Məhkəmə qərarları › İş №2-1(102)-640/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-640/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-640/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar söz: tərxisdən sonra xidməti davam edən hərbi qulluqçuya pensiyanın yenidən hesablanması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (üçüncü şəxs – Azərbaycan Respublikası Müdaf iə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2615/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: xx.xx.1965-ci il təvəllüdlü iddiaçı X1 müharibə veteranıdır. İddiaçı, 1982-ci ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirlyininin 0224 nömrəli əmrinə əsasən xx.xx.2013-cü il tarixində yaşa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfi ndən xx.xx.2013-cü il tarixində iddiaçının adına təminat xərcliyi 1023,80 manat göstərilməklə məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmiş, həmin məlumat vərəqi əsasında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2013-cü il tarixindən 1023,80 manat məbləğində yaşa görə ömürlük pensiya təyin edilmişdir. İddiaçı daha sonra xx.xx.2014-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında müxtəlif vəzifələrdə hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 0758 saylı əmri ilə həmin Nazirliyin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin şöbə rəisi vəzifəsindən yenid ən ehtiyata buraxılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixində iddiaçının adına təminat xərcliyi 1917,50 manat göstərilməklə məlumat vərəqi tərtib edilmişdir. Bundan sonra iddiaçı, sonuncu məlumat vərəqəsinə əsasən pensiyanın yenidən hesablanması üçün cavabdeh orqana xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət etmiş, cavabdeh isə xx.xx.2019-cu il tarixli, **********8 nömrəli cavab məktubu ilə iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Odur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş xx.xx.2019-cu il ta rixli, MN-00955 nömrəli yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək cavabdehə göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq təyin edilmiş pensiyanın 100% miqdarında olmaqla iddiaçıya yenidən pensiyanın hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyə görə əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə əsasən yenidən hesablanmır. Odur ki, iddianın mümkün sayılmaması ba rədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2780/2019 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilmişdir. Məhkəm hesab etmişdir ki, iddiaçı xx.xx.2013-cü ildə tərxis olunduqdan sonra 2014-2018-ci illərdə hərbi qulluğunu davam etdirmiş və 2018-ci ilin dekabr ayında yenidən hərbi xidmətdən ehtiyyata buraxılmışdır və işlədiyi orqan da qanuni olaraq cavabdehə yeni məlumat vərəqəsi vermişdir. Belə olan halda, iddiaçıya tərxis olunduğu gündən yeni məlumat vərəqəsinə əsasən əmək pensiyasının yenidən hesablanmasına qanunla hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2780/2019 nömrəli qərarından cavabdeh apellyasiya şi kayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2615/2019 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(81)-2780/2019 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin qismən təmin edilərək iddiaçıya əmək pensiyasının onun 2014-2018-ci illərdə xidmət etdiyi dövrdə alınmış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehi üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, pensiyanın yenidən h esablanmasının “qüvvədə olan qanunvericiliyə əsasən” aparılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq iddiaçıya pensiya təyin olunduqdan sonrakı dövr üzrə (2014-2018-ci illər) qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2615/2019 nömrəli qərarından iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 3 və 71-ci maddələrinə istinad edərək hər kəsin sosial təminat hüququ olduğunu, sosial təminat hüququnun həyata keçirilməsinin məhdudlaşdırılmasının qadağan edildiyini bildi rmişdir. Şikayətin növbəti dəlilində iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli, xx.xx.1992-ci il tarixli Qərarına görə, zabit heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət qurtardıqdan sonra pensiya qüvvədə olan qanunvericiliyə əsasən yenidən hesablanır. Bu səbəbdən də, iddiaçının təkrarən xidmətdə olduğu 5 il müddət onun ümumi xidmət (sığorta) stajına əlavə edilməlidir. Şikayətin növbəti dəlilinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ var. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətd ən buraxıldıqdan sonra təyin olunur. Göründüyü kimi, hərbi qulluqçuların pensiyalarının sonuncu məlumat vərəqəsinə əsasən yenidən hesablanması qadağan edilməmişdir. Şikayətin növbəti dəlilində iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə istinad etmiş və bildirmişdir ki, həmin maddəyə əsasən pensiya təyin olunduqdan sonra yenidən 6 il işləmiş əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması qadağan edilməmişdir. Kassator, yuxarıda qeyd edilələrə, həmçinin Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 90, 91, 94 və 96-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2615/2019 nömrəli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndəri lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə apellyasiya məhkəməsinin “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə dair açıqlamaları cavabdehin imtinası ilə üst-üstə düşdüyündən bu hissədə məhkəmənin mövqeyi ilə cavabdeh razılaşır. Lakin, həmin məhkəmənin mövqeyi Qanunun 37.3.1-ci maddəsinin tətbiqi hissəsində yanlışdır. Belə ki, iddiaçı ümumiyyətlə həmin maddəyə istinad edərək pensiyanın yenidən hesablanmasını tələb etməmiş, cavabdehə bu barədə müraciət etməmişdir və beləliklə bu tələb üzrə mümkünlük şərtləri yerinə yetirilməyib. Kassator, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 52-ci maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1 (103)-2615/2019 nömrəli qərarının qismən, yəni “iddianın qismən təmin edilməsi” hissəsində ləğv olunması və həmin hissədə iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil1 kassasiya şikayətləri ilə eyni məzmunlu izahat verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tətbiqi ilə bağlı apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razı olsa da, həmin Qanunun 37.3.1-ci maddəsinin hazırkı iş üzrə tətbiq olunması ilə razı deyi l. Buna görə də, apellyasiya instansiya məhkəməsinin qərarının həmin hissədə ləğv olunmasını, iddia tələbinin göstərilən hissədə mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2). Kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2615/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstə rilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İddiaçının 1982-ci ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsi və Azərbaycan Respublikası Müdafiə Nazirlyininin 0224 nömrəli əmrinə əsasən xx.xx.2013-cü il tarixində yaşa görə hərbi xidmətdən ehtiyata buraxılaraq ona sonuncu vəzifəsi üzrə təminat xərcliyinə əsasən yaşa görə əmək pensiyasının təyin olunması işin mübahisələndirilməyən hallarını təşkil edir. Hazırda iddiaçı hərbi xidmətdən buraxıldıqdan sonra, yenidən hərbi xidmətə çağırılmasına və xx.xx.2014-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək hərbi xidmət etməsinə istinad edərək bildirir ki, həmin xidməti nəzərə alınaraq buraxıldığı sonuncu vəzifəsinin təminat xərcliyindən əmək pensiyası yenidən hesablanmalıdır. Apellyasiya instansiya məh kəməsi qeyd etmişdir ki, pensiyanın yenidən hesablanması “qüvvədə olan qanunvericiliyə əsasən” aparılması nəzərdə tutulduğundan iddiaçıya Qanunun bu müddəasına uyğun olaraq ona pensiya təyin olunduqdan sonrakı dövr (2014-2018-ci illər) üzrə qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmalıdır. Apellyasiya instansiya məhkəməsinin bu mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının mübahisələndirdiyi dövrdə hərbi xidmətini xx.xx.2018-ci il tarixində başa vurarkən «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyasında aşağıdakılar nəzərdə tutulur: - hərbi qulluqçulara əmək pensiyası hərbi xid mət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilən normanın 2-ci cümləsindən birmənalı olaraq göründüyü kimi, qanunverici imperativ şəkildə müəyyən edir ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Beləliklə, 2013-cü ildə əmək pensiyası təyin olunduqdan sonra 2014-2018-ci illərdə hərbi xidmətini davam etdirən iddiaçıya təkrarən onun həmin dövrün sonuncu təmi nat xərcliyinə görə pensiyasının yenidən hesablanmasına qanunla yol verilmir. Apellyasiya instansiya məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyi düzgün olsa da, iddianı qismən təmin etməkdə haqlı olmamış, bununla prosessual normaların tələblərini pozmuşdur. Belə ki, İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələ rini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı məhkəməyə müraciət edərək yeni məlumat vərəqəsinə əsasən ona yenidən pensiya hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə isə İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələblərini pozaraq iddiaçının tələbindən kənara çıxmış, iddiaçının əmək pensiyasının onun 2014-2018-ci illərdə xidmət etdiyi dövrdə fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul etmişdir. Halbuki iddiaçının belə tələbi olmamışdır. Bununla bağlı cavabdehin kassasiya şikayətinin dəlillərini bu hissədə əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən prosessual normaların t ələblərini pozmuşdur. Cavabdeh kassasiya şikayətini verərək apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsini və qərarın ləğv edilən hissəsində iddianın mümkün sayılmamasını xahiş etidiyindən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə cavabdehin dəlilləri əsaslı olsa da, iddianın mümkün sayılmaması üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri aşağı instansiya məhkəmələri tərəfindən də yoxlanılmış, haqlı olaraq iddia mümkün sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbu l edir. Göstərilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti rədd edilməli, cavabdehin kassasiya şikayəti isə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)2615/2019 nömrəli qərarı qismən, “İddiaçı əmək pensiyasının onun 2014-2018-ci illərdə xidmət etdiyi dövrdə alınmış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2615/2019 nömrəli qərarı qismən, “İddiaçı əmək pensiyasının onun 20142018-ci illərdə xidmət etdiyi dövrdə alınmış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2615/2019 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar