Məhkəmə qərarları › İş №2-1(102)-641/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-641/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-641/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, icra olunan funksional vəzifənin (işin) eyniliyi, dəmir-beton məmulatlarının quraşdırıcısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 dekabr tarixli, 2-1(103)-2613/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək 60 yaşı tamam olduğundan və 25 ildən artıq ümumi iş stajına, eləcə də 12 il 06 aydan çox güzəştli şərtlərlə iş stajına malik olduğunu nəzərə almaqla ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

2. Cavabdeh **********5 saylı 26 yanv ar 2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdə 11.04.2007-05.11.2014-cü il tarixləri arasındakı dövr ərzində “X6” trestinin Tikinti Quraşdırma Filialında dəmir-beton məmulatlarının quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi həmin dəmir-beton məmulatlarının quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (29) olan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzr ə quraşdırıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az (6 il 2 ay 15 gün) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin 26.01.2021-ci il tarixli **********5 nömrəli imtinasının əsassız hesab olunması və ona 14.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Cəbrayıl rayonunda doğulmuş, 14.12.2020-ci il tarixdə onun 60 yaşı tamam olmuşdur. 02.10.1978ci il tarixdən bu günə kimi müxtəlif müəssisələrdə və vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuş və hazırda onun 25 ildən çox ümumi əmək stajı var. Bununla yanaşı qeyd olunan illər ərzində əmək şəraiti xüsusi ilə ağır olan işlərdə də çalışmışdır. Belə ki, o, 01.05.2002ci il tarixdən “X6” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi üzrə işə qəbul edilmiş, 02.12.2003-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş və əmək stajı 1 il 7 ay 1 gün təşkil etmişdir. Daha sonra 11.04.2007-ci il “X6” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına dəmirbeton məmulatlarının quraşdırıcısı peşəsi üzrə işə qəbul edilmiş, 05.11.2014-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş və əmək stajı bu vəzifədə 7 il 6 ay 24 gün təşkil etmişdir. Bundan sonra, 07.11.2014-cü il tarixdə “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırm a İdarəsinə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə işə qəbul edilmiş, 06.08.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş və əmək stajı 8 ay 29 gün təşkil etmişdir. Daha sonra isə 07.08.2015-ci il tarixdə “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə işə qəbul edilmiş və hazırda da həmin müəssisədə, həmin vəzifədə işləyir.

5. İddiaçı qeyd edir ki, həmin peşələr üzrə stajı 15 il 19 gün təşkil edir. O, hesab edir ki, işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri n və göstəricilərin Siyahısı”nın 29-cu bəndində qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsidir. Eyni zamanda bildirir ki, həmin vəzifədə işləyərkən əmək şəraiti ağır və zərərli olan işdə işlədiyi üçün əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin etmək məqsədi ilə əmək haqqına artımlar (əmsallar) müəyyən edilmiş (8 faiz), hətta ona bu vəzifə ilə əlaqədar süd pulu da verilmişdir. Odur ki, qeyd edilənlər baxımından hesab edir ki, əmək kitabçasında 2007-2014-cü illər ərzində işlədiyi vəzifəsinin adında “polad” sözünün olmaması həmin vəzifənin Nazirlər Kabinetinin yuxarıda qeyd edilən siyahısına daxil olmaması kimi qəbul edilə bilməz.

6. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı ey ni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 16 iyun tarixli, 2-1(112)-4528/2021 saylı (hakim - A.Abdullayeva) qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı, 14.12.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 14.12.2020-ci il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, eləcə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məblə ğindən az olmayan pensiya təminatına imkan verdiyindən, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 dekabr tarixli, 2-1(103)-2613/2021 nömrəli (sədrlik edən və məruzəçi hakim - S.Bəktaşi, hakimlər A.Hüseyn və A.Hüseynov) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4528/2021 saylı 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə iddiaçının dəmir-beton məmulatları quraşdırıcısı peşəsi üzrə 7 il 6 ay 24 gün iş stajını onun güzəştli iş stajına daxil etmişdir. Bu zaman məhk əmə işəgötürən tərəfindən verilmiş arayışa istinad etmişdir. Həmin arayışda isə göstərilmişdir ki, dəmir-beton məmulatları quraşdırıcısı ilə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələr olmuşlar.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələblərinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçının güzəştli şərtlərlə əmək fəaliyyəti dövrünə aid olmasını iddia etdiyi müvafiq vəzifələr Siyahıda qeyd olunan vəzifələrə uyğun olmadığından onun t ələb olunan 12 il 06 ay müddətinə güzəştli şərtlərlə iş stajı yoxdur, iddiaçının güzəştli iş stajı 6 il 05 ay 12 gün təşkil edir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin müvafiq qərarı əsassızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı":

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr:... polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar....

16. İnzibati Prosessual Məcəllə: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlər ə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qə rarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman p rosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Apellyasiya məhkəməsi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunun ümumi və xüsusi staja malik olduğu məsələsi üzrə tam və hərtərəfli araşdırmanın aparılmasını təmin etmişdir. Məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 60 yaşının tamam olduğu 14.12.2020-ci il tarixdə 25 ildən artıq ümumi iş stajına və 12 il 06 aydan çox xüsusi staja malik olmuşdur.

21. Cavabdeh iddi açının ümumi iş stajının mövcudluğunu, eləcə də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyini qəbul etməklə mübahisələndirmir. Məhkəmələr tərəfindən aparılmış araşdırma nəticəsində də iddiaçıya 60 yaşdan güzəştli şərtlərə yaşa görə pensiya təyin edilə bilməsi üçün həmin şərtlərin ödənildiyi müəyyən olunmuşdur.

22. Cavabdehin yeganə mübahisələndirdiyi məsələ iddiaçının güzəştli iş stajının olmadığına dair dəlildir. Cavabdeh bildirir ki, iddiaçının 11.04.2007-05.11.2014-cü il tarixləri arasındakı dövr ərzində “X6” trestinin Tikinti Quraşdırma Filialında dəmir-beton məmulatlarının quraşdırıcısı vəzifəsində işlədiyi müddət güzəştli staj hesab edilməməlidir. Çünki Siyahıda həmin peşə yo xdur, polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi vardır.

23. Məhkəmə tərkibi kassasiya şikayətinin sözügedən dəlilini əsassız hesab edir. Belə ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

24. Bununla bağlı olaraq iş materiallarında mövcud olan və mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş sübutlarla təsdiq olunur ki, eyni istehsalat sahələrində dəmir-beton məmulatları quraşdırıcısı ilə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələr olmuşlar. Belə ki, SOCAR “Neftqaztikinti” tresti tərəfindən verilmiş 07 may 2021-ci il tarixli güzəştli arayışda (apellyasiya məhkəməsi arayışın məzmununa daha geniş istinad etmişdir) iddi açının işlədiyi dəmir-beton məmulatları quraşdırıcısı peşəsinin bilavasitə icra etdiyi funksional vəzifəsinin polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinin funksional vəzifəsi ilə uyğunluq təşkil etdiyi təsdiq olunmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə tərkibi şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2613/2021 saylı, 10 dekabr 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar