Məhkəmə qərarları › İş №2-1(102)-639/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-639/2025

01.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-639/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 Məhəmməd oğlunun və qeyrilərinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün verilən texniki şərtin ləğvi; işin hallarının araşdırılması prinsipi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, ibarət tərkibdə, İddiaçılar İddiaçı1 Məhəmməd oğlu, İddiaçı13, İddiaçı14, İddiaçı15 Tofiq oğlu, İddiaçı2, İddiaçı4, İd diaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, Qasımov X4, İddiaçı3, İddiaçı8, İddiaçı10 və İddiaçı11 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 (əvvəlki adı Cavabdeh2 ASC) qarşı (üçüncü şəxs: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “texniki şərtin, layihə sənədlərinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 2-1(103)-860/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Üçüncü şəxsə texniki şərtin verilməsi ilə bağlı:

1. Cavabdeh tərəfindən Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078-ci məhəllə ünvanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunan yaşayış binasına su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli texniki şərtlər verilmişdir.

2. Cavabdehin xx.xx.2021-ci il tarixli, 04/04-2/8553 nömrəli məktubuna əsasən Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078-ci məhəllə ünvanda inşa olunmuş yaşayış binasının su və kanalizasiya xəttinin layihələndirilməsi üçün verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli texniki şərtlərdə dəyişiklik edilmiş, həmin texniki şərtlərin 1.1-ci bəndinin 2-ci yarımbəndi ləğv olunmuş, 3-cü yarımbəndi aşağıdakı qaydada redaktə edilmişdir: Obyektdə yaranacaq tullantı sularının kənarlaşdırılması üçün əlavə olunan cizgiyə əsasən mövcud d200 mm təsərrüfat-məişət kanalizasiya kollektoruna qədər layihə hesabatına uyğun kanalizasiya xəttinin layihələndirilməsi nəzərdə tutulsun.

3. Cavabdeh tərəfindən üçüncü şəxsə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli texniki şərtlərin tələblərinə, 10 iyun 2021-ci il tarixli, 04/04-2/8553 nömrəli məktuba və 21 iyun 2021-ci il tarixli, VM-01/06-832 nömrəli razılaşdırılmış layihə sənədlərinə əsasən tikinti quraşdırılma işlərinin aparılmasına etiraz edilmir.

4. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2022ci il tarixli, 07/07-3/12541 nömrəli məktuba əsasən yeni tikilmiş çoxmərtəbəli yaşayış binasına tələb olunan su sərfiyyatı 12,6 m3/saat, tullantı sularının buraxılma miqdarı 8,5 m3/saat təşkil edir. İddiaçılar və üçüncü şəxs arasında digər mülki məhkəmə icraatı:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsin in 02 mart 2018-ci il tarixli, 2(001)1232/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı13 Səfər oğlunun, İddiaçı1, İddiaçı14 və X1 iddiaları təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 1 ünvanında 0,1485 ha torpaq sahəsinin ətrafında qurulmuş çoxillik yaşıllaşdırma ərazisindən istifadə olunması qadağan olunmuş, ərazinin əvvəlki vəziyyətə qaytarılması iddiaçılara həvalə edilmişdir.

6. Borclu "xxxx" MMC ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 nömrəli məhkəmə qətnaməsinin icrasına 1 il 6 ay müddətinə möhlət verilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 8(001)754/2019 nömrəli qərardadı ilə ərizəçi "xxxx" MMC-nin Bak ı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 nömrəli məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 nömrəli qətnaməsinin icra edilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(103)-526/2019 nömrəli, 29 avqust 2019-cu il tarixli qərardadına əsasən borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 8(001)-754/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Üçüncü şəxsin tikintiyə icazə sənədlərinin mübahisələndirilməsi üzrə digər inzibati məhkəmə icraatı:

9. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-c i il tarixli, 2-1(112)-2191/2021 nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında” 27 mart 2013-cü il tarixli, 100 nömrəli Sərəncamı ləğv edilmişdir.

10. Üçüncü şəxs "xxxx" MMC həmin qərardan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermiş, eyni zamanda, apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2- 1(103)-2557/2023 nömrəli qərardadı ilə üçüncü şəxsin ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamış və şikayətinin qəb ulundan imtina edilmişdir.

12. Üçüncü şəxs "xxxx" MMC həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, eyni zamanda, kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1092/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs "xxxx" MMC-nin kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

14. İddiaçılar cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiy yətinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan tikintiyə dair Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli texniki şərtin və xx.xx.2021-ci il tarixli layihə sənədlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini və qanuni mənafeləri pozulmuş sakinlərin hüquqlarının bərpa edilməsini xahiş etmişlər.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların sakini olduğu binaların əhatəsində - 8-ci mikrorayon, N.Nərimanov küçəsi 3078-ci məhəllədə "xxxx" MMC tərəfindən tikinti işləri aparılır. Həmin tikintiyə dair su və kanalizasiya xətlərinin çəkilməsi istiqamətində Cavabdeh2 və BŞİH tərəfindən sənədləşmə işləri aparılmışdır, eyni zamanda həmin xətləri n istifadəsi məhkəmə qətnaməsinə əsasən "xxxx" MMC-yə qadağan edilmiş ərazidə yerləşdirməklə iddiaçıların yaşadığı binalara dair kommunikasiya xətlərinə qoşulması nəzərdə tutulmuşdur. Qeyd olunan hallar iddiaçıların narazılığına səbəb olmuşdur. Bu iddiaçıların qanuni mənafeyinə ziddir, hüquqlarını pozur.

16. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

17. Məhkəmə qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2023-cü il tarixli 10/4474 nömrəli ekspert rəyində cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13-16/2-02/01-2/1/7108/2023 nömrəli mütəxəssis rəyinə istinad edilərək qeyd edilmişdir ki: - "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078ci məhəllə də yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı paylayıcı şəbəkə və qurğulara qoşulması üçün Cavabdeh2 ASC tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli Texniki Şərt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 nömrəli xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın tələblərinə uyğun olduğu müəyyən edilmişdir. - "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078ci məhəllədə yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı su xətləri və qurğuları layihəyə və tikinti normalarına uyğun tikildiyi müəyyən edilmişdir. - "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078ci məhəllədə yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı texniki şərtin verilməsi su təchizatı və kanalizasiya müəssisəsinin indiki və gələcək məişət (təsərrüfat) - içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) 10 avqust 2023-cü il tarixli, 21(112)-342/2023 nömrəli qərardadı ilə iddia cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamışdır.

19. Həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir.

20. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) 10 avqust 2023-cü il tarixli, 21(112)-342/2023 nömrəli qərarı ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “texniki şərtin, layihə sənədlərinin ləğv edilməsi” tələbinə dair iddia rədd edilmişdir.

21. Məhkəmə hesab etmişdir ki, ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçılar tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Ekspert rəyindən də göründüyü kimi, mübahisələndirilən texniki şərt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 nömrəli xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın tələblərinə uyğun olmaqla, həmin texni ki şərtin verilməsi su təchizatı və kanalizasiya müəssisəsinin indiki və gələcək məişət (təsərrüfat) - içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratmır.

22. İddiaçılardan İddiaçı13, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı14, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı15 tərəfindən həmin qərardan apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

23. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2024-cü il tarixli ekspert rəyində qeyd ed ilmişdir ki: - "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078ci məhəllədə yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı su xətləri və kanalizasiya xətləri həmin ünvanda iddiaçıların yaşadıqları binanın su xətlərinə və kanalizasiya xətlərinə qoşulduğu müəyyən edilmişdir. - Cavabdeh2 ASC tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli Texniki Şərt əsasında çəkilmiş su xətləri və kanalizasiya xətləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 nömrəli qətnaməsi ilə istifadəsi "xxxx" MMC-yə qadağan edilmiş və abadlaşdırılması (əvvəlki vəziyyətinə qaytarılması) iddiaçılara həvalə edilmiş ərazidən keçdiyi müəyyən edilmişdir.

25. Apellyasiya icraatı za manı iddiaçılardan sadəcə İddiaçı13 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 002/1/264-tş nömrəli texniki şərtin və xx.xx.2021-ci il tarixli, VM-01/06-832 nömrəli layihə sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, apellyasiya instansiya məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli məhkəmə iclasının protokolu ilə ərizə inzibati icraata qəbul edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, S.R.Səlimova və P.A.Hüseynov) 17 sentyabr 2024-cü il tarixli, 2-1(103)-860/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü i l tarixli, 2-1(112)-342/2023 nömrəli qərarı ləğv olunmuş, iddia təmin edilərək Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 002/1/264-tş nömrəli texniki şərtin və xx.xx.2021-ci il tarixli, VM01/06-832 nömrəli layihə sənədlərinin ləğv edilməsi öhdəliyi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki: - Birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə məhkəmə-mühəndis texniki ekspertiza təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2023-cü il tarixli 10/4474 nömrəli ekspert rəyində yuxarıda istinad olunmuş qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 1 ünvanında 0,1485 ha torpaq sahəsinin ət rafında qurulmuş çoxillik yaşıllaşdırma ərazisindən istifadə olunması qadağan olunmuş ərazilərə texniki şərtin verilib-verilmədiyi müəyyən olunmamışdır. - Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-860/2024 nömrəli qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2024-cü il tarixli ekspert rəyini digər sübutlarla (xüsusən iddiaçılarla "xxxx" MMC arasında uzun müddət getmiş və iddiaçının xeyrinə nəticələnmiş inzibati və mülki məhkəmə mübahisələrinə dair yekun məhkəmə aktları ilə) yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) 11 iyun 2024-cü il tarixli ekspert rəyi ilə razılaşmamağa əsaslar görməmişdir. - Beləliklə, müəyyən olunur ki, Cavabdeh2 ASC tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli Texniki Şərt əsasında çəkilmiş su xətləri və kanalizasiya xətləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)1232/2018 nömrəli qətnaməsi ilə istifadəsi "xxxx" MMC-yə qadağan edilmiş və abadlaşdırılması (əvvəlki vəziyyətinə qaytarılması) hazırkı iş üzrə iddiaçılara həvalə edilmiş ərazidən keçir. - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçıların şik ayətin dəlilləri kimi istinad etdiyi halları əsaslı hesab etmişdir.

28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

29. Ekspert rəyində mübahisələdirilən texniki şərtin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 nömrəli xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın tələblərinə uyğun olmaqla, həmin texniki şərtin verilməsi su təchizatı və kanalizasiya müəssisəsinin içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratmadığı qeyd edi lmişdir.

30. İş materiallarında mövcud olan Cavabdeh2 ASC-nin 10 iyun 2021-ci il tarixli “Texniki Şərtlərdə dəyişiklik edilməsi haqqında” məktuba əsasən Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078-ci məhəllə ünvanında inşa olunmuş yaşayış binasının su təchizatı və kanalizasiya şəbəkələrinin layihələndirilməsi üçün verilmiş 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli texniki şərtə dəyişiklik edilərək yeni layihə işlənmiş və yeni layihəyə əsasən binanın su təchizatı və kanalizasiya xətləri layihə sənədinə əsasən yaşayış binasının qarşısından keçən asfalt yoldan çəkilmiş cəmiyyətin balansında olan magistral xətlərə qoşulmuşdur. Su təchizatı və kanalizasiya xətlərinin mübahisələndirilən ərazinin yaşıllıq hissəsindən keçmədiyi iş materiallarına əvvəlki məhkəmə proseslərində təqdim edilmiş cizgidən də açıq aşkar görünür.

31. Həmçinin verilmiş texniki şərtin ləğv edilməsi su təchizatı və kanalizasiya xətlərinin kəsilməsi ilə nəticələnəcəkdir. Bu halda yüksək mərtəbəli binada yaşayan sakinlərin və qeyri-yaşayış obyektlərinin su təchizatı və kanalizasiya xidmətləri dayandırılacaq, bu da öz növbəsində bina sakinlərinin kütləvi narazılığı ilə nəticələnə bilər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. İddiaçılar kassasiya şikayətinə etiraz təqdim edilməməsini xahiş etmişlər. edərək şikayətin təmin TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydal arı” (ləğv edilmişdir): 1.1. Bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarını, onlara dair tələbləri müəyyən edir. 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. su təchizatı və tullantı sularının axıdılması sistemi (bundan sonra - STTSAS) - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsi, həmçinin yaşayış məntəqəsi və sənaye müəssisələrində formalaşan tullantı sularını qəbul edən, nəql edən, təmizləyən və kəna rlaşdıran şəbəkə və qurğular kompleksidir; 1.2.2. texniki şərtlər - obyektlərin STTSAS-a qoşulması məqsədi ilə layihənin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; 1.2.3. sifarişçi - su təchizatı və kanalizasiya müəssisəsinin (bundan sonra - STKM) STTSAS-a qoşulması nəzərdə tutulan tikinti obyektlərinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı;... 1.3. Bu Qaydaların heç bir müddəası sifarişçinin mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz. Texniki şərtlərin verilməsi üçün müraciətlərə baxarkən, inzibati prosedurlar bu Qaydalara zidd ola bilməz. Texniki şərtlər və qoşulma nöqtələrinə dair tələblə r bütün hallarda əsaslandırılmalıdır.... 1.5. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin STTSAS-a qoşulma hüququ vardır. 1.6. Texniki şərtlərin verilməsi ilə əlaqədar heç bir ayrı-seçkiliyə yol verilə bilməz, bu Qaydalarda nəzərdə tutulmadığı hallarda sifarişçinin tikinti obyektlərinin və su təchizatı qurğularının STTSAS-a qoşulması üçün texniki şərtlər verməkdən imtina edilə bilməz.... 1.8. Texniki şərtlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılma sənədləri nəzərə alınmaqla verilir.... 2.6. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər (tələbatından asılı olmayaraq) sifarişçinin tikintiyə ica zə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən tikintiyə icazə verən orqanın (qurumun) STKM-ə sorğusu əsasında verilir. Tikintiyə icazə verən orqan (qurum) sorğu ilə yanaşı sifarişçinin ərizəsinin surətini, habelə bu Qaydaların 2.9.2-ci bəndinə uyğun olaraq həmin ərizəyə əlavə edilmiş sənədlərin surətlərini də STKM-ə təqdim etməlidir.... 2.9. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçinin tikintiyə icazə verən orqana (quruma) təqdim etdiyi ərizədə aşağıdakılar göstərilməlidir: 2.9.1. sifarişçi hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və VÖEN-i barədə məlumatlar, fiziki şəxs olduqda isə - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər - həmçinin VÖEN-i) barədə məlumatlar, tikinti obyektinin təyinat ı və fəaliyyət növü; 2.9.2. tikinti ərazisinin vəziyyət planı, obyektin tikintisinə dair layihənin surətləri, binanın (binaların), qeyri-yaşayış sahələrinin bütün yeraltı kommunikasiyaları, xarakteristikası (binaların, qeyri-yaşayış sahələrinin hündürlüyü və ya mərtəbəliliyi, mənzillərin sayı, suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı (həcmi) barədə məlumatlar.... 2.13. Bu Qaydaların 2.20-ci bəndində nəzərdə tutulmuş imtina halları olmadıqda, sorğunun və ya ərizənin daxil olduğu gündən sonra 10 (on) iş günü müddətində STKM texniki şərtlərin verilməsini təmin etməlidir. Texniki şərtlər verildiyi gündən 2 (iki) il müddətində icra edilmədiyi təqdirdə qüvvəsini itirmiş hesab edilir.... 2.20. Texniki şərtlərin verilməsindən aşağıdakı hallarda səbəbləri konkret əsaslandırılmaql a rəsmi qaydada imtina edilir: 2.20.1. Qaydaların 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulmuş sənədlərin bu Qaydaların 2.14-cü bəndi ilə müəyyən edilmiş müddətdə tam təqdim edilməməsi (çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılmaması); 2.20.2. texniki şərtlərin verilməsinin STKM-in indiki və gələcək məişət (təsərrüfat) içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratması; 2.20.3. istehlakçının daxili su və kanalizasiya xidmətlərinin şəbəkəsinin vəziyyəti su və kanalizasiya şəbəkələrinin xətlərinin texniki istismarı üzrə normativ hüquqi aktlara uyğun gəlməməsi; 2.20.4. sifarişçinin qoşulma barədə müraciətindən imtina etməsi; 2.20.5. tikinti sahəsində mövcud su təchizatı və ya kanalizasiya şəbəkə və qurğularının mühafizəsi və ya k öçürülməsinin mümkün olmaması.... 3.3. STTSAS-a qoşulmaya dair tədbirlər aşağıdakı mərhələlərdə ardıcıllıqla yerinə yetirilir: 3.3.1. texniki şərtlər əsasında qoşulma işlərinin (qoşulma ilə bağlı layihənin hazırlanması və razılaşdırılması da daxil olmaqla) həyata keçirilməsi; 3.3.2. yeni su kəmərləri və qurğularının zərərsizləşdirilməsi və yuyulması; 3.3.3. sifarişçi ilə STKM arasında balans mənsubiyyəti sərhədi, istismar məsuliyyəti və qoşulma aktlarının imzalanması. 3.4. Tərəflərin texniki şərtlərdə göstərilən qoşulmaya dair tədbirlərin yerinə yetirilməsi üzrə öhdəlikləri aşağıdakı kimi müəyyən edilir: 3.4.1. sifarişçinin öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi; 3.4.2. STKM-in öz istismarı üz rə öhdəliklərini istismar məsuliyyəti sərhədinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 iyun tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”: 1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.2.2. texniki şərtlər - tikinti obyektlərinin STTSAS-yə qoşulması məqsədilə layihə sənədlərinin (bundan sonra – layihə sənədləri) hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; 1.2.3. su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya m üəssisələri) (STKM) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxs;... 1.4. Bu Qayda qüvvəyə minənədək STTSAS-yə qoşulmuş istehlakçıların əlavə su həcmi alması, qoşulma nöqtəsinin dəyişdirilməsi və ya qoşulma nöqtəsində dəyişikliklər edilməsi hallarına da bu Qaydanın müddəaları şamil edilir.... 1.6. Texniki şərt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla verilir.... 3.3. STTSAS-yə qoşulma sifarişçinin seçiminə əsasən podratçı təşkilatlar və ya STKM tərəfindən həyata keçirilir. 3.4. Sifarişçinin seçiminə uyğ un olaraq STTSAS-yə qoşulma ilə bağlı işlərin həyata keçirilməsi tərəflər arasında bağlanılan müqaviləyə uyğun olaraq həyata keçirilir. STTSASyə qoşulma podratçı təşkilatlar tərəfindən həyata keçirildiyi halda qoşulma ilə bağlı görülən işlərin dəyəri tərəflər arasında bağlanılan müqaviləyə əsasən təyin edilir....

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdı rsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellya siya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İddianın mümkünlüyü ilə bağlı

39. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

40. Yəni, iddianın mümkün sayılmasından ötrü mühüm olan şərtlərdən biri də iddia ərizəsində iddiaçı(lar)nın hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırmasıdır.

41. İşin hallarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi subyektiv hüquqla bağlı hazırkı iddianın mümkünlük şərtlərinin ödənilməsini lazımi qaydada yoxlamadan mübahisəyə mahiyyəti üzrə baxmışdır.

42. Bel ə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıların sakini olduğu binaların əhatəsində - 8-ci mikrorayon, N.Nərimanov küçəsi 3078-ci məhəllədə üçüncü şəxs tərəfindən tikinti işləri aparılmış, cavabdehin verdiyi texniki şərtlər əsasında həmin tikintiyə dair su və kanalizasiya xətlərinin çəkilməsi və iddiaçıların yaşadığı binalara dair kommunikasiya xətlərinə qoşulması nəzərdə tutulmuşdur.

43. Cavabdeh bildirir ki, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 3078-ci məhəllədə yerləşən yaşayış binasının su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı su xətləri və kanalizasiya xətləri həmin ünvanda iddiaçıların yaşadıqları binanın su xətlərinə və kanalizasiya xətlərinə qoşulmuşdur, eləcə də həmin qoşulma nəticəsində indiki və gələcək məi şət (təsərrüfat) içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərin yerinə yetirilməsinə maneələr yaranmır.

44. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli, 07/07-3/12541 nömrəli məktubunda qeyd edilmişdir ki, yeni tikilmiş çoxmərtəbəli yaşayış binasına tələb olunan su sərfiyyatı 12,6 m3/saat, tullantı sularının buraxılma miqdarı 8,5 m3/saat təşkil edir.

45. İşə baxan apellyasiya instansiyası məhkəməsi ilk olaraq, yeni tikilən binanın su təchizatı və kanalizasiya xidmətlərinin iddiaçıların yaşadıqları binaların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması və tam işlək vəziyyətdə olması (və ya olacağı) halında, iddiaçıların su təchizatına və kanalizasiya xidmətlərinin təminatına hər hansı məhdudiyyət və maneə yarad ıb-yaratmadığını müəyyən etməlidir. Yalnız bu halın tam və hərtərəfli araşdırılması nəticəsində iddiaçıların yaşadıqları binaların su təchizatı və kanalizasiya xidmətlərinin təminatı ilə bağlı məhdudiyyətlərin (su və kanalizasiya xətlərində yüklənmə, qəza və s.) meydana gəlməsi (və ya gələcəyi) müəyyən edilərsə, o zaman, iddiaçıların hazırkı tələblə iddia qaldırmağa subyektiv hüquqları mövcud olacaqdır. Başqa sözlə, texniki şərtin verilməsi və onun əsasında su və kanalizasiya xətlərinə qoşulma iddiaçıların hüquqlarına real toxunma vəziyyəti yaratmalıdır. Belə toxunma halı mövcud olmadıqda, iddiaçılar ümumi qaydada texniki şərtlərin verilməsi və icrası məsələlərini məhkəmədə mübahisələndirməyə dair subyektiv hüququn sahibi kimi qəbul edilə bilməzlər. İddianın mahiyyəti ilə bağlı

46. Əgər iddianın mümkünlüyü ilə bağlı şərtlərin ödənildiyi müəyyən olunar və məhkəmə işə mahiyyəti üzrə baxmalı olarsa, o halda, aşağıdakılar nəzərə alınmalıdır.

47. İşin hallarından göründüyü kimi üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27 mart 2013-cü il tarixli, 100 nömrəli Sərəncamı əsasında 8-ci mikrorayon, N.Nərimanov küçəsi 3078-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmişdir. Qeyd edilən yaşayış binasının su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi ilə bağlı üçüncü şəxs cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli texniki şərtlər verilmiş, xx.xx.2021-ci il tarixli, 04/04-2/8553 nömrəli məktubuna əsasən isə texniki şərtlərdə dəyişiklik edilmişdir.

48. Bununla belə, cavabdeh tərəfindən verilən texniki şərtlərin qüvvədə olma müddəti 2 il, yəni xx.xx.2022-ci il tarixədək göstərilmişdir.

49. Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 21(112)-2191/2021 nömrəli qərarına əsasən yuxarıda qeyd edilən Bakı Şəhər İcra Hakimiyyəti başçısının “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında” 28 mart 2013-cü il tarixli, 100 nömrəli Sərəncamı ləğv edilmişdir.

50. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2557/2023 nömrəli qərardadı ilə müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-2191/2021 nömrəli qərarı üçüncü şəxs "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır.

51. Üçüncü şəxsə texniki şərtlərin verildiyi tarixdə (xx.xx.2020-ci il) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın müddəalarına əsasən (hazırkı qərarın 34-cü bəndi) hər bir sifarişçinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma hüququ vardır, texniki şərtlərin verilməsi ilə əlaqədar heç bir ayrı-seçkiliyə yol verilə bilməz, bu Qaydalarda nəzərdə tutulmadığı hallarda sifarişçinin tikinti obyektlərinin və su təchizatı qurğularının su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlər verməkdən imtina edilə bilməz.

52. Eləcə də, həmin Qaydaların 2.13-cü bəndinə əsasən texniki şərtlər verildiyi gündən 2 (iki) il müddətində icra edilmədiyi təqdirdə qüvvəsini itirmiş hesab edilir.

53. Qaydaların 2.20-ci bəndi isə texniki şərtlərin verilməsindən imtina edilməsinin əsasları göstərilmişdir.

54. Lakin, nə üçüncü şəxsə texniki şərtlərin verildiyi tarixdə (xx.xx.2020-ci il) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nda, nə də ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 iyun tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin su təchiza tı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nda texniki şərtlərin ləğv edilməsi ilə bağlı hər hansı müddəa göstərilməmişdir.

55. Buna baxmayaraq, müvafiq normalarda texniki şərtlərin qüvvəsini itirməsi və ya ümumiyyətlə, texniki şərtlərin verilməsindən imtinanın əsasları aydın şəkildə qeyd edilmişdir.

56. Cavabdeh tərəfindən xx.xx.2020-ci ildə üçüncü şəxsə verilən və xx.xx.2022-ci il tarixədək qüvvədə olan texniki şərtlərin həqiqətən göstərilən iki il ərzində icra edilibedilməməsi iş materiallarından müəyyən olunmur.

57. Eləcə də, birinci instansiya məhkəməsində əldə edilmiş 14 iyul 2023-cü il tarixli 10/4474 nömrəli ekspert rəyində göstərilmişdir ki, üçüncü şəxsə verilmiş texniki şərt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 275 nömrəli Q ərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğundur.

58. Lakin, apellyasiya instansiya məhkəməsində icraat zamanı əldə edilmiş 11 iyun 2024-cü il tarixli ekspert rəyində üçüncü şəxsə verilmiş texniki şərt əsasında çəkilmiş su xətləri və kanalizasiya xətlərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018ci il tarixli, 2(001)-1232/2018 nömrəli qətnaməsi ilə istifadəsi "xxxx" MMC-yə qadağan edilmiş və abadlaşdırılması (əvvəlki vəziyyətinə qaytarılması) iddiaçılara həvalə edilmiş ərazidən keçdiyi qeyd edilmişdir. 59. 11 iyun 2024-cü il tarixli ekspert rəyi 14 iyul 2023-cü il tarixli 10/4474 nömrəli ekspert rəyində göstərilənləri təkzib etməsə də, apellyasiya instansiya məhkəməsi sadəcə 11 iyun 2024-cü il tarixli ekspert rəyinə istinad etməklə iddianı təmin etmiş, texniki şərtin v ə layihə sənədlərinin ləğv edilməsi ilə bağlı nəticəyə gəlmişdir.

60. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsində işə təkrar baxılan zaman ilk öncə üçüncü şəxsə texniki şərtlər verilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 275 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.20-ci bəndində göstərilən imtina əsaslarının olub-olmaması araşdırılmalı, texniki şərtlərin həmin Qaydaların tələblərinə uyğun verildiyi müəyyən edilərsə, o zaman, həmin Qaydaların 2.13-cü bəndinə əsasən texniki şərtlərin verildiyi gündən 2 (iki) il müddətində icra edilib-edilmədiyini yoxlanılmalıdır. Belə ki, texniki şərtlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 275 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun verilmiş olsa belə, iki ildən daha çox müddətdə icra edilmişdirsə, o zaman həmin icra (su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma) texniki şərtlər olmadan həyata keçirilmiş kimi qəbul edilə bilər.

61. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi əsas hal, yuxarıda da qeyd edildiyi kimi üçüncü şəxsə verilmiş texniki şərt əsasında çəkilmiş su və kanalizasiya xətlərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)1232/2018 nömrəli qətnaməsi ilə istifadəsi "xxxx" MMC-yə qadağan edilmiş və abadlaşdırılması (əvvəlki vəziyyətinə qaytarılması) iddiaçılara həvalə edilmiş ərazidən keçməsidir.

62. Buna dair cavabdeh kassasiya şikayətinin dəlillərində qeyd edir ki, 28 fevral 2020-ci il tarixli, 002/1/264-tş nömrəli texniki şə rtə dəyişiklik edilərək yeni layihə işlənmiş və yeni layihəyə əsasən binanın su təchizatı və kanalizasiya xətləri layihə sənədinə əsasən yaşayış binasının qarşısından keçən asfalt yoldan çəkilmiş, cəmiyyətin balansında olan magistral xətlərə qoşulmuşdur.

63. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 275 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.3.3-cü bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmaya dair tədbirlərin sonuncu mərhələsi sifarişçi ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında balans mənsubiyyəti sərhədi, istismar məsuliyyəti və qoşulma aktlarının imzalanmasıdır.

64. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən tərəflərin texniki şərtlərdə göstərilən qoşulmaya dair tədbirlərin yerinə yetirilməsi üzrə öhdə liklər aşağıdakı kimi müəyyən edilir: 1) sifarişçinin öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi; 2) su təchizatı və kanalizasiya müəssisəsinin öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi.

65. Eləcə də, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 iyun tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın tələblərinə əsasən su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma sifarişçinin seçiminə əsasən podratçı təşkilatlar və ya su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən həyata keçirilir. Sifarişçinin seçiminə uyğun olaraq su təchizatı və tullantı sularını n axıdılması sisteminə qoşulma ilə bağlı işlərin həyata keçirilməsi tərəflər arasında bağlanılan müqaviləyə uyğun olaraq həyata keçirilir (3.3 və 3.4-cü bəndlər).

66. Yuxarıda qeyd edilən normaların mahiyyətinə əsasən verilmiş texniki şərtlərin icrası ilə bağlı bütün işlərin birmənalı olaraq sifarişçi tərəfindən həyata keçirildiyi qənaətinə gəlmək düzgün olmaz. Ona görə də, işə təkrar baxan apellyasiya məhkəməsi üçüncü şəxsə verilmiş texniki şərtlərdə göstərilən qoşulmaya dair tədbirlərin və bu tədbirlər üzrə öhdəliklərin kim tərəfindən həyata keçirilməsini araşdırmalı, texniki şərtlər əsasında çəkilmiş su və kanalizasiya xətlərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(001)-1232/2018 nömrəli qətnaməsi ilə istifadəsi "xxxx" MMC-yə qadağan edilmiş ərazidən keçsə belə, həmin tədbirlərin kim tərəfindən icra edilməsini aydınlaşdırmalı və bundan sonra yekun nəticəyə gəlməlidir. Belə ki, qeyd edilən ərazidən istifadə məhkəmə qətnaməsi əsasında üçüncü şəxsə qadağan edilsə də, cavabdehə qadağan edilməmişdir. Texniki şərtlərin icrası baxımından öhdəliklərin düzgün müəyyən edilməsi işin obyektiv və qanunauyğun həlli üçün mühüm əhəmiyyət kəsb edir.

67. Cavabdehin kassasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, verilmiş texniki şərtin ləğv edilməsi su təchizatı və kanalizasiya xətlərinin kəsilməsi ilə nəticələnəcək, bu halda yüksək mərtəbəli binada yaşayan sakinlərin və qeyri-yaşayış obyektlərinin su təchizatı və kanalizasiya xidmətləri dayandırılacaq, bu da öz növbəsində bina sakinlərinin kütləvi narazılığı ilə nəticələnə bilər.

68. Həmin d əlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından üçüncü şəxs tərəfindən inşa edilən yaşayış binasında yaşayış olduğunu, su və kanalizasiya xətlərinin istismar edildiyini müəyyən etmək mümkün deyil. Üçüncü şəxsin çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında 27 mart 2013-cü il tarixli, 100 nömrəli Sərəncamı məhkəmə qərarı əsasında ləğv edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, əgər mübahisələndirilən yaşayış binası artıq tikilərək faktiki olaraq sakinlərin istifadəsinə verilmişdirsə, eləcə də, yuxarıda qeyd edilənlər əsasında yenidən tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla texniki şərtlərin müvafiq Qaydalara uyğun verilməsi və iki il ərzində icra edilməsi öz təsdiqini tapdığı halda, su və kanalizasiya xətlərinin kəsilməsi həmin b inada yaşayan xeyli sayda insanların yaşayış üçün ən təməl ehtiyaclarından məhrum edilməsinə səbəb ola bilər. Ona görə də, qeyd edilən xüsusat təkrar apellyasiya baxışında tam və hərtərəfli araşdırılmalı, həm iddiaçıların, həm də hüquqlarına və maraqlarına dolayısı ilə toxunula biləcək şəxslərin hüquqlarının ədalətli şəkildə qorunması təmin olunmalıdır.

69. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi üçün təkrar apellyasiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 2-1(103)-860/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar