikayəti təmin olunmamış, Apellyasiya Məhkə məsinin 17 oktyabr 2006-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2011-ci il tarixli, 435s nömrəli sərəncamına görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsi, Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışa görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, **** nömrəsi ilə dövlət əmlakı olaraq göstərilmiş, iddiaçı mübahisəli mənzilin yerləşdiyi bina nın dövlət mənzil fonduna aid olmaqla özünün balansında olmasını, həmçinin X4 adına həmin mənzilə qeydiyyat vəsiqəsi verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin ləğv edilməklə hüquqi qüvvəsini itirməsi səbəbindən üçüncü şəxsin adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi üçün xxxx 2017-ci il tarixli 297 saylı məktubla DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və onun müraciətini təmin etməkdən imtina olunmuşdur. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, ünvan 7 ünvanında yerləşən 14 saylı mənzilə dair X1 adına olan qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş, X4 vəfat etmiş X5 vərəsəsi kimi tanınması barədə məhkəmə qətnaməsi ləğv edilmiş, bu barədə məhkəmə qərarı hazırda qüvvədədir, X4 adına aparılmış mülkiyyət qeydi hazırd a əsassız qeyd, onun adına verilmiş qeydiyyat vəsiqəsi isə hazırda əsassız sənəddir, məhkəmə qətnaməsi yuxarı məhkəmələrin qərarları ilə ləğv edilmiş və hüquqi qüvvəsini itirmiş, X1 həmin mənzilə dair öz adına qeydiyyat vəsiqəsini almağa əsas vermiş məhkəmə aktı qüvvəsini itirdiyindən, həmin məhkəmə qətnaməsinə əsasən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qüvvədə olub-olmamasının heç bir əhəmiyyəti ola bilməz, qanuni və faktiki olaraq X1 mənzilə hüquq verilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmiş, həmin qətnamə əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də öz hüquqi qüvvəsini itirmiş, onun hal-hazırda ləğv edilib-edilməməsi vacib bir əhəmiyyət kəsb etmir və qüvvədə olmasına da dəlalət edə bilməz, N.Şirinova isə həmin mənzilin mülkiyyət çisi sayıla bilmədiyindən, onun adına olan qeydiyyat vəsiqəsi də hüquqi qüvvəyə malik sənəd sayıla bilməz, digər tərəfdən mübahisəli mənzil də binanın təkzib hissəsi olaraq mülkiyyətçisi X9 xxxx 2002-ci ildə vəfat etdikdən sonra vərəsəsiz əmlak kimi Mənzil Kommunal Xidmətlər Departamentinin balansına keçmiş, Dövlət Neft Şirkəti ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında imzalanmış təhviltəslim aktına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası məqsədilə yaşayış və qeyri-yaşayış binaları, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, **** yerləşən yaşayış binası əvəzsiz olaraq Departamentə təhvil verilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qan uni və əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 2.2). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (maddə 2.4.). Qanunun 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qanunun 16.4-cü maddəsinə əsasən bu qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Qanunun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Qanunun 21-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası ünvan 7 ünvanında yerləşən 14 saylı mənzilə dair X1 adına aparılmış mülkiyyət qeydinin hazırda əsassız qeyd, onun adına verilmiş qeydiyyat vəsiqəsinin isə əsassız sənəd olduğunu, X1 mənzilə hüquq verilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edildiyindən, həmin qətnamə əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin də öz hüquqi qüvvəsini itirdiyini, həmçinin mübahisəli mənzilin mül kiyyətçisi X2 xxxx 2002-ci ildə vəfat etdikdən sonra Mənzil Kommunal Xidmətlər Departamentinin balansına keçdiyini, Dövlət Neft Şirkəti ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında imzalanmış təhvil-təslim aktına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası məqsədilə yaşayış və qeyri-yaşayış binaları, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi, 22 ünvanında yerləşən yaşayış binasının əvəzsiz olaraq Departamentə təhvil verildiyini nəzərə alaraq kassasiya şikayətinin “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin hazırda qüvvədə olduğu və ləğv edilmədiyi barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə ə sasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2301/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2301/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-639/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-639/2019
06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver