Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-64/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil tikintisinə icazə barədə sərəncamın ləğvi, maraqlı şəxslərin (qonşuların) inzibati icraata cəlb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı2 vəkili X7, üçüncü şəxs X8, vəkili Vəkil3 oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyy ətinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X8, bundan sonra üçüncü şəxs) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-221/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından üçüncü şəxsin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin x xxxxxxx 2017-ci il tarixli 292 nömrəli sərəncamı ilə üçüncü şəxsin müraciəti əsasında Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanında yerləşən mövcud fərdi yaşayış evinin onun adına sənədləşdirilməsi və razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq hüquqi qeydiyyata alınması, Şəhərsalma və Tikinti Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl etməklə yaşayış evinin tikin tisinin layihə sənədlərinin tərtib edilməsinin vətəndaş üçüncü şəxsin hesabına yerinə yetirilməsi qərara alınmışdır.
2. DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2008-ci il tarixli reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsində istifadədə olan 0,01846 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 70,6 kv.m yaşayış, 42,5 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə üçüncü şəxsin 2 otaq 36,2 kv.m, 25,9 kv.m mətbəx, hamam, dəhliz, qaraj, X1 İddiaçı1 2 otaq 20,3 kv.m, y/s 17,7 kv.m mətbəx, hamam adlarına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabında 7254 nömrəli vərəqdə qeydiyyata alınmışdır.
3. Nikah haqqında şəhadətnaməyə əsasən x xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş X5 xx xxxx 1 980-ci ildə Bakı şəhərində doğulmuş X3 ilə xx xxxxxx 2010-cu ildə nikahlarını bağlamışlar. Nikah Bakı Nikah evində 3076 nömrə ilə qeydə alınmışdır.
4. Üçüncü şəxs ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin həyətyanı sahəsində özbaşına olaraq özü üçün əlavə fərdi yaşayış evi inşa etdiyinə görə hazırkı iddiaçılar qanunsuz inşa edilən həmin tikilinin sökülməsi və s. tələblə Bakı şəhəri Xətai Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışlar. Həmin icraatda üçüncü şəxs qarşılıqlı iddia tələbi ilə verərək, özünə məxsus hesab etdiyi həmin mənzildən birgə iddiaçıların çıxarılması və həmin mənzilə iddiaçıların adına verilmiş mülkiyyət hüququ haqqında MH seriyalı ******* nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 2(011)-932/2017 saylı mülki iş (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş) üzrə verilmiş xx xxxx 2017-ci il tarixli 6319 saylı ekspert rəyi ilə müvafiq məhkəmə qərardadında qoyulmuş suallar üzrə aşağıdakılar müəyyən edilmişdir: - (1-ci sual üzrə tədqiqatın nəticəsi) Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanında yerləşən Qüdrət Cabbarova tərəfindən inşa edilmiş evin Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina v ə qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinə, həmin tikilinin iddiaçının evi ilə arasındakı məsafənin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinə və həmin evin iddiaçının həyətyanı sahəsinə tərəf olan pəncərələrinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 70-ci maddəsinin 70.1-ci bəndinə uyğun olmadığı müəyyən edilir; - (2-ci sual üzrə tədqiqatın nəticəsi) Tədqiq olunan tikilinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2008-ci il tarixl i texniki pasportda göstərilən torpaq sahəsinin daxilində yerləşdiyi, lakin həmin tikilinin həmin texniki pasportda göstərilmədiyi müəyyən edilir. Müvafiq icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər olmadan, həmçinin digər tikinti norma və qaydaları pozulmaqla inşa edildiyi müəyyən olunduğuna görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(011)-932/2017 saylı qətnaməsi ilə birgə iddiaçıların iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanındakı fərdi yaşayış evinin iddiaçıların mülkiyyətində olan hissəsinin sərhədlərindən 4,5 metr ara məsafəsi saxlanılmaqla, həmin ünvanda inşa etdiyi özbaşına tikilinin 2 metr hissəsində öz vəsaiti hesabına sökülməsi vəzifəsi cavabdeh X6 həvalə edilmiş, X4 qarşılıqlı iddiası təm in edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı x xxxxxx 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanında yerləşən mövcud fərdi yaşayış evinin X4 adına rəsmiləşdirilməsi və hüquqi qeydiyyata alınması barədə Xətai RİH-in x xxxxxxx 2017-ci il tarixli, 292 saylı sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanında yerləşən fərdi yaşayış evi hazırkı iş üzrə iddiaçıların və üçüncü şəxsin ümumi paylı mülkiyyətindədir. Üçüncü şəxs ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin həyətyanı sahəsində özbaşına olaraq özü üçün əlavə fərdi yaşayış evi inşa etdiyinə görə hazırkı iddiaçılar qanunsuz inşa edilən həmin tikilinin sökülməsi və s. tələblə Bakı şəhəri Xətai Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışlar. Həmin tikilinin qanunsuz inşa edildiyi barədə məhkəmə qərarı olduğu halda, üçüncü şəxs cavabdehə müraciət edərək, sözügedən mübahisəli tikilinin öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdehin x xxxxxxx 2017-ci il tarixli 292 saylı sərəncamı ilə həmin tikilinin üçüncü şəxsin adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Halbuki, həmin tikili tərəflərin ümumi paylı mülkiyyətində olan həyətyanı sahədə və tikinti norma və qaydalarını pozmaqla inşa edildiyi üçün onun üçüncü şəxsin adına sənədləşdirilməsinə və tikili üzərinə onun hüququnun qeydə alınmasına icazə verilə bilməzdi. Hazırkı iş üzrə üçüncü şəxsin inşa etdiyi ev tikinti norma və qaydalarını pozmaqla birgə iddiaçıların mülkiyyətində olan yaşayış sahəsinə bitişik inşa edildiyindən, onun üçüncü şəxsin adına sənədləşdirilməsinə icazə verilməsi tamamilə qanunsuzdur və bu fakt birgə iddiaçıların hüquqlarını pozur. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(82)-502/2019 saylı iş) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin x xxxxxxx 2017-ci il tarixli 292 nömrəli sərəncamı ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Bakı şəhəri Xətai RİH-in “Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanında yerləşən mövcud fərdi yaşayış evinin X4 adına rəsmiləşdirilməsi və hüquqi qeydiyyata alınması barədə” x xxxxxx x 2017-ci il tarixli 292 nömrəli sərəncamı qanunsuzdur. Mövcud tikilinin şəxsin (hazırkı halda üçüncü şəxsin) adına rəsmiləşdirilməsi və hüquqi qeydiyyata alınması səlahiyyəti qanunvericiliklə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə RİH-in səlahiyyətlərinə aid edilməmişdir. Qanunvericilik müvafiq ölçüdə və təyinatda olan tikililərlə bağlı tikintiyə icazə tələb olunmadan məlumatlandırma icraatı nəzərdə tutur ki, həmin icraatda da müvafiq icra hakimiyyəti orqanı kimi yerli icra hakimiyyəti orqanına yalnız tikinti layihəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması təqdim olunmalıdır. Mövcud tikili aidiyyəti mülki iş üzrə alınmı ş ekspert rəyinə əsasən x xxxxxxx 2017-ci il tarixli 292 nömrəli sərəncamın qəbulundan əvvəl inşa edildiyi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli 160 nömrəli “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın müddəalarının tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. x xxxxxxx 2017-ci il tarixli 292 nömrəli sərəncamın hansı əsasla, o cümlədən hansı şəxsin ərizəsi əsasında qəbuluna dair sübutetmə yükü daşıyan inzibati orqan Bakı şəh əri Xətai RİH heç bir sübut, sənəd təqdim etməmişdir. Cavabdeh tərəfindən xx xxxxxxx 2017-ci il tarixli 292 nömrəli sərəncam qəbul olunarkən məsələ maraqlarına toxunan üçüncü şəxslər kimi hazırkı iddiaçılar inzibati icraata cəlb olunmamışlar. Cavabdehin x xxxxxxx 2017-ci il tarixli sərəncamı qanuna zidd olmaqla yanaşı, müvafiq torpaq sahəsindəki evin birgə mülkiyyətçiləri olan hazırkı iddiaçıların hüquqlarını da pozmuş olur.
9. Üçüncü şəxs həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Apelyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana mübahisələndirilən sərəncamın qəbul olunmasına əsas olmuş sənədlərin və inzibati icraat materi allarının təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəfindən qeyd edilən sənədlər məhkəməyə göndərilməmişdir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X10-məruzəçi, X9 və X12, 21(103)-221/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. Üçüncü şəxs x xxxxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, x xxxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən apelyasiya instansiyası məhkəməsi qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştira kçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. İddiaçıların üçüncü şəxsin evinin yerləşdiyi torpaq sahəsində tikilən hər hansı tikiliyə müdaxilə etmələri yol verilməzdir. Onunla iddiaçılar arasında üzün müddətdir ki, məhkəmə çəkişmələri gedir. İddiaçıların yaşadıqları və özlərinin mülkiyyəti hesab etdikləri yaşayış sahəsinin taleyi məhkəmələrin son qərarı ilə bilinəcək. Üçüncü şəxs qanuni əsaslarla cavabdehdən sözügedən mübahisəli tikili üçün qanuni yolla sərəncam almış, yəni tikdiyi tikili məhkəmənin qeyd etdiyi kimi özbaşına tikili deyil. Məhkəmənin cavabdehdən həmin sərəncamın verilməsi üçün lazımı sənədləri ala bilməməsi isə onun günahı deyil. Üçüncü şəxs burada ən çox hüquqları pozulan şəxsdir. Uzun müddət öz mülkiyyəti olan mənzilinin əsassız olaraq, başqasına verilməsi azlıq edirmiş kimi indi də, mənzilinin yerləşdiyi torpaq sahəsində qanuni əsaslarla, əziyyətlə tikdiyi yaşayış sahəsindən üçüncü şəxsi məhrum etmək istəyirlər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçılar kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
16. İddiaçı Q.A.Sergeyevnanın vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir.
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş fak tiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqı nda hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
19. Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
20. İnzibati Prosessual Məcəllə: Ma ddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veril miş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
21. Üçüncü şəxsin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhk əməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Üçüncü şəxsin şikayətinin əsas dəlili ondan ibarətdir ki, mənzilin tikintisi qanuni əsasla həyata keçirilmişdir. Mənzil özbaşına inşa edilməmişdir.
25. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
26. İşdə olan xx xxxx 2008-ci il tarixli reyestrdən çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsində istifadədə olan 0,01846 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıların və üçüncü şəxsin mülkiyyətində dir.
27. Çıxarışa görə torpaq sahəsi üçüncü şəxslə yanaşı iddiaçıların da istifadəsindədir.
28. Həmçinin işdə olan məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, iddiaçılarla üçüncü şəxs arasında birgə yaşadıqları ünvanda olan üçüncü şəxsin inşa etdiyi mənzillə bağlı mülki mübahisə mövcud olmuşdur.
29. Bütün bunlara baxmayaraq cavabdeh üçüncü şəxsə mənzil tikintisinə icazə barədə x xxxxxxx 2017-ci il tarixli sərəncam verərkən “İnzibati icraat haqqında” Qanunun və Şəhərsalma Tikinti Məcəlləsinin yuxarıda bəhs olunan müddəalarına əməl etməyərək iddiaçıları icraata cəlb etməmiş, onların iştirakını təmin etməmiş, icraat barədə onlara məlumat verməmiş, onları dinləməmiş, mübahisəyə münasibətlərini öyrənməmiş, inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində inzibati akt qəbul etmiş dir.
30. Mübahisələndirilən inzibati aktın qəbulu zamanı yuxarıda bəhs olunan normaların tələbinə cavabdeh tərəfindən əməl edilməmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən cavabdehin mübahisələndirilən qərarı qanuna ziddir və iddiaçıların hüquqlarını pozur.
32. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi) və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir.
33. Odur ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuş, işə baxılan zaman hüquq normalarının po zuntusu baş verməmişdir.
34. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-221/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.