Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-642/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vətəndaşın müraciətinə cavab verilməməsinin qanunsuz hesab edilməsi; iddianın mümkünlüyü) 26.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətə cavab verilməməsinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2129/2022 nömrəli 5 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 28 iyun 2021-ci il tarixdə cavabdehə müraciət edərək, onun müharibə veteranı, xx.xx.2020-ci il tarixindən işsiz kimi qeydiyyatda olmasını göstərərək “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, müharibə veteranlarına əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağının təmin edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir.
2. Müraciət 30 iyun 2021-ci il tarixdə cavabdehə rəsmi təqdim edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı mə hkəməyə müraciət edərək “vətəndaşın müraciətinə cavab verilməməsi kimi hərəkətsizliyin qanunsuz hesab edilməsi, işsiz kimi qeydiyyatda olduğu vaxtdan “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağın, yəni 3722 manatın təmin edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmışdır. Qarabağ müharibəsi veteranıdır. xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, aylıq əmək haqqının minimum səviyyəsindən a z olmayan dolanacağı təmin edilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh 28 iyun 2021-ci il tarixli şikayət ərizəsini cavablandırmamışdır. Bununla da, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsini və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu pozmuşdur. İddiaçı hesab edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağı təşkil edən 3722,00 manat məbləği ona ödənilməlidir: xx.xx.2020-ci il tarixdən 01 yanvar 2021-ci ilədək hər ay minimum əmək haqqı 190 manatdan cəmi 950 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək hər ay 196 manat, cəmi 2352 manat, xx.xx.2022-ci il tarixdən işsiz olduğu müddət ərzində hər ay 210 manat, cəmi 420 manat. Cavabdehin etirazları:
5. Cavabdeh məhkəməyə iddianın mümkünsüzlüyü barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilibedilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması və s. (Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il 5 saylı Qərar).
6. Subyektiv hüququn olub-olmaması dedikdə iddiaçının tələbinə əsas verən hal, yəni cavabd ehin hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması faktı mövcud olmalı və iddiaçı bu faktı sübut etməlidir. Digər tərəfdən, iddianın mümkün sayılması üçün iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən cavabdeh tərəfindən imtina olunması faktı mövcud olmalıdır. İddianın mümkün sayılması əsasları inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması; inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasıdır. Belə ki, iddiaçının tələb etdiyi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə işsiz olduğu müddətədək hər ay 196 manat məbləğində müavinət ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. xx.xx.2019-cu il tarixdən qüvvəyə minən qanunvericilikdəki sözügedən tənzimləmələrə m üvafiq olaraq müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə AR Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd edilən tarixdən etibarən müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət deyil, təqaüd verilməyə başlanılmışdır.
7. İddiaçı xx.xx.2019-cu il tarixədək “Sosial müavinətlər haqqında” Qanunun tələbinə uyqun olaraq sosial müavinət ödənmişdir. Qeyd olunan müavinət xx.xx.2019-cu il tarixdən etibarən 80 manat məbləğində prezident təqaüdü ilə əvəz olunmuşdur. İPM 35-ci maddəsində nəzərdə tutulmuş normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qanunvericilik normasından göründüyü kimi veteran statusu olan şəxslərə işsiz olduğu müddətədək hər hansı müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2151/2022 nömrəli, 1 mart 2022-ci il tarixli qərardadı ilə iddia tələbi qismən- iddiaçıya işsiz kimi qeydiyyatda olduğu vaxtdan “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağın, yəni 3722 manat təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2151/2022 nömrəli, 1 mart 2022-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının müraciətinə cavab verilməməsi kimi hərəkətsizliyi qanunsuz hesab edilmişdir.
10. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada, müddətdə iddiaçının müraciətinə - şikayətinə baxılmasına (cavab verilməsinə) dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
11. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərard ad çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2129/2022 nömrəli 5 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2129/2022 nömrəli 5 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və inzibati işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Şikayətin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasını iddia ərizəsinə qarşı vermiş etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bi lər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyy ətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.
25. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı məzmunda iddia tələbinə münasibətdə mümkünlük şərtləri ödənilmir.
26. Qeyd edilməlidir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixdən qüvvəyə minən qanunvericilikdəki sözügedən tənzimləmələrə müvafiq olaraq müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə AR Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd edilən tarixdən etibarən müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət deyil, təqaüd verilməyə başlanılmışdır.
27. Bununla yanaşı, iddiaçıya xx.xx.2019-cu il tarixədək “Sosial müavinətlər haqqında” Qanunun tələbinə uyqun olaraq sosial müavinət ödənmişdir. Qeyd olunan müavinət xx.xx.2019-cu il tarixdən etibarən 80 manat məbləğində prezident təqaüdü ilə əvəz olunmuşdur.
28. Məhkəmə kollegiyası nəzərə alır ki, mövcud qanunvericilik normalarında müharibə veteranlarına xüsusi olaraq (veteran statusu ilə bağlı) onların işsiz olduqları müddətdə hər hansı təzminatın ödənilməsi nəzərdə tutulmadığından, cavabdehin iddiaçı qarşısında iddia olunan hazırkı məzmunda öhdəliyi yoxdur.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktya br 2022-ci il tarixli, 2-1(103)-2129/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.