Məhkəmə qərarları › İş №2-1(102)-641/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-641/2023

26.04.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-641/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmrinin ləğv edilməsi və sair tələblərə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2-1(103)-2768/20 22 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı baş gömrük idarəsinin Qaçaqmalçılıqla mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu il tarixdə Bakı Aksiz Gömrük Postunun Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə həmin şöbənin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə Bakı baş gömrük idarəsi “Bərə keçid” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə həmin İdarənin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun inspektoru və zifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə Komitənin sərəncamına götürülmüş, elə həmin tarixdə Enerji resursları və dəniz nəqliyyatında baş gömrük idarəsi “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun böyük inspektoru təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Komitənin sərəncamına götürülmüş, xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xidmətinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xidmətə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli 1000/1291Ş nömrəli əmrinin ləğv edilməsi,xidmətə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 03 iyul 1995-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə işə qəbul olunmuş və 23 oktyabr 2019-cu il tarixədək həmin Komitədə müxtəlif vəzifələrdə işləmişdir. 23 oktyabr 2019-cu ildə o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/1291Ş saylı əmri ilə gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etmək səbəbilə işdən çıxarılmışdır. Cav abdeh tərəfindən ona heç bir iş təklif olunmamış və o, heç bir işdən imtina etməmişdir. Xidmət etdiyi dövrdə 24 il ərzində heç bir ciddi tənbeh tədbirləri olmamışdır. İşlədiyi dövrdə həmişə əmək intizamına, Əmək Məcəlləsinin tələblərinə əməl etmişdir. Yaxşı işlədiyinə görə 14 avqust 2018-ci il tarixdə böyük inspektor vəzifəsinə təyin olunmuş, 2018-ci ilin noyabr ayında keçirilən attestasiya nəticəsində imtahanları müvəffəqiyyətlə vermişdir. Cavabdeh Əmək Məcəlləsini kobud surətdə pozaraq qanunsuz şəkildə onun işdən çıxarılması barədə qərar qəbul etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-612/2020 nömrəli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar i ş materialları ilə sübut edilməməsinə, cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğun olmasına, həmçinin əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi ilə bağlı əsasların olmamasına görə iddia tələbi rədd edilməlidir.

6. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)103/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-612/2020 saylı, 05 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin 1-ci hissəsini, Əmək Məcəlləsinin 76.1, 76.2-ci maddələrini, “İnzibati icraat haqqında” Qanunun 20.1, 24.1, 24.3-cü maddələrini, İPM-nin 2.2.1, 33.1, 33.2-ci maddələrini tətbiq etmişdir.

9. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat.

10. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1694/21 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı (hakimlər Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İspəndiyar Şəfiyev ) ilə cavabdehin kassasiya şikayət i təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-103/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2768/2022 nömrəli (hakimlər Məmmədov Vidadi - sədrlik edən və məruzəçi, Baxışova Vüsalə və Qurbanov Raqib ) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)151/2022 nömrəli iş üzrə 24 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23 oktyabr 2019-cu il tarixli 1000/1291Ş nömrəli əmri ləğv edimiş, İddiaçı əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və həmin müddətin iş stajına hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuş, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin mübahisələndirilən əmrinin qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehin əmri qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə zidd olmuş və bunun nəticəsində iddiaçının hüquqlarını p ozmuşdur (İPM-in 70.1-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin əmri mövcud inzibati praktikaya zidd olmaqla, onun inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

14. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin həmin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

15. Kassasiya şikayətinin dəlillərində qeyd olunur ki, komitə tərəfindən məhkəmə orqanlarına təqdim olunan bütün sübutlara baxmayaraq Bakı Apellya siya Məhkəməsinin gəldiyi nəticənin yalnız gömrük orqanlarının fəaliyyəti ilə bağlı olmadığı nəzərə alınmalıdır. Belə ki, digər hüquq,mühafizə orqanlarının (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu (38.2.2 maddə), “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” (111.4 maddə) oxşar təcrübələrində də təşkilati-ştat tədbirlərinin nədən ibarət olması, həmin tədbirlərin keçirilməsinə əsas verən hallar və qanunvericilikdə bununla bağlı öz əksini tapmış müddəalar deməyə əsas verir ki, məhkəmə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış və nəticədə inzibati qanunvericiliyin maddi və prosessual normalarını kobud şəkildə pozmuşdur. Dövlət idarəetmə prosesində icra hakimiyyəti orqanları tərəfindən dövlət idarəetməsinin qarşısında duran məqsəd və vəzifələrin tam, vaxtında və effektiv yerinə yetirilməsi üçün müxtəlif məzmunlu funksiyalar həyata keçirilir ki, bu funksiyaların əsas növlərindən biri də tabeçilik, hüquq və vəzifələrin müəyyən edilməsi, kadrların seçilməsi, yerləşdiriliməsi, onların vaxtında komplektləşdirilməsi üçün keyfiyyətli kadrların seçilməsinin və səmərəli yerləşdirilməsinin təmin edilməsi, təşkilatı-ştat strukturunun optimallaşdırılmasıdır. Hüquq ədəbiyyatında buna təşkilatı-ştat işi, təşkilati-ştat tədbirləri, kadrların yerləşdirilməsi və hərəkəti deyilir ki, bu istiqamət mövcud ştat imkanlarının və kadr potensialının optimal istifadəsini, gündəlik praktikada hər bir işçinin təcrübə və biliyinin səmərəli tətbiqini, təşkilatı-struktur fəaliyyətində paralelçiliyin və təkrarçılığın istisna edilməsini, döv lət resurslarına qənaət edilməsinin təmin edilməsidir. Bu məqsədlə Dövlət Gömrük Komitəsində mütəmadi surətdə təşkilati-ştat tədbirləri olaraq struktur bölmələrinin funksiyaları daim təhlil edilir, onların optimallaşdırılması üzrə vaxtında tədbirlər görülür, işin nəticələrinə görə fərdi məsuliyyət daşımaları ilə əlaqədar əməkdaşların müstəqilliyinin inkişaf etdirilməsi üzrə tədbirlər həyata keçirilir, kadrların rotasiyası üzrə təkliflər hazırlanır, kadrlarla iş praktikasına onların şəxsi keyfiyyətlərini qiymətləndirilməyin müasir metodları və metodikaları tətbiq edilir. Bütün qeyd olunanlar nəzərə alınmaqla gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respubl ikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Bakı Apellyasiya Məhkəməsinin öz qərardadında qeyd olunan norma üzərində hüquqi təhlil apararaq haqlı olaraq göstərir ki, istinad olunan bəndin dispozisiya şərtlərinə əməl olunması üçün vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir, o hallarda ki, ya bu əsasla xitam verilmə vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı ya da vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Lakin məh kəmə sözügedən normanın dispozisiya şərtlərindən ikincisinə iş üzrə əməl olunmadığını, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmamasının işin mübahisəsiz halı kimi qiymətləndirir. Halbuki qeyd olunan məsələ işin mübahisəsiz halı deyil, əksinə vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olmuşdur, çünki qeyd olunan struktur bölmə üzrə vakant vəzifə olmamışdır. Vakant vəzifə olmadığı təqdirdə vəzifəli şəxsə hər hansı bir vəzifə təklif etmək necə mümkün ola bilərdi ki? Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin işin bu hissəsi üzrə gəldiyi nəticə əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Dövlət qulluğu haqqında” Qanun Maddə 2.3. Prokurorluq, ədliy yə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövl ət qulluğunun xüsusi növüdür. 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir; Maddə

14. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresio n səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz; Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə

58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə

60. İnzibati aktda əlavə müddəaların (göstərişlərin) nəzərdə tutulması 60.1. Qəbul edilməsi tələb olunan inzibati aktda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və ya inzibati aktın qanuni şərtlərinin həyata keçirilməsini təmin etmək məqsədilə əlavə müddəalar nəzərdə tutula bilər. Maddə

61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

19. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə: Maddə

1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür; Maddə 2.... Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir.

20. Azərbaycan Respublik asının Əmək Məcəlləsi: Maddə

5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir; Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv e dilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür;

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə

74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları

2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürə n tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək mün asibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər;

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir; Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yaz ılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şi kayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə y ekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəf ərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qayda da araşdırılmışdır.Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Məhkəmə Kollegiyası cavabdehin kasasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini n Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıqla Mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu il tarixdə Bakı Aksiz Gömrük Postunun Qaçaqmalçılıq və Gömrük Qaydalarının pozulması ilə Mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə, xx.xx.2000-ci il tarixdə həmin şöbənin rəisi vəzifəsinə, xx.xx.2007-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin “Bərə keçid” gömrük postunun inspektoru vəzifəsinə, xx.xx.2014-cü il tarixdə həmin İdarənin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə Komitənin sərəncamına götürülmüş, elə həmin tarixdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun böyük inspektoru təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Komitənin sər əncamına götürülmüşdür.

31. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 1000/1291Ş saylı 23 oktyabr 2019-cu il tarixli əmrinə əsasən, İddiaçı (Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsi/Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postu, Böyük inspektor) xidmətinə “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” səbəbi ilə 23 oktyabr 2019-cu il tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xx.xx.2019-cu il tarixdə xidmətinə xitam verilmişdir.

32. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.Belə ki, cavabdehin mübahisəli inzibati aktının qanuniliyi formal-hüquqi baxımdan yoxlanıl arkən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” AR Qanununun 58, 60 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamışdır. Cavabdehin mübahisəli inzibati aktından görünür ki, həmin aktda mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi orqan haqqında məlumat göstərilməmiş, işin faktiki və hüquqi hallarını təsdiq və ya rədd edən sübutlar qeyd olunmamışdır. Əmrdən anlaşılan yalnız odur ki, iddiaçının xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmaması səbəbindən xx.xx.2019-cu il tarixdən xitam verilmişdir.

33. Göstərilən inzibati aktın əsaslığı ilə bağlı birinci instansiya məhkəməsi cavabdeh orqana sorğu göndərmiş və təşkilat-ştat tədbirlərin görülməsi ilə bağlı sübutların o cümlədən əmrin məhkəməyə təqdim edilməsini təklif etmişdir. Belə ki, iddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, cavabdeh orqanda hər hansı bir təşkilat-ştat tədbirləri görülməmişdir.

34. Cavabdehin həmin sorğuya verilən cavabında göstərmişdir ki, Dövlət Gömrük Komitəsi üzrə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmr (sərəncam, qərar ) qəbul edilməmişdir.

35. Qeyd olunduğu kimi Komitənin sərəncamında olduğu müddət ərzində digər vakant vəzifə olmadığından İddiaçı hər hansı digər vəzifə təklif olunmamış və bununla əlaqədar olaraq təklif edilən vəzifədən onun tərəfindən imtina edilməsi barədə Komitədə hər hansı bir sənəd mövcud deyildir.

36. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh də nə əmrin əsasları (təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi və digər vakant vəzifəyə keçirilmənin mümkün olmaması halları), nə də mübahisəli əmrlə yanaşı digər hansı qərarları da qəbul etmək səlahiyyətində olması və bu seçimdən sonra qəbul etdiyi mübahisəli əmrin həmin vəziyyətdə iddiaçıya münasibətdə ən optimal qanuni qərar olması ilə bağlı heç bir konkret sübut təqdim etməmiş, iş üzrə xüsusi əhəmiyyət kəsb edən bu faktiki halları şifahi qaydada “qeyd edilən dövr ərzində gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olmamış, bu səbəbdən də gömrü k orqanlarında xidmətə qəbul ilə əlaqədar Komitənin informasiya ehtiyatında, eyni zamanda digər kütləvi informasiya vasitələrində elan verilməmişdir” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəli məxfi qaydada təsdiqlənmiş və yalnız xidməti istifadə üçün nəzərdə tutulmuşdur” məzmunda mülahizələrlə əsaslandırmış, ştat cədvəllərinin məxfiliyi, yalnız xidməti istifadə üçün nəzərdə tutulması və bu səbəbdən Məhkəməyə təqdim oluna bilməməsinin qanuni əsaslarını göstərməmişdir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən inzibati akt İnzibati icraat haqqında qanunun 60 və 61-ci maddələrinin tələblərinə zidd tərtib olunmuşdur.

38. İnzibati İcraat haqqında qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

39. Həmin qanunun 67.2.-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

40. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən mə hkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2-1(103)-2768/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar