Məhkəmə qərarları › İş №2-1(102)-642/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-642/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-642/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əyani təhsil müddətinin əmək stajına daxil edilməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2373/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus diploma və hərbi biletə əsasən müəyyən edilir ki, o, xx.xx.1980ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan SSRİ Bakı şəhəri 20 nömrəli Texniki məktəbini “Tornaçı” peşəsi üzrə təhsil alaraq tam kurs bitirmiş, xx.xx.1981-xx.xx.1983-cü i l tarixlərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

3. Həmçinin iddiaçıya məxsus İT-İ seriyalı, ******* saylı, xx.xx.1981-ci il tarixli əmək kitabçasında onun xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək 20 saylı Texniki Məktəbdə təhsil aldığı, xx.xx.1981-ci ildə “Xəzərneftqazdonanması” İdarəsinin SİKP-nın XXİ qurultayı adına Gəmi Təmiri zavodunda mexaniki sexə 2 dərəcəli tokar vəzifəsinə təyin edildiyi, xx.xx.1981-ci ildə hərbi xidmətə çağırışla əlaqədar işdən azad edildiyi, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək Sovet Ordusunda xidmət etdiyi qeyd edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra o, xx.xx.1983-cü ildə zavodda gövdə-qaynaq sexində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə gəmi gövdə-təmirçisi ixtisası verilmiş, gövdəqaynaq sexinin birinci d ərəcəli fəhləsinə gəmi gövdə təmirçisi vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə gövdə qaynaq sexində ikinci dərəcəli gəmi gövdə-təmirçisi dərəcəsi, xx.xx.1986-cı ildə gövdə qaynaq sexində üçüncü dərəcə gəmi gövdə təmirçisi ixtisası, xx.xx.1988-ci ildə gövdə qaynaq sexində üçüncü dərəcə gəmi gövdə təmirçisi dərəcəsi, xx.xx.1993-cü ildə qaynaq sexində dördüncü dərəcə gəmi gövdə təmirçisi dərəcəsi, xx.xx.2001-ci ildə qaynaq sexində beşinci dərəcə gəmi gövdə təmirçisi dərəcəsi verilmiş, xx.xx.2003-cü ildə işdən azad edilmiş, xx.xx.2003-cü ildə “X4 LTD” şirkətinin Azərbaycan nümayəndəliyində quraşdırıcı peşəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmiş, xx.xx.2007-ci ildə Cənub rayon X9 İdarəsinə QTE-nin altıncı dərəcəli gəmi gö vdə təmirçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmişdir, xx.xx.2012-ci ildə Abşeron rayon X9 İdarəsində gəmi təmiri emalatxanasına altıncı dərəcəli gəmi gövdə təmirçisi peşəsinə qəbul edilmiş, xx.xx.2014-cü ildə Xəzər X9sının gəmi təmiri emalatxanasına altıncı dərəcəli gəmi gövdə təmirçisi peşəsinə qəbul edilmiş və hal-hazıradək işləyir.

4. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaş görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərdə onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olduğu müəyyən edildiyindən qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərl ə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdeh iddiaçının texniki peşə məktəbində aldığı təhsilin əyani formada olmadığını bildirərək həmin dövrün ümumi staja daxil edilmədiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ilə məhkəməyə müraciət edərək, “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o təhsilini və hərbi xidməti başa vurduqdan sonra müxtəlif müəssisələrdə əmək f əaliyyəti ilə məşğul olmuşdur. Onun işlədiyi müəssisələrdəki fəaliyyəti ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq imkanı verir. Bu hal müvafiq arayışlar, əmək kitabçası ilə də təsdiqlənir. Onun xx.xx.2006-cıil tarixədək həm 25 ildən artıq ümumi, həm də 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur. Lakin cavabdeh formal əsaslar gətirərək onun tələbinin təmin edilməsindən müxtəlif əsaslarla imtina etmişdir.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsas imtina məktubu ilə eyniyyət təşkil edir.

8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İn zibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(112)-1587/2023 saylı qərarı ilə (hakim X5) iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixədək iddiaçının 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan və iddiaçı tələb olunan yaş həddinə çatdığından cavabdehin imtinası əsassız olmuşdur.

12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2373/2023 nömrəli iş üzrə 11 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(112)-1587/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Bundan əlavə kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9. 1 və 9.8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qanuni deyildir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 20 nömrəli Texniki peşə məktəbini bitirməsi onun A 752796 nömrəli diplomu ilə təsdiqlənir. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının həmin Peşə Məktəbini əyani bitirməsi ilə bağlı hər hansı məlumat əldə edilməmiş, bununla bağlı hər hansı araşdırılma aparılmadan əsassız olaraq iddia tələbi təmin edilmişdir. Baxmayaraq ki, bu məlumatın əldə edilməsinin vacibliyi təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin əsası kimi qanunvericilikdə öz əksini tapması ilə bağlıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Q anunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalı şarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokt oranturada və klinik ordinaturada təhsil müddəti;

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

8. Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə ve rilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. 21. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:... 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 22. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

10. Peşə təhsili müəssisəsi... 10.7. Peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qa nunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hədd ində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələr inin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Kişilərin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər birlikdə mövcud olunmalıdır:

1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;

2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı;

3. Ümumi iş stajı minimum 25 il olmalıdır.

32. İş materiallarına görə cavabdeh ümumi iş stajını mübahisələndirir. Qeyd edilir ki, məhkəmələr iddiaçının təhsilinin əyani və ya qiyabi olmasını araşdırmadan onun təhsil illərini əsassız olaraq ümumi iş stajına daxil etmişlər.

33. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək iş materiallarına və qanunvericiliyin müvafiq normalarına istinad etməklə aşağıdakıları qeyd etmə yi zəruri hesab edir.

34. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təhsil aldığı dövrdə onun təhsilinin əyani və qiyabi olduğunun müəyyənləşdirilməsi məqsədi ilə 15 nömrəli Bakı Peşə Liseyinə, Elm və Təhsil Nazirliyinə, Milli Arxiv İdarəsinə sorğular göndərilsə də, iddiaçının peşə təhsili aldığı 20 nömrəli Texniki Peşə Məktəbinin 1980-1981-ci illərə dair arxiv sənədlərinin mövcud olmadığı müəyyən edilmişdir.

35. Bundan əlavə cavabdeh iddiaçının təhsilinin qiyabi olmasını təsdiq edən hər hansı sübutu da təqdim etməmişdir.

36. Məhkəmə kollegiyası bildirir ki, hüququn ümumqəbul edilmiş prinsipinə əsasən ziddiyyətli və ya şübhəli məqamlar həmişə daha zəif tərəfin xeyrinə həll edilməlidir. Məsələn, cinayət işlərində şübhəli və ziddiyyətli məqam lar aradan qaldırıla bilmədikdə onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

37. Hazırki halda iddiaçının vəziyyətinin pisləşməsinə səbəb olan təhsilinin növü ilə bağlı (iddiaçının qiyabi təhsil alması) heç bir mötəbər sübut cavabdeh tərəfindən təqdim edilmədiyindən, həmçinin təhsil müəssisəsinin arxiv sənədlərinin mövcud olmaması iddiaçının məsuliyyət sferasına aid olmadığından iddiaçının təhsil aldığı dövrlər ümumi iş stajına daxil edilməlidir.

38. Bundan əlavə, SSRİ-də peşə təhsilinin qiyabi olması ilə bağlı məlum təcrübə də mövcud deyildir. Eyni zamanda 24 aprel 2018-ci ildə “Peşə təhsili haqqında” Qanun qəbul edilmişdir. Həmin Qanunun 10.7-ci maddəsində peşə təhsili müəssisələrində təhsilalmanın əyani formada həyata keçirildiyi təsbit edilmişdir.

39. Göründüyü kimi, hazırki qa nunvericilik də peşə təhsilinin əyani formada aparılmasını nəzərdə tutmuşdur. Bu həmin təhsilin formatına uyğundur.

40. Bəhs olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

41. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2373/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar