Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-640/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi (iş № 2-1(102)-640/2022 giriş hissəsi: Hakimlər: Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı X1 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkə məsinin İnzibati kollegiyasının 2-1(103)-2538/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X2 (AZE19104331, FİN:4T38J86, VÖEN-**********) Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ev 41, mənzil 48 ünvanında qeydiyyatdadır.
2. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 6.6.2018-ci il tarixli **********152777 nömrəli qərarına əsasən iddiaçının fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.04.2015-31.03.2018) təyin edilmişdir. Səyyar vergi yoxlamasına 07.06.2018-ci il tarixdə başlanmış, 09.04.2019-cu il tarixdə başa çatdırılmış və yoxlamanın nəticəsi üzrə 12.04.2019-cu il tar ixli **********168099 nömrəli akt tərtib olunmuşdur. Həmin akt üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 31.05.2019-cu il tarixli **********184316 nömrəli Qərar qəbul edilmişdir. 3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 31.05.2019-cu il tarixli **********184316 nömrəli Qərararına 24.02.2020-ci il tarixli **********197584 saylı Qərar ilə düzəliş edilmişdir. 4. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi barədə” 24.02.2020-ci il tarixli **********197584 saylı Qərar ilə vergi ödəyicisinə 32.223,58 manat əsas vergi məbləği hesablanmış və 16.111,79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş üzrə qə bul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 26 iyul 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə verərək “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.02.2020-ci il tarixli **********197584 nömrəli qərarının ləğv edilərək maliyyə sanksiyasının 16.111,79 manat hissəsinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin 18.06.2020-ci il tarixli qərardadı ilə iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
7. Məhkəmənin 16.03.2021-ci il tarixli qərardadı ilə iddiaçı X1 “buraxılmış müddətin bərpası barədə” vəsatəti təmin ed ilərək, iddiaçı X2 barəsində qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.02.2020-ci il tarixli **********197584 nömrəli qərarı üzrə buraxılmış iddia müddəti bərpa edilmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs olmaqla, 2015-ci ilin aprel ayından vergi ödəyicisi kimi qeydiyyatdadır. Fəaliyyət göstərdiyi müddətdə fərdi sahibkar kimi üzərinə götürdüyü bütün öhdəlikləri vaxtı-vaxtında icra etmiş, vergiləri vaxtıvaxtında ödəməklə nümunəvi sahibkar olmuşdur. Səyyar vergi yoxlamasının aktın qanuniliyindən şikayət verilsə də, malların satışına dair göndərilmiş qaimə fakturalar və vergi hesab fakturalarının faktiki onun adına göndərildiyi və buna görə də köməklik göstərilməmişdir. Yekunda isə Bakı şəhər i kiçik sahibkarlıqla İş Departamentinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 may 2019-cu il tarixli **********184316 saylı qərarına əsasən həmin akt təsdiq edilmiş və ona 2018-ci il üzrə 64447.17 manat sadələşdirilmiş vergi ona uyğun 32223.59 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
9. İddiaçı ekspert rəyi ilə müəyyən edilmiş vergi borcunu dövlət büdcəsinə ödədiyindən onun barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Baş İdarəsində İstintaq və təhqiqat idarəsinə aparılan cinayət işinə xitam verilmişdir.
10. Maliyyə sanksiyasının qanunsuz olması ilə bağlı qeyd edilməlidir ki, əməliyyatlar 2017-ci ilin müxtəlif dövrlərini əhatə etdiyinə görə həmin tarixdən 3 il keçdiyindən, maliyyə sanksiyası 3 ildən artıq müddətə vurula bilməz.
11. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslanmışdır ki, iddia tələbi inzibati mübahisələrə dair işlər üzrə iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün hesab edilməməlidir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim X7, 2-1(112)-226/2021 saylı iş) 1 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlə r üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği nə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 14. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi barədə” 24.02.2020-ci il tarixli **********197584 saylı Qərar ilə vergi ödəyicisinə 32.223,58 manat əsas vergi məbləği hesablanmış və 16.111,79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, səyyar vergi yoxl aması ilə hesablanmış 32.223,58 manat əsas vergi borcu üzrə vergi öhdəliyi iddiaçı tərəfindən yerinə yetirilmiş, 16.111,79 manat maliyyə sanksiyası üzrə vergi borcu isə ödənilməmişdir.
15. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X4 və X5, 2-1(103)-2538/2021 saylı iş) 29 noyabr 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
17. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İbtidai araşdırma zamanı cinayət işi üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının verdiyi 01.11.2019-cu il tarixli 25065 nömrəli rəyində (AVİS: **********4442800) göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən cəmi 32.223,58 (1.661.179.2 x 2%) manat vergilər dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İddiaçı ekspert rəyi ilə müəyyən edilmiş vergi borcunu dövlət büdcəsinə ödədiyindən onun barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq və təhqiqat idarəsində aparılan cinayət işinə xitam verilmişdir. İstintaq orqanının 31 yanvar 2020-ci il tarixli q ərarının nəticə hissəsində də göstərilmişdir ki, iddiaçıya 12.04.2019-cu il tarixli SVY Aktı üzrə 31.05.2019-cu il tarixdə hesablanmış 2018-ci ilin 1-ci rübü üzrə 64.447,17 manat sadələşdirilmiş vergi, həmin vergiyə görə tətbiq edilmiş (hesablanmış) 32.223.59 manat maliyyə sanksiyası şəxsi hesab vərəqəsi üzrə azaldılsın. Buna baxmayaraq cavabdeh olan inzibati orqan maliyyə sanksiyasının yalnız 16.112 manat hissəsini azaldmışdır.
19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirl ər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Ona görə iddia tələbimizi dəqiqləşdirərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.02.2020-ci il tarixli **********197584 nömrəli qərarının ləğv edilərək 16 111.79 manat maliyyə sanksiyasının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirik. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi əvvəlki müvafiq dövrü əhatə edir.
21. Vergi ödəyicisi üzrə vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərarı 6.6.2018-ci il tarixdə olduğundan vergilərin azaldılmasına görə tətbiq edilmiş məsuliyyətə cəlb etmə müddəti vergi orqanı tərəfindən ötürülməmişdir. Tətbiq edilən hüquq
22. Vergi Məcəlləsi: Maddə
38. Səyyar ve rgi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. vergi ödəyicisində aparılan sonuncu vergi yoxlaması vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması və ya qəbul edilmiş qaydalara uyğun olaraq aparılmaması, qanuni ödənilməli olan vergilərin 25 və daha çox faizinin vergidən yayındırılması hallarını aşkar etdikdə; 38.3.1. verginin hesablanması və ödənilməsi üçün z əruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məluma t əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratm adan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılma nın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; Maddə
56. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında i sə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bi lər.
23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 58 Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıda kı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhk əmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qəbul etdiyi 29 noyabr 2021-ci il tarixli qərarı ilə və həmin qərardan iddiaçı tərə findən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddiasında ləğv edilməsini xahiş etdiyi cavabdehin 31 may 2019-cu il tarixli qərarı, cavabdeh tərəfindən tərtib edilmiş 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmişdir.
27. Burada xüsusi olaraq qeyd edilməlidir ki, sözügedən 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktından göründüyü kimi, cavabdeh vergi məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edərək, iddiaçıya növbədənkənar səyyar vergi yoxlaması aparmışdır.
28. Məlum olduğu kimi vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlamasının aparılması halları vergi məcəlləsinin 38.3-cü maddəsində (38.3.1, 38.3 və 38.3.9-cu bəndləri) müəyyən edilmiş və həmin hallar müfəssəl xarakter daşıyır.
29. Cavabdehin 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktında cavabdeh vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsaslanaraq, növbədənkənar vergi yoxlaması aparmışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən vergi məcəlləsinin 38.3.5-ci maddəsində növbədənkənar vergi yoxlamasının keçirilməsi üçün nəzərdə tutulmuş əsasların olubolmaması ümumiyyətlə yoxlanılmamışdır.
30. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə onun şikayət verməməsi məhkəmə kollegiyası bu qənaəti yanlış qiymətləndirir. Belə ki, bu hallarda şikayətin verilməsi tənzimlənməmişdir.
31. Digər tərəfdən 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, vergi yoxlaması 2015-ci mar t 2018-ci illəri əhatə edir. Belə olan halda vergi məcəlləsinin 67.15-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir, belə ki, həmin maddə vergi məcəlləsinə 30 noyabr 2018-ci il tarixli qanunla əlavə edilmiş, 1 yanvar 2019-cu il tarixdən isə, yoxlama dövründən (31 mart 2018-ci il tarixdən) sonra qanuni qüvvəyə minmişdir.
32. Bununla yanaşı qeyd edilməlidir ki, yuxarıda artıq göstərildiyi kimi, iddiaçıda keçirilmiş yoxlama dövrü 2015-mart 2018-ci illəri əhatə etdiyi halda vergi orqanının vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 31 may 2019-cu il tarixli, **********184316 saylı qərarın (iş səhifəsi 6) “qərar alıram” hissəsində sadələşdirilmiş vergi üzrə yoxlanılan dövr olaraq bütövlükdə 2018-ci il yazılmışdır ki, bu da vergi orqanlarının vergi məcəlləsinin 67.15-ci maddəsinin tətbiq edilməsi ilə bağlıdır, halbuki yuxarıda artıq göstərildiyi kimi vergi orqanının sözügedən məsələyə belə olan yanaşması yanlışdır (səbəblər yuxarıda qeyd olunmuşdur).
33. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işin 159-cu səhifəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında 24 fevral 2020-ci il tarixli **********197584 saylı qərar mövcuddur ki, həmin qərara görə 2018-ci il üzrə sadələşdirilmiş vergiyə dair 32223,58 manat əlavə vergi və 16.111.79 manat maliyyə sanksiyası hesablanmışdır. Lakin bu zaman vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” qanuna əsasən inzibati icraatın aparılıb-aparılmaması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdı r.
34. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsi inzibati kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarından göründüyü kimi iddiaçının apellyasiya şikayətinin təmin edilməməsinin səbəbi belə əsaslandırılmışdır ki, “hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən maliyyə sanksiyası müstəqil olaraq deyil, vergilərin azaldılmasına görə tətbiq edilmiş və məsuliyyətə cəlb etmənin müddəti keçməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 32.223,58 manat əsas vergi məbləği ödənilsə də, 16.111,79 manat maliyyə sanksiyası yerinə yetirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməməlidir. Məhkəmə k ollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətlər edilməmişdir”.
35. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən iddiaçıya əlavə hesablanmış əsas borcun olmaması və ya ödəməsi iddiaçının avtomatik olaraq maliyyə sanksiyasını mübahisələndirlməsi hüququnu məhdudlaşdıra və ya ələlxüsus qadağa edə bilməz. Məhkəməyə müraciət etmək hüququ istənilən şəxsin (hazırki halda iddiaçı H.Ə.Hacıbabayevin) konstitusion hüququdur.
36. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında hazırki səyyar vergi yoxlamasının aparılması ilə bağlı “ sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış mövcud deyil və apellyasiya məhkəməsi sözügedən məsələni ümumiyyətlə araş dırmamışdır.
37. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2-1(103)-2538/2021 saylı qərarı ləğv edilməli iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə çoxlu sayda sübutların araşdırılmasına zərurət olduğundan təmin edilməməlidir.
38. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 21(103)-2538/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndəril sin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.