Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-64/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, riskli vergi əməliyyatı, əmtəəsiz əməliyyat) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və hesablanmış əlavə vergi borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə Su mqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-381/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə, "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə, "xxxx" MMC arasında xx.xx.2021-ci il, "xxxx" MMC arasında xx.xx.2021-ci il, "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə alqı-satqı əməliyyatları aparılmışdır.
2. Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi h aqqında” xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC həmin tarixlərdən riskli vergi ödəyiciləri hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər.
3. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********381900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2021-ci il üzrə iddiaçı barəsində 17.589,42 manat əlavə mənfəət vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas iddiaçı tərəfindən riskli vergi ödəyicilərindən ümumi ƏDV-siz dəyəri 91605,50 manat olan elektron qaimə-fakturalar üzrə çəkilən xərclərin nəzərə alınmaması olmuşdur. İŞ ÜZRƏ Q ƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********74381900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi və hesablanmış 17589,42 manat əlavə vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh aparılan araşdırmalar zamanı iddiaçı tərəfindən riskli vergi ödəyicilərindən ümumi ƏDV-siz dəyəri 91605,50 manat olan elektron qaimə fakturalar əldə edildiyi və mənfəət vergisi bəyannaməsində xərc maddələrində göstərildiyi müəyyən edilmiş yaranmış k ənarlaşma üzrə 17589,42 manat mənfəət vergisi hesablanması nəzərdə tutulmuşdur. İddiaçı hesab edir ki, cavabdeh riskli vergi ödəyicilərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na istinad edərək əsassız olaraq əlavə vergi hesablamışdır. Cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49-cu, 59-cu maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarının tələbləri pozulmuşdur.
6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən riskli vergi ödəyicilərindən ü mumi ƏDV-siz dəyəri 91605,50 manat olan elektron qaimə-faktura əldə edildiyi və mənfəət vergisi bəyannməsində xərc maddələrində göstərildiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar iddiaçııya xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. İddiaçı tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2021-ci ilin mənfəət vergisi bəyannaməsinə 18.321,09 manat mənfəət məbləği hesablanmış və ona “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********526600 nömrəli hesablama barədə qərar göndərilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən dəqiql əşdirilmiş bəyannamə təqdim edilməklə dövriyyə məbləği və hesablanmış vergi məbləği azaldılmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2021-ci ilin mənfəət vergisi bəyannaməsinə 17589,42 manat mənfəət vergisi məbləği hesablanmış və ona “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********5055700 nömrəli hesablama barədə qərar göndərilmişdir. Daha sonra iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, **********74381900 nömrəli qərar qə bul edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Vəfa Əzizova) 26 dekabr 2022-ci il tarixli, e-2-1(118)-3064/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********381900 nömrəli qərar ləğv edilmiş və 17.589,42 manat əlavə vergi borcunun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisələrlə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəti cəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Zahid Məmmədov və Gülnar Cabbarova) 16 iyun 2023-cü il tarixli, 2-1(105)-381/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən s axlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olsa da, qərarın əsaslandırılması yanlış olmuşdur. Belə ki, işdən göründüyü kimi, hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********381900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə 2021-ci il üzrə iddiaçı barəsində 17589,42 manat mənfəət vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas isə iddiaçı tərəfindən riskli vergi ödəyicilərindən ümumi ƏDV-siz dəyəri 91605,50 manat olan elektron qaimə-faktura üzrə çəkilən xərclərin nəzərə alınmaması olmuşdur. Yəni vergi orqanı tərəfindən iddiaçı barəsində əlavə dəyər vergisi deyil, mənfəət vergisi hesablanmışdır ki, onun da tətbiq edilməsinə əsas iddiaçı ilə müvafiq hüquqi şəxslər arasında aparılmış alqı-satqı əməliyyatları üzrə iddiaçı tərəfindən çəkilən xərclərin xərc maddələrində nəzərə alınmaması olmuşdur. İşə baxan məhkəmə isə qərarda yanlış olaraq verginin hesablanmasına əsas kimi iddiaçının müvafiq müəssisələrlə apardığı alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsini göstərmişdir.
12. Cavabdehin iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən riskli vergi ödəyicilərindən ümumi ƏDV-siz dəyəri 91.605,50 manat olan elektron qaimə-faktura əldə edildiyi və mənfəət vergisi bəyannməsində xərc maddələrində göstərildiyi müəyyən edilmiş, bu səbəbdən, iddiaçıya 202 1-ci il üzrə 17589,42 manat mənfəət vergi məbləği hesablanmışdır. Kollegiya cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, işdən göründüyü kimi, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə, "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə, "xxxx" MMC arasında xx.xx.2021-ci il, "xxxx" MMC arasında xx.xx.2021-ci il, "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə alqı-satqı əməliyyatları aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən alqı-satqı əməliyyatları üzrə satıcı qismində çıxış edən adıçəkilən hüquqi şəxslər həmin əməliyyatlar aparılan dövrdə riskli vergi ödəyiciləri olmamışlar. Belə ki, məhkəmə kollegiyasına təqdim edilən Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC həmin tarixlərdən riskli vergi ödəyiciləri hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Həmçinin cavabdeh apellyasiya şikayətinin dəlillərində vergi ödəyicilərinin məhz iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edildiklərini və bu barədə müvafiq qərarlar qəbul edildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı ilə müvafiq hüquqi şəxslər arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyatlar kimi dəyərləndirilmiş və bundan sonra həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə qərarlar qəbul edilmişdir. Beləliklə, cavabdeh özü iddiaçı ilə həmin müəssisələr arasında aparılan alqı-satqı əməliyyatlarının müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməsindən əvvəl baş verdiyini qeyd edir.
13. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyya t Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyatlar apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatların riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Bunun davamı olaraq da, iddiaçı həmin əməliyyatlar üzrə çəkdiyi xərcləri mənfəət bəyannaməsinin xərc maddələrində qeyd edərək vergi orqanına təqdim etmişdir.
14. Digər tərəfdən, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə- fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qanunverciliyin tələbinə əsasən, hazırkı iş üzrə yalnız iki halda aparılmış əməliyyat riskli əməliyya t hesab oluna bilər: 1) elektron qaimə-fakturalar üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; 2) iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi. Bununla bağlı kollegiya hesab edir ki, elektron qaimə-faktura üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi və yaxud iddiaçının əməliyyat apardığı müəssisənin iddiaçıya satdığı malların onun aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması, yəni ümumilikdə əməliyyatın riskli hesab edilməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sadalanan hüquqi şəxslərlə apardığı alqı-satqı əməliyyatları riskli vergi ödəyicisi ilə r əsmiləşdirilmədiyindən iddiaçı həmin əməliyyatlar üzrə çəkdiyi xərcləri mənfəət bəyannaməsinin xərc maddələrində qeyd edərək vergi orqanına təqdim etməkdə haqlı olmuşdur.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, sözügedən digər vergi ödəyiciləri məhz iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Belə ki, həmin vergi ödəyicilə ri tərəfindən müvafiq e-qaimələrdə göstərilən mallar iddiaçıya satılmamışdan əvvəl həmin vergi ödəyicilərinin özlərində mövcud olmamışdır (nə idxal edilmiş, nə də istehsalçıdan alınmış). Qeyd edilən hal üzrə iddiaçı və digər vergi ödəyiciləri arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin halları nəzərə almamışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərb aycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən ə məliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ö dəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”
3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfində n müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasi ya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçı larına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə müb ahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər in təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normala rı baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, iddiaçı 2021-ci ildə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən mallar al mış, cavabdeh vergi orqanı həmin əməliyyatlardan sonrakı tarixlərdə satıcı qismində çıxış edən adıçəkilən həmin müəssisələri riskli vergi ödəyicisi qrupuna daxil etmiş və iddiaçının aldığı mallarla bağlı əməliyyatları əmtəəsiz əməliyyatlar kimi qiymətləndirərək bununla bağlı xərci bəyannamədən silmiş, nəticədə iddiaçıya 17.589,42 manat məbləğində mənfəət vergisi hesablamışdır.
30. İş materiallarından görünür ki, cavabdeh heç bir nəzarət tədbiri ilə aşkar etmədiyi halda, iddiaçının mallar aldığı əməliyyatları əmtəəsiz əməliyyatlar kimi qiymətləndirmişdir. Cavabdeh tərəfindən bu yanaşmanın əsası kimi mal satan həmin müəssisələrin mülkiyyətlərində həmin malların olmadığına istinad edilmişdir. İddiaçı mal alarkən ona mal satan şəxsin həmin malı hansı qaydada aldığına dair heç bir məlumat almaq imkanına malik deyil. Həmçinin belə məlumatlar satıcının kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Nəzərə alınmalıdır ki, cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Yalnız satıcının mülkiyyətində həmin malın olmaması əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.
31. Bundan başqa, cavabdeh əməliyyatları əmtəəsiz hesab edərək iddiaçının bu nunla bağlı xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır və bu da həmin yanaşma ilə ziddiyyət təşkil edir. Əgər əməliyyatlar əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilmə əsası kimi, həm də iddiaçı ilə adıçəkilən müəssisələr arasında əməliyyatların sonuncuların riskli vergi ödəyicisi qrupunda olmadığı zaman aparıldığına istinad edilmişdir. Halbuki əməliyyatın əmtəəsiz hesab olunması şəxsin riskli vergi ödəyicisi qrupunda olubolmamasından asılı deyildir. Belə ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alqı-satqı əməliyyatı apara bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Başqa sözlə, vergi orqanı tərə findən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatların əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
33. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. B una baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatları əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)2208/2023 nömrəli qərarı).
34. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti tə min edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-381/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.