Məhkəmə qərarları › İş №2-1(102)-640/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-640/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-640/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın əvəzi olaraq maddi zərər ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli /Protokol-4, maddə 1/ qərarı və X1 xx.xx.1999-cu il tarixli /protokol 27, maddə 1/ qərarına əsasən, ******* manata satılmış, satış pulunu ödədiyi, istifadəsində və sahibliyində olan, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2012-ci ildə sökülmüş Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən mağazanın əvəzi olaraq 580.000 manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(108)-96/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Naxçıvan Muxtar Respublikası Ordubad rayonu Yuxarı Əylis kəndində yerləşən, X1 tabeliyində olan Ordubad rayon Kooperativ C əmiyyətinin balansında olan gündəlik sənaye malları mağazasında işləmiş, xx.xx.1999-cu ildə ərizə ilə X1 İdarə Heyətinə müraciət edərək, Ordubad rayonu Yuxarı Əylis kəndində yerləşən gündəlik sənaye malları mağazası binasının satış üçün qiymətləndirilməsi və güzəştlə ona satılmasını xahiş etmişdir.

2. X1 İdarə Heyətinin məktubu əsasında Ordubad rayon Kooperativ Cəmiyyətində komissiya yaradılmış və həmin komissiya tərəfindən xx.xx.1999-cu tarixli akt tərtib edilərək, sözügedən mağazanın start qiyməti 6751760,40 manat dəyərində müəyyən edilmişdir.

3. Ordubad rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin xx.xx.1999-cu il tarixli (protokol-4, maddə 1) qərarı ilə komissiya tərəfindən mağazanın start qiyməti haqda təqdim edilmiş xx.xx.1999-cu il tarixli akt təsdiq edilmiş, ərizəçinin tam payçı o lması nəzərə alınaraq binanın start qiymətindən 30 faiz güzəştlə, lakin üzərinə 20 faiz ƏDV gəlməklə, mağazanın müdir-satıcısı olan iddiaçıya ******* manata satılması qərara alınmışdır.

4. X1 xx.xx.1999-cu il tarixli (protokol 27, mad.1) qərarı ilə Ordubad rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin xx.xx.1999-cu il tarixli qərarı təsdiq edilmiş və tam payçı olması nəzərə alınaraq binanın start qiymətindən 30 faiz güzəştlə, lakin üzərinə 20 faiz ƏDV gəlməklə mağazanın müdir- satıcısı olan iddiaçıya ******* manata satılmasının razılaşdırılması qərara alınmışdır.

5. İddiaçı 1999-cu ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayına kimi mağazanın alınması üçün nəzərdə tutulmuş satış pulunu tamamilə ödəmiş, 1999-cu il tarixdən pərakəndə ticarət üzrə fəaliyyətə başlamış və ona ********* nömrəli VÖEN verilmişdir. 6. 17.07.2011-ci il tarixdə Ordubad rayon Dövlət Sığorta Agentliyi ilə bağlanmış icbari sığorta müqaviləsinə əsasən sözügedən mağaza sığorta edilmiş, daha sonra həmin mağaza binası sökülərək, yerində yeni xidmət kompleksi tikilmişdir.

7. Başa çatmış tikinti, yenidənqurma, əsaslı təmir və abadlıq işlərinin istismara verilməsi haqqında Komissiyanın 10 yanvar 2013-cü il tarixli aktının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2001-ci il tarixli, 3/716 saylı məktubuna əsas olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli, 07 nömrəli sərəncamına əsasən Ordubad rayon Yuxarı Əylis kəndində Xidmət Mərkəzi Naxçıvan MR Kooperativlər İttifaqına təhvil verilmişdir.

8. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 03 avqust 2019-cu il tarixli, 70s nömrəli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən və dövlət mülkiyyətində olan xidmət mərkəzləri və su dəyirmanları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansına verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli /Protokol-4, maddə 1/ qərarı və X1 xx.xx.1999-cu il tarixli /protokol 27, maddə 1/ qərarına əsasən, ******* manata satılmış, satış pulunu ödədiyi, istifadəsində və sahibliyində olan, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxi tektura Komitəsi tərəfindən 2012-ci ildə sökülmüş Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən mağazanın əvəzi olaraq 580.000 manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2011-ci ildə Yuxarı Əylis kəndində yerləşən inzibati binaların və xidmət mərkəzlərinin dövlət büdcəsi hesabına abadlaşdırılacağını bildirmiş və ona məxsus mağazanın yenidən tikilib təhvil veriləcəyini demişdir. Bu məqsədlə 2012-ci ildə cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən ona məxsus 120 kv.m mağaza sökülüb yerində ümumi sahəsi 115.68 kv.m olan, onun 66.0 kv.m hissəsi ərzaq və təsərrüfat mağazası, 13.34 kv.m hissəsi bərbərxana, 23.0 kv.m hissəsi gözəllik salonu, 13.34 kv.m his səsi isə qəssab dükanı olmaqla yeni xidmət mərkəzi tikilib onun istifadəsinə və sahibliyinə verilmişdir. Lakin sonradan ona yeni inşa edilən xidmət mərkəzinə dair mülkiyyət hüququ haqqında şəhadətnamə verilməmişdir. 2019-cu ilin sentyabr ayının 19-da Naxçıvan MR İqtisadiyyat Nazirliyinin nümayəndələri mağazaya gələrək, binanın İqtisadiyyat Nazirliyinin balansına verildiyini, İqtisadiyyat Nazirliyi ilə mağazanı işlədən qardaşı Nümayəndə arasında icarə müqaviləsi bağlanmalı olduğunu bildirmişlər. O, etiraz edərək hazırkı yeni inşa edilən xidmət mərkəzinin, özəlləşdirmə yolu ilə pulunu verib aldığı Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən 120 kv.m mağazanın sökülüb əvəzində tikilmiş bina olduğunu bildirmişdir. Bundan sonra Naxçıvan MR İqtisadiyyat Nazirliyi qardaşı Nümayəndə qarşı Naxçıva n MR Kommersiya Məhkəməsində obyektdən çıxarma tələbi barədə iddia qaldırmışdır. Beləliklə cavabdeh onu əmlakından məhrum etməklə, ona 580.000 manat maddi zərər vurmuşdur.

11. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin (hakim: E.H.Hüseynov) 07 avqust 2023-cü il tarixli, 2-1(122)-606/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı iddia ərizəsində Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən mağazanın əvəzi olaraq 580.000 manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürsə də, həmin mağazanın onun mülkiyyətində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməm işdir. Məhkəmə araşdırması zamanı da həmin sənədlərin əldə edilməsi mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçının Ordubad RKC İdarə Heyətinin və X1 qərarlarına və ödədiyi pula əsaslanaraq həmin obyektin ona məxsus olduğunu iddia etməsi hazırkı iddianın mümkün sayılması üçün yetərli əsas deyildir. Diqqətə alınmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Mülkiyyətin rəsmiləşdirilməsi ilə bağlı vətəndaşın məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri hər hansı orqanın üzərinə qoyu la bilməz.

13. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.H.Novruzov /sədrlik edən və məruzəçi/, V.K.Quliyev və F.M.Abbasov) 04 sentyabr 2023-cü il tarixli, 2-1(108)-42/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçı cavabdehdən maddi zərərin ödənilməsini tələb etsə də, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitə si haqqında Əsasnamənin 1-ci bəndində yazıldığı kimi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, iddiaçının iddia tələbi həmin iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəlmişdir. Belə olan təqdirdə, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır.

16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilm əsini, iddianın mümkün sayılıb mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər İ.Ə.Şəfiyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və V.M.Məmmədov) 22 dekabr 203cü il tarixli 2-1(102)-2795/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli qərarı ilə mağaza iddiaçıya satılmış, iddiaçı mağazanın müəyyən olunmuş məbləğini 1999-cu ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayına kimi tam ödəmiş, həmin vaxtdan mağaza iddiaçının sahibliyində olmuşdur. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Həmçinin, mağazanın iddiaçıya satılması barədə X1 xx.xx.1999-cu il tarixli qərarı və Ordubad RKC İdarə Heyətinin xx.xx.1999-cu il tarixli qərarı, habelə iddiaçı tərəfindən mağazanın dəyərinin ödənilməsi barədə ödəniş sənədləri, mağazaya iddiaçının sahiblik hüququnu təsdiq edən sübutlardır. Mağaza üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, həmin əmlaka vurulmuş ziyanın ödənilməsi tələbini irəli sürməyə mane olmur. Çünki daşınmaz əşyaların alğı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə, daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan, həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Odur ki, hazırkı daşınmaz əmlaka münasibətdə iddiaçının subyektiv hüququnun olması birmənalıdır.

19. Bundan əlavə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iddia tələbinin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlmədiyi barədə mövqeyi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə işin halları tam araşdırılmamışdır. Belə ki, qərarın bu məsələyə aid hissəsinin mənasından o nəticə hasil olur ki, məhkəmə Komitənin Əsasnaməsində tikilinin sökülməsi və yenidən inşa olunması kimi səlahiyyətə malik olmamasına istinad etmişdir. X2 binanın sökülməsi və yenidən inşa olunması səlahiyyətlərinin müəyyən olunmaması, özlüyündə iddianın mümkün sayılmaması üçün əsas deyildir. Məhkəmə bu zaman nəzərə almamışdır ki, iddiaçının nümayəndəsi Nümayəndə ərizəsinə cavab olaraq Ordubad rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, Naxçıvan MR rəhbərliyinin tapşırığı əsasında Ordubad rayonun Yuxarı Əylis kəndində aparılan yenidənqurma və abadlıq işləri zamanı Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən abadlıq və ti kinti işləri aparılmışdır. Hazırda mövcud olan Xidmət mərkəzinin binası həmin dövrdə tikilmişdir. Həmçinin iş materiallarında olan “Başa çatmış tikinti, yenidənqurma, əsaslı təmir və abadlıq işlərinin istismara verilməsi haqqında” Komissiyanın 10 yanvar 2023-cü il tarixli aktından görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin 26 oktyabr 2001-ci il tarixli, 3/716 nömrəli məktubuna əsas olaraq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2013-cü il tarixli 07 nömrəli sərəncamına əsasən, Ordubad rayon Yuxarı Əylis kəndində Xidmət mərkəzinin tikintisinin sifarişçisi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. İşin bu halları ona dəlalət edir ki, Komitənin iddiaçıya məxsus mağazanın sökülməsində təqsirini araşdırmaq üçün kifayət qədər ilkin əsaslar vardır. İstisma ra qəbul haqqında 10 yanvar 2013-cü il tarixli aktda aydın şəkildə göstərilmişdir ki, mağazanın tikintisi üçün podrat işlərinin təsdiq olunmuş layihə-smeta sənədləri olmuşdur. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi Komitənin iddiaya cavab verməli olan inzibati orqan olub- olmamasını müəyyən etmək məqsədi ilə yuxarıda qeyd edilmiş aktda göstərilən işlərin görülməsi üçün "xxxx" MMC ilə bağlanmış podrat müqaviləsini, həmin müqavilə əsasında təsdiq edilmiş smeta layihəsini tələb etməli, həmin sənədləri təhlil etməklə mağazanın cavabdeh tərəfindən sökülüb-sökülmədiyini müəyyən etməli idi.

20. Bundan başqa, iddiaçının qeyd etdiyi hallardan belə anlaşılır ki, mağaza yenidən tikildikdən sonra oranı işlətməkdə davam etmiş, 2019-cu ilin sentyabr ayının 19da Naxçıvan MR İqtisadiyy at Nazirliyinin nümayəndələri mağazaya gələrək, binanın İqtisadiyyat Nazirliyinin balansına verildiyini bildirib, mağazaya dair icarə müqaviləsi bağlanmasını tələb etmiş, lakin mağaza onun mülkiyyətinə verilmiş əmlak olduğuna görə müqavilə bağlamaqdan imtina etmişdir. Buna görə də Naxçıvan MR İqtisadiyyat Nazirliyi onun qardaşı Nümayəndə (iddiaçının sərəncamına uyğun mağazanı faktiki istifadə edən şəxsə) qarşı obyektdən çıxarılması barədə iddia vermişdir. İşin bu halı iddianın həllinə birbaşa təsir edən haldır və məhkəmə tərəfindən araşdırılmalı idi. Çünki iddiaçının təsvir etdiyi işin hallarından görünür ki, tikili sökülüb yenidən tikiləndən sonra yenə də 2019-cu ilədək onun sahibliyində olmuşdur. Bu halda məhkəmə araşdırması ilə əgər mağazanın Komitə tərəfindən sökülməsi və sonradan tiki lib iddiaçıya təhvil verilməsi, habelə mağazanın Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansına keçməsində cavabdehin təqsiri müəyyən edilməzsə, iddiaçının irəli sürdüyü işin faktiki halları üzrə iddianın təmin edilməsi mümkün olmayacaqdır. Bu halda iddiaçı əmlakın geri qaytarılması haqqında iddiadan istifadə edə bilər. Lakin Naxçıvan MR İqtisadiyyat Nazirliyinin Nümayəndə (mağazanı faktiki istifadə edən şəxsə) qarşı obyektdən çıxarılması barədə iddiası üzrə sənədlər işə əlavə olunmamış, həqiqətən də mağazanın Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansına verilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

21. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.M.Qarayev /sədrlik edən və məruzəçi/, Y.S.Qurbanov və M.D.Allahverdiyev) 01 aprel 2024-cü il tarixli, 2-1(108)-23/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, inzibati iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. d) birinci instansiya məhkəməsində ikinci icraat

22. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin (hakim: E.H.Hüseynov) 02 iyul 2024-cü il tarixli 2-1(122)-1004/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

23. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əsas hüquqi marağı 2012-ci ildə sökülmüş Ordubad rayon Yuxarı Əylis kəndində yerləşmiş mağaza binasının əvəzi olaraq 580000 manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbidir. İlk öncə, cavabdeh təşkilat tərəfindən i ddiaçının hüquqlarına müdaxilənin olub-olmaması, daha sonra isə dövlət orqanının şəxsin hüquqlarına müdaxiləsi, hazırkı işdə cavabdehin müdaxiləsinin qanuni olub-olmaması aydınlaşdırılmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Hazırkı iş üzrə inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni iddiaçının qeyd etdiyi məzmunda ziyan vurulması ilə bağlı cavabdehin qanunsuz hərəkəti və bu hərəkət nəticəsində ona ziyan vurulması faktı iş materialları ilə təsdiq edilmir. Belə ki, cavabdehin hərəkəti onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə uyğun olmuşdu r. İş materiallarında olan “Başa çatmış tikinti, yenidənqurma, əsaslı təmir və abadlıq işlərinin istismara verilməsi haqqında” Komissiyanın 10 yanvar 2023-cü il tarixli aktından görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin 26 oktyabr 2001-ci il tarixli, 3/716 nömrəli məktubuna əsas olaraq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2013-cü il tarixli 07 nömrəli sərəncamına əsasən Ordubad rayon Yuxarı Əylis kəndində Xidmət mərkəzinin tikintisinin sifarişçisi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Bununla belə, məhkəmə icraatı gedişində müəyyən olundu ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-ci il tarixli, saylı sərəncamına uyğun olaraq Xidmət Mərkəzi binasında yerləşən mağaza yenidən tikilərək iddiaçıya təhvil verilmiş, iddiaçı həmin mağazadan faktiki istifadə etməkdə davam etmişdir. Bu işin mübahisəsiz halıdır. Bundan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 03 avqust 2019-cu il tarixli, 70s saylı Sərəncamı ilə həmin xidmət Mərkəzi Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansına verildiyi iddiaçıya məlum olmuşdur. Göründüyü kimi, qeyd olunan mağaza binasının Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansına keçməsi və ya iddiaçıya hər hansı ziyanın vurulması cavabdehin təqsirli hərəkəti ilə əlaqəli olmamışdır. İddiaçının mülkiyyətindən istifadə etmək hüququna cavabdeh tərəfindən həyata keçirilən müdaxilə qanunilik, qanuni məqsədlərlə həyata keçirilmə və mütənasiblik prinsiplərinin tələblərinə cavab verdiyindən, həmin müdaxilənin qanunsuz hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edi lmir. Buna görə də, cavabdeh inzibati orqanın iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yaranmır.

24. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

25. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.H.Novruzov /sədrlik edən və məruzəçi/, S.M.Qarayev və M.K.Həsənov) 15 oktyabr 2024-cü il tarixli, 2-1(108)-96/2024 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi öz qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

27. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

28. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə onun Konstitusiya ilə təminat altına alınan və qorunan mülkiyyət hüququnu müdafiə etməmişdir. Belə ki, ona məxsus mağazanın sökülməsi və yerində yeni xidmət mərkəzinin tikintisi cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən, hər ikisinin arasında işlərin görülməsinə dair bağlanılmış podrat müqaviləsi əsasında həyata keçirilmişdir. Apellyasiya məhkəməsi cavabdehin ona ziyan vurulmasında təqsirinin müəyyən olunmadığını bildirsə də, sual olunur ki, cavabdeh orqanın Ordubad rayonu Yuxarı Əylis kəndində Yeni xidmət binasının tikintisi ilə bağlı torpaqayırma sənədi varmı? Yəni, əgər cavabdeh ona məxsus mağazanı sökməyibsə, o zaman hansı və kimə məxsus torpaq sahəsində yeni xidmət mərkəzi inşa etdirib?. Ordubad RİH-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarında bildirilmişdir ki, 2012-ci ildə Naxçıvan MR rəhbərliyinin tapşırığı əsasında Ordubad rayonun Yuxarı Əylis kəndində aparılan yenidənqurma və abadlıq işləri zamanı Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən abadlıq və tikinti işləri aparılmışdır. Hazırda mövcud olan Xidmət mərkəzinin binası həmin dövrdə tikilmişdir. Aparılan yenidənqurma və abadlıq işlərində Ordubad rayon İcra Hakimiyyəti heç bir söküntü və tikinti işi aparmamı şdır. Ordubad rayonun Yuxarı Əylis kənd sakini Naibova (İmanova) Pakizə Əli qızına məxsus mağazanın sökülməsi və yerində yeni xidmət mərkəzinin tikilməsi barədə Ordubad RİH-nin heç bir qərarı olmamışdır. 2011-ci ilin dekabr ayında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri kəndə mağazaya gələrək, mağazada ölçmə işləri aparmış və aparılan işlər nəticəsində mağazanın xarici görünüşünün dəyişdiriləcəyini, bunun sayəsində əmlaka heç bir zərər dəyməyəcəyini bildirmişlər. O, 3 ay əvvəl 4000 manatlıq xarici metlax vurduğunu və abadlaşdırma aparılan zaman həmin metlağın qalmasını xahiş etsə də, cavabdehin nümayəndələri bundan da yaxşı metlax vurulacağını bildirmişlər. Bundan əvvəlki illərdə rəhbərliyin göstərişi ilə mağazanın bir neçə dəfə rəngi yenilənmişdir. Ona görə də, o, Komitənin əməkdaşlarına inanıb mağazanı boşaltmağa başlamışdır. Söküntü və tikinti işləri 2012-ci ilin mart ayında başlamış, işlər Gəmiqaya şirkəti tərəfindən aparılmışdır. Mağaza sökülərkən və tikilərkən ona heç bir sənəd təqdim edilməmişdir. Bir neçə aydan sonra yeni tikilmiş Xidmət mərkəzinə yerləşdirilmiş, həmin ilin payız ayında İnzibati binalarla birlikdə mağazanın da təntənəli surətdə açılışı edilmiş və xəbər saytlarında bununla bağlı məlumatlar verilmiş, o, da qardaşı ilə birlikdə həmin açılışda iştirak etmişdir. 2013-cü ildən sonra köhnə mağaza binası ilə yeni tikilən binanın layihəsi bir-birinə uyğun olmadığından, o, cavabdeh orqana gedərək, əvəzləmə layihəsi tələb etmiş, lakin sonuncu ona mağazanın əvəzinə yeni bina verildiyini bildirmişdir. 2019-cu ilə qədər binanın İqti sadiyyat Nazirliyinin balansına verilməsindən xəbəri olmamışdır. 2023-cü ildə layihə ilə tanış olarkən tikilən Xidmət mərkəzi binasının layihəyə uyğun olmadığı və inşa edilmədiyi məlum olmuşdur. Ordubad RİH-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarından və "xxxx" MMC-nin Naxçıvan MR Ali Məhkəməsinə ünvanladığı 07 oktyabr 2024-cü il tarixli məktubdan, həmçinin Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birinci instansiya məhkəməsinə təqdim etdiyi Tikinti işlərinin smetasından belə nəticə hasil olur ki, Ordubad rayonun Yuxarı Əylis kəndində inşa edilmiş yeni Xidmət binasının sifarişçisi cavabdeh inzibati orqan - Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmuşdur, həmin xidmət mərkəzi ona məxsus mağazanın yerində inşa edilmişdir. Deməli iddia çıya məxsus mağaza cavabdeh tərəfindən sökülərək, yeni Xidmət mərkəzinin tikintisi üçün Gəmiqaya şirkətinə təhvil verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin təqsirini araşdırmaq və ona hüquqi qiymət vermək əvəzinə, onu haqsız çıxarmağa çalışmışdır. Ordubad rayon İcra Hakimiyyəti tərəfindən ona münasibətdə mağaza binasının sökülməsi ilə əlaqədar əvəzləşdirmə qaydasında 1 hektar torpaq sahəsinin verilməsinə dair kompensasiya təklifi edilmiş və o, bundan imtina etmişdir. Halbuki, 1 hektar boş torpaq sahəsi ona məxsus mağazaya vurulmuş zərəri qarşılaya bilməz və onun on mində birini əvəz edə bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikası Konstitus iyası: Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.... Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər....

31. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.... Maddə 36.1.1. İnzibati icraatı həyata keç irən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqanlar inzibati icraatın iştirakçıları sayılırlar.... Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır....

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu x ərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır....

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şər h edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahi sə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə ilk öncə onu qeyd edir ki, sözügedən mağaza binasının iddiaçıya satılması, iddiaçı tərəfindən mağazanın dəyərinin ödənilməsi, onun həmin mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olması, məhz cavabdeh inzibati orqan tərəfindən mağazanın sökülməsi, yerində yeni xidmət mərkəzinin tikilməsi və iddiaçının yeni tikilmiş xidmət mərkəzində sahibkarlıq fəaliyyətini davam etdirməsi işin mübahisələndirilməyən halıdır.

41. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı satın aldığı mağazanın xidmət mərkəzi kimi Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansına keçirilməsində cavabdeh inzibati orqanının təqsirinin olmasına istinad edərək, mağazanın dəyəri olaraq ondan maddi zərər tələb edir.

42. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istifadəsində olan mağazanın sökülməsi və yerində yeni xidmət mərkəzinin tikilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə uyğun olmuşdur. Belə ki, “Başa çatmış tikinti, yenidənqurma, əsaslı təmir və abadlıq işlərinin istismara verilməsi haqqında” Komissiyanın 10 yanvar 2023-cü il tarixli aktından görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin 26 oktyabr 2001-ci il tarixli, 3/716 nömrəli məktubuna əsas olaraq, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2013-cü il tarixli 07 nömrəli sərəncamına əsasən, Ordubad rayon Yuxarı Əylis kəndində xidmət mərkəzinin tikintisinin sifarişçisi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-ci il tarixli sərəncamına uyğun olaraq xidmət mərkəzi binasında yerləşən mağaza yenidən tikilmiş və iddiaçıya təhvil verilmişdir. Qeyd olunan hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmaqla, iddiaçı özü də kassasiya şikayətində bu faktı təsdiq etmişdir. Yəni, iddiaçı yeni xidmət mərkəzini faktiki istifadə etməkdə davam etmişdir.

43. Sözügedən mağaza binası isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 03 avqust 2019-cu il tarixli, 70s nömrəli Sərəncamına əsasən Naxçıvan MR İqtisadiyya t Nazirliyinin balansına verilmişdir.

44. İddiaçının hazırkı məzmunda iddia irəli sürməsinin faktiki əsasını onun mağazasının cavabdeh tərəfindən qanunsuz sökülməsi təşkil etsə də, işin yuxarıda qeyd edilən hallarına görə, bu hal (qanunsuz söküntü), sübuta yetirilməmişdir. Digər tərəfdən, iddiaçının mağazası sökülsə də, yenidən inşa edilmiş xidmət mərkəzinin tərkibində təxminən eyni ölçüdə mağaza iddiaçıya təhvil verilmiş və iddiaçı həmin mağazadan 6 ilə yaxın müddətdə istifadə etmişdir.

45. Əslində görünən odur ki, iddiaçı əmlakının – mağazanın ondan alınması, yəni başqa sözlə, əmlakından məhrum edilməsi ilə bağlı ziyan tələb edir. Belə ki, onun mağazası sökülüb yenidən tikiləndən təxminən 6 il sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 03 avqust 2019-cu il tarixli, 70s nömrə li Sərəncamına əsasən Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansına verilmişdir. Qeyd edildiyi kimi, yeni tikilmiş mağaza binası həmin müddətdə yenə də əvvəlki qaydada iddiaçının sahibliyində və istifadəsində olmuşdur. İddiaçının əmlakı Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansına məhz, Naxçıvan MR Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən verildiyindən, əmlakın ondan alınması ilə bağlı da cavabdehin təqsiri müəyyən edilmir. Odur ki, cavabdehin hərəkəti (mağaza binasının sökülməsi və yerində xidmət mərkəzinin tikilməsi) ilə iddiaçının öz əmlakından məhrum olması arasında səbəbli əlaqə müəyyən edilmir ki, bu şərtin də ödənilməməsi hazırkı məzmunda iddianın təmin olunmasını istisna edir.

46. Beləliklə, məhkəmə kollegiyası o nəticəyə gəlir ki, qeyd edilən səbəblərdən apellyasiya in stansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(108)-96/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar