Məhkəmə qərarları › İş №2-1(102)-641/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-641/2024

06.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-641/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(102)-641/2024 (Açar sözlər: məcburi köçkünün statusuna malik şəxsin uşaqlarına məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi; məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlu ndan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2023-cü il 28 sentyabr tarixli, 2-1(103)-1867/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı1 xx.xx.1999-cu il tarixdə, İddiaçı2 isə xx.xx.2003-cü il tarixdə doğulmuşlar, ataları X8, anaları X6r.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-593/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı X1 məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin bərpa edilməsi öhdəliyi cavabdeh Qaçqınları n və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-639/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-593/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 94b, 26 saylı mənzil xx.xx.1996-cı il tarixdə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Xırdalan şəhəri, Zirə Tərəvəzçilik-Südçülük sovxozu əra zisində 1.9500 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2011-ci il tarixdə X3 icarəyə verilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, 24/2840 saylı bağ sahəsi, 0.0853 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2009-cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 11 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə/1-147 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 54, 96 saylı mənzil xx.xx.2000-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4Ə-05-712 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 94b, 27 saylı mənzil xx.xx.1997-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli 3“M”/A-198 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Q.Qarayev prospekti ev 49, 99 saylı mənzil xx.xx.1995-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1996-cı il tarixli 3 “M”/1-116 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X1 adına Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. X4 adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X8 xx.xx.1996-cı ildən xx.xx.2010-cu ilədək ünvan 1 ünvanında, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək Xocalı şəhərində, xx.xx.2011-ci ildən isə ünvan 1 ünvanında qeydiyyatdadır.

6. Xocalı Rayon İcra Hakimiyyətinin 18 oktyabr 2022-ci il tarixli 941 saylı məktubundan görünür ki, xx.xx.1999-cu il tarixdə anadan olmuş İddiaçı1 və xx.xx.2003-cü il tarixdə anadan olmuş İddiaçı2 Xocalı rayon sakinləri deyillər və Xocalı rayonundan hər hansı bir müavinət almırlar.

7. İddiaçıların atası Qurban Hüseynov qızları İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir.

8. İddiaçıların atası Qurban Hüseynova ünvanlanmış 01/1090 saylı 26 fevral 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçıların valideynləri X1 və X4 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, həmçinin onların doğumundan öncə atası X8 mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrı yaşayış sahəsi əldə edərək ora qeydiyyata düşdüyündən, iddiaçıların Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalara əsasən məcburi köçkün statusu almaq hüquqları olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “məcburi köçkün statusu və vəsiqənin verilməsi” vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ailəsi 1988-ci ildə Ermənistan Respublikasının Masis rayonundan qaçqın düşmüş, bir müddət Bakı şəhərində yaşadıqdan sonra 1990-cı il tarixdən Xocalıya köçmüş, 26 fevral 1992-ci ildə Xocalı soyqırımı ilə əlaqədar Bakıya gəldikdən sonra ataları X5 məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. Lakin cavabdeh qanunusuz və əsassız olaraq “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə istinadən, onlara məcburi köçkün statusunun verilməsindən imtina etmişdir. Belə ki, ataları X8 25 dekabr 2015-ci ilə kimi məcburi köçkün statuslu sayılmış və o, məcburi köçkünlərə verilən güzəşt və imtiyazlardan istifadə etmişdir.

11. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslandırmışdır ki, yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından – Bakı şəhərinin Nizami rayonu olduğundan, Azərbaycan Respublikası məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onun təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, onlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Eyni zamanda, iddia çılar xx.xx.1999-cu il təvəllüdlü X2 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 doğumundan öncə ataları X8 mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrı yaşayış sahəsi əldə edərək ora qeydiyyata düşdüyündən, onlara Qaydaların 4.2.6-cı bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 09 dekabr 2022-ci il tarixli, 21(112)-12693/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların atası xx.xx.1970-ci il təvəllüdlü X8 məcburi köçkün statusuna malik olsa da, nə o, nədə ki iddiaçıların anası İddiaçı2 yaşayış yeri üzrə qeydiyyatı ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, iddiaçılar Azərbaycan Respublikasın da məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı yarımbəndinə əsasən məcburi köçkün olan şəxslərin əhatə dairəsinə düşmürlər. Bundan başqa, iddiaçılar doğulmamışdan əvvəl onların atası artıq ayrıca yaşayış sahəsinə malik olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.1996-cı il tarixdə X1 (iddiaçıların atası) adına qeydiyyatdan keçmiş, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2010-cu il tarixədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmış, daha sonra qeydiyyatını dəyişmiş və son olaraq yenidən həmin ünvana qeydiyyata düşmüşdür. Məhkəmə hesab edir ki, iddiaçıların atası, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 hələ an adan olmamışdan əvvəl, yəni xx.xx.1999-cu il tarixədək ayrıca yaşayış sahəsi əldə etdiyi və həmin yaşayış sahəsi həmin dövrdə onun mülkiyyətində olması, eyni zamanda onun həmin mənzildə qeydiyyatda düşməsi səbəbindən cavabdeh tərəfindən iddiaçılara məcburi köçkün statusu verilməsi Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6- cı bəndinə ziddir və bu halda cavabdeh tərəfindən iddiaçılarının tələbinin təmin edilməsindən imtina əsaslı olmuşdur.

14. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov (sədrlik e dən və məruzəçi), Ş.A.Məmmədova və P.A.Hüseynov) 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1867/2023 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12693/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından (o cümlədən, AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktunudan və s.) isə görünür ki, iddiaçıların atası xx.xx.1970-cı il təvəllüdlü X8 məcburi köçkün statusuna malik olsa da, nə onun özü, nə də onun həyat yoldaşı, yəni iddiaçıların anası İddiaçı2 yaşayış yeri üzrə qeydiyyatı ünvanları işğaldan azad olunmuş rayon (şəhər) deyildir. Belə olan halda, onların övladları olan iddiaçılar Azərbaycan Re spublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı yarımbəndinə əsasən məcburi köçkün olan şəxslərin əhatə dairəsinə düşmürlər.

17. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materialları (o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu, və s.) araşıdırıldıqda müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.1996-cı il tarixdə iddiaçıların atası X1 adına qeydiyyatdan keçmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.2010-cu il tarixədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmış, daha sonra, qeydiyyatını dəyişmiş və son olaraq yenidən həmin ünvana qeydiyyata düşmüşdür. Qeyd olunanlardan göründüyü kimi, iddiaçıla r xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 anadan olana qədər onların atası Qurban Hüseynov ayrıca yaşayış sahəsi əldə etmiş və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edərək, qeydiyyata düşmüşdür. Cavabdehin iddia ərizəsinə dair etirazından görünür ki, məhz, həmin səbəbləri əsas tutaraq hesab etmişdir ki, iddiaçılara məcburi köçkün statusunun verilməsi Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı bəndinə ziddir.

18. İddiaçılar kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) K assasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25 dekabr 2015-ci ilədək ataları və onlar yetkinlik yaşına çatdıqca müvafiq sənədləri səlahiyyətli orqana təqdim edərək, məcburi köçkün vəsiqəsi almışlar. 2015-ci il tarixdən sonra atalarına bildirdilər ki, ona məcburi köçkün statusu düşmür. Bununla əlaqədar çoxsaylı mübahisə və qəbullardan sonra, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-593/2020 saylı qərarına əsasən ataları X5 məcburi qaçqın statusu verilmişdir. Hesab edirlər ki, ataları məcburi köçkün statusuna malikdir və bu qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. 1991-ci ildən atası Xocalıda qeydiyyatda olmuşdur. Onlar nə adətən yaşadıqları yerə qayıtmışlar, nə də həmin regionda müəyyənləşdirilmiş ölçüdə b aşqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmişlər. Bundan əlavə onlara dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri də verilməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbayca n Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə

10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilm əsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə

12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.

22. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaları Bənd 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını ( qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQ EYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilmişdir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. İddiaçıların hazırkı iddianı qaldırmaqda hüquqi marağı onlara məcburi köçkün statusu və vəsiqəsinin verilməsidir.

28. Bununla bağlı iddiaçılar cavabdehə müraciət etmiş, cavabdeh “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 və 4.2.6-cı bəndlərinə istinad edərək müraciətin təmin olunmasından imtina etmişdir.

29. Hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçılar anadan olanadək onların məcburi köçkün olan atas ı yaşayış sahəsi (mənzil) ilə təmin olunmuş, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 94b, 26 saylı mənzil xx.xx.1996-cı il tarixdə iddiaçıların atası X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və xüsusi mülkiyyət hüququ ilə çıxarış verilmişdir, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 94b, 27 saylı mənzil xx.xx.1997-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Q.Qarayev prospekti ev 49, 99 saylı mənzil xx.xx.1995-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1996-cı il tarixli 3 “M”/1-116 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.

30. Həmçinin, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 54, 96 saylı mənzil xx.xx.2000-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, Bakı şəhəri 18 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.

31. Göründüyü kimi, iddiaçılar xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 anadan olana qədər onların ataları Qurban Hüseynov ayrıca yaşayış sahəsi əldə etmiş və həmin mənzildə qeydiyyatda olmuşdur.

32. Hazırkı mübahisəyə münasibətdə həll edilməli məsələ məcburi köçkün statusuna malik şəxsin uşaqlarına eyni statusun verilməsi ilə bağlıdır. Sözü gedən məsələnin normativ tənzimlənməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 9-cu maddəsi və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının 4.2.6-cı bəndində həll olunmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir.

33. İddiaçılar doğulan vaxt atalarının mülkiyyətində mənzil oldu ğundan və həmin ünvanda qeydiyyatda olduğundan, uşaqlar məcburi köçkün statusu əldə etməmişlər. Müvafiq olaraq cavabdehin həmin əsasa istinadla statusun verilməsindən imtina etməsi qanuni olmuşdur.

34. O da nəzərə alınmalıdır ki, Xocalı rayon İcra Hakimiyyətinin 18 oktyabr 2022-ci il tarixli məktubunda, iddiaçıların Xocalı rayonunun sakinləri olmadığı və həmin rayondan hər hansı müavinət almadığı bildirilmişdir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2023-cü il 28 sentyabr tarixli, 21(103)-1867/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar