Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-641/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün alınmış daşınmaz əmlaka görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 oktyabr tarixli 21 (103)-2325/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək x ünvanı üzrə qanuni istifadədə olmuş 19 kv.m-lik yaşayış sahəsinə görə ödənilməli olan kompensasiya məbləğinin qalan hissəsinin tam olaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 8 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən əlavələr də nəzərə alınmaqla mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd 1.500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** m anat arasında qiymət təklif edilmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacı üçün alınması üçün 2017-ci il 12 iyul tarixdə İddiaçı və X7 ilə Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmış və vətəndaşlara birgə olaraq 18.460 manat kompensasiya ödənilmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əvvəllər daimi yaşadığı x yerləşən 213 saylı evin qanuni istifadəsində olmuş 19 kv.m-lik yaşayış sahəsinə görə ona ödənilməli olan kompensasiya məbləğinin qalan hissəsinin tam olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışlar ki, qeydiyyatda olduğu və əvvəllər daimi yaşadığı x ki 213 saylı evin dövlət ehtiyacı üçün alınması zamanı onu nla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən bacısı X7 ilə birlikdə yaşadıqları 19 kv.m-lik yaşayış sahəsinə görə onlara birgə olaraq 18.460 manat kompensasiya verilmişdir. Lakin əldə etdiyi məlumata görə həmin yaşayış sahəsinə görə hesablanmış kompensasiya məbləği daha çox olmuş, ona verilməli olan kompensasiya məbləği ona tam ödənilməmişdir. Həmin ödənişin ona tam verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin həmin məbləğ ona ödənilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 22 may tarixli 2-1(81)-959/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tari xli 2-1(81)-959/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı və onun bacısı X7 mübahisəli fərdi yaşayış evinin onlara məxsus hissəsinin alınması ilə bağlı təklif edilən məbləği qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradələrini ifadə etmişlər. Belə olan halda, sözügedən daşınmaz əmlak üçün təkrarən əlavə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi mülki qanunvericiliyin tələblərinin, həmçinin sözügedən əmlakların alınması barədə razılıq əqdinin şərtlərinin pozulması halı hesab olunur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının 2019-cu il 9 oktyabr tarixli 2-1(103)-2325/2019 nömrəli qərarıilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 18 noyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 13 dekabr tarixdə kassasiya şikayəti vermişdir.O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıya aid olan sahəyə dair Vəfa Əliyeva ilə də müqavilə bağlanmasını və ona da kompensasiya ödənilməsini müqavilə bağlanan vaxt o, bilməmiş və həmin müqaviləyə razı olması barədə ərizə verməmişdir. Bu barədə sonradan məlumat almışdır k i, Vəfa Əliyeva iddiaçının yaşadığı sahə üzrə hesablanmış 11.250 manat kompensasiyanı almışdır. Vəfa Əliyeva və onun ailə üzvləri iddiaçının sahəsində heç vaxt yaşamayıblar. Belə olan halda, iddiaçıya aid sahə üzrə hesablanmış 11.250 manat pulun ona verilməsi qanunsuzdur. Həmin kompensasiya məbləği iddiaçıya verilməli idi. Göründüyü kimi, məhkəmə işin hallarını düzgün qiymətləndirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə bax mağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 11 noyabr tarixli, 358 saylı və 2016-cı il 30 dekabr tarixli, 533 saylı “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərarına əsasən dövlət ehtiyacları üçün alan orqan kimi Bakı Şəhər Cavabdeh müəyyən edilmişdir. Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən tərtib olunmuş “Qiym ətləndirmə Aktı”na əsasən, həmin qərarla alınan, x ünvanında yerləşən daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, həmin əmlakın 2016-cı il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş kompensasiya növləri nəzərə alınmaqla 18.460 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən edilmişdir. 2016-cı il 13 iyun tarixli “Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə Protokol”a əsasən, İddiaçı və X2 rayonu, x küçəsi, ev x ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması və bu məqsədlə ödəniləcək kompensasiya məbləğinin 18.460 manat müəyyən edilməsi ilə razılaşaraq protokolu imzalamışlar. X7 ilə Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh arasında 2017 -ci il 19 iyun tarixdə bağlanılmış və 41 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 18.460 manata Cavabdeh tərəfindən alınıb. Tərəflər müqaviləni mübahisələndirməmişlər. İddiaçı 2017-ci il 19 iyun tarixdə notarial qaydada ərizə təqdim edərək, X4 istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, iddiaçı və onun bacısı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin onlara məxsus hissəsinin alınması ilə bağlı təklif edilən məbləği qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradələrini ifadə etmişlər. İddiaçı hazırkı məzmunda iddia tələbinin əsaslarına (tərəflərin razılaşdırdıqları məbləğdən art ıq ödənişə haqqı çatdığına) dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn, hazırkı məzmunda tələb hüququ olmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 oktyabr tarixli 2-1(103)-2325/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-641/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-641/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver