Məhkəmə qərarları › İş №2-1(102)-642/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-642/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-642/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Əmrin hissəvi ləğv edilməsi, vəzifəyə bərpa edilmə, Cavabdeh əməkdaşının məzuniyyətdə olduğu zaman işdən azad edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, İddiaçı və vəkili Vəkil2, cavabdehin nümayəndəsi Orxan Cəfərlinin və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Fövqaladə Hallar Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2-1(103)-2192/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, 1257/Ş saylı əmrinin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2009-2013-cü illərdə Belarusiya Respublikasında Komandir-mühəndislik institutunda təhsil aldıqdan sonra Azərbaycan Respublikası Cavabdeh XRXX-nin N saylı hərbi hissəsinə göndərilərək bölük komandiri vəzifəsində təyin olunmuşdur. 2016-cı ilin dekabr ayından N saylı hərbi hissənin qəza və xilasetmə bölüyünün komandiri vəzifəsində xidmət etmişdir. Nəzarətində olan obyektdən səhlənkarlığı ucbatından 2017-ci ilin əvvəllərində fişəng oğurlandığından Bakı Hərbi Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə olunmuşdur və cərimə onun tərəfindən ödənilmişdir. Göstərilən hərbi hissədə əvvəlki vəzifədə xidmətini davam etmiş və xx xxxxxx 2018-ci il tarixdə məzuniyyətə çıxmışdır. Məzuniyyətdə olduğu zaman ona mobil telefon vasitəsilə hərbi xidmətdən tərxis olunduğu bildirilmişdir. O, bu səbəbdən hərbi hissənin komandirinə və Cavabdehnə mürac iət etmişdir, lakin cavab almamışdır. xx.xx.2018-ci il tarixdə xidmət etdiyi hərbi hissəyə qayıtdıqda ona bildirmişlər ki, artıq xidməti işindən azad olunmuşdur, adında olan əmlakları təhvil-təslim etməlidir. İddiaçı xx.xx.2018-ci ilarixli, 1257/Ş saylı əmrin mahiyyətindən bilmişdir ki, “Hərbi xidmətçəkmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, 1257/Ş saylı əmri qanunsuzdur və ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-497/2019 nömrəli (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Cavabdeh “Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin baş leytena ntı Əhməd Əmiraslanlının ehtiyata buraxılması və hərbi qulluqçulara intizam cəzalarının verilməsi haqqında” xx xxxxxxxx 2018-ci il tarixli, 1257/Ş nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (N saylı hərbi hissə) Qəza xilasetmə və mühafizə bölüyünün komandiri vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Cavabdeh üzərinə qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2192/2019 nömrəli (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi,birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının əsaslandığı Əmək Məcəlləsinin 5-ci maddəsində qeyd olunur ki, Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzə rə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası «Dövlət qulluğu haqqında», «Prokurorluq haqqında» və digər hüquq mühafizə orqanlarında xidmətkeçmə haqqında qanunlara nəzər saldıqda həmin qanunvericilik aktlarında da göstərilir ki, «bu qanunla tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənir». Ancaq «Hərbi vəzifə və xidmət haqqında» qanunda, «Hərbi qulluqçuların statusu haqqında», «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hər hansı bir müddəasına əsaslanmaya aid hər hansı bir maddə yoxdur. Eyni zamanda «Fövqəladə hallar orqan larında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanunun 2.2-ci bəndində qeyd olunur ki, Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunları, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Ümumiyyətlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinin (Bu məcəllənin tətbiq edildiyi iş yerləri) müddəası Əmək Məcəlləsinin tətbiq edildiyi iş yerlərini, 5-ci maddəsi müvafiq qanunlar ilə tənzimlənmədiyi hallarda əmək qanunvericiliyin normalarının tətbiq olunmasını (Bu məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçu lar) nəzərdə tutulduğu halda, həmin məcəllənin 6-cı maddəsi imperativ qaydada hansı işçilərə və hansı sahələrə tətbiq edilə bilmədiyi sahəni, şamil olunmayan şəxsləri göstərir. Belə ki, Əmək Məcəlləsinin 6-cı maddədə sadalanan şəxslərə və sahələrə qəti sürətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları şamil oluna bilmədiyi göstərilir. O da qeyd edilməlidir ki, hərbi qulluqçular «əmək müqaviləsi» əsasında işə qəbul olunmurlar, hərbi xidmətdə «işçi» və «işəgötürən» olmur, tərəflərin hüquqi statusu, tabeçilik münasibətləri tamamilə fərqlənir, hərbi qulluqçu «əmək müqaviləsində nəzərdə tutulan sərbəst işdən azad olma hüququ», «məzuniyyət hüquqları», «iş vaxtı» və s. əmək münasibətlərində nəzərdə tutulduğundan tamamilə fərqli olur. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləs inin 79-cu maddəsində qeyd olunur ki, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. FHN-nin xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinə və orada nəzərdə tutulanlara əsaslanmadığı üçün qeyd olunan maddənin tətbiq edilməsində qanunsuzdur. Qeyd edilir ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx xxxxxxxx 2018-ci il tarixli, 1257/Ş saylı əmri ilə Azərbaycan Respublikasının xx xxxxxxx 1997-ci il tarixli, 377-İQ nömrəli Qnunu ilə təsdiq olunmuş «Hərbi Xidmətkeçmə haqqında» Əsasnamənin 158-cı bəndinə görə hərbi xidmətə görə ehtiyata buraxılmışdır. Həmin Əsasnamənin 158-ci bəndinin «a» yarımbəndinə görə, həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar və « b» yarımbəndinə görə isə törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2192/2019 nömrəli qərarını n ləğv edilərək iş üzrə iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının şikayət olunan xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2192/2019 saylı qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə iş üzrə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında i ştirak edən cavabdehin nümayəndəsi O.Cəfərli də vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının şikayət olunan xx xxxxxxx 2019cu il tarixli, 2-1(103)-2192/2019 saylı qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə iş üzrə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının is ə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəmə sinin xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019cu il tarixli, 2-1(103)-2192/2019 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 497/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən, Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə, 79-cu maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının xx xxxxxxx 1997-ci il tarixli, 377-İQ saylı qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə istinad edərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin kasasiya ş ikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd edir ki, iddiaçının barəsində mübahisələndirilən əmr verilərkən, onun məzuniyyətdə olması işin mübahisələndirilməyən halıdır. Cavabdehin kasasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci və apelyasiya instansiya məhkəmələri Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək məzuniyyəti ilə bağlı müddəaları ilə əsaslandırılmışdır. Həmin Məcəllənin 6-cı maddəsinin 1-ci hissəsinin «a» bəndinə əsasən Məcəllənin müddəaları hərbi qulluqçulara şamil edilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin «a» bəndinə görə, hərbi qulluqçulara bu Məcəllə şamil edilmir. Lakin həmin Məcəllənin 5 -ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Həmçinin apelyasiya instansiyası məhkəməsi doğru olaraq vurğulamışdır ki, hazırkı halda, Azərbaycan Respublikasının xx xxxxxxx 1997-ci il tarixli, 377-lQ saylı Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməsində, eləcə də, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2009-cu il tarixli, 73 saylı Fərmanı ilə təsdiq olunmuş «Az ərbaycan Respublikasının Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidməti haqqında Əsasnaməsində məzuniyyət dövründə hərbi qulluqçuların təminatlarına dair norma nəzərdə tutulmamışdır. Odur ki, hərbi qulluqçuların hüquqi statusuna dair qanunvericiliklə tənzimlənməyən məsələnin (məzuniyyətdə olan hərbi qulluqçunun hüquqi təminatı və s.) Azərbaycan Respublikası Əmək Məcəlləsının müvafiq norması ilə tənzimlənməsi, həmin Məcəllənin 5-ci maddəsinin 2-ci hissəsinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzındə işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Eyn i zamanda cavabdehin kasasiya şikayətində göstərdiyi digər dəlilinə, yəni, «İddiaçı, Azərbaycan Respublikası Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (N saylı hərbi hissə) Qəza xilasetmə və mühafizə bölüyünün komandiri olmuşdur, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmişdir, buna görə də, məzuniyyətdə olduğu dövrdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 158-ci maddəsinin «b» bəndinə əsasən ehtiyata buraxılmışdır», dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar haqlı olaraq göstərmişdir ki, Azərbaycan Respublikasının xx xxxxxxx 1997-ci il tarixli, 377-İQ saylı Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 158-ci bəndinə əsasən törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər. Bu maddədə göstərilən hərbi qulluqçuların buraxılmaları üçün təqdimat (raport) təqdim edilməsi və onların buraxılması məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin h ərbi hissəyə daxil olunmasından sonra icra edilir. Bu halda azadlıqdan məhrum edilməyə məhkum olunan və hökmün qanuni qüvvəyə mindiyi ana qədər həbsdə olan hərbi qulluqçular məhkəmənin hökmündə göstərilən cəza çəkmə günündən və hökmün qanuni qüvvəyə minməsi gününədək azadlıqda olanlar – məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissə tərəfindən aldığı gündən həqiqi hərbi xidmətdən buraxılırlar. Bu maddənin «b» bəndində göstərilən şəxslər (azadlıqdan məhrum edilmək cəzası çəkməkdən amnistiya ilə azad olunanlardan başqa) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə, bir qayda olaraq, ştatla tabeliyində hərbi qulluqçular olmayan vəzifələrdə istifadə edilmək üçün həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. Şərti məhkum edilmiş, yaxud cəzas ının icrası təxirə salınmaqla məhkum edilmiş və müvafiq birbaşa rəislər tərəfindən həqiqi hərbi xidmətdə saxlanılan hərbi qulluqçuların davranışlarına nəzarət müəyyən edilmiş qayda ilə hərbi hissə komandirləri tərəfindən həyata keçirilir. Göstərilən həqiqi hərbi xidmətdə saxlanılan şəxslərin barəsində sonradan buraxılma üçün qərar verildiyi hallarda buraxılma belə icra olunur: sınaq müddəti, yaxud hökmün icrası başa çatanadək (hökmün çıxarıldığı gündən iki ildən çox keçməmək şərti ilə)·bu maddənin «b» bəndi ilə şərti məhkum olunması, yaxud hökmün icrasının təxirə salınması və müttəhimin cəzasını azadlıqdan məhrum olunma kimi çəkmək üçün göndərilməsi barədə məhkəmə qərardad çıxardıqda, bu maddənin «a» bəndi ilə; sınaq müddəti, yaxud hökmün icrasının təxirə salınması qurtardıqdan sonra və bu ndan asılı olmadan şərti olaraq. hökmün çıxarılmasından iki il ötdükdən sonra bu Əsasnamənin 156 və 157-ci maddələrində nəzərdə tutulmuş tələblər əsasında. Xidməti vəzifəsini yerinə yetirərkən xəstələnmiş, yaxud xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular həmçinin sınaq, yaxud hökmün icrasının təxirə salınma müddətləri başa çatmadan bu Əsasnamənin 156 və 157-ci maddələrində göstərilən əsaslara görə ehtiyata, yaxud istefaya buraxıla bilərlər. Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edil miş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar. Törətdikləri cinayətə görə hərbi rütbələrindən məhrum olunmadan azadlıqdan məhrum edilmiş hərbi qulluqçular cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra, əgər onlar bu Əsasnamənin 155-ci maddəsinin «a» bəndinin tələblərinə uyğun gəlsələr, ehtiyatda olan hərbi qulluqçuların müvafiq heyətinin hərbi uçotuna alınırlar. Birinci və apelyasiya instansiya məhkəmələri qeyd olunan maddi hüquq normasına istinadla göstərmişlər ki, iddiaçının 1(093)-146/2018 saylı, xx xxx 2018-ci il tarixli məhkəmə hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzası təyin edilməsi «Hərbi xidm ətkeçmə haqqında» Əsasnamənin 156-ci bəndinin «e" yarimbəndinə əsasən həqiqi hərbi xidmətdən buraxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biridir. Bununla əlaqədar məhkəmələr sözügedən məsələ ilə bağlı düzgün olaraq yuxarıda artıq göstərildiyi Əmək məcəlləsinin 79-cu maddəsinin İ hissəsini tətbiq etmişlər. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxx xxxx 2019-cu il tarixli, 2-1(103)-2192/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar