Məhkəmə qərarları › İş №2-1(102)-642/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-642/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-642/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2824 /18 saylı 23 noyabr 2018-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 09.06.2015-ci il tarixli, ******,******,*******,******,****** №-li «Vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə qərarları ilə müvafiq olaraq noyabr 2013, iyul 2014, avqust 2014, oktyabr 2014, noyabr 2014-cü il dövrləri üçün ƏDV hesablanmışdır. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət e dərək cavabdeh tərəfindən qəbul edilmiş 09.06.2015-ci il tarixli, ******,******,*******,******,******№-li «Vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-3826/18 saylı iş üzrə qəbul etdiyi 05 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-3826/18 saylı iş üzrə qəbul etdiyi 05 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2824/18 saylı 23 noyabr 2018-ci il tarixl i qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3826/2018 saylı, 05.10.2018-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmiş, iddiaçı Iddiaçı apellyasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2824/18 saylı 23 noyabr 2018-ci il tarixli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə vergi orqanı ilə iddiaçı arasında 04.02.2015-ci il tarixdə “Vergi hesabatlarının elektron sənəd formasında göndəril məsi haqqında” müqavilə bağlanmamışdır. Həmin tarixdə müqavilə predmeti və şərtləri fərqli olan başqa “Elektron sənəd müadiləsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə görə bu müqavilə vergi orqanı ilə vergi ödəyicisi arasında sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirişlərin, xəbərdarlıqların, arayışların, çıxarışların və digər sənədlərin) elektron şəkildə göndərilməsini və ununla bağlı digər şərtləri müəyyən edir. Bu bəndin tələblərindən göründüyü kimi, bu müqavilə ilə vergi orqanı tərəfindən vergi ödəyicisi barədə çıxarılmış inzibati qərarların da digər sadalanan sənədlər kimi elektron qayda göndərilməsi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azəraycan Respulikasının Qanununun 62.2ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq, iddiaçının hazırda məhkəmədə müahisələndirdiyi 09.06.2015-ci il tarixli qərarların 04.02.2015-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq, həmin gün vergi ödəyicisinə elektron qaydada göndərilməsi təmin edilmişdir. Beş qərardan üçü 16.06.2015-ci il tarixdə, ikisi isə 17.07.2015-ci il tarixdə vergi ödəyicisi tərəfindən onlayn qaydada açılmış və oxunmuşdur. Yəni vergi ödəyicisi həmin tarixlərdən onun barəsində belə bir inzibati qərarların çıxarılması barədə məlumatlı olmuşdur. Bundan əlavə hazırda məhkəmədə mübahisələndirilən qərarlarla yanaşı eyni əsas, yəni xronometraj müşahidənin nəticəsində müəyyən olunmuş orta günlük (1378,86 manat) dövriyyəsinə müvafiq olaraq Iddiaçı na həmin gündə, yəni 09.06.2015-ci il tarixdə 2013-2014-cü illəri və 2015-ci ilin müxtəlif aylarını əhatə edən ƏDV bəyannamələri üzrə də kameral vergi yoxlamasi ilə əlavə hesablamalar aparılmış və bu hesablamalara dair vergi ödəyicisinə “Vergilərin hesablanması barədə” ******,******,*******,******,******,*******,******,******* nömrəli Qərarlar da göndərilmişdir. Hazırda məhkəmədə müahisələndirilən beş qərardan savayı yuxarıda qeyd olunan digər qərarlar iddiaçı tərəfindən artıq məhkəmədə mübahisələndirilmişdir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli 2-1(81)-4063/2015 saylı qərarı il ə iddiaçının yuxarıda göstərilən qərarların ləğvinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13 may 2016-cı il tarixli 2-1(103)1011/2016 saylı qərarı ilə təmin edilmiş, iş üzrə 1-ci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarından vergi orqanı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 6 dekabr 2016-cı il tarixli 2-1(102)-1482/2016 saylı qərarı ilə təmin edilməmiş və apellyasiya instansiyasının iş üzrə qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə qərarı vergi orqanı tərəfindən icra edilmişdir. Qeyd olunanlara əsasən kassator hesab edir ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və m üddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. Belə ki, iddiaçı tərəfindən eyni vaxtda, yəni 09.06.2015-ci il tarixdə, eyni əsaslar üzrə, yəni xronometraj müşahidəsinin nəticəsi üzrə çıxarılmış inzibati qərarların bir qismi məhkəmədə mübahisələndirildiyi halda digər qismi həmin qərarların qəbul edildiyi vaxtdan üç il müddət keçdikdən sonra mübahisələndirilir. Göründüyü kimi, hazırda müahisələndirilən qərarlar üzrə iddiaçının məhkəməyə müraciət etməməsi üçün hər hansı üzürlü əsaslarının olması mümkünsüzdür. Kassator Mülki Prosessual Məcəlləsinin 403-405, 417.1.4-cü maddələrinə, İnzibati Prosessual Məcəlləsinin 90, 94, 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2824/18 saylı 23 noyabr 2018-ci il tarixli qər ardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2824/18 saylı 23 noyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2824/18 saylı 23 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş lər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2824/18 saylı 23 noyabr 2018-ci il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 09.06.2015-ci il tarixli, ******,******,*******,******,****** №-li «Vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə qərarları ilə müvafiq olaraq noyabr 2013, iyul 2014, avqust 2014, oktyabr 2014, noyabr 2014-cü il dövrələri üçün ƏDV hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Hazırkı iş üzrə cavabdeh iddiaçıya yuxarıda sadalanan hüquq normalarının tələblərinə uyğun olaraq elektron qaydada iddiaçıya mübahisələndirilən inzibati aktların təqdim edilməsini sübuta yetirə bilmədiyindən, həmin qərarlar iddiaçıya təqdim edilmiş hesab edilə bilməz və bu baxımdan apellyasiya instansiya məhkəməsinin iddianın mümkün sayılmasına dair nəticəsi qa nuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2824/18 saylı 23 noyabr 2019-cu il tarixli qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar