Məhkəmə qərarları › İş №2-1(102)-639/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-639/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-639/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial evlə təmin olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial evlə təmin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-34 06/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ********** nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1, 43 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012- ci il tarixdə qeydiyyata alınmışdır.

2. Cavabdeh tərəfindən 12 yanvar 2023-cü il tarixdə məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şə raitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021 -ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 20202022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahılarında 6 may 2021 -ci il tarixindən 4 nəfər ailə tərkibi ilə (Siz, qızınız və iki nəvəniz) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığınız göstərilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində mənzillə təmin olunmağınız üçün təqdim etdiyiniz sənədlərə baxılarkən mülkiyyətinizdə ünvan 1 ünvanında yaşayış s ahəsi 45.15 kvadratmetr mənzilin olduğu aşkar edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğunuza görə sosial-məişət şəraitinizin yaxşılaşdırılması üçün mənzillə təmin edilməyiniz mövcud qanunvericiliyə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial evlə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum həyat yoldaşı xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş, bu barədə Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixli, 457076 nömrəli ölüm haqqında şəhadətnamə verilmiş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.1994-cü il tarixdən X3 “Şəhid”, onun ailəsi ilə “Şəhid ailəsi” hesab edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixdə 003222 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli, O-3/2- 068/2-t/l saylı ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, şəhid ailəsi kimi yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş s ənədlərdən İddiaçı ailə tərkibi nəfərlə (özü, oğlu, gəlini, 2 nəvə və digər qohum) ünvan 1, mənzil 43 ünvanında qeydiyyatda olaraq yaşadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 87 nömrəli vətəndaş İddiaçı şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncamı ilə İddiaçı ailə tərkibi 3 nəfərlə (qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X6 və X8) şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş və onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir.

5. Bundan sonra İddiaçı tələb olunan sənədləri cavabdeh orqana təqdim etmiş, lakin cavabdeh tam qanunsuz və əsassız olaraq iddiaçının mənzillə təmin olunmaq barədə ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina edilməsinə əsas kimi İddiaçı adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsinin mövcud qanunvericilivə uyğun olmadığına istinad etmişdir. Lakin cavabdehin imtinanın əsası kimi göstərilən hallar hansı qanunvericilik normasının tələblərinə əsasən müəyyən edildiyini imtina məktubunda qeyd etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin yaşayış sahəsi 45.15 kvadratmetrdir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. Göründüyü kimi qanunvericilik aktlarında sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 1 nəfər şəxs üçün 16 kvadratmet r müəyyən edilmişdir.

6. Hazırkı işin faktiki hallarından göründüyü kimi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin yaşayış sahəsi 45.15 kv.metr olmaqla, İddiaçı ailə tərkibi 3 nəfərlə (qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X6 və X8) şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş və onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmiş, həmçinin həmin ünvanda İddiaçı oğlu - X9, gəlini - X1, nəvələri - X4, X10 və qohumu - X5 ilə birlikdə yaşayır. Göründüyü kimi İddiaçı şəhid ailəsi kimi mənzillə təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ölçülər (1 nəfər üçün 16 kv.metr) nəzərə alınmaqla kifayət qədər yaşayış sahəsi olan mənzil i olmamış, onun mülkiyyətində olan mənzilin yaşayış sahəsi 45.15 kv.metr olmuş, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 87 nömrəli sərəncamını rəhbər tutmaqla hesablandığı halda (İddiaçı ailə tərkibi 3 nəfərlə - qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X6 və X8) onun mənzillə təmin edilməsindən imtina edilməsi üçün onun mülkiyyətində olan mənzilin yaşayış sahəsinin ölçüsü 64 kv.metr, həmçinin həmin mənzildə qeydiyyatda olan digər şəxslər - oğlu - X9, gəlini - X1, nəvələri - X4, X10 və qohumu - X5 əsas götürülməklə hesablandığı halda isə onun mənzillə təmin edilməsindən imtina edilməsi üçün onun mülkiyyətində olan mənzilin yaşayış sahəsinin ölçüsü 144 kv.metr olmalı idi.

7. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təq dim edilərək bildirilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 06 may 2021-ci il tarixindən 4 nəfər ailə tərkibi ilə (özü, qızı və iki nəvəsi) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən mülkiyyətində ünvan 1 ünvanında yaşayış sahəsi 45.15 kvadratmetr olan mənzilin olduğu aşkar edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6079/2023 nömrəli, 6 iyul 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, İddiaçı şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsində olması ilə bağlı ona mən zil verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, ümumi sahəsi olan 65.98 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir. Qeyd olunmalıdır ki, iddiaçının mülkiyyətində mənzilin olması onun və ailə üzvlərini sosial-məişət şəraitinin yaxşılaşdırılmasına üçün mənzillə təmin edilməsini tələb etmək hüququndan məhrum etməməlidir. Belə ki, iddiaçı güzəştli mənzil növbəsinə götürülərkən, həmin vaxt onun ailə tərkibi özü də daxil olmaqla 4 nəfər ailə üzvündən ibarət olmuşdur. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil edir. Buna baxmayaraq iddiaçının mülkiyyəti ndə olan fərdi yaşayış evinin ümumi sahəsi 65.98 kv.m təşkil etsə də, bu sahədən yalnız 45.15 kv.m olan hissəsi yaşayış üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının ailə tərkibi özləri də daxil olmaqla 4 nəfər olduğu halda, onların yaşadığı mənzilin və ya fərdi yaşayış evinin yaşayış sahəsi azı 64 kv.m (16 kv.m x 4 nəfər) təşkil etməlidir ki, hazırda iddiaçının və ailə üzvlərinin belə ölçüdə mənzilə sahib olduqları müşahidə olunmur. Belə olan halda iddiaçının mülkiyyətində olan mənzil üzrə iddiaçının hər bir ailə üzvünə düşən sahə uçot normasından aşağıdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin mənzil iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına alınmış, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi cavabdeh və ya digər qurum tərəfindən verilməmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3406/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial evlə təmin olunması öhdəliyinin qoyulması” tələbinə dair iddiası rədd edilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzillərin sahəsi hesablanarkən ümumi sahəsinin hesablanma qaydası nı vurğulamaq lazımdır. Qanunun tələbinə görə isə yaşayış sahəsi verilərkən adambaşına düşən norma yalnız yaşayış otaqlarının ümumi həcmi deyil, mənzilin ümumi sahəsi nəzərə alınmaqla hesablanır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidlər üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Hazırki mübahisəyə münasibətdə q eyd edilməlidir ki, iddiaçıya məxsus mənzilin ümumi sahəsi 65,98 kv.m, hətta 4 ailə üzvü (nəvələr də nəzərə alınsa) olmaqla hər bir ailə üzvünə düşən sahə ayrılma norması 16 kv.m-dir. Belə olduqda iddiaçının hər bir ailə üzvünə düşən sahənin ayrılma normasından (16 kv.m) artıq olduğu müşahidə edilir (65,98 kv.m/4=16,49 kv. metr). Ailə üzvü iddiaçı və qızı hesab olduğu halda hətta normadan iki dəfə artıq olduğu aşkar edilir.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvə yə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanının 1.3.4-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

17. Göründüyü kimi qanunvericilik aktlarında sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 1 nəfər şəxs üçün 16 kvadratmetr müəyyən edilmişdir.

18. Hazırkı işin faktiki hallarından göründüyü kimi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin yaşayış sahəsi 45.15 kv.metr olmaqla, İddiaçı ailə tərkibi 3 nəfərlə (qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X6 və X8) şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş və onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmiş, həmçinin həmin ünvanda İddiaçı oğlu – X9, gəlini - X1, nəvələri – X4, X10 və qohumu – X5 ilə birlikdə yaşayır.

19. Göründüyü kimi İddiaçı şəhid ailəsi kimi mənzillə təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ölçülər (1 nəfər üçün 16 kv.metr) nəzərə alınmaqla kifayət qədər yaşayış sa həsi olan mənzili olmamış, onun mülkiyyətində olan mənzilin yaşayış sahəsi 45.15 kv.metr olmuş, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 87 nömrəli sərəncamını rəhbər tutmaqla hesablandığı halda (İddiaçı ailə tərkibi 3 nəfərlə - qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X6 və X8) onun mənzillə təmin edilməsindən imtina edilməsi üçün onun mülkiyyətində olan mənzilin yaşayış sahəsinin ölçüsü 64 kv.metr, həmçinin həmin mənzildə qeydiyyatda olan digər şəxslər - oğlu – X9, gəlini - X1, nəvələri – X4, X10 və qohumu – X5 əsas götürülməklə hesablandığı halda isə onun mənzillə təmin edilməsindən imtina edilməs i üçün onun mülkiyyətində olan mənzilin yaşayış sahəsinin ölçüsü 144 kv.metr olmalı idi.

20. Lakin iş materiallarında olan sənəd lərlə müəyyən edildiyi kimi iddiaçının mülkiyyətində olan mənzilin yaşayış sahəsi 45.15 kv.metr olmuşdur. Beləliklə də, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli imtinasının qanunvericilik aktlarının tələblərinə uyğun olmadığı və qanunsuz olduğu öz təsdiqini tapmışdır.

21. Bütün bunlara baxmayaraq apellyasiya şikayətini araşdıran apellyasiya instansiya məhkəməsi tamamilə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 87 nömrəli vətəndaş İddiaçı şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncamı ilə İddiaçı 3 nəfər ailə tərkibi ilə (qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvə si X6 və X8) şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsini, onun mənzil növbəsinin güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsini, həmçinin iddiaçının yaşadığı mənzilin yaşayış sahəsinin həcminin müvafiq normativ aktda nəzərdə tutulmuş ölçüdən az olmasını nəzərə almamışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə

4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə:... 4.0.2. müə yyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Maddə

49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz.... Maddə

50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosia l kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar;... 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 24. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun: Maddə

4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə m üvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarı: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzər də tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. Hazırkı işin hallarına əsasən, iddiaçının həya t yoldaşı xx.xx.1958-ci il təvəllüdlü çavuş X3 01 mart 1994-cü il tarixdə AR-in ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” AR Qanununa əsasən xx.xx.1994-cü il tarixdən X2 şəhid, onun ailəsinə isə şəhid ailəsi statusu verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 87 nömrəli vətəndaş İddiaçı şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncamı ilə İddiaçı ailə tərkibi 3 nəfərlə (qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X6 və X8) şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş və onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar şəhid ailəsi kimi mənzillə təmin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə mülkiyyətində ünvan 1 ünvanında yaşayış sahəsi 45.15 kvadratmetr mənzilin olduğunu və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik olmadığını bildirmiş və bu səbəbdən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

35. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında ifadə olunan hüquqi mövqe ilə razılaşaraq qeyd edir ki, iddia tələbində sadalanmış şəxslər sırasında iddiaçının nəvələrinin olduğu qeyd olunmuşdur ki, həmin şəxslər də Mənzil Məcəlləsinin 30-cu maddəsində qeyd olun an ailə üzvlərinin (ər, arvad, uşaqlar və valideynlər) dairəsinə düşən şəxslər hesab olunmur. Qanunvericilik digər qohumların ailə üzvü hesab edilə bilməsini isə mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi ilə şərtləndirmişdir. Hazırkı işdə isə belə halın mövcudluğu müəyyən olunmur.

36. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bil ərlər.

37. Həmçinin iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının mülkiyyətində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 45.15 kv.metr, ümumi sahəsi 65.98 kvadratmetr mənzil mövcuddur.

38. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, mənzillərin sahəsi hesablanarkən ümumi sahəsinin hesablanma qaydasını vurğulamaq lazımdır. Qanunun tələbinə görə isə yaşayış sahəsi verilərkən adambaşına düşən norma yalnız yaşayış otaqlarının ümumi həcmi deyil, mənzilin ümumi sahəsi nəzərə alınmaqla hesablanır.

39. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən, sosial kirayə müqavilə si əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

40. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Mənzil Məcəlləsinin 12.5-ci maddəsinə görə, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Yəni, balkon və eyvan istisna olmaqla məişət və digər ehtiyaclarının ödəni lməsi üçün nəzərdə tutulan yardımçı sahələr də yaşayış sahəsinə daxildir. Yaşayış sahəsi təkcə mənzilin ayrıayrı otaqları kimi qəbul edilə bilməz. Mənzil Məcəlləsinin tələbinə görə balkon və eyvanlar istisna olmaqla vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin sahəsi yaşayış sahəsinə aiddir.

41. Bununla bağlı məhkəmə kollegiyası işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edir ki, iddiaçıya məxsus mənzilin ümumi sahəsi 65,98 kv.m, hətta 4 ailə üzvü (nəvələr də nəzərə alınsa) olmaqla hər bir ailə üzvünə düşən sahə ayrılma norması 16 kv.m-dir. Belə olduqda iddiaçının hər bir ailə üzvünə düşən sahənin ayrılma normasından (16 kv.m) artıq olduğu müşahidə edilir (65,98 kv.m/4=16,49 kv. metr). Ailə üzvü iddiaçı və qızı hesab olduğu halda hətta normadan iki dəfə artıq olduğu aşkar edilir.

42. Eyni zamanda qeyd edilməlidir ki, qanunverici sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin vətəndaşlara onların yaşayış yeri üzrə adambaşına düşən ümumi sahəsinin ayrılma normasından az olmamaqla verilməli olduğunu müəyyən etməklə yanaşı, həm də yaşayış sahəsinin adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmayan ümumi sahə kimi verilə biləcəyi halını 2 əsasla şərtləndirmişdir: 1) yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olmalı; 2) yaşayış sahəsinə ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulmalıdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona yuxarıda qeyd edilən əsasla da cavabdeh tərəfindən mənzilin v erilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

44. Odu ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3406/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar