Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-643/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən əmək pensiyasının yenidən hesablanması.) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı “Əmək pensiyalar ı haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci, habelə 71-ci maddəsinin 2-ci abzaslarına əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas götürməklə ona 57 yaşından, yəni xx.xx.2015-ci il tarixdən pensiyanın yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2551/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1958-ci ildə Astar a rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci, habelə 71-ci maddəsinin 2-ci abzaslarına əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas götürməklə ona 57 yaşından, yəni xx.xx.2015-ci il tarixdən pensiyanın yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdeh DSMFnin Suraxanı rayon şöbəsinə həvalə edilməsi barəd ə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus əmək kitabçası əsasında xx.xx.1980 - xx.xx.1982-ci illər ərzində Bakı təcrübə-eksperiment zavodunda elektrik qaynaqçısı, xx.xx.1982-ci ildən hal-hazıradək isə Orconikidzeneft, Əzizbəyovnelt və Suraxanıneft NQÇİ-lərdə fasiləsiz olaraq 36 ildir ki, quyuların yeraltı təmiri üzrə operator və quyuların əsaslı təmiri üzrə qazmaçı peşələrində əmək fəaliyyəti ilə məşğuldur. 19771979-cu illərdə hərbi xidmət dövrü də daxil olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını xx.xx.2006-cı il tarixədək toplamışdır. Onun işlədiyi vəzi fələr "əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş əlavənin Xİİ bəndinin 2-ci hissəsinin “a” yarımbəndlərində quyuların əsaslı təmiri üzrə qazmalar 2130200a-11292, quyuların yeraltı təmiri üzrə operatorlar 2130200a-15870 kodları ilə öz əkslərini tapmışdır. DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən pensiyası hesablanarkən “Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2006-cı ildən qüvvəyə minmiş və xx.xx.2017-ci ildə qanunvericilikdə edilmiş dəyişikliklərdən sonra da qüvvədə qalmış 9.8-ci maddəsinə əsasən he sablanmalı olduğu halda, həmin maddənin “güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını toplamış şəxslərə pensiya əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir" tələbi pozulmuşdur. Bu səbəbdən bütün sənədlərini əlavə etməklə DSMF-nin Suraxanı rayon şöbəsinə müraciət etmiş, cavabdehin xx.xx.2018-ci il tarixli xx/xx-5766 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçının “Suraxanıneft” NQÇİ-də işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi ağır və zərərli peşələr kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin X İİ qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa) bölməsində 2130200a-15868 şifrəsi üzrə qeyd olunduğundan “Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinin 9.1 -ci bəndinə əsasən 57 yaşından hüququnun yarandığı xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş pensiya mövcud qanunvericilikdə nəzərdə tutulan qaydalara (xx.xx.2017-ci ilədək) Qanunun 27-ci və 37.3.1-ci maddələrinə əsasən hesablanmışdır. "Əmək pensiyaları haqqında” qanunda pensiyaların hesablanmasına dair başqa qayda nəzərdə tutulmamışdır. İddaçı hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan “Əmək pensiyaları haqqına” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş yaş həddinə ç atmaqla tələb olunan sosial sığorta stajını toplamış, əmək kitabçası və hərbi biletinə əsasən xx.xx.2006-cı il tarixədək kişilər üçün tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını artıqlaması ilə qazandığına görə, cavabdehin imtinası əsassızdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-630/2019 nömrəli (sədrlik edən hakim Xalıq İmanov) qərarı ilə iddianın təmin edilməsi, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci, habelə 71-ci maddəsinin 2-ci abzaslarına əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas götürməklə İddiaçı 57 yaşından, yəni xx.xx.2015-ci il tarixdən pensiyanın yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsi ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2551/2019 nömrəli (hakimlər Afaq Nuriyeva - sədr lik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsininxx xxxxx 2019-cu il tarixli 2-1(82)- 630/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosessual hüquq normalarının pozuntusu və düzgün tətbiq edilməsi konteksindən məsələyə yanaşılanda aydın olur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-1.2, 4.1, 12.1-12.4, 13, 68.1-68.2, 82, 87.6 və 87.8-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 385.1, 385.1.4, 386, 388, 389, 390-cı maddələrinin pozuntusuna yol verilmişdir. Maddi hüquq normalarının pozuntusu və düzgün tətbiq edilməsi konteksindən məsələyə yanaşılanda görünür ki, apelyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 17-ci maddəsinin 5-ci bəndini, Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 71-ci maddələrini və 149-cu maddəsinin Vİİ hissəsini tətbiq etməklə iddianı təmin etməli olduğu halda etməmiş, hüquq normasının pozuntusuna yol vermiş, hüquq normasını səhv təfsir etmişdir. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin gö stərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2551/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əs aslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,prosessual hüquq normalarının pozuntusu və düzgün tətbiq edilməsi konteksindən məsələyə yanaşılanda aydın olur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-1.2, 4.1, 12.1-12.4, 13, 68.1-68.2, 82, 87.6 və 87.8-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 385.1, 385.1.4, 386, 388, 389, 390-cı maddələrinin pozuntusuna yol verilmişdir. Maddi hüquq normalarının pozuntusu və düzgün tətbiq edilməsi konteksindən məsələyə yanaşılanda görünür ki, apelyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 17-ci maddəsinin 5-ci bəndini, Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 71-ci maddələrini və 149-cu maddəsinin Vİİ hissəsini tətbiq etməklə iddianı təmin etməli olduğu halda etməmiş, hüquq normasının pozuntusuna yol vermiş, hüquq normasını səhv təfsir emişdir. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işi n hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surət də təyin edilir. Həmin normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1 993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan siyahıda göstərilən işçilərin xidmət illərinə görə pensiya hüququ verən vəzifələrdə çalışması müvafiq müəssisə, idarə və təşkilat tərəfindən verilən arayışlar üzrə təsdiq olunur. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13cü maddəsinə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi xx xxxxxxxx 1997-ci ildən başlayaraq xx xxxxxxxx 2000-ci ilədək hər il 6 ay artırılır. Azərbay can Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (istinadlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxx 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa qədər olan redaksiyasına aiddir) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta-olunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığota stajına malik olduqda və bu müddətin azı 10 ilini həmi n işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı ildən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında" Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmaya raq ödənilir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyaları sahəsində yaranan hüquq münasibətləri də həmin Qanunun tələblərinə uyğun tənzimlənir. Yeni qanun qəbul edilərkən əvvəlki qanunvericilikdə yalnız bir halı “yaşa və staja görə əmək pensiyası” hüququnun bu qanun qüvvəyə minən günədək qazanmış şəxslər barədə özünün 9.8-ci maddəsində qüvvədə saxlamışdır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin 9.1-ci bəndinə əsasən 57 yaşından hüququ yarandığı xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyin olunduğu zaman xx.xx.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Q anunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə, əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqinda” Qanununun xx.xx.2017-ci ilə qədər qüvvədə olan 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış olduqları pensiya kapitalına çevrilməklə onların fərdi hesabında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanu nun xx.xx.2017-ci qədər qüvvədə olan 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununa 904 lll-QD nömrəli, xx.xx.2009-cu il tarixli Qanunu ilə 27-ci maddəyə edilmiş dəyişiklikliyə görə bu Qanunu n qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2006-cı ilədək əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən pensiyanın hesablanması “yaşa və staja görə” 904 lll-QD nömrəli xx.xx.2009-cu il tarixli Qanunu ilə 27-ci maddəyə edilmiş dəyişiklikliyə görə xx.xx.2010-cu il tarixdən pensiyanın “sosial sığorta stajından və əmək haqqından” hesablanması nəzərdə tutulmuşdur ki, iddiaçının pensiya hüququ məhz həmin qanunvericiliyinin qüvvədə olduğu dövrdə yaranmışdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2551/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-643/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-643/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver