Məhkəmə qərarları › İş №2-1(102)-64/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-64/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-64/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Qədirova Gülsirə Mirzəli qızı və X21) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Ş əki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(107)-256/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN-097F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 61 saylı qərarı ilə X17 və X18 İsmayıllı rayonunun Əhən kəndində 0.08 ha torpaq sahəsinın ayrıldığı qeyd edilmişdir.

2. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)764/2016-cı il tarixli qərarından görünür ki, JN-097F nömrəli şəhadətnamənin 437.8 kv.m hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb edilən 437.8 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin vahid daşın maz əmlak kimi X9 adına qeydə alınması öhdəliyi cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

3. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-764/2016 nömrəli qərardadı ilə İddiaçı 2-1(84)764/2016 nömrəli iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(84)-1637/2019 nömrəli qərardadı ilə iddia tələbi geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilmişdir. 4. ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli RX Seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonu Əhən kəndində yerləşən 31.5 kv.m fərdi yaşayış evi və 0.0438 ha torpaq sah əsi X9 mülkiyyətində olmuşdur. 5. ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli RX Seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonu Əhən kəndində yerləşən 0.085 ha torpaq sahəsi X9 mülkiyyətində olmuşdur. 6. xx.xx.2017 və xx.xx.2017-ci il tarixli “daşınmaz əmlakın bağışlanmaq müqavilə”lərindən görünür ki, X21 ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.085 ha torpaq sahəsini və ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.0438 ha torpaq sahəsini Qədirova Gülsirə Mirzəli qızına bağışlamışdır. Qədirova Gülsirə Mirzəli qızının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 4074018/68 inventar nömrəli Texniki Pasportda sənəd üzrə torpaq sahəsinin 0,1288, faktiki 0,1288 ha olduğu qeyd olunmuşdur.

7. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il t arixli, 2(037)-685/2020 nömrəli qətnaməsindən görünür ki, İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnaməyə əsasən JN-097F nömrəli şəhadətnamə üzrə 0.08 ha həyətyanı torpaq sahəsinin, 2 otaqlı fərdi yaşayış evinin və tövlə binasının ərizəçi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi rədd edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3668/2021 nömrəli qərarından görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1567/21 nömrəli qətnaməsi ilə, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)685/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, həmin qətnamədən İsmayıllı rayon notariat ofisinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-760/2022 nömrəli qərarı ilə təmin edilməmişdir. 9. 63 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, İsmayıl lı rayon XDSnin xx.xx.1988-ci il tarixli qərarı əsasında Əhən kəndində 32.1 kv.m sahəsi olan yaşayış evi X37 mülkiyyət hüququ ilə ayrılmışdır.

10. X32 adına iyul 1990-cı ildə tərtib edilmiş 63 inventar nömrəli texniki pasportda sənəd üzrə torpaq sahəsinin 600 kv.m, faktiki 437.8, tikinti altı 102.4 kv.m olduğu qeyd edilmişdir.

11. X14 adına dekabr 1988-ci ildə tərtib edilmiş, 11 inventar nömrəli texniki pasportda sənəd üzrə torpaq sahəsinin 800 kv.m, faktiki 1023.6, tikinti altı 92.0 kv.m olduğu qeyd edilmişdir. 12. 11 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, İsmayıllı rayon XDSnin xx.xx.1988-ci il tarixli qərarı əsasında Əhən kəndində 28.8 kv.m sahəsi olan yaşayış evi X17 mülkiyyət hüququ ilə ayrılmışdır.

13. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssi s rəyində aşağıdakılar qeyd edilmişdir: - torpaq sahəsində aparılan çöl-ölçmə işləri nəticəsində əldə olunan məlumatlara, Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına, arxiv materiallarına və dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasporta istinad edilərək aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, JN-097F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən həyətyanı torpaq sahəsinin bir hissəsi (0.01136 ha) dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. - JN-097F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən 0.08 ha həyətyanı torpaq sahəsinin 0.0438 ha sahəsi Qədirova Gülsirə Mirzəli qızının adına tərtib edilmiş x x.xx.2017-ci il tarixli, 407-4018/68 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. - Dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 407-4018/68 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. - İddiaçı Müsəlif oğlunun faktiki istifadəsində 0.01136 ha və üçüncü şəxs X10 faktiki istifadəsində 0.1288 ha torpaq sahəsi mövcuddur. - İddiaçı Müsəlif oğlunun və üçüncü şəxs X10 faktiki istifadəsində olan torpaq sahələri daş hasarla evin divarları və metal torla fiziki sərhədlə ayrılmışdır. İddiaçının tələbində qeyd olunan 0,0438 ha torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. - İddiaçı Müsəlif oğlunun faktiki istifadəsində olan torpaq sahəsi dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə və üçüncü şəxs X10 faktiki istifadəsində olan torpaq sahəsi isə **********30-10301 reyestr nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. - RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışlarda göstərilən həyətyanı torpaq sahələri xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 407-4018/68 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. - müvafiq olaraq inventar nömrələri 11 və 63 olan xx.xx.1988-ci il tarixli qeydiyyat vərəqələrində qeyd olunan fərdi yaşayış evləri torpağın mülkiyyətə verilməsinə dair JN-097F saylı şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsinin hüdudları daxilində yerlə şir, sözügedən yaşayış evləri bitişik evlərdir, damları və girişləri ayrıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

14. İddiaçı 21 fevral 2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydə alınmış, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi çıxarışdakı torpaq sahəsi JN-097F saylı şəhadətnaməyə əsasən mərhum X7 məxsus olmuş və mərhum G.Xankişiyeva sağlığında xx.xx.2011-ci il tarixli vəsiyyətnamə ilə 2 otaqlı fərdi yaşayış evini və tövləsini, həyətyanı torpaq sahəsini ona vəsiyyət etmiş, özü həmin miras əmlakı fakt iki qəbul və ona sahiblik etmişdir.

16. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-5557/2019 saylı qətnaməsi iş üzrə preyudisial əhəmiyyətə malik olduğuna görə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur.

17. Üçüncü şəxs Qədirova Gülsirə Mirzəli qızı iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının iddia tələbi ilə bağlı (çıxarışın ləğv edilməsinə dair) subyektiv hüququ olmamışdır.

18. Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-10/2022 nömrəli qərarı (hakim X27) ilə iddia rədd edilmişdir.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 63 inv entar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin hüdudları mütəxəssis tərəfindən təqdim edilmiş sxemdə aydın şəkildə qeyd edilmişdir. Həmin torpaq sahəsi də, ləğvi tələb edilən çıxarışdakı torpaq sahəsi ilə üst-üstə düşdüyündən, JN-097F nömrəli şəhadətnamədəki torpaq sahəsinin 0.0438 ha hissəsinin 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olur. Bu isə onu deməyə əsas verir ki, JN-097F nömrəli şəhadətnamə tərtib edilərkən faktiki olaraq 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin də həmin şəhadətnaməyə daxil edilməsi qanunsuz olmuşdur. Qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifad əyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, JN-097F nömrəli şəhadətnamə tərtib edilərkən qanunvericiliyin həmin tələbi nəzərə alınmamış və 63 inventar nömrəli texniki pasporta əsasən digər subyektlərin qanuni istifadəsində olan torpaq sahəsi daxil edilməklə müvafiq şəhadətnamə hazırlanmışdır. İşdə olan mütəxəssis rəyindən də göründüyü kimi, JN-097F nömrəli şəhadətnamə 11 inventar nömrəli texniki pasportla 0.01136 ha hissədə üst-üstə düşür. Halbuki, “Torpaq islahatı haqqında” haqqında Qanunun tələbləri baxımından JN-097F nömrəli şəhadətnamə 11 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinə uyğun tərtib edilməli idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən və mübahisələndirilən çıxarışdakı torpaq sahəsi məhz 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üstüstə düşdüyündən cavabdeh orqan haqlı olaraq müvafiq çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

20. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(107)-256/2022 nömrəli qərarı (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X28 və X33) ilə Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-764/2016 nömrəli, 19 oktyabr 2016-ci il tarixli qərarının əsaslandırma hiss əsində xx.xx.2003-cü ildə vəfat etmiş X23 və xx.xx.2013-cü ildə vəfat etmiş qızı X11 barəsində İsmayıllı rayon Dövlət Notariat Kontorunda vərəsəliyin aparılması haqqında qeydin olmaması əsas götürülsə də, İsmayıllı rayon İHB-nin Əhən inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı adına xx.xx.2011-ci il tarixində təsdiq edilmiş, reyestrdə 2 nömrə ilə qeydə alınmış vəsiyyətnamə mövcud olmuşdur. Hansı ki, vərəsəlik Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1567/2021 tarixli qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X23 və X15 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F Kod 40704018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X1 və X7 məxsus olması faktı və JN-097F Kod 40704018 nömrəli Şəhadətnamə üzrə X4 miras qalan 0.08 ha həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi 2-1(84)-764/2016 nömrəli 19 oktyabr 2016-ci il tarixli qərarında X32 adına verilmiş iyul 1990-ci il tarixli, 63 invertar nömrəli texniki pasporta istinad etmiş, lakin X14 adına dekabr 1988-ci ildə tərtib edilmiş 11 inventar nömrəli texniki pasporta istinad etməmişdir.

25. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələrindən göründüyü kimi, İddiaçı JN-097F nömrəli şəhadətnamə üzrə 0.08 ha həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının onun tərə findən qəbul olunması faktı müəyyən edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-097F saylı şəhadətnamədə göstərilən 0.08 ha həyətyanı torpaq sahəsinin 0.0438 ha sahəsi xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 407-4018/68 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda, məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasına tanınan hüququnu qəbul etməli və iddianı təmin etməli idi. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. kassasiya şikayətinə etirazın dəlilləri

26. Üçüncü şəxs Qədirova Gülsirə Mirzəli qızı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Etirazda qeyd olunmuşdur ki, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Əhən İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 116 nömrəli arayışından görünür ki, mərhum X8 mərhum anası X12 ilə birlikdə İsmayıllı rayonu, Əhən kəndində yaşamışdır. Anası vəfat etdikdən sonra tək yaşamış, vərəsəsi olmamışdır. X11 xx.xx.2013-cü ildə vəfat etmiş, bununla bağlı nümayəndəliyin 2012-2017-ci illərin WAQD-na dair kitabında 06 nömrə ilə müvafiq qeyd aparılmışdır. X11 vəfat etdikdən sonra onun dəfnini təşkil edən və xərclərini qarşılayan qardaşı oğlu X20 olmuşdur. Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2007-2021-ci illərə dair vəsiyyətnam ələrinin qeydiyyatı jurnalında X11 tərəfindən xx.xx.2008-ci ildə X16 vəsiyyətnamə verilmiş, 2-3-cü səhifələrdə 05 nömrə ilə qeydiyyat aparılmış, 3.50 manat dövlət rüsumu ödənilmişdir. Vəsiyyətnamə verilərkən şahidlər iştirak etmiş, şahid qismində mərhum X40 və mərhum X41 imza etmişlər. X2 X16 verdiyi vəsiyyətnamənin ləğv olunmasına və Əhən kənd sakini İddiaçı vəsiyyətnamə verilməsinə dair 2007-2021-ci il illərin vəsiyyətnamələrinin qeydiyyatı kitabında heç bir qeydiyyat aparılmamış, şahidlər qeyd edilməmiş və dövlət rüsumunun məbləği göstərilməmişdir. X2 əmlakının alqı-satqısı ilə bağlı Əhən kənd İƏD üzrə heç bir məlumat yoxdur. Bundan başqa, mübahisə predmeti olan əmlakla bağlı hazırda qüvvədə olan ləğv edilməmiş məhkəmə qərarları mövcuddur. Lakin həmin qərarlar məhkəmə tərəfindən nəzər ə alınmamışdır. Belə ki, X21 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qədirova Gülsirə Mirzəli qızı ilə 14 sentyabr 2017-ci il tarixdə İsmayıllı rayon notariat kontorunda bağlanılmış, reyestrdə 4Ə-507 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və bağışlanmış əmlakın ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İsmayıllı rayon Məhkəməsinin 6 avqust 2013-cü il tarixli, 2(037)-60/2019 nömrəli qətnaməsi ilə “14 sentyabr 2017-ci il tarixdə İsmayıllı rayon notariat kontorunda bağlanmış və reyestrdə 4Ə-507 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və bağışlanmış əmlakın qaytarılması barədə iddia tələbi” təmin edilməmişdir. Bundan sonra, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 201 9-cu il tarixli, 2(107)-1437/2019 saylı qətnaməsi ilə (hakimlər A.Mahmudov-sədrlik edən, E.Hüseynov və V.Məlikov) iddiaçı X21 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək İsmayıllı rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, üçüncü şəxsin mübahisə predmeti olan əmlaka dair mülkiyyət hüququ Ali Məhkəmənin qərarı ilə tanınmışdır və həmin qərar hazırda qüvvədədir.

27. Etiraza həmçinin qeyd olunmuşdur ki, işin müəyyən olunmuş hallarına görə JN-097F nömrəli şəhadətnamədəki torpaq sahəsinin 0.0438 ha hissəsi mübahisələndirilən çıxarışdakı torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin mütəxəssis tərəfindən təqdim edilmiş sxemdə mübahisələndirilən çıxarışdakı torpaq sahəsinin hüdudları aydın qeyd edilmişdir. 63 inventar nömrəl i texniki pasportda qeyd edilmiş torpaq sahəsinin hüdudları da mütəxəssis tərəfindən təqdim edilmiş sxemdə aydın şəkildə qeyd edilmişdir. Həmin torpaq sahəsi də, ləğvi tələb edilən çıxarışdakı torpaq sahəsi ilə üst-üstə düşdüyündən, JN-097F nömrəli şəhadətnamədəki torpaq sahəsinin 0.0438 ha hissəsinin 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olur. Beləliklə, JN-097F nömrəli şəhadətnamə tərtib edilərkən faktiki olaraq 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin də həmin şəhadətnaməyə daxil edilməsi qanunsuz olmuşdur.

28. İddiaçının iddia ərizəsi və kassasiya şikayəti yalnız üçüncü şəxsin mülki məsuliyyətini istisna etmək, əsas iddianın təmin olunmasında süni maneələr yaratmaq məqsədi ilə verilmişdir. Həmin iddia heç bir fakta və konkret hüquq normasına əsaslanmamışdır. İddiaçı hazırda da kassasiya şikayətində göstərdiyi hüquqi əsası olmayan və fərziyyələrə əsaslanan faktların heç biri mənim konstitusion mülkiyyət hüququmun bərpası üçün maneə ola bilməz. iddiaçının kassasiya şikayətinə etiraza münasibəti

29. Üçüncü şəxs Qədirova Gülsirə Mirzəli qızı kassasiya şikayətinə etirazında, aşağı instansiya məhkəmələrinin də əsaslandığı mütəxəssis rəyinə istinad edərək, JN097F Kod 40704018 saylı torpaq şəhadətnaməsində göstərilən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,0438 ha hissəsinin xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 4074018/68 inventar nömrəli Texniki pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsini əsas gətirilərək torpaq sahəsinin ona məxsus olduğunu bildirir. X3 adına dekabr 1988-ci ildə tər tib edilmiş 11 və X32 adına verilmiş iyul 1990-cı il tarixli, 63 inventar nömrəli texniki pasportların sxematik tərtib olunduğuna (koordinatlar qeyd edilmədən) istinad edilməmişdir. Belə ki, mütəxəssis ölçmə işləri apararkən əvvəlki (11 və 63) texniki pasportlara əsasən araşdırma aparmamış, X6 adına dekabr 1988-ci ildə tərtib edilmiş 11 inventar nömrəli və xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 407-4018/68 inventar nömrəli Texniki pasportları müqayisə etmişdir. Bununla da aydın olur ki, 407- 4018/68 inventar nömrəli Texniki pasport müasir texnologiya - peyk GPS əsasında tərtib olunduğundan, JN-097F Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,0438 ha hissəsinin 407-4018/68 inventar nömrəli Texniki pasportla üst-ü stə düşməsi labüd olacaqdır. Buna görə də araşdırma aparılarkən 11 inventar nömrəli Texniki pasport əsas götürülməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə

12. Hüquqların dövlət q eydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

31. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Mad də

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstəril mişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pre dmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Qanunvericiliyin yuxarıda istinad olunan no rmalarına görə apellyasiya məhkəməsi tərəfindən çıxarışın ləğv edilməsinin qanuni əsaslarının mövcudluğu ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 39. “Torp aq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

40. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş 63 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, İsmayıllı rayon XDS-nin İK-nin xx.xx.1988-ci il tarixli qərarı ilə Əhən kəndində yerləşən, 32.1 kv.m sahəsi olan yaşayış evi mülkiyyət hüququ əsasında X37 ayrılmışd ır. X32 adına iyul 1990-cı ildə tərtib edilmiş 63 inventar nömrəli Texniki pasportda ona aid torpaq sahəsinin sənəd üzrə 600 kv.m, faktiki 437.8 kv.m, tikinti altı 102.4 kv.m olduğu qeyd edilmişdir. 41. ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonunun Əhən kəndində yerləşən 31.5 kv.m fərdi yaşayış evi və 0.0438 ha torpaq sahəsi X9 mülkiyyətində olmuşdur. ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonu Əhən kəndində yerləşən 0.085 ha torpaq sahəsi X9 mülkiyyətində olmuşdur.

42. Daşınmaz əmlakın bağışlanılması haqqında xx.xx.2017 və xx.xx.2017-ci il tarixli müqavilələrdən görünür ki, X21 ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiy yətində olan 0.085 ha torpaq sahəsini və ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.0438 ha torpaq sahəsini Qədirova Gülsirə Mirzəli qızına bağışlamışdır. Qədirova Gülsirə Mirzəli qızının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 407-4018/68 inventar nömrəli Texniki Pasportda sənəd üzrə torpaq sahəsinin 0,1288, faktiki 0,1288 ha olduğu qeyd olunmuşdur.

43. Hazırkı mübahisəyə münasibətdə iddiaçı cavabdeh tərəfindən X9 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmış, RX seriyalı ******* saylı çıxarışın ləğv olunmasını xahiş etmişdir. İddiaçı bununla bağlı X6 adına dekabr 1988-ci ildə tərtib edilmiş 11 inventar nömrəli və X32 adına tərtib edilmiş iyul 1990-cı il tarixli, 63 inventar nömrəli texniki pasportların koordinatlar qeyd edilmə dən sxematik tərtib edildiyinə və müqayisə olunmadığına da istinad edir.

44. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İsmayıllı rayon XDS-nin xx.xx.1988-ci il tarixli qərarı əsasında Əhən kəndində yerləşən, 28.8 kv.m sahəsi olan yaşayış evi mülkiyyət hüququ ilə X17 ayrılmışdır. X14 adına dekabr 1988-ci ildə tərtib edilmiş, 11 inventar nömrəli texniki pasportda sənəd üzrə torpaq sahəsinin 800 kv.m, faktiki 1023.6 kv.m, tikinti altı 92.0 kv.m olduğu qeyd edilmişdir.

45. Bundan başqa, iş üzrə materiallara əsasən müəyyən olunmuşdur ki, JN-097F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən həyətyanı torpaq sahəsinin yalnız bir hissəsi (0.01136 ha) dekabr 1988-ci il tarixdə X14 adına tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üstüstə düşür. Eləcə də JN-097F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən 0.08 ha həyətyanı torpaq sahəsinin 0.0438 ha hissəsi Qədirova Gülsirə Mirzəli qızının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 4074018/68 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür.

46. Həmçinin iş üzrə materiallardan iddiaçının tələbində qeyd olunan 0,0438 ha torpaq sahəsinin onun istifadəsində olan 0,01136 torpaq sahəsi ilə də üst-üstə düşmədiyi, X14 adına dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki pasportda göstərilən torpaq sahəsinin Qədirova Gülsirə Mirzəli qızının adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 407-4018/68 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst- üstə düşmədiyi görünür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 1988-ci il tarixdə X14 adına tərtib edilmiş 11 inventar nömrəli Texniki pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür.

47. Beləliklə, mübahisəyə dair iş üzrə materiallardan iddiaçının tələbində qeyd olunan 0,0438 ha torpaq sahəsinin onun ləğvini tələb etdiyi çıxarışda və həmin çıxarışın əsasında duran 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü, 1990-cı ildə tərtib edilmiş 63 inventar nömrəli Texniki pasportda göstərilən torpaq sahəsinin Qədirova Gülsirə Mirzəli qızının adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 407-4018/68 inventar nömrəli Texniki pasportda göstərilən torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir.

48. Başqa sözlə, mübahisələndirilən çıxarışd a qeyd olunmuş torpaq sahəsinin məhz 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü və həmin çıxarışın 1990-cı ildə tərtib edilmiş 63 inventar nömrəli texniki pasporta uyğun olaraq verildiyi iş üzrə materiallarla təsdiq olunur.

49. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə görə, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəs əbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində təsbit olunmuşdur.

50. İş üzrə materiallara əlavə edilmiş vəsiyyətnaməyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, X11 mülki qanunvericiliyə uyğun olaraq ancaq ona məxsus olan daşınmaz əmlakı və ya əmlakın ona aid olan payını vəsiyyət edə bilərdi. Başqa sözlə, iddiaçı X5 hüququ ilə əhatə olunan əmlaka iddia etməkdə haqlı sayıla b ilər. İddiaçının İddiaçı JN-097F nömrəli şəhadətnamə üzrə 0.08 ha həyətyanı torpaq sahəsinin, 2 otaqlı fərdi yaşayış evinin və tövlə binasının onun tərəfindən qəbul olunması faktının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməsi barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iş üzrə materiallara əlavə olunmuş məhkəmə qərarından onun tərəfindən 0.08 ha həyətyanı torpaq sahəsinin deyil, 2 otaqlı fərdi yaşayış evinin və tövlə binasının qəbul olunması faktının müəyyən edildiyi görünür.

51. Bu baxımdan iddiaçıya izah olunur ki, miras əmlakla, o cümlədən vəsiyyətnamə üzrə miras əmlakla bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Nəzərə almaq lazımdır ki, mübahisələndirilən çıxarışın fərdi yaşayış evinə dair hissədə üçüncü şəxslərə münasibətdə ləğvini tələb etməz dən əvvəl, bu qərarın 32-ci bəndində qeyd olunanlar nəzərə alınmaqla, iddiaçı ilk növbədə özünün həmin əmlakda vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi ilə bağlı məsələnin həllinə nail olmalıdır. Yalnız vəsiyyətnamə üzrə miras payın müəyyən edilməsi ilə bağlı məsələ həll olunduqdan və iddiaçının miras əmlakda payının həcmi dəqiqləşdikdən sonra, zərurət yarandığı təqdirdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı miras əmlakdan ona çatan pay həcmində və ya hissədə mübahisələndirə bilər.

52. Beləliklə, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz.

53. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərd ən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(107)-256/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar