Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-639/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi) Giriş hissə: Hakimlər: Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı əmək pensiyasının bərpa edilməsi və y aranmış fərq məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1781/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İddiaçı 1 fevral 1968-ci il tarixdə (Ş/V –AA*******, FİN- xxxxxxx) Tovuz rayonunda anadan olub, Bakı şəhəri, Qaradağ rayonu, Sahil Ərazi Dairəsi, Sahil qəsəbəsi 15-də qeydiyyatdadır. İddiaçının əmək kitabçasına əsasən 12 iyun 1990-cı il tarixdən 10 mart 2004-cü il tarixədək hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi adlanan, əvvəllər isə “Sənayekommunaltikinti” Birliyinin 3 nömrəli filialı kimi fəaliyyət göstərmiş qurumda 3-cü dərəcəli rəngsaz vəzifə sində işləmişdir.
2. İddiaçıya 3 mart 2017-ci il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbindən İİ dərəcəli əlillik təyin olunmuşdur. Əlillik dərəcəsini aldıqdan sonra əlilliyə görə əmək pensiyasının təyin olunması üçün DSMF-nin Yasamal rayon şöbəsinə müraciət etmiş və həmin müraciət əsasında ona əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Bir müddət əlilliyə görə əmək pensiyasının ödənişləri həyata keçirilsə də, daha sonra cavabdeh tərəfindən həmin ödənişlər dayandırılmışdır. Bununla bağlı olaraq cavabdeh inzibati orqana müraciət etmiş və 19 dekabr 2019-cu il tarixli, **********2 nömrəli məktubla cavab olaraq bildirmişlər ki, 12.6.1990-cı ildən 10.3.2004-cü ilə qədər işlədiyi dövrün düzgünlüyü öz təsdiqini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəmə sindəki icraat
3. İddiaçı cavabdehə qarşı 12 iyun 1990-cı ildən 10 mart 2004-cü ilə qədər hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsində rəngsaz işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığ orta stajı olduqda təyin edilir. Onun (iddiaçının) əlilliyi təyin olunduğu tarixə əmək pensiyası almaq üçün 11 il 4 ay sığorta stajının olması kifayət edir. Əlillik təyin olunan zaman onun 49 yaşı tamam olmuş, həmin yaşdan 15 il (AR Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əmək fəaliyyəti ilə məşğul ola bilməmək yaş həddi) çıxılmalı və alınan 34 illik yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunduğundan, ümumi iş stajı olan 13 il 8 ay 28 gün 4-ə vurulmalı və alınan rəqəm tələb olunan minimum əmək stajını təşkil etməlidir. AR Əmək Məcəlləsinin 87.1-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, g ünü, ayı və ili barədə qeydlər göstərilir. DSMF Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 1 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Qaydaların 3.2.1-ci bəndinə əsasən 1 yanvar 2006cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş st ajının əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprel ayının 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə həmin müəssisə də daxil bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə yaranmış borcları 1 aprel 2018-ci il tarixdən silinmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilən sənədlərdə (müəssisənin əmrlər kitabından çıxarış, əmək haqqı cədvəli) onun əmək stajı öz təsdiqini tapmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)975/2021 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqanın apardığı inzibati icraatda iddiaçının həmin müəssisədə işləməsi, əmək haqqı alması və s. mötəbər sübutlarla təsdiqini tapmamışdır. İnzibati orqanın bu dəlilini inkar edən halları məhkəmə icraatında da aşkar olunmamışdır. İnzibati orqanın tərtib etdiyi 2 9 iyul 2019-cu il tarixli aktda göstərilən xüsusatlar, yəni iddiaçının müvafiq dövr ərzində məzuniyyətdə olması barədə əmrlərin, o cümlədən mükafatlandırılması və əmək haqqı almasına dair sənədlərinin olmaması əmək kitabçasındakı qeydlərin formallığına dəlalət edir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi baradə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1781/2021 nömrəli (hakimlər Səadət Bəktaşi-sədrlik edən və məruzəçi, Həmid Həmidov və Aida Hüseyn) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 09 fev ral 2021-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçının cavabdehə qarşı əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi barədə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı məzuniyyət, mükafat, töhmət əmrlərinə rast gəlinməməsi iddiaçının həmin müəssisədə işləməsini şübhə altına ala bilməz. Belə ki, işçinin mükafatlandırılması və intizam tənbehi ilə cəzalandırılması işəgötürənin müstəsna mülahizəsi əsasında həyata keçirilir. Bundan başqa belə bir əmrlərin mütləq qaydada mövcud olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının 12 iyun 1990-cı il tarixdən 10 mart 2004-cü il tarixədək hazırda "xxxx" Səhmdar Cəmiyy ətinin 2 saylı Müəssisəsi adlanan, əvvəllər isə “Sənayekommunaltikinti” Birliyin adlanan müəssisədə işləməsi iş materialları ilə öz təsdiqini tapır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 15 iyun 1990-cı il tarixdə tərtib edilmiş əmək kitabçasında bir sıra şübhədoğurucu məqamlar mövcuddur. Belə ki, Azərsənayetikinti Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin 27 oktyabr 1999-cu il tarixdə Ədliyyə Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmasına baxmayaraq, 1995-ci ilin əmək haqqı cədvəlində Azərsənayetikinti Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin möhürü mövcuddur. Azərsənayetikinti Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin 27 oktyabr 1999-cu il tarixdə Ədliyyə Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmasına baxmayaraq, İddiaçı əmək kitabçasında onun Azərsənayetikinti Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsində işə daxilolma əmri 2 sentyabr 1999-cu il tarixdə göstərilmişdir. Bundan əlavə Azərbaycan Respublikası prezidentinin 10 may 1993-cü il tarixli fərmanı əsasında Azərbaycan Respublikası Sənaye Tikinti İstehsalat Birliyinin tərkibinə daxil olan təşkilat və müəssisələrin bazasında Azərbaycan Respublikası ‘Azərsənayetikinti” Dövlət Şirkəti yaradılmışdır. Bu fakt da ona ehtiva edir ki, iddiaçı əsası 1993-cü il tarixind ə qoyulmuş dövlət şirkətində 1990-cı il tarixdə əmək fəaliyyətinə başlaya bilməzdi. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq ikinci dərəcəli əlillik təyinatının aparıldığı 3 mart 2017-ci il tarixdə qanunla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajına malik olmamışdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 4.1. Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri mü əyyən edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 13. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müə yyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Bənd 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
14. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti ilə bağlı əsaslı nəticəyə gəlsə də, məhkəmə qərarının nəticəvi hissəsini qeyri-müəyyən formada tərtib etmişdir.
18. İş üzrə təqdim edilmiş sənədlərə əsasən AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Həmçinin ИТ-İ seriyalı ******* saylı Əmək kitabçasının surətindən görünür ki, iddiaçı 12.06.1990-cı il tarixdən 10.03.2004-cü il tarixədək hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi adlanan, əvvəllər isə “Sənayekommunaltikinti” Birliyin adlanan qurumda 3-cü dərəcəli rəngsaz vəzifəsində işləmişdir.
19. Belə ki iş materiallarına əsasən, "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin 10.03.2004-cü il tarixli, 6/k nömrəli əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 10.03.2004-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Eyni zamanda əmək haqqı tabellərin təsdiq olunmuş sur ətlərindən görünür ki, iddiaçı 1995, 1996, 2000, 2001-ci illər üzrə əmək haqqı yazılmışdır.
20. TSEK-in verdiyi arayışdan görünür ki, iddiaçıya 03.03.2017-ci il tarixdə İİ qrup əlillik dərəcəsi verilmişdir.
21. Həmçinin iş materiallarında olan DSMF Bakı şəhəri Yasamal rayon şöbəsinin əməkdaşları və "xxxx" ASC-nin 2 saylı Müəssisəsinin müdiri tərəfindən tərtib edilmiş və adıçəkilən şöbənin rəisi tərəfindən təsdiq edilmiş 29 iyul 2019-cu il tarixli aktda aşağıdakılar qeyd olunmuşdur: İddiaçı oğlunun 12 iyun 1990-cı il tarixdən 10 mart 2004-cü il tarixədək olan dövr üzrə sosial sığortaya daxil edilən (işləməsini) iş stajı və əmək haqqı yoxlanıldı. Yoxlama "xxxx" ASC-nin 2 saylı Müəssisəsinin müdiri X1 tərəfindən təqdim edilən əmrlər kitabı və sair sənədlərə əsasən aparıldı. Yoxlama nəticəsind ə müəyyən olundu ki, 12 iyun 1990-cı il tarixli 78k nömrəli əmr vərəqi 10 mart 2004-cü il tarixli 6-k nömrəli əmrlər kitabına sonradan əlavə olunub. Vərəqlərin rəngi və şriftləri fərqlənir. Əmrlərin üzərində möhür yoxdur. Əmək haqqı cədvəlləri təqdim olunmayıb. Hər hansı məzuniyyət, mükafat, töhmət əmrlərinə rast gəlinmədi.
22. Apellyasiya məhkəməsi öz qərarında yazaraq müəyyən etmişdir ki, iddiaçı 12.06.1990-cı il tarixdən 10.03.2004-cü il tarixədək hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi adlanan, əvvəllər isə “Sənayekommunaltikinti” Birliyin adlanan müəssisədə 3-cü dərəcəli rəngsaz vəzifəsində işləmişdir. İddiaçıya 03.03.2017-ci il tarixdə İİ qrup əlillik dərəcəsi verilmişdir və ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçıya pensi ya ödənişləri dayandırılmışdır. Dayandırılmasına səbəb 12.06.1990-cı il tarixdən 10.03.2004-cü il tarixədək olan dövr üzrə işləməsi öz təsdiqini tapmadığı göstərilmişdir və cavabdeh orqan tərəfindən akt tərtib edilmişdir.
23. Eyni zamanda apellyasiya məhkəməsi qeyd etmişdir ki, əmrlərin əmrlər kitabına sonradan əlavə olunması, vərəqlərin rənginin, şiriftlərin fərqli olması, əmrlərin üzərində möhürün olmaması ilə bağlı aktda göstərilənlərə dair məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə əmrlər kitabının təqdim olunması barədə məhkəmə tapşırığı verilsə də qeyd olunan əmrlər kitabı təqdim olunmamışdır. Həmçinin qeyd olunan hallar iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin özünün möhürü ilə təsdiq edilmiş iddiaçının iş ə girməsi və işdən çıxması barədə əmrləri, eləcə də əmək haqqı barədə tabel vərəqələri aktda göstərilənləri təkzib edir.
24. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 12.06.1990-cı il tarixdən 10.03.2004-cü il tarixədək hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi adlanan, əvvəllər isə “Sənayekommunaltikinti” Birliyin adlanan müəssisədə işləməsi iş materialları ilə öz təsdiqini tapır.
25. Beləliklə, məhkəmə kollegiyası iddianın əsaslı olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edir.
26. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qərarının nəticə hissəsində iddianın təmin edilməsi barədə göstərişi qeyd etsə də, cavabdehin üzərinə məhz hansı məzmunda öhdəlik qoyduğunu göstərməmişdir. Bu səbəbdən də kassasiya şikayəti qismən təmin edilməli, qərarın nəticə hissəsi dəyişdirilməli, cavabdehin üzərinə İddiaçı 12 iyun 1990-cı ildən 10 mart 2004-cü ilə qədər hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsində rəngsaz işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin üzərinə qoyulmalıdır.
27. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun un 1 saylı Bakı Ərazi Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1781/2021 nömrəli qərarının nəticə hissəsi dəyişdirilsin. İddiaçı 12 iyun 1990-cı ildən 10 mart 2004-cü ilə qədər hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsində rəngsaz işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.