Məhkəmə qərarları › İş №2-1(102)-641/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-641/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-641/2019 13.02.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 iştirakları ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “qərarınləğv edilməsi”tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2650/18 saylı 14 noyabr 2018- ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 10.08.2018-ci il tarixli, **********4 saylı qərar qəbul etmişdir. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçı barəsində vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 10.08.2018-ci il tarixl i **********4 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə verərək, cavabdehin vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 10.08.2018-ci il tarixli **********4 saylı qərarı ilə MMC-nin siyahıya alınmış əmlakları ilə bağlı hər hansı hərəkətlərin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2-1(81)-3863/2018 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, müvəqqəti xarakterli müdafiə tədbiri qismində Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 10.08.2018-ci il tari xli, **********4 saylı qərarı ilə MMC-nin siyahıya alınmış əmlakları ilə bağlı hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2-1(81)-3863/2018 saylı qərardadından cavabdeh tərəfindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2650/18 saylı 14 noyabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2-1(81)3863/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının 2-1(103)-2650/18 saylı 14 noyabr 2018-ci il tarixli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Lakin məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilərkən inzibati orqanın qanunvericilikdə nəzərə tutulmuş hüquqlarında irəli gələn səlahiyyətlərinin həyata keçirilməsi ilə yanaşı, qanundan irəli gələn vəzifələrinin icrası ilə bağlı səlahiyyətləri də məhdudlaşdırılmışdır. Belə ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə ə sasən, vergi ödəyicisi vergi öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən vergi orqanları müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin edir. Göründüyü kimi, məhkəmə tərəfindən qəbul edilmiş qərardadla vergi orqanlarının qanunvericiliklə nəzərdə tutulmuş birbaşa səlahiyyətlərinə müdaxilə edilmiş, bununla da, qəbul edilmiş qərardad iddiaçının vergi öhdəliklərinin alınma sına maneə yaratmışdır. Belə ki, vergi borcunun dövlət büdcəsinə məcburi qaydada alınmasını cavabdehə qadağan edilməsindən sonra vergi orqanının borc məbləğini vergi ödəyicisinin əmlakından tutmaq imkanı məhdudlaşdırılmış və iddiaçının vergi borcu olmasına baxmayaraq, mülkiyyətində olan siyahıya alınmış əmlak barəsində hər hansı hərəkətlərin edilməsi qadağan edilmişdir. Vergi Məcəlləsinin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Qanunvericiliyin müddəasından da göründüyü kimi, vergi ödəyicisi vergi borcunu mübahisələndirsə də, onu ödəməlidir. Qeyd olunmalıdır ki, məhkəmə prosesinin sonu nda iddiaçının iddia tələbi təmin olunmaya və qərar vergi orqanının xeyrinə çıxarıla bilər. Bu halda iddiaçı məhkəmə qərardadından istifadə edərək siyahıya alınmış əmlakın hərracda satılmasını qadağan etməklə, borclu vergi ödəyicisinin büdcəyə çatası vergi məbləğlərini büdcədən yayındırmasına şərait yaratmış olur. Nəticədə işə mahiyyəti etibarilə baxılıb qurtarılmadığı halda, məhkəmə qərarının yalnız iddiaçının xeyrinə çıxarılmasına şərait yaradılmış olur ki, bu da İnzibati Prosessual Məcəllənin 11.1-ci maddəsinin tələblərinə ziddir. X1 Məcəllənin 58.7, 90, 94, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2650/18 saylı 14 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2650/18 saylı 14 noyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2650/18 saylı 14 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişlər. ƏSA SLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2650/18 saylı 14 noyabr 2018-ci il tarixli qərardadıilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergi öhdəliyim vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 10.08.2018-ci il tarixli, **********4 saylı qərar qəbul etmişdir. Hazırkı iş üzrə iddiaçı 10.08.2018-ci il tarixli, **********4 saylı qərarı mübahisələndirmiş, həmçinin 10.08.2018-ci il tarixli **********4 saylı qərar ilə MMC-nin siyahıya alınmış əmlakları ilə bağlı hər hansı hərəkətlərin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi verg i orqanının nəzarəti ilə həyata keçirilir. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi məhkəmənin hüququ olmaqla, həmin məsələlər İnzibati Prosessual Məcəlləsinin “Məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri” adlanan Vİİ fəslində yer almış maddələrlə tənzimlənir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və həmin Məcəllənin 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə müvafiq olaraq məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Qeyd edilən maddələrin məzmunundan görünür ki, inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri qismində inzibati aktın icrasının dayandırılması və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tədbiqinin mümkünlüyünü nəzərdə tutmaq və müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasları dəqiq müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11.1-ci maddə sinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə kollegiyası hesab edirik ki, apellyasiya instansiya məhkəməsi gələcəkdə çıxarılacaq məhkəmə qərarının hansı tərəfin xeyrinə həll olmasından asılı olmayaraq İnzibati Prosessual Məcəlləsinin 11.1-ci maddəsində müəyyən edilən qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini nəzərə almışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Bu baxımdan gələcəkdə iddi a tələbinin təmin olunmaması halında belə cavabdeh vergi orqanı dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək hüququndan məhrum olmayacaqdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasl hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsi ilə bağlı ərizəsinə baxılması zamanı hər iki tərəfin hüquqi mənafeyi nəzərə alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsas ən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2650/18 saylı 14 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər Əsli ilə düzdür Ali Məhkəmənin hakimi N.Rəsulbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar