Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-640/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müddətsiz təyin olunması, əlillik dərəcəsinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitas iya Agentliyinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(105)-393/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 03 mart 2010-cu il tarixli, 780 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, müddətdən artıq hərbi xidmət baş çavuşu X1 avtomobil qəzası nəticəsində aldığı “Üz skeleti sümüklərinin Le-Fort-2 sınıqlarına, çənənin oynaq və tac çıxıntılarının qəlpəli yerdəyişən sınıqlarına görə aparılmış (xx.xx.2007) açıq üsulla mini Titan plastinkalarla internal f iksasiya əməliyyatları nəticəsində üzün deformasiyası, çeynəmə əzələlərinin kontrakturası, çeynəmə funksiyasının mühüm dərəcədə pozulması ilə, Sol oturaq sümüyünun, sirkə kasası dibinin, qasıq sümüyünün hər 2 şaxəsinin qapalı yerdəyişən sınığına görə çanaq sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezindən sonrakı çanaq həlqəsinin tamlığının pozulması və deformasiyası ilə müşayiət olunan sol bud çanaq oynağının birinci mərhələ koksartrozu ilə fəsadlaşmış sirkə kasası dibinin kafi, oturaq və qasıq sümüklərinin cüzi yerdəyişməsi ilə bitişmiş sınığı, funksiyanın mülayim dərəcədə pozulması ilə keçirilmiş sağ üz sinirinin postravmatik nevritinin, mimiki əzələlərin davam edici konktrakturası ilə nəticələnmiş qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə. OD-miopiya. Oxlar N-1,0D ” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır” göstərilmişdir.
2. TSEK müayinələri barədə məlumatlara əsasən X4 ilk dəfə xx.xx.2010-cu il tarixli müayinə nəticəsində “Çanaq sümüklərinin sınığından sonra hər 2 bud çanaq, sol diz oynağının postravmatik kontr-sı. Sol bud çanaq oynağının artrozu. Sifətin deformasiyası, çeynəmə aktının pozulması. Xr. DDA. A/ə funksiya pozğunluğu” diaqnozu ilə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır.
3. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 0530003AAG5R nömrəli göndərişə əsasən İddiaçı son 1 il ərzində xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində T94.0 kodlu xəstəliklə ambulator müayinədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt şəhər X7 Xəstəxanasında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı ET Travmatologiya və Ortopediya İnstitutunda T93.2 və T.94.0 kodlu xəstəliklərlə stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz – XBT 10 T94 “Bədənin bir neçə və dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri. Çanağın, sol oturaq sümüyünün, sol sirkə kasası dibinin, sol qasıq sümüyünün hər 2 şaxəsinin qapalı y/d sınığına görə İlizarov üsulu ilə osteosintezindən s onrakı çanaq həlqəsinin tamlığının pozulması ilə deformasiyası ilə müşayiət olunan q/düzgün bitişən sınıqları. Sol bud çanaq oynağının koskartrozu. Keçirilmiş üz skeletinin travması, çənənin və tac çıxıntının osteosintezindən sonrakı bitişmiş sınıqları və defortmasiyası. Burun çəpərinin hər 2 göz divarının, üzün yana postravmatik deformasiyası”, Ağırlaşmaları: G51 “Üz sinirinin zədələnməsi, üz sinirinin postravmatik sağ tərəfli nevriti“, K07.4 “Dəqiqləşdirilməmiş dişləm anomaliyaları, çeynəmə funksiyasının pozulması”, M24.5 “Oynaqların kontrakturası, hər 2 bud çanaq oynağının postravmatik deformasiyaedici artrozo artriti, hər 2 bud çanaq oynağının bükücü yaxınlaşdırıcı, sol diz oynağının bükücü kontrakturası”, Q72.8 “Aşağı ətrafı qısaldan digər defektlər. Sol aşağı ətrafın 5 sm qısalığı”, R26 “Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. Dayaq hərəkət funksiyasının pozulması. Daimi əl ağacından istifadə”, M24.5 “Oynaqların kontrakturası, Mimiki əzələlərinin kontrakturası”, Yanaşı xəstəliklər İ11 Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ f.s, H52.1 “Miopiya, OU orta dərəcəli miopiya”, M51.4 “Şmorle düyünləri (yırtıqları), L4/5, C1/2, C2/3, C4/5 fəqərəarasında protuziya. İ1/2, L2/3, L4/5, L5/6 degenerativ vakuum fenomeni. Lyumboişalgiya” qeyd edilmişdir.
4. TSEK-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
5. İddiaçı ona təyin edilmiş əlillik dərəcəsi ilə razılaşmayaraq hərbi xidmət və zifələrini yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsini və ona həmin səbəblə müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 30 iyun 2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçıya xx.xx.2021ci il tarixdən “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən müddətsiz üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.7-ci bəndinə uyğun olaraq, göndərişdə qeyd edilən “Bədənin bir neçə və dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri. Çanağın, sol oturaq sümüyünün, sol sirkə kasası dibinin, sol qasıq sümüyünün hər 2 şaxəsinin qapalı y/d sınığına görə İlizarov üsulu ilə osteosintezindən sonrakı çanaq həlqəsinin tamlığının pozulması ilə deformasiyası ilə müşayiət olunan q/düzgün bitişən sınıqları. Sol bud çanaq oynağının koskartrozu. Keçirilmiş üz skeletinin travması, çənənin və tac çıxıntının osteosintezindən sonrakı bitişmiş sınıqları və defortmasiyası. Burun çəpərinin hər 2 göz divarının, üzün yana postravmatik deformasiyası. Dəq iqləşdirilməmiş dişləm anomaliyaları, çeynəmə funksiyasının pozulması. Oynaqların kontrakturası, hər 2 bud çanaq oynağının postravmatik deformasiyaedici artrozo artriti, hər 2 bud çanaq oynağının bükücü yaxınlaşdırıcı, sol diz oynağının bükücü kontrakturası. Aşağı ətrafı qısaldan digər defektlər. Sol aşağı ətrafın 5 sm qısalığı” diaqnozu - müddətsiz üçüncü dərəcəli əlilliyin təyininə əsas verir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcə ə lillik təyinatının dəyişdirilməsini və xx.xx.2021-ci il tarixdən ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu ildən xx.xx.2010-cu ilədək Müdafiə Nazirliyinin tərkibində N nömrəli hərbi hissədə tibb bacısı vəzifəsində xidmət etmişdir. xx.xx.2007-ci il tarixdə işə gedərkən avtomobil qəzası nəticəsində travma almış, xx.xx.2010-cu il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı qəza nəticəsində MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona “Hərbi travmadır, Hərbi xidməti vəzifələrini yerinə yetirərkən almışdır” qeyd edilən xəstəlik şəhadətnaməsi verilmiş dir. İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar əlil olmuşdur. xx.xx.2021-ci ildə tibb müəssisəsinin göndərişi əsasında qanuna müvafiq olaraq 10 il fasiləsiz olaraq hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar əlil olduğu üçün ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi məqsədi ilə cavabdeh orqana göndərilmişdir. Lakin cavabdeh ona üçüncü dərəcə müddətsiz əlillik təyinatı aparmışdır. Qeyd edir ki, bu təyinatla razı deyil. Belə ki, 10 il fasiləsiz əlil olduğuna və səhhətində olan xəstəliklərə əsasən ona ikinci dərəcə müddətsiz əlillik təyin edilməlidir.
8. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki iddiaçının əlillik vəziyyətinə Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 2 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçının xəstəliyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində qeyd edilmiş xəstəliklərə uyğunlaşmadığından ona ikinci dərəcə yox, üçüncü dərəcə əlillik təyin edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 26 dekabr 2022-ci il tarixli, 2-1(118)-2018/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci ildə ona hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsi və xx.xx.2021-ci ildən ona hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya ilk dəfə əlillik 2010-cu ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçı barəsində sonuncu dəfə tərtib edilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, ona bu dəfə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə iddiaçının fasiləsiz olaraq 10 ildən artıq ikinci dərəcəli əlil olması nəzərə alınaraq ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilməlidir.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023cü il tarixli, 2-1(105)-393/2023 nömr əli qərarı ilə (hakimlər: H.Ç.Babayeva (sədrlik edən və məruzəçi), Z.İ.Məmmədov və G.İ.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(118)-2018/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli, 0530003AAG5R nömrəli Forma 88 göndərişdəki yanaşı xəstəlik kimi qeyd edilmiş H52.1 kodlu xəstəliyi Əsasnaməyə əsasən, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəlik X2 da daxil edilmişdir. Bundan əlavə, işdən görünür ki, iddiaçıya ilk dəfə 2010-cu ildən ikinci dərəcəli əlillik təyin edilmiş və 2021-ci il tarixədək fas iləsiz olaraq 10 ildən artıq müddətdə əlillik müddəti uzadılmışdır. Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində iddia ərizəsinə dair etirazda və apellyasiya şikayətində göstərdiyi dəlilləri təkrarlamaqla qeyd etmişdir ki, əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki ol araq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək,ciddi qanun pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(105)-393/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan R espublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 18. “01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. bənd. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40H40.9, H47-H47.5, H52-H53.9); 4.1. bənd. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. bənd. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Q anununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi -sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu ha llarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibb i Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyası na müraciət edir. 2.2. bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağl ı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Mə hkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıl acaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad e tməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliy in mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri iddiaçı barəsində tərtib olunmuş 0530003AAG5R nömrəli göndərişdə qeyd edilən xəstəliklərin ikinci qrup əlillik əlaməti təyi n etməməsidir.
31. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X5 tərəfindən verilmiş T/438 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin verilməsində ekspertiza tədqiqatının prosessual qanunvericiliyin tələbinə zidd olaraq təkcə publik hüquqi şəxsin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin, cavabdeh Agentliyin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirildiyi müəyyən edilmişdir.
32. Əvvəlki ekspertizanın eyni zamanda hazırkı iş üzrə cavabdehin tibbi sosial ekspertinin iştirakı ilə keçirildiyi müəyyən edildiyindən, həmçinin ekspert rəyində qərardadda qoyulan suallar tam cavablandırılmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin başqa ekspertlərinə tapşırılmış, Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş 449 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı 14 iyul 2023-cü il tarixdə təkrari ekspertizalar şöbəsində müayinədən keçirilmişdir. İddiaçı hal-hazırda onun barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0530003AAG5R nömrəli göndərişdə qeyd edilmiş T94 “Bədənin bir neçə və dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri. Çanağın, sol oturaq sümüyünün, sol sirkə kasası dibinin, sol qasıq sümüyünün hər 2 şaxəsinin qapalı y/d sınığına görə İlizarov üsulu ilə osteosintezindən sonrakı çanaq həlqəsinin tamlığının pozulması ilə deformasiyası ilə müşayiət olunan q/düzgün bitişən sınıqları. Sol bud çanaq oynağının koskartrozu. Keçirilmiş üz skeletinin travması, çənənin və tac çıxıntının osteosintezindən sonrakı bitişmiş sınıqları və defortmasiyası. Burun çəpərinin hər 2 göz divarının, üzün yana postravmatik deformasiyası”, G51 “Üz sinirinin zədələnməsi, üz sinirinin postravmatik sağ tərəfli nevriti“, K07.4 “Dəqiqləşdirilməmiş dişləm anomaliyaları, çeynəmə funksiyasının pozulması”, M24.5 “Oynaqların kontrakturası, hər 2 bud çanaq oynağının postravmatik deformasiyaedici artrozo artriti, hər 2 bud çanaq oynağının bükücü yaxınlaşdırıcı, sol diz oynağının bükücü kontrakturası”, Q72.8 “Aşağı ətrafı qısaldan digər defektlər. Sol aşa ğı ətrafın 5 sm qısalığı”, R26 “Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. Dayaq hərəkət funksiyasının pozulması. Daimi əl ağacından istifadə”, M24.5 “Oynaqların kontrakturası, Mimiki əzələlərinin kontrakturası” Q72.8 “Aşağı ətrafı qısaldan digər defektlər. Sol aşağı ətrafın 5 sm qısalığı”, R26 “Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. Dayaq hərəkət funksiyasının pozulması. Daimi əl ağacından istifadə”, M24.5 “Oynaqların kontrakturası, Mimiki əzələlərinin kontrakturası”, Yanaşı xəstəliklər: İ11 “Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ f.s”, H52.1 “Miopiya, OU orta dərəcəli miopiya”, M51.4 “Şmorle düyünləri (yırtıqları), L4/5, C1/2, C2/3, C4/5 fəqərəarasında protuziya. İ1/2, L2/3, L4/5, L5/6 degenerativ vakuum fenomeni. Lyumboişalgiya” diaqnozlu əsas xəs təliklərin ağırlaşmalarından əziyyət çəkir.
33. Göründüyü kimi ekspert rəyi ilə hazırda iddiaçıda 0530003AAG5R nömrəli göndərişdə qeyd edilmiş yanaşı xəstəliklər- H52.1 kodlu “Miopiya, OU orta dərəcəli miopiya” diaqnozlu xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.10-cu bəndinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir.
34. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən tərtib olunmuş göndərişdə iddiaçıda olan xəstəliklər (əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər) ayrıayrılıqda müvafiq XBT-10 kodlarına uyğun olaraq göstərilmişdir.
35. Kollegiya qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən tə qdim edilən Forma 88 arayışına əsasən, “01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.10-cu bəndinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (yanaşı xəstəliklər. H52.1-Miopiya, OU-orta dərəcəli miopiya) göstərilməsinə baxmayaraq İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir.
36. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 03 mart 2010-cu il tarixli, 780 nömrəli ”Xəstəlik haqqında Şəhadətnamə”dən də göründüyü kimi iddiaçıda aşkar edilən miopiya xəstəliyi hərbi travma olmaqla, iddiaçının hər bi xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır.
37. Bundan başqa, kollegiya qeyd edir ki, iddiaçıya ilk dəfə əlillik 2010-cu ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir.
38. Hazırkı qərarın 18-ci bəndində sadalanmış qanunvericiliyin tələbi baxımından ikinci dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçının fasiləsiz olaraq 10 ildən artıq 2-ci dərəcəli əlil olması nəzərə alınaraq ona müddətsiz olaraq 2-ci dərəcəli əlillik təyin edilməsi barədə aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişdir.
39. Cavabdehin kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
40. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
41. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymə tləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur
42. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyi n olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
43. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
44. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
45. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında i ddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
46. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(105)-393/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.