Məhkəmə qərarları › İş №2-1(102)-64/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-64/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-64/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozu lmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1381/2024 nömrəli, 6 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “X3nın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166121 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti X3 keçirilmişdir (dövr: noyabr 2019 - oktyabr 2022).

2. Yoxlama xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir (№ KY211875707; xx.xx.2022-ci il). 3. xx.xx.2023-cü il tarixli X3 aktının mənfəət vergisinin hesablanmasının əsaslandırılması hissəsinə əsasən vergi ödəyicisi tərəfindən 2019-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir ********.64 manat; ümumi gəlirdən çıxılan xərclər ********.29 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 25585.0 manat, sosial sığorta haqları 4873.75 manat, malın dəyəri ********.05 manat, icarə xərci 9527.0 manat, bank xidməti üzrə xərclər 43800.49 manat, sığorta üzrə xərclər 92.98 manat, digər xərclər 5285.02 manat nəticədə vergiyə cəlb olunan mənfəət 416853.35 manat göstərilmiş və 8 3370.67 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə cəmiyyətin 2019-cu il üzrə gəlirlərinin ümumilikdə ********.64 manat (452409.05 manat elektron qaimə ilə, ********.95 manat nağd qaydada nəzarət kassa aparatı vasitəsi ilə təqdim edilmiş mallara görə), xərclərinin əmək haqqı üzrə 25585.0 manat, sosial sığorta haqları üzrə 4873.75 manat, malın dəyəri üzrə ********.23 manat, icarə haqqı üzrə 9527.0 manat, bank xidməti üzrə 43800.49 manat, sığorta üzrə xərclər 92.98 manat, digər xərclər 5285.02 manat, ümumilikdə ********.47 manat olmaqla təqdim edilmiş malların maya dəyərinin 4384211.82 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəəti 4801065.17 manat olmaqla mənfəət vergisi 960213.03 manat olmuşdur. Ödəyici tərəfindən 83370.67 manat mənfəət vergisinin hesablandı ğını nəzərə alaraq əlavə olaraq 876842.36 manat əsas vergi hesablandı. 2020-ci il üzrə ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 3068471.65 manat; ümumi gəlirdən çıxılan xərclər 2851095.99 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 16782.0 manat, sosial sığorta haqları 4240.15 manat, malın dəyəri 2798373.03 manat, icarə xərci 7224.0 manat, bank xidməti üzrə xərclər 2846.66 manat, sığorta üzrə xərclər 104.4 manat, digər xərclər 21525.75 manat nəticədə vergiyə cəlb olunan mənfəət 217375.66 manat göstərilmiş və 43475.13 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə vergi ödəyicisinin hesablama metodundan kassa metoduna keçməsi və e-qaimə ilə təqdim edilmiş mallara görə bank hesablarına vəsait daxil olmadığından, cəmiy yətin 2020-ci il üzrə dövriyyəsinin yalnız nağd qaydada təqdim etdiyi onlayn kassa məlumatlarına əsasən 474399.67 manat artıq göstərildiyi, yəni 2594071.98 manat olduğu, xərclərin əmək haqqı üzrə 16782.0 manat, sosial sığorta haqları üzrə 4240.15 manat, malın dəyəri üzrə 1592826.71 manat, icarə haqqı üzrə 7224.0 manat, bank xidməti üzrə 2846.66 manat, sığorta üzrə xərclər 104.4 manat, digər xərclər 21525.75 manat, ümumilikdə 1645549.67 manat olmaqla təqdim edilmiş malların maya dəyərinin 1205546.32 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəəti 948522.31 manat, mənfəət vergisi 189704.46 manat olmuşdur. Ödəyici tərəfindən 43475.13 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq 2020-ci il üzrə əlavə olaraq 146229.33 manat əsas vergi hesablandığı 2021-ci il ü zrə ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 144290.32 manat; ümumi gəlirdən çıxılan xərclər 134578.05 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 5100.0 manat, sosial sığorta haqları 933.0 manat, malın dəyəri 127795.05 manat, icarə xərci 750.0 manat nəticədə vergiyə cəlb olunan mənfəət 9712.27 manat göstərilmiş və 1942.45 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2021-ci il üzrə təqdim edilmiş bəyannamənin 213-cü Əvvəllər gəlirdən çıxılmış ehtiyatın azaldılmasından gəlir sətrində qeyd olunmuş 14110.0 manatın əsası ödəyici tərəfindən təqdim olunmadığından, həmin məbləğ gəlir kimi nəzərə alınmayaraq, gəlirlərinin onlayn kassa məlumatlarına əsasən ümumilikdə 130180.32 manat, xərclərinin əmək haqqı üzrə 5100.0 manat, sosial sığor ta haqları üzrə 841.25 manat, malın dəyəri üzrə 99 278.89 manat, icarə haqqı üzrə 750.0 manat, bank xidməti üzrə 91.75 manat, ümumilikdə 106061.89 manat olmaqla təqdim edilmiş malların maya dəyərinin 28516.16 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəəti 24118.43 manat, mənfəət vergisi 4823.69 manat olmuşdur. Ödəyici tərəfindən 1942.45 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq əlavə olaraq 2881.24 manat əsas vergi hesablandı. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 1025952,93 manat vergi məbləğinin 50% miqdarında, yəni 512976,47 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur 4. “Vergi ödəyicisi nin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173860 nömrəli qərara əsasən 1025952,93 manat mənfəət vergisi (2019-cu il üzrə 876842,36 manat, 2020-ci il üzrə 146229,33 manat, 2021- ci il üzrə 2881,24 manat) hesablanmış, 14680,26 manat ƏDV üzrə (2020-ci il) olmaqla 1.040.633,19 manat azaldılma, 85392,13 manat (2020-ci il üzrə) əlavə dəyər vergisinin artıq hesablandığı (100.072,37-14.680,26) müəyyən edilmiş, həmin 1.040.633,19 manat azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% olmaqla 520.316,6 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********173860 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsini xahiş etmişdir.

6. İddiaçının ərizəsi əsasında iddia tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “xx.xx.2023-cü il tarixli **********173860 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə mə suliyyətə cəlb edilməsi haqqında” Qərarının qismən, yəni mənfəət vergisinin hesablanması hissəsində (ümumilikdə 1025952,93 manat, o cümlədən, 2019-cu il üzrə 876842,36 manat, 2020-ci il üzrə 146229,33 manat, 2021-ci il üzrə 2881,24 manat) ləğv edilməsi” kimi dəyişdirilmişdir.

7. İddiaçı əlavə ərizə təqdim edərək mənfəət vergisinə tətbiq edilən maliyyə sanksiyası hissəsində də qərarın ləğv edilməsini tələb etmişdir. Tələb müvafiq olaraq dəqiqləşdirilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166121 nömrəli qərarına əsasən müəssisənin sahibkarlıq fəaliyyəti üzrə X3 keçirilmiş, yoxlamanın nəticələri xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmiş və yoxlama materiallarına baxılmasının nəticəsinə dair xx.xx.2023-cü il tarixli **********173860 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərar əsasında müəssisəyə ümumilikdə 1040633,19 manat vergi məbləği və 520316,6 manat maliyyə sanksiyası hesablanmışdır. Qərarın qanunsuz və əsassız olması barədə aşağıdakı xüsusatlar məhkəmənin diqqətinə çatdırılır. X3nın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********166121 nömrəli Qərar qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Sözügedən qərara nəzər saldıqda görünür ki, yoxlama qərarı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə uyğun olaraq qəbul edilm işdir. Göründüyü kimi, VM-nin 38.3.5-ci maddəsinə istinad edilməklə yoxlamanın aparılması barədə qəbul edilməsinə baxmayaraq, mənbəyi bəlli olan məlumatların nədən ibarət olması, həmin məlumatların əsaslı və mötəbər olması barədə xüsusatlar qərarda göstərilməmiş, yoxlamanın qanuniliyini əsaslandırılmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında dəqiq göstərməyə və əsaslandırmağa borcludur. Qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin bir ç ox qərarlarında qeyd olunmuşdur. X3 zamanı xx.xx.2023-cü il tarixli **********170272 nömrəli müvəqqəti dayandırma qərarı qəbul olunsa da faktiki olaraq dayandırma əsasları mövcud olmamışdır. Belə ki, yoxlama aktının 1.1-ci bəndində qeyd olunur ki, yoxlama xx.xx.2023-cü il tarixli **********170272 nömrəli qərarla müvəqqəti dayandırılmışdır. Lakin faktiki halda dayandırma əsasları mövcud olmamış cavabdeh orqan tərəfindən əsassız olaraq yoxlamanın dayandırılması barədə qərar qəbul edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173860 nömrəli qərarı əsaslandırılmamışdır. Mübahisələndirilən qərarda yalnız vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tut an müvafiq qanunların maddələri və tətbiq edilən maliyyə sanksiyasının məbləği qeyd olunmuşdur. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********173860 nömrəli qərara əsasən 1025952,93 manat mənfəət vergisi (2019-cu il üzrə 876842,36 manat, 2020-ci il üzrə 146229,33 manat, 2021-ci il üzrə 2881,24 manat) hesablanmış, 14680,26 manat ƏDV üzrə (2020-ci il) olmaqla 1.040.633,19 manat azaldılma, 85392,13 manat (2020-ci il üzrə) əlavə dəyər vergisinin artıq hesablandığı (100.072,37-14.680,26) müəyyən edilmiş, həmin 1.040.633,19 manat azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% olmaqla 520.316,6 manat maliyyə sa nksiyası tətbiq edilmişdir. X3 keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyin əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə noyabr 2019-oktyabr 2022-ci il tarixli vergi dövrü üzrə növbəti X3 təyin edilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən qərarın (dəyişdirilmiş tələbə əsasən) mənfəət vergisi hesablanan hissəsi mübahisələndirilir. xx.xx.2023-cü il tarixli X3 aktının mənfəət vergisinin hesablanmasının əsaslandırılması hissəsinə əsasən vergi ödəyicisi tərəfindən 2019-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir ********.64 manat; ümumi gəlirdən çıxılan xərclər ********.29 manat, o cümlədən: əmək haqqı və ona bərabə r tutulan ödəmələr 25585.0 manat, sosial sığorta haqları 4873.75 manat, malın dəyəri ********.05 manat, icarə xərci 9527.0 manat, bank xidməti üzrə xərclər 43800.49 manat, sığorta üzrə xərclər 92.98 manat, digər xərclər 5285.02 manat nəticədə vergiyə cəlb olunan mənfəət 416853.35 manat göstərilmiş və 83370.67 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə cəmiyyətin 2019-cu il üzrə gəlirlərinin ümumilikdə ********.64 manat (452409.05 manat elektron qaimə ilə, ********.95 manat nağd qaydada nəzarət kassa aparatı vasitəsi ilə təqdim edilmiş mallara görə), xərclərinin əmək haqqı üzrə 25585.0 manat, sosial sığorta haqları üzrə 4873.75 manat, malın dəyəri üzrə ********.23 manat, icarə haqqı üzrə 9527.0 manat, bank xidməti üzrə 43800.49 manat, sığorta üzrə xərclər 92.98 manat, digər xərclər 5285.02 manat, ümumilikdə ********.47 manat olmaqla təqdim edilmiş malların maya dəyərinin 4384211.82 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəəti 4801065.17 manat olmaqla mənfəət vergisi 960213.03 manat olmuşdur. Ödəyici tərəfindən 83370.67 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq əlavə olaraq 876842.36 manat əsas vergi hesablandı. 2020ci il üzrə ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 3068471.65 manat; ümumi gəlirdən çıxılan xərclər 2851095.99 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 16782.0 manat, sosial sığorta haqları 4240.15 manat, malın dəyəri 2798373.03 manat, icarə xərci 7224.0 manat, bank xidməti üzrə xərclər 2846.66 manat, sığorta üzrə xərclər 104.4 manat, digər xərclər 21525.75 manat nəticədə vergiyə cəlb olunan mənfəət 217375.66 manat göstərilmiş və 43475.13 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə vergi ödəyicisinin hesablama metodundan kassa metoduna keçməsi və e-qaimə ilə təqdim edilmiş mallara görə bank hesablarına vəsait daxil olmadığından, cəmiyyətin 2020-ci il üzrə dövriyyəsinin yalnız nağd qaydada təqdim etdiyi onlayn kassa məlumatlarına əsasən 474399.67 manat artıq göstərildiyi, yəni 2594071.98 manat olduğu, xərclərin əmək haqqı üzrə 16782.0 manat, sosial sığorta haqları üzrə 4240.15 manat, malın dəyəri üzrə 1592826.71 manat, icarə haqqı üzrə 7224.0 manat, bank xidməti üzrə 2846.66 manat, sığorta üzrə xərclər 104.4 manat, digər xərclər 21525.75 manat, ümumilikdə 1645549.67 manat olmaqla təqdim edilmiş malların maya dəyərinin 120 5546.32 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəəti 948522.31 manat, mənfəət vergisi 189704.46 manat olmuşdur. Ödəyici tərəfindən 43475.13 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq 2020-ci il üzrə əlavə olaraq 146229.33 manat əsas vergi hesablanmışdır. 2021-ci il üzrə ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 144290.32 manat; ümumi gəlirdən çıxılan xərclər 134578.05 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 5100.0 manat, sosial sığorta haqları 933.0 manat, malın dəyəri 127795.05 manat, icarə xərci 750.0 manat nəticədə vergiyə cəlb olunan mənfəət 9712.27 manat göstərilmiş və 1942.45 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2021-ci il üzrə təqdim edilmiş bəyannamənin 213-cü-Əvvəllər gəli rdən çıxılmış ehtiyatın azaldılmasından gəlir sətrində qeyd olunmuş 14110.0 manatın əsası ödəyici tərəfindən təqdim olunmadığından, həmin məbləğ gəlir kimi nəzərə alınmayaraq, gəlirlərinin onlayn kassa məlumatlarına əsasən ümumilikdə 130180.32 manat, xərclərinin əmək haqqı üzrə 5100.0 manat, sosial sığorta haqları üzrə 841.25 manat, malın dəyəri üzrə 99 278.89 manat, icarə haqqı üzrə 750.0 manat, bank xidməti üzrə 91.75 manat, ümumilikdə 106061.89 manat olmaqla təqdim edilmiş malların maya dəyərinin 28516.16 manat artıq göstərildiyi müəyyən olunaraq vergiyə cəlb olunan mənfəəti 24118.43 manat, mənfəət vergisi 4823.69 manat olmuşdur. Ödəyici tərəfindən 1942.45 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq əlavə olaraq 2881.24 manat əsas vergi hesablandı. Azərbaycan Respublikasının V ergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 1025952,93 manat vergi məbləğinin 50% miqdarında, yəni 512976,47 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur.

9. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, iddia ərizəsində qeyd olunur: ““X3nın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166121 nömrəli qərar qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Sözügedən qərara nəzər saldıqda görünür ki, yoxlama qərarı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə uyğun olaraq qəbul edilmişdir. Həmin Məcəllənin 38.3-cü maddəsində növbədənkənar X3nın hansı hallarda keçirilə biləcəyi qeyd olunmuşdur.” İddiaçının iddia tələbinin əsaslarından biri kimi qeyd etdiyi bu dəlilini aşağıda göstərilən səbəblərə görə əsassız hesab edirlər. İlk növbədə qeyd etməyi zəruri hesab edilmişdir ki, “X3nın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166121 nömrəli qərarın 1-ci bəndinə əsasən cəmiyyətdə növbədənkənar yox, növbəti X3 keçirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “X3nın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166121 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti X3 keçirilmişdir, (dövr: noyabr 2019 - oktyabr.2022). Yoxlama xx.xx.2 022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY211875707; xx.xx.2022-ci il). Yoxlanılan dövrdə vergi ödəyicisi ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. Bununla əlaqədar “X3nın keçirilməsi haqqında” qərar, “Növbəti X3nın keçirilməsi haqqında” Bildiriş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə vergi ödəyicisinə təqdim edilmişdir. Bundan əlavə, iddiaçının iddia ərizəsində qeyd etdiyi “X3 zamanı xx.xx.2023-cü il tarixli **********170272 nömrəli müvəqqəti dayandırma qərarı qəbul olunsa da faktiki olaraq dayandırma əsasları mövcud olmamışdı r” dəlilini də aşağıda göstərilən səbəblərə görə əsassız hesab edilir. Cəmiyyətin direktoru X2 xx.xx.2023-cü il tarixdə ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, səhhətində yaranmış problemlərlə bağlı X3nın dayandırılmasını (təxirə salınmasını) xahiş etmişdir (ərizənin surəti əlavə olunur). Bununla əlaqədar yoxlama aparılan vergi ödəyicisinin rəhbərinin müraciəti nəzərə alınaraq, X3nın xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müvəqqəti olaraq dayandırılması (təxirə salınması) barədə xx.xx.2023-cü il tarixli **********170272 nömrəli qərar qəbul edilmişdir. Yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, o cümlədən yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin dayandırılması (təxirə salınması) ba rədə məlumat da reyestrə daxil edilmişdir (müddət və əsas qeyd olunmaqla). Bundan əlavə, yoxlamanın müddətinin dayandırılması (təxirə salınması) zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar X3 aktının 1.1-ci bəndində qeyd olunmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyici faktiki olaraq ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. X3 zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********166177 nömrəli Tələbnamə cəmiyyətin direktoru X1 şəxsən təqdim olunmuş, xx.xx.2022-ci il tarixdə alınmasını öz imzası və cəmiyyətin möhürü ilə təsdiq etmişdir. X3nın keçirilməsi üçün zəruri olan və tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müd dətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı olan mühasibat sənədləri vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim olunmuşdur. Bu səbəbdən “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmişdir. Bundan əlavə, X3 zamanı Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167180 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən yoxlamaya təqdim edilmiş sənədlər barədə Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib olunmuş, protokol surəti cəmiyyətin direktoruna təqdim edilmiş, onun tər əfindən imzalanmış və bir nüsxəsini qəbul etmişdir. Yoxlamanın əhatə etdiyi dövr üzrə cəmiyyətə aşağıdakı vergi növləri üzrə əlavə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. • 1 025 952,93 manat mənfəət vergisi və 512 976,47 manat maliyyə sanksiyası; • 14 680,26 manat ƏDV və 7 340,13 manat maliyyə sanksiyası; • 100 072,37 manat ƏDV-nin artıq hesablanması; • 0,02 manat MÖMV artıq hesablama. Hesablanmış vergilərin mahiyyəti ilə bağlı aşağıdakılar qeyd edilir. Mənfəət vergisi üzrə: Mənfəət vergisinin müqayisəli cədvəli (Azərbaycan manatı) Dövr 2019-cu il VÖ bəyannamə məlumatı 82 026,28 Vergi məbləği Kameral bəyannamə SVY bəyannamə Azaldılmışdır Fərq Artıq hesablanmış 83 370,67 960 213,03 876 842,36 0,00 2020-ci il 2021-ci il Cəmi 43 475,13 1 942,45 12 7 443,25 43 475,13 1 942,45 128 788,25 189 704,46 4 823,69 1 154 741,18 146 2 881,24 1 025 952,93 0,00 0,00 0,00 Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Vergi ödəyicisinin dövriyyəsi təqdim etdiyi elektron qaimə-fakturalardan və nəzarət-kassa aparatı vasitəsilə apardığı satışlardan formalaşmışdır. Yoxlama ilə 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. X3 ilə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134-cü, 135ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlama zamanı müəssisənin aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə deyil statistik qiymətləri ilə uçota alınması müəyyən olunmuşdur ki, bu da təqdim edilmiş malların maya dəyərinin artıq qeyd olunduğu kimi qiymətləndirilmişdir. Yoxlama ilə təqdim edilmiş malların maya dəyəri faktiki (invoys) qiymətləri nəzərə alınmaqla yenidən hesab lanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 16271590,64 manat; ümumi gəlirdən çıxılan xərclər 15854737,29 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 25585,0 manat, sosial sığorta haqları 4873,75 manat, malın dəyəri 15765573,05 manat, icarə xərci 9527,0 manat, bank xidməti üzrə xərclər 43800,49 manat, sığorta üzrə xərclər 92,98 manat, digər xərclər 5285,02 manat nəticədə vergiyə cəlb olunan mənfəət 416853,35 manat göstərilmiş və 83370,67 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə cəmiyyətin 2019-cu il üzrə gəlirlərinin ümumilikdə 16271590,64 manat (452409,05 manat elektron qaimə ilə, 15819180,95 manat nağd qaydada nəzarət kassa aparatı vasitəsi ilə təqdim edilmiş mallara görə), xərclərinin əmək haqqı üzrə 25585,0 manat, sosial sığorta haqları üzrə 4873,75 manat, malın dəyəri üzrə 11381361,23 manat, icarə haqqı üzrə 9527,0 manat, bank xidməti üzrə 43800,49 manat, sığorta üzrə xərclər 92,98 manat, digər xərclər 5285,02 manat, ümumilikdə 11470525,47 manat olmaqla təqdim edilmiş malların maya dəyərinin 4384211,82 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəəti 4801065,17 manat olmaqla mənfəət vergisi 960213,03 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən 83370,67 manat mənfəət vergisinin hesablandığını nəzərə alınaraq, 2019-cu il üzrə əlavə olaraq 876842,36 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 3068471,65 manat; ümumi gəlirdən çıxılan xərclər 2851095,99 man at, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 16782,0 manat, sosial sığorta haqları 4240,15 manat, malın dəyəri 2798373,03 manat, icarə xərci 7224,0 manat, bank xidməti üzrə xərclər 2846,66 manat, sığorta üzrə xərclər 104,4 manat, digər xərclər 21525,75 manat nəticədə vergiyə cəlb olunan mənfəət 217375,66 manat göstərilmiş və 43475,13 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə vergi ödəyicisinin hesablama metodundan kassa metoduna keçməsi və e-qaimə ilə təqdim edilmiş mallara görə bank hesablarına vəsait daxil olmadığından, cəmiyyətin 2020-ci il üzrə dövriyyəsinin yalnız nağd qaydada təqdim etdiyi onlayn kassa məlumatlarına əsasən 474399,67 manat artıq göstərildiyi, yəni 2594071,98 manat olduğu, xərclərin əmək haqqı üzrə 16782,0 manat, sosial sığorta haq lan üzrə 4240,15 manat, malın dəyəri üzrə 1592826,71 manat, icarə haqqı üzrə 7224,0 manat, bank xidməti üzrə 2846,66 manat, sığorta üzrə xərclər 104,4 manat, digər xərclər 21525,75 manat, ümumilikdə 1645549,67 manat olmaqla təqdim edilmiş malların maya dəyərinin 1205546,32 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəəti 948522,31 manat, mənfəət vergisi 189704,46 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən 43475,13 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq, 2020-ci il üzrə əlavə olaraq 146229,33 manat mənfəət vergisi hesablanmışdır. 2021-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 144290,32 manat; ümumi gəlirdən çıxılan xərclər 134578,05 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 5100,0 manat, sosial sığorta haqlan 933,0 manat, malın dəyəri 127795,05 manat, icarə xərci 750,0 manat nəticədə vergiyə cəlb olunan mənfəət 9712,27 manat göstərilmiş və 1942,45 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2021-ci il üzrə təqdim edilmiş bəyannamənin “213-cü əvvəllər gəlirdən çıxılmış ehtiyatın azaldılmasından gəlir sətrində” qeyd olunmuş 14110,0 manatın əsası ödəyici tərəfindən təqdim olunmadığından, həmin məbləğ gəlir kimi nəzərə alınmayaraq, gəlirlərinin onlayn kassa məlumatlarına əsasən ümumilikdə 130180,32 manat, xərclərinin əmək haqqı üzrə 5100,0 manat, sosial sığorta haqlan üzrə 841,25 manat, malın dəyəri üzrə 99.278,89 manat, icarə haqqı üzrə 750.0 manat, bank xidməti üzrə 91,75 manat, ümumilikdə 106061,89 manat olmaqla təqdim edilmiş malların maya dəyərinin 28516,1 6 manat artıq göstərildiyi müəyyən olunaraq, vergiyə cəlb olunan mənfəəti 24118,43 manat, mənfəət vergisi 4823,69 manat olmuşdur. Vergi ödəyici tərəfindən 1942,45 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq, 2021-ci il üzrə əlavə olaraq 2881,24 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, X3 zamanı yoxlamanın əhatə etdiyi dövr üzrə ümumilikdə 1025952,93 manat mənfəət vergisinin (o cümlədən: 2019-cü il üzrə 876842,36 manat; 2020-ci il üzrə 146229,33 manat və 2021-ci il üzrə 2881,24 manat) azaldıldığı müəyyən edilmişdir. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisinin dövriyyəsi təqdim etdiyi elektron qaimə-fakturalardan və NKA vasitəsilə apardığı satışlardan formalaşmışdır. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə əlavə dəyər vergisi bəyannamələri vergi orqan ına vaxtında təqdim edilmişdir. Əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən edilmişdir. Cəmiyyət ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə ilə xx.xx.2018-ci il tarixdə vergi orqanına müraciət etmiş, xx.xx.2018-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyatına alınmasını xahiş etmiş və xx.xx.2018-ci il tarixli **********8 nömrəli “ƏDV-nin qeydiyyat bildirişi” əsasında qeydiyyatdan keçirmişdir. Vergi ödəyicisinin ƏDV qeydiyyatı xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən vergi orqanına əlavə dəyər vergisinin bəyannamələri aylıq təqdim edilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisinin əlavə dəyər vergisi üzrə qeydiyyatı ləğv edilməmişdir. Vergi ödəyicisinin vergi orqanında ol an uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 159-cu maddəsinin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDVnin düzgün hesablanmaması səbəbi ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ƏDV məbləğinin düzgün müəyyən olunmaması ilə bağlıdır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergit utma obyektidir. 2022-ci ilin yanvar ayının 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Yoxlama zamanı 2020-ci ilin yanvar ayında ödəyicinin bank hesablarına təqdim edilmiş mallara görə vəsaitin daxil olmadığından ƏDV üzrə 100072,37 manat çox hesablandığı, onlayn kassa məlumatlarına əsasən may ayı üzrə əsasən ƏDVnin 14136,75 manat, avqust ayı üzrə 543,51 manat az hesablandığı müəyyən edilərək, ümumilikdə ƏDV üzrə 14680,26 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi X3nın əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması halları aşkar edilmişdir. Bununla bağlı vergi ödəyicisi nin vergi məsuliyyətinə cəlb olunması məsələsinə baxılmış və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********173860 nömrəli qərar qəbul edilmişdir. X3nın nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Bundan əlavə, iddiaçının iddia ərizəsində qeyd etdiyi “Vergi ödəyicisi nin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173860 nömrəli qərar əsaslandırılmamışdır” dəlilini də aşağıda göstərilən səbəblərə görə əsassız hesab edirlər. Bildirilir ki, X3nın nəticəsi üzrə tərtib edilmiş akta əsasən vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılmış, məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilən zaman bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmış və Vergi Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən qərar qəbul edilmişdir. Bundan əlavə, iddiaçının vergi orqanı tərəfindən X3nın nəticəsi üzrə qəbul edil miş xx.xx.2023-vü il tarixli qərarın əsaslandırılmaması barədə dəlilinə münasibətdə formalaşmış məhkəmə təcrübəsinə istinad edərək, Ali Məhkəmənin hüquqi mövqeyini qeyd etmək istəyirlər. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)604/2017 nömrəli qərarında Ali Məhkəmə tərəfindən vergi orqanının qəbul etdiyi qərarların formal-hüquqi baxımdan qiymətləndirilməsi ilə bağlı mövqe ifadə edilmişdir. Həmin qərarın 6-cı səhifəsində qeyd olunmuşdur ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə X3 keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuli yyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarla rında qeyd edilən mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul edilən qərarları üzrə hesablamanın əsasları X3 aktında öz əksini tapır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş X3nın nəticəsi üzrə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173860 nömrəli qərar ilə hesablanmış əlavə vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi və dövlət büdcəsinə ödənilməli olan ve rgilərin azaldılması üçün əsas ola bilməz.

10. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-12464/2023 saylı, 6 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********173860 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının 1.025.952,93 manat mənfəət vergisinin hesablanması və həmin məbləğə tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən müddətdə vergi ödəyicisi tərəfin dən artıq ödənilmiş hesab edilən gömrük ödənişlərinin və gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması ilə bağlı tələb irəli sürülməmiş, malların gömrük orqanı tərəfindən tətbiq edilən gömrük dəyəri ödəyici tərəfindən qəbul edilmiş və həmin dəyərə müvafiq olaraq gömrük ödənişləri həyata keçirilmişdir. Odur ki, qeyd edilən gömrük dəyəri ödəyici tərəfindən nəzərə alınmış və artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması ilə bağlı yol verilən müddətlər ötürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 ( bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İdxal edilən mallara tətbiq edilən gömrük dəyəri məhz gömrük orqanı tərəfindən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən həmin gömrük dəyəri nəzərə alınmaqla müvafiq gömrük ödənişləri həyata keçirildiyi halda (bununla bağlı hər hansı mübahisə yoxdur), vergi orqanının malların maya dəyərinin gömrük orqanı tərəfindən tətbiq edilən gömrük dəyərinə uyğun müəyyən edilməməsinə dair tələbi əsaslı deyil və vergi ödəyicisinin üzərinə həddən artıq yük qoyulması ilə nəticələnməklə qarşıya qoyulmuş məqsədə uyğun hesab edilə bilməz.

12. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinad edərək birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (X3 zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə X3nın materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) X3nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyanna məsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 25.29 noyabr 2019cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Beləliklə məhkəmə qeyd edir ki, həmin 3 illik müddətin X3nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz. İddiaçı üzrə (növbəti) X3nın keçirilməsi haqqında qərar xx.xx.2022-ci il tarixli olmaqla yoxlama ilə əhatə olunan vergi dövrü noyabr 2019-oktyabr 2022-ci ildir. Qeyd edilən normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir, odur ki, məhkəmə əlavə əsaslandırma olmadan belə hesab edir ki, cavabdeh xx.xx.2020-ci ilə qədər olan dövr üzrə (2019-cu il üzrə) hesablamanı aparmağa səlahiyyətli olmamışdır. Müvafiq hesablamanın ən böyük hissəsi də (mənfəət vergisi üzrə 876.842,36 manat əlavə hesablama) məhz qeyd edilən dövrə təsadüf edir.

13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), S.R.Səlimova və M.N.Tağızadə) 6 iyun 2024-cü il tarixli, 21(103)-1381/2024 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnz ibati Məhkəməsinin 2-1(112)12464/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və ve rgilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Vergi Məcəlləsinin: 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Yoxlanılan dövrdə vergi ödəyicisi ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlama zamanı müəssisənin aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə deyil statistik qiymətləri ilə uçota alınması müəyyən olunmuşdur ki, bu da təqdim edilmiş malların maya dəyərinin artıq qeyd olunduğu kimi qiymətləndirilmişdir. Yoxlama ilə təqdim edilmiş malların maya dəyəri faktiki (invoys) qiymətləri nəzərə alınmaqla yenidən hesablanmışdır. Göründüyü kimi, vergi ödəyicisi idxal etdiyi malların gömrük dəyərini məhz sövdələşmə (invoys) qiyməti ilə göstərməli olduğu halda, gömrük dəyəri daha yüksək (gömrük orqanı tərəfindən təyin edilmiş) məbləğdə bəyan etdiyi üçün yoxlama ilə qeyd edilən məbləğlər arasındakı fərq vergitutma obyekti kimi qiymətləndirilmişdir. Bundan əlavə, vergi orqanının bundan əvvəl çıxış etdiyi oxşar predmetli inzibati iş üzrə mübahisə vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsinə dair iddiası üzrə qəbul edilm iş və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 1137/2022 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirik. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)1137/2022 nömrəli qərarında qeyd olunur: “Kollegiya qeyd edir ki, Məcəllənin 139.2-ci maddəsinə nəzər saldıqda aydın olur ki, malın satınalma qiyməti xərcə salınmalı olan dəyərdir. Məcəllənin 143-cü maddəsində də qeyd olunmuşdur ki, aktivlərin dəyərinə onun alınması zamanı olan dəyəri daxildir. Malın alınması zamanı olan dəyəri isə öz əksini invoysda, yəni hesab fakturada tapır. Hazırkı işdə iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə bəyan edərək xərclərini sün i şəkildə şişirtmişdir. Vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması isə qanunvericiliyin tələbinə görə mümkün deyil. Lakin işə baxan aşağı instansiya məhkəmələri hesab etmişdir ki, mənfəət bəyannaməsinin xərclərində malın dəyəri olaraq gömrük dəyərinin tanınması düzgün olmuşdur. Bu zaman məhkəmə mənfəət vergisi bəyannaməsində vergi ödəyicisinin xərcə salmalı olduğu məbləğə malın gömrük dəyərinin aid olması qənaətinə gəmişdir. Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Malın gömrük dəyəri isə bütünlükdə faktiki çəkilmiş xərclərdən formalaşan dəyər deyildir. Mənfəət vergisi bəyannaməsinin xərclər bölməsini n malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, malın faktura dəyəridir”. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğunolaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyənedilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq X3nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Göründüyü kimi Vergi Məcəlləsinin tələblərinin pozulması ilə bağlı vergi orqanının yoxlaya biləcəyi dövr məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq X3nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Bildiririk ki, yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1-ci və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019cu il tarixli 1704- VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən X3na şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik xx.xx.2020-ci il tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Bir başqa ifadə ilə, yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1-ci və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin X3nın nəticələrinin rəsmiləşdirilməsi və məsuliyyət qərarının qəbul olunduğu dövrdə qüvvədə olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri tamamilə əsasızdır. 1.Cavabdeh kassasiya şikayətinin “Maddi hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)” hissəsinin 5-ci bəndindən qeyd etmişdir ki, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh mövqeyini bu şəkildə ifadə etmişdir ki, yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrə li Qanunu ilə edilmiş dəyişikliyin X3nın nəticələrinin rəsmiləşdirilməsi və məsuliyyət qərarının qəbul olunduğu dövrdə qüvvədə olmuşdur. Cavabdehin dəlilləri tamamilə əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (X3 zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə X3nın materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyə n edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) X3nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respubl ikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəsinin ikinci və üçüncü abzasları yuxarıda göstərilən redaksiyada Məcəlləyə 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu əlavə edilmiş, həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Nəzərə alınmalıdır ki, X3nın keçirilməsi haqqında qərar xx.xx.2022-ci il tarixli olmaqla yoxlama ilə əhatə olunan vergi dövrü noyabr 2019-oktyabr 2022-ci ildir. X3nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci i ldən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd olunanlardan da məlum olduğu kimi, yoxlamanın müddətlər baxımından əhatə dairəsini müəyyən edən 85.4-cü maddəsinin 2-ci abzası xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən həmin norma qüvvəyə mindiyi dövrdən əvvəlki müddətlərə münasibətdə tətbiq oluna bilməz. Başqa sözlə desək cavabdeh xx.xx.2020-ci ilə qədər olan dövr üzrə (2019-cu il üzrə) hesablamanı apar mağa səlahiyyətli olmamışdır. Müvafiq hesablamanın ən böyük hissəsi də (mənfəət vergisi üzrə 876.842,36 manat əlavə hesablama) məhz qeyd edilən dövrə təsadüf edir.

2. Kassasiya şikayətinin “Maddi hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)” hissəsinin 1, 2, 3 və 4-cü bəndlərində və “Prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)” hissəsində pozuntulara dair konkret istinadlar yoxdur. Cavabdeh sözügedən hissələrdə Vergi Məcəlləsinin və İnzibati Prosessual Məcəllənin maddələrini sadalamaqla kifayətlənmişdir. İnzibati Prosessual Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.3- cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 407.1.4.-ci maddəsinə əsasən şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllə nin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması kassasiya şikayətində göstərilməlidir. Sadalananların əksinə yuxarıda qeyd olunan hissələrdə kassasiya şikayəti əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir.

3. Bundan əlavə yoxlama zamanı aşağıdakə pozuntulara yol verilmişdir. 3.1 – X3 aktı xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş və akt elektron qaydada vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 68.1. Bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hes ablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 68.2. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. 70.21. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünv an kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Beləliklə svy aktı xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinə çatdırılmış hesab edilməlidir. (23 may tarixdə tərtib edilmiş və elektron qaydada göndərilmiş, 24 may tarixdən göndərilmiş hesab olunmaqla 3 iş günü 29 mayda bitmiş, həmin gün isə qeyri iş günü olduğundan sənəd 30 may 2023-cü il tarixdə vergi ödəyicisinə çatdırılmış hesab olunmaqla ona akta dair etirazını bildirmək üçün 31 may-1 iyul tarixləri aralığında vaxt verilməli idi. Buna baxmayaraq vergi ödəyicisi xx.xx.2023-cü il tarixli **********350200 nömrəli məktubla vergi yoxlaması aktına baxılması üçün xx.xx.2023-cü il tarixdə saat 11:00-da vergi orqanına dəvət edilmişdir. Göründüyü kimi vergi ödəyicisinin yoxlama aktına dair etirazını bildirmək üçün müəyyən edilmiş gözlənilməmişdir. 3.2 SVY aktının 1.9.3-cü bəndindən göründüyü kimi, yoxlama zamanı vergi ödəyicisinə məxsus təsərrüfat subyektlərinə “baxış” keçirilmiş və nəticəsi müvafiq protokollarla rəsmiləşdirilmişdir. Buna baxmayaraq baxışın keçirilməsi barədə qeyd Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qey də alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına görə, o yoxlamalar reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın reyestrində qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmamışdır, lakin həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, baxış keçirilməsi vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda, həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır. İnzibati prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmənin mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu xüsusatda kassasiya şikayətinə hər hansı yeni sübut əlavə edilməsi yolverilməzdir və həmin sənədlər iş materiallarından xaric edilməlidir. Göründüyü kimi, cavabdehin kassasiya şikayətinin dəlilləri əsasızdır. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 24.0.1. Vergilərin düzgün hesablanmasına, tam və vaxtın da ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 85.4 (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tu tmaq hüququna malikdirlər. Maddə 85.4 (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) X3nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən verg i bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Maddə 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANS İYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.

24. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X3 keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən "xxxx" MMC-yə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyin əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə noyabr 2019-oktyabr 2022-ci il tarixli vergi dövrü üzrə növbəti X3 təyin edilmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial s ığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173860 nömrəli qərara əsasən 1025952,93 manat mənfəət vergisi (2019-cu il üzrə 876842,36 manat, 2020-ci il üzrə 146229,33 manat, 2021- ci il üzrə 2881,24 manat) hesablanmış, 14680,26 manat ƏDV üzrə (2020-ci il) olmaqla 1.040.633,19 manat azaldılma, 85392,13 manat (2020-ci il üzrə) əlavə dəyər vergisinin artıq hesablandığı (100.072,37-14.680,26) müəyyən edilmiş, həmin 1.040.633,19 manat azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% olmaqla 520.316,6 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Vergi Məcəlləsininin 85.4cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (X3 zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə X3nın materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) X3nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim ed ilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 25.29 noyabr 2019cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respubli kasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. həmin 3 illik müddətin X3nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçı üzrə (növbəti) X3nın keçirilməsi haqqında qəra r xx.xx.2022-ci il tarixli olmaqla yoxlama ilə əhatə olunan vergi dövrü noyabr 2019oktyabr 2022-ci ildir. Qeyd edilən normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir, odur ki, məhkəmə əlavə əsaslandırma olmadan belə, hesab edir ki, cavabdeh xx.xx.2020-ci ilə qədər olan dövr üzrə (2019-cu il üzrə) hesablamanı aparmağa səlahiyyətli olmamışdır. Müvafiq hesablamanın ən böyük hissəsi də (mənfəət vergisi üzrə 876.842,36 manat əlavə hesablama) məhz qeyd edilən dövrə təsadüf edir.

26. Mübahisələndirilən Qərara cavabdeh vergi orqanı 2019-cu il üzrə mənfəət vergisi hesablayan zaman və həmin vergi məbləğinə maliyyə sanksiyası tətbiq edərkən 3 illik müddətin ötürülməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Yoxlama dövrü no yabr 2019-dekabr 2022-ci illəri əhatə edir.

28. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (X3 zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə X3nın materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. 29. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə aşağıdakı yeni məzmunda ikinci və üçüncü abzaslar əla və edilmişdir. 30. “Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) X3nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.

31. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdə n əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.”

32. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 33. 2019-cu ilin mənfəət vergisi üzrə hesabat dövrü xx.xx.2020-ci il tarixdə bitir və mənfəət vergisi bəyannaməsini xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasında təqdim etməlidir. Başqa sözlə, iddiaçı 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsi təqdim etmə öhdəliyi yarananda qanunvericiliyə müvafiq dəyişiklik edilmişdir.

34. İddiaçı üzrə (növbəti) X3nın keçirilməsi haqqında qərar xx.xx.2022-ci il tarixli olmaqla yoxlama ilə əhatə olunan vergi dövrü noyabr 2019-o ktyabr 2022-ci ildir.

35. Göründüyü kimi X3nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etmişdir.

36. Beləliklə, mübahisələndirilən Qərara cavabdeh vergi orqanı 2019-cu il üzrə mənfəət vergisi hesablayan zaman və həmin vergi məbləğinə maliyyə sanksiyası tətbiq edərkən 3 illik müddət ötürülməmişdir.

37. Kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə bəyan edərək xərclərini süni şəkildə şişirtmişdir. Vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması isə qanunvericiliyin tələbinə görə mümkün deyil.

38. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edil məsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

39. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

40. Digər tərəfdən, “Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir.

41. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür.

42. Qeyd olunan Qanunun 4.1.1-ci maddəsinə əsasən advalor gömrük rüsumu malların gömrük dəyərinə nisbətən faizlə hesablanır.

43. Gömrük dəyərinin müəyyən edilməsinin üsulları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə görə gömrük dəyərinin müəyyən edilmə üsullarının ardıcıllığı baxımından ilkin üsul Qanunun 13-cü maddəsində təsbit edilmiş malların sövdələşmə qiyməti üsulu olsa da, digər üsullar da (eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti, dəyərin çıxılması üsulu, dəyərin toplanması üsulu, ehtiyat üsulu) nəzərdə tutulmuşdur.

44. Göründüy ü kimi gömrük və vergi məqsədləri baxımından malın dəyəri qanunvericilikdə fərqləndirilmişdir. Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Odur ki, vergi məqsədləri baxımından mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, malın alışı üçün çəkilmiş faktiki xərc olmalıdır. Hazırkı iş üzrə iddiaçı invoys dəyərindən daha artıq məbləğin malın alışı zamanı ödənildiyini təsdiq edən sübut təqdim etməmişdir.

45. Kollegiya qeyd edir ki, hazırki işdə iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə bəyan edərək xərclərini süni şəkildə şişirtmişdir və vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının m üəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması qanunvericiliyin tələbinə görə mümkün deyil.

46. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, analoji faktlara əsaslanan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)890/2024 nömrəli qərarında da hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur.

47. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin mübahisələndirilən qərarı əsaslıdır, cavabdehin iddiaçıya münasibətdə vergi borcunun hesablanması ilə bağlı qərarın qəbul olunması ilə nəticələnmiş hərəkətləri qanunauyğundur, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüq uqi nəticələrinə iş üzrə riayət olunur.

48. Odur ki, kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 21(103)-1381/2024 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, **********173860 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının 1.025.952,93 manat mənfəət vergisinin hesablanması və həmin məbləğə tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar