Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-640/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X22 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs İsgəndərov Namiq Fazil oğlu, bundan sonra üçüncü şəxs) “pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-1(103)-2336/2018 saylı, 9 oktyabr 2018-ci il tarixli qərarından üçüncü şəxsin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-14258/17 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh İsgəndərov Namiq Fazil oğluna qarşı ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsinə dair iddiası təmin edilmişdir. Qətnamə ilə müəyyən edilir ki, iddiaçının köçürüldüyü ev özbaşına tikili olmaqla, ünvan üzrə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1964-cü ildə ünvan 5 evə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport v erilmişdir. Həmin qətnamə mübahisələndirilməmiş və qüvvəyə minmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evinə pasport qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 7 mart 2018-ci il tarixli məktubla cavab verilərək göstərilmişdir ki, ünvan üzrə qeydiyyata alınması üçün əsas verən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənədlər təqdim olunmalıdır. Digər halda məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 3 saylı Asan Xidmət Mərkəzi tərəfindən İsgəndərov Namiq Fazil oğlu (15.03 2003-cü il tarixdən), X9, X4, İsgəndərov Natiq Fazil oğlu, X5, X19, X32, İsgəndərov Çingiz Fazil oğlu, X10, X11, X6, X1, X3, X12, X15, X13, X7, X2 ünvan 1 ünvanında qeydiyyatda olmaları barədə “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayış verilmişdir. İddiaçı 3 may 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 10 ildən artıqdır ki, ünvan 2 ünvanında yaşayır. 29.11.2017-ci il tarixli 2 (001)-14258/2017 saylı Binəqədi rayon Məhkəməsinin qətnaməsinə əsasən həmin yaşayış sahəsinə köçürülmüşdür. Bunu nəzərə alaraq cavabdehə müraciət edib həmin ünvana qeydiyyata alınmasını və şəxsiyyət vəsiqəsinin verilməsini tələb etmişdir. Cavabdeh isə ona məktub ünvanlayaraq təqdim etməli olduğu sənədləri sadalamışdır. Məktubdan sonra o, dəqiqliyi ilə həmin sənədləri tam şəkildə cavabdeh orqana təqdim etmiş, lakin cavabdeh 1 aydan artıq vaxtın keçməsinə baxmayaraq nə onu qeydiyyata salmış, nə də onun əsasında ona yeni şəxsiyyət vəsiqəsi vermişdir. Nəticədə onun seçki, əmək, orqanlara müraciət etmək, informasiya əldə etmək və sair hüquqları pozulmuşdur. Onun həmin yaşayış sahəsinə köçməsinə əsas məhkəmə qətnaməsi olmuşdur. Həmin yaşayış sahəsinin tikilməsində və təmirində iştirak etmiş, mübahisə yarandığı vaxtadək həmin yaşayış sahəsində 10 il müddətində yaşamışdır. Hazırda formal olaraq şəxsiyyət vəsiqəsində yaşayış yeri kimi göstərilmiş “Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv Zavodun yataqxana”sı hazırda mövcud deyil. Bu səbəbdən d ə həmin ərazidən yaşayış yerindən arayış almaq, məktubları qəbul etmək, yerli orqan və təşkilatlara müraciət etmək mümkün deyildir. Digər tərəfdən mövcud olmayan yataqxanada yaşaya bilməz. İddiaçı hesab edir ki, o, məhkəmə qərarı ilə köçürüldüyü, 10 ildən artıq yaşadığı ünvana qeydiyyata alınmalıdır. İddianın maddi hüquqi əsası kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2 və 5-ci maddələrinə istinad etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X27, 2-1(81)-2676/2018 saylı iş) 25 iyul 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçının ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçın ın ünvan 2 ünvanına köçürülməsinə əsas qanuni qüvvədə olan məhkəmə qətnaməsi olduğundan (Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə müvafiq olaraq yaşadığı ünvan üzrə pasport qeydiyyatına alınmalıdır, cavabdeh inzibati orqan onu pasport qeydiyyatına almaqdan imtina etməkdə haqlı olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X28-məruzəçi, X23 və X33, 2-1(103)-2336/2018 saylı iş) 9 oktyabr 2018-ci il tarixli qərarla üçüncü şəxsin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Üçüncü şəxsin nümayəndəsi 12 noyabr 2018-ci il tarixdə qərarın surətini almış, üçüncü şəxs 10 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı ünvan 4 ünvanında 1 gün də olsun yaşamamışdır. İddiaçı ilə yaşadığı ev nənəsinin tikdirdiyi başqa bir həyətdəki evdir və həmin evin ünvanı, hüquqmüəyyənedici sənədi yoxdur. Nənəsinə məxsus evdə hazırda 18 nəfər pasport qeydiyyatında adam var. İddiaçının həmin evə qeydiyyata düşməsi kvadrat metr sahəyə uyğun deyildir. Mənzil qanunvericiliyində bir nəfərə düşən mənzil sahəsi 12 kv.metrdən az olmamalıdır. Göründüyü kimi, mənzilin mövcud sahəsi iddiaçının evə qeydiyyata düşməsini istisna edir. İddiaçı onunla həyat yoldaşı olmuş və onlar rəsmi qaydada boşanmışlar. İddiaçının hüququ onunla nikah dövründə olarkən bir ailə üzvü kimi mövcud ola bilərdi. Lakin onlar boşandıqdan sonra o, ailə üzvü hesab edilmir və onun evə hər hansı bir hüququ qala bilməz. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq şəxs başqa yerə yaşamaq üçün getdikdə qeydiyyatdan çıxarılmalıdır. Digər tərəfdən, onlar həmin evi mülkiyyətlərinə keçirmək ərəfəsindədirlər. Mülkiyyətlərinə keçirdikləri təqdirdə iddiaçının həmin evdə qeydiyyatda olması onların mülkiyyət hüquqlarını məhdudlaşdıracaq. Qərarda göstərilir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. Lakin həmin qətnamədə iddiaçının hansı hüquqla mənzilə köçürülməsi göstərilməmişdir. tərəflərin i zahatları: İddiaçının vəkili kassasiya instansiyası məhkəməsinə kassasiya şikayətinə dair etiraz göndərərək bildirmişdir ki, iddiaçının yaşayış sahəsinə köçürülüb-köçürülməməsi, hansı yaşayış sahəsinə köçürülməsi məsələləri artıq Binəqədi rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə həll edilmişdir. İddiaçı köçürüldüyü ünvan üzrə qeydiyyata alınmalıdır. Belə ki, həmin qətnamə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd hesab olunur. Etirazda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1, 2, 5, və 9.5-ci maddələrinə, “İcra haqqında” Qanunun 73.1, 73.4-cü maddələrinə istinad olunmuşdur. İddiaçının vəkili məhkəmə kollegiyasını n iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmiş, izahatında kassasiya şikayətinə dair verdiyi etiraza istinad etmişdir. əsаslаndırmа hissəsi: Cavabdeh məhkəmə kollegiyasına məktub göndərərək iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Mübahisə iddiaçının üçüncü şəxsin yaşadığı və qeydiyyatda olduğu mənzilə qeydiyyatı ilə bağlıdır. İşin hallarından görünür ki, iddiaçı 2008-ci ilin avqust ayında üçüncü şəxs N.İsgəndərovla nikahlarını rəsmiləşdirmişdir, 10.05.2011-ci ildən Bakı şəhəri, Maştağa qəsəbəsi, konserv zavodu yataqxanasında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə i ddiaçının ünvan 5 ünvanda olan yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamənin qanuniliyinin mübahisələndirilməsi ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı məhkəmə qətnaməsinə əsaslanaraq adı çəkilən mənzilə qeydiyyata alınmasını xahiş edir. Mənzildə üçüncü şəxslə yanaşı, 15 nəfərdən çox şəxs qeydiyyatdadır. Məhkəmə qərarlarını mübahisələndirən üçüncü şəxsin mövqeyinə görə yaşayış sahəsi qanunsuz tikilidir, mənzilin mövcud sahəsi iddiaçının mənzilə qeydiyyata düşməsini istisna edir. Məhkəmə qətnaməsində iddiaçının hansı hüquqla mənzilə köçürülməsi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci m addəsinə əsasən, qanuni əsaslarla daimi və daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Qanunun adından göründüyü kimi, qanunun tənzimlədiyi məsələlərdən biri də vətəndaşların yaşayış yeri üzrə qeydiyyatının aparılması ilə bağlıdır. İddiaçının yaşayış yerinin ünvan 5 ünvandakı mənzil olması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikd ən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi qərarında vurğulamışdır ki, MPM-in 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin MPM-in 233.3-cü maddəsinin tətbiqi baxımından göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində işt irak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. İddiaçının ünvan 5 ünvandakı yaşayış sahəsinə köçürülməsinə dair məhkəmə qətnaməsi mövcud olduğundan yaşayış sahəsinin qanunsuz tikili olması, məhkəmə qətnaməsində iddiaçının hansı hüquqla mənzilə köçürülməsinin göstərilməməsi barədə şikayətin dəlilləri hazırkı işdə yenidən araşdırma predmeti ola bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda qeydiyyatd an imtinanın əsaslarında mənzilin mövcud sahəsinin mənzilə qeydiyyata düşmək üçün istisna edən hal kimi qeyd edilməmişdir. Üçüncü şəxsin mənzilin özbaşına tikili olduğunu bildirib özbaşına tikiliyə qeydiyyatın mümkünsüzlüyü barədə şikayətinin dəlili ilə bağlı qeyd edilməlidir ki, adı çəkilən ünvanda həm üçüncü şəxs, həm də onunla bərabər 15 nəfərdən çox şəxs cavabdeh tərəfindən qeydiyyata alınmışdır. “İnzibati icraat haqqında” Qanunun 12.1 və 12.2-ci maddələrinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən ünvan 5 ünvandakı yaşayış sahəsinə üçüncü şəxslə birlikdə cəmi 18 nəfər qeydiyyata alınmı şdır. İddiaçının yaşayış sahəsinə köçmə barədə məhkəmə qərarı olduğundan cavabdehin üçüncü şəxsə münasibətdə fərqli qərar qəbul etməsi qanuna uyğun olmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etm işdir ki, iddiaçının ünvan 2 ünvanına köçürülməsinə əsas qanuni qüvvədə olan məhkəmə qətnaməsi olduğundan (Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd), “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə müvafiq olaraq yaşadığı ünvan üzrə qeydiyyata alınmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən (yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi) müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; şəxsin qeydiyyata alınacağı hal da (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. İddiaçının ünvan 2 ünvanına qeydiyyata alınmasından imtina üçün qanunda nəzərdə tutulan əsasların hər hansı müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs İsgəndərov Namiq Fazil oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2336/2018 saylı, 9 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-640/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-640/2019
19.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver