Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-642/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə Açar sözlər: ( qərarın ləğv edilməsi ) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin **********6632 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2749/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********1140 saylı xx.xx.2021-ci il tarixli qərar ilə İddiaçı məxsus “İst Food” restoranında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il (xx.xx.2021 tarixi daxil olmaqla) tarixədək operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır.
2. DVX seriyalı 000556 saylı 22 fevral 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, iddiaçıya (VÖEN **********) məxsus Bakı şəhəri, Y asamal rayonu, Tiflis prospekti, 1054-cu ünvanda yerləşən “İst Food” kaferestoranında operativ vergi yoxlaması zamanı 22 nəfər fiziki şəxsdən 7 nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmiş, həmin aktın əlavəsinə əsasən X3, X2, Şahid2, Şahid4, Şahid6, Şahid1, Şahid5 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. 3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6632 nömrəli qərar ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 14.000 manatın büdcəyə ödənilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətə baxılması haqqında **********368500 nömrəli 11 iyun 2021-ci il tarixli qərarı ilə fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli inzibati şikayət üzrə icraata “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6632 nömrəli qərar hissəsində xitam verilməsi, xx.xx.2021-ci il tarixli **********6638 nömrəli qərar hissəsində isə inzibati şikayət təmin edilməmiş, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004564 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6638 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin **********6632 saylı xx.xx.2021-ci il tarix li qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini tələb edir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən ona Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixdə **********6632 saylı Qərar qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerin ə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 000556 saylı, xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda onun Bakı şəhəri Yasamal rayonu, Tiflis prospekti 1054-cü məhəllədə yerləşən X6 Restoranında cəlb edilmiş 22 fiziki şəxsdən 7 nəfəri Əmək Məcəlləsinin 49-cü maddəsinin tələblərini pozaraq işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb etməyi qeyd edilmişdir. Adıçəkilən şəxslər restoranda göstərilən xidmətlərdən faydalanmaq üçün oraya gəlmiş müştər ilər olmuşdur. O, adları qeyd edilən şəxslərlə nə rəsmi, nə də qeyri-rəsmi olaraq əmək münasibətlərində olmamışdır. Cavabdeh orqan tərəfindən onun barəsində tərtib edilmiş DVX seriyalı 000556 saylı, xx.xx.2021-ci il tarixli akt və həmin akt əsasında qəbul edilmiş **********6632 saylı, xx.xx.2021-ci il tarixli qərar qanunsuz və əsassızdır.
7. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********1140 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti 1054-cü məhəllədə yerləşən “İST FOOD” restoranında Operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların AR-nın ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”na müvafiq olaraq əldə edilməsinə nəzarət edilməsi, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələlərini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən adları aşağıda qeyd olunan 7 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur: Fırıncı - X2, Dəzgahçı - X3, Qabyuyan - Şahid2, Aşpaz köməkçisi - Şahid4, Salatçı - Şahid6 Anar oğlu, Ofisiant - Şahid1, Kassir - Şahid5. İddiaçı qeyd olunan maddənin tələbləri qaydasında aktı imzalamamasının səbəblərini izah etməmiş, akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını bildirməmiş, vergi nəzarəti zamanı toplanmış materiallara baxılaraq, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı və Əmək Məcəll əsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə müvafiq olaraq **********6632 saylı xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6257/2021 saylı qərarı (hakim H.Ağalarov) ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş- əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərdən Şahid5, Şahid4 və H.M.Möhbalıyevin notarial qaydada verilmiş ərizələrin müxtəlif tarixlərdə olmasına baxmayaraq onların hərfbəhərf eyni olmaqla (qrammatik səhvlər də daxil olmaqla) sadəcə ad və soyad dəyişdirilməklə verilməsinə, eyni halın Şahid2 və Şahid1 tərəfindən verilmiş ərizələrdə də təkrarlanmasına, həmçinin iddiaçı tərəfindən iddianın dəlilləri barədə sübutun təqdim edilməməsinə, bu dəlillərin məhkəmə araşdırması zamanı da təsdiqini tapmamasına görə, iddia təmin edilə bilməz.
10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2749/2021 nömrəli (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və H.Həmidov ) qərarı ilə apellyasiya şikayəti qismə n təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6257/2021 saylı 13 avqust 2021-ci il tarixli qərarı qismən, iddianın rədd edilən- “vergi orqanının **********6632 saylı xx.xx.2021-ci il tarixli qərarının 1 (bir) nəfər fiziki şəxsə görə 2000 manat maliyyə sanksiyasının tətbiq olunduğu” hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin olunmuş, vergi orqanının **********6632 saylı xx.xx.2021-ci il tarixli qərarı 1 (bir) nəfər fiziki şəxsə görə 2000 manat maliyyə sanksiyasının tətbiq olunduğu hissədə ləğv edilmiş, Məhkəmə qərarı iddianın rədd edildiyi digər- “vergi orqanının **********6632 saylı xx.xx.2021-ci il tarixli qərarının 6 (altı) nəfər fiziki şəxsə görə 12000 manat maliyyə sanksiyasının tətbiq olunduğu” hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instans iyası məhkəməsi hesab etmişdir ki, işdə iddianın və apellyasiya şikayətində iddiaçının yeganə dəlili- vergi yoxlaması aktında adları qeyd olunan şəxslərin (7 nəfərin) iddiaçıya məxsus obyektdə işçi kimi fəaliyyət göstərməməsi, onların müştəri olması ilə bağlıdır. Halbuki həmin şəxslərdən biri Şahid5 şahid kimi ifadə verərkən obyektdə işləməsi faktını etiraf etmiş, digəri- Şahid1 obyektə çatdırma şirkətinin işçisi kimi müştəri sifarişini götürmək üçün gəldiyi faktı ifadəsi ilə təsdiq olunmuş, digər 5 nəfərdən- Şahid6 Anar oğlu və X3 tərəfindən notariat qaydasında hər hansı ərizə verilməmiş, X2, Şahid4 və Şahid2 notariat verdikləri ərizə isə onların iddiaçıya məxsus obyektdə həqiqətən işləməməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir, bunun üçün yetərli sübut sayılmır.
13. Belə ki, bu istənilən şəxs notariat qaydada ərizə verərkən sərbəst iradə ifadəsini bildirsə də, bu hal onun yalan ifadə verə biləcəyini də istisna etmir, çünki notariat orqanı yalnız verilmiş ərizədə şəxsin iradə ifadəsinin nədən (bunun düz və ya yalan olduğunu bilmədən) ibarət olduğunu və belə ərizənin onun yanında verildiyini təsdiqləyir. Məhkəmə iclasında şahid qismində ifadə verən şəxsə isə məhkəmə tərəfindən onun biləbilə yalan ifadə verəcəyi təqdirdə cinayət məsuliyyəti daşıyacağına dair xəbərdarlıq olunduğu və ona bu barədə iltizama imza etdirildiyi üçün bu şəkildə verilən ifadə notariat qaydada verilmiş ifadədən daha üstün hüquqi qüvvəyə malik olub, mötəbər sübut əhəmiyyətinə malikdir. Bu baxımdan X2, Şahid4 və Şahid2 notariat qaydada verdikləri ərizələr məhkəmə tərəfindən o zama n mötəbər sübut kimi qəbul edilərdi ki, həmin şəxslər məhkəmə iclasında şahid kimi bilə-bilə yalan yalan ifadə verməklə bağlı məsuliyyət məsələsi onlara izah edildikdən sonra verəcəkləri ifadələrlə ərizədəki ifadələri təsdiq edərdilər. Lakin vergi orqanının xx.xx.2021-ci il tarixli aktında adları qeyd olunan digər şəxslər X2, Şahid2, Şahid4, Şahid6 gəldikdə isə həmin şəxslər şahid qismində məhkəməyə dəvət olunsalar da iştiraklarını təmin etməmiş, X1 isə adına verilmiş şəxsiyyət vəsiqəsinin seriyası ilə informasiya sistemində aparılan axtarış nəticəsində hər hansı məlumat əldə olunmadığı üçün həmin şəxslərin iştirakı məhkəmənin təşəbbüsü ilə təmin edilə bilməmiş, qeyd olunan sübutetmə vasitəsindən istifadə etməli olan şəxs- iddiaçı isə iddiasının və apellyasiya şikayətinin dəlillərini sübut a yetirmək üçün həmin şəxslərin məhkəmədə iştirakını təmin etməmişdir ki, bununla da öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
14. İddiaçı və cavabdeh hər biri ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsini və müvafiq olaraq iddiaçıya nisbətdə iddianın təmin edilməsini, cavabdehə nisbətdə isə iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, məhkəmədə şahid qismində ifadə verən Şahid5 ifadəsi təhrif olunmuşdur. Belə ki, adıçəkilən şəxs ifadəsində əvvəlcə dönər aldığını qeyd etmiş daha sonra ifadəsini dəyişərək “İ st Food” kafe-restoranında təcrübəçi kassir olaraq işlədiyini daha sonra işə işdən çıxdığını qeyd etmişdir. Məhkəmə ifadə verən Şahid1 ifadəsini onun məhkəmədə ifadə verən zaman "Wolt" şirkətinə məxsus geyim formasında olmasına görə mötəbər saymış və həmin şəxsə münasibətdə tətbiq edilmiş maliyyə sanksiyasını qanunsuz hesab etmişdir. Məhkəmə notariat orqanı tərəfindən təsdiq edilmiş ərizəni mötəbər hesab etməmiş, ancaq "Wolt" şirkətinə məxsus geyim formasında olan şəxsin ifadəsini və vermiş olduğu ərizəni mötəbər hesab etmişdir. Həmçinin şahid qismində dindirilmiş Şahid1 ifadəsindən aydın olur ki, cavabdeh orqanın iddiaçıya tətbiq etdiyi maliyyə sanksiyası qərəzlidir. Belə ki, cavabdeh inzibati orqan “İst Food” Kafe Restoranda ayaq üstündə dayanan kim varsa onu həmin obyektin işçisi gözünd ə görmüş və adlarını qeyd edərək sonda iddiaçıya sanksiya tətbiq etmişdir. Vergi orqanı adıçəkilən yoxlamanı aparan zaman heç bir audio və video görüntü qeydə almamış ümumiyyətlə öz aktlarında qeyd etdiyi şəxslərin niyə məhz həmin vəzifələrdə işləmələri qənaətinə gəldiyini öz qərarında əsaslandıra bilməmişdir. Bu da ona dəlalət edir ki, vergi orqanının apardığı yoxlamanın mötəbərliliyi şübhə altına alınmalıdır. Bundan başqa cavabdeh orqan tərəfindən tərtib edilmiş aktda adları qeyd edilmiş şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələri sübut qismində məhkəməyə təqdim edilsə də, məhkəmə " həmin sübutların mötəbərliyinə şübhə ilə yanaşmışdır. Halbuki inzibati məhkəmə icraatında sübutetmə vəzifəsi iddiaçının yox, cavabdeh inzibati orqanın vəzifəsidir. Lakin iddiaçı işin obyektiv araşdırı lması üçün qeyd edilən sübutu özü məhkəməyə təqdim etmişdir. Məhkəmə isə mötəbərliyinə və əldə edilmə mənbəyinə heç bir şübhə olmayan notarial təsdiq edilmiş ərizələri məzmunun oxşar olması kimi absurd bir arqumentə söykənərək sübut qismində qəbul etməmişdir. Halbuki, ərizə insanın iradə ifadəsinin onun fikirlərinin yazılı olaraq təzahürüdür. Yəni şifahi ifadə edilən fikirlərin və ya sözlərin yazı halına salınmış formasıdır. Həmin yazılı ifadə forması isə fəaliyyəti Azərbaycan Respublikasının Qanunvericilik aktları ilə tənzimlənən və fəaliyyətinə heç bir əsaslı şübhə olmayan notariat orqanı tərəfindən təsdiq edilmişdir. Məhkəmə qeyd edilən ərizənin mötəbərliyini formal və əsassız fikrilərlə şübhə altına almaqla eyni zamanda həmin - ərizələri təsdiq edən notariat orqanı da şübhə altına al mış olur.
16. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, Şahid1 Vergi ödəyicisi olması onun doğrudan da WOLT şirkətində çalışdığını və yoxlama aparılan obyektdə işləmədiyini təsdiqləmir. Digər tərəfdən məhkəmənin öz qərarında da göstərildiyi kimi (səh. 8, 3-cü abzas) Şahid1 WOLT şirkətində işləməsini təsdiqləyən sənədlər onun yanında olmadığı üçün məhkəməyə təqdim edilməmişdir. Bu hal da özlüyündə şübhə doğurur. Belə ki, şahid kimi öncədən məhkəməyə çağırılmış şəxs “İST FOOD” restoranında işləmədiyini və WOLT şirkətində çalışdığını ifadəsində bildirir, amma nədənsə bu halı təsdiqləyən sənədləri evdə qoyub gəlir. Məhkəmə isə ümumiyyətlə bu halı araşdırmağı, həmin sənədlərlə tanış olmağı zəruri hesab etmir. Eyni zamanda, operativ vergi nəzarəti zamanı Şahid1 sözügedən restoranda ofisiant kimi çalışmadığını, Wolt şirkəti tərəfindən sözügedən restorana göndərilmiş olduğunu xx.xx.2021-ci il tarixli imtina aktında qeyd edə bilərdi.
17. Bundan başqa məhkəmə tərəfindən işin tam və hərtərəfli araşdırılması məqsədilə yoxlayıcının da şahid qismində izahatı alınmalı idi. Halbuki, iş üzrə yoxlayıcının iştirakı təmin edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Vergi Məcəlləsi: Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlər in) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, şimliridşələdaS“ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarın ın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bil ər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
22. İş üzrə apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2-1(103)-2749/2021 nömrəli qərarı ilə və həmin qərardan iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri ilə əlaqədar ilk öncə qeyd et mək istəyir ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən, yəni Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6257/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qərarının qismən, iddianın rədd edilən-“vergi orqanının **********6632 nömrəli, 13 aprel 2021-ci il tarixli qərarının 1 (bir) nəfər fiziki şəxsə görə 2000 manat maliyyə sanksiyasının tətbiq olunduğu” hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin olunması, vergi orqanın **********6632 nömrəli, 13 aprel 2021-ci il tarixli qərarı 1 (bir) nəfər fiziki şəxsə görə 2000 manat maliyyə sanksiyasının tətbiq olunduğu hissədə ləğv edilməsi hissəsi ilə razıdır.
24. Lakin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən nəticəyə gələrkən yazdığı hüquqi əsaslandırmanı doğru saymasa da, mahiyyəti üz rə yuxarıda göstərilmiş nəticə düzgün olduğu üçün apellyasiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Belə ki, apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus obyektlə operativ vergi yoxlaması keçirilən zaman obyektdə “kassir” kimi işləyən- Şahid5 ilə əmək müqaviləsi bağlanmadan şəxs işlərin (xidmətlərin) görülməsinə cəlb olunmuş, “qarson” kimi yazılmış Şahid1 isə həmin obyektdə işçi kimi fəaliyyət göstərməmiş, belə ki, həmin şəxsin obyektdə yoxlama aparılan zaman olmasının səbəbi WOLT şirkətində adına açdığı VÖEN-lə işlədiyi üçün müştəri sifarişinin götürülməsi ilə bağlı olmuş, həmin şəxsin adına həqiqətən də vergi yoxlaması keçirilməmişdən, yəni xx.xx.2021-ci il tarixdən əvvəlki- xx.xx.2020-ci il tarixd ə vergi orqanında qeydiyyatdan keçərək VÖEN alması sistemdən çıxarışla təsdiq olunur.
26. Vergi orqanının xx.xx.2021-ci il tarixli aktında adları qeyd olunan digər şəxslər X2, Şahid2, Şahid4, Şahid6 gəldikdə isə həmin şəxslər şahid qismində məhkəməyə dəvət olunsalar da iştiraklarını təmin etməmiş, X1 isə adına verilmiş şəxsiyyət vəsiqəsinin seriyası ilə informasiya sistemində aparılan axtarış nəticəsində hər hansı məlumat əldə olunmadığı üçün məhkəməyə şahid qismində dəvət olunması təmin edilə bilməmişdir.
27. Belə olan halda kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini sübut etmək vəzifəsinin iddiaçının üzərinə düşdüyünü, bunun üçün iddiaçı tərəfindən adları çəkilən şəxslərin məhkəmə prosesində iştirakının təmin edilməsi məqsədilə hər hansı tədbirin görülmədiyini, məhkəmənin öz təşəbbüsü ilə həmin şəxslərin məhkəməyə dəvət olunması istiqamətində isə yalnız iki nəfərin iştirakının təmin olunduğunu nəzərə alaraq hesab edir ki, araşdırmanın digər şəxslərin notariat qaydada verdikləri ərizələr üzrə aparılması yeganə mümkün “sübutetmə vasitəsi”dir.
28. Həmçinin apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, istənilən şəxs notariat qaydada ərizə verərkən sərbəst iradə ifadəsini bildirsə də, bu hal onun yalan ifadə verə biləcəyini də istisna etmir, çünki notariat orqanı yalnız verilmiş ərizədə şəxsin iradə ifadəsinin nədən (bunun düz və ya yalan olduğunu bilmədən) ibarət olduğunu və belə ərizənin onun yanında verildiyini təsdiqləyir. Məhkəmə iclasında şahid qismində ifadə verən şəxsə isə məhkəmə tərəfindən onun bilə-bilə yalan ifadə verəcəyi təqdirdə cinayət məsuliyyəti daşıyacağına dair xəbərdarlıq olunduğu və ona bu barədə iltizama imza etdirildiyi üçün bu şəkildə verilən ifadə notariat qaydada verilmiş ifadədən daha üstün hüquqi qüvvəyə malik olub, mötəbər sübut əhəmiyyətinə malikdir. Bu baxımdan Kollegiya hesab edir ki, X2, Şahid4 və Şahid2 notariat qaydada verdikləri ərizələr məhkəmə tərəfindən o zaman mötəbər sübut kimi qəbul edilərdi ki, həmin şəxslər məhkəmə iclasında şahid kimi bilə-bilə yalan yalan ifadə verməklə bağlı məsuliyyət məsələsi onlara izah edildikdən sonra verəcəkləri ifadələrlə ərizədəki ifadələri təsdiq edərdilər.
29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iş mübahisələndirmə haqqında iddia əsasında başlandığından iddiaçı deyil, sübut etmə vəzifəsi mübahisələndirilən inzibati aktı qəbul etmiş, inzibati orqan tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
30. Digər tərəfdən, VÖEN-ə malik olan şəxsin həmin obyektdə, apellyasiya məhkəməsinin qənaətinə görə, işləyə bilməməsi ümumiyyətlə əsassız bir qənaətdir və hər hansı bir hüquqi norma ilə təsdiq olunmur.
31. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 6 şəxsin notariat qaydasında təsdiq olunmuş izahatlarını mötəbər sübut kimi qəbul edilməməsi prosessual hüquq normalarına ziddir.
32. Belə ki, İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibat i məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
33. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
34. Yəni, şəxslərin notariat qaydasında təsdiq edilmiş izahatları yazılı sübutlar kateqoriyasına aid olmaqla, onları mötəbər sübut kimi qəbul edilməməsi yanlışdır.
35. Bununla yanaşı və bu xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh yoxlama aktından başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir.
36. Belə ki, cavabdeh tərəfindən hər hansı izahatlar alınmamış, heç kim dindirilməmiş, şahidlər çağırılmamış və sahibkarın özünün də izahatı al ınmamış.
37. Yəni, cavabdeh öz işini yoxlama aktını yazmaqla bitmiş hesab etmişdir ki, bu da “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir.
38. Belə ki, həmin qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
39. Həmin Qanunda inzibati icraata həsr olunmuş ayrıca bir 4-cü fəsil mövcuddur ki, cavabdeh tərəfindən həmin fəslin heç bir müddəasına əməl edilməmiş, eyni zamanda İPM-in 14.1-ci maddəsində üzərinə qoyulmuş sübut etmə vəzifəsi yerinə yetirilməmişdir.
40. Bütün yuxarıda göstərilənlərə əsasən mə hkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti iddianın təmin olunmamış hissəsində təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 8 dekabr 2021-ci il tarixli, 2-1(103)-2749/2021 nömrəli qərarı həmin hissədə ləğv edilməli, iddianın həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 21(103)-2749/2021 nömrəli qərarı vergi orqanının **********76632 nömrəli, 13 aprel 2021-ci il tarixli qərarının 6 (altı) nəfər fiziki şəxsə görə 12000 manat maliyyə sanksiyasının tətbiq olunduğu hissədə dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. İddia həmin hissədə də təmin edilsin. Vergi orqanının **********76632 nömrəli, 13 aprel 2021-ci il tarixli qərarı sözügedən hissədə ləğv edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 21(103)-2749/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın.