Məhkəmə qərarları › İş №2-1(102)-643/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-643/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-643/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (diplomun dövlət nümunəli hesab olunması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun dövlət nümunəli sənəd hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2-1(103)-2646/2022 saylı qərarından iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1992-ci ildə Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X5 daxil olmuş, ibtidai sinif müəllimi ixtisası üzrə həmin Kolleci bitirmişdir. xx.xx.1994-cü il tarixli diploma əsasən ona ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi – defektoloq ixtisası verilmişdir.

2. İddiaçı 1997-ci ildə Gəncə Məişət Xidməti Kollecinə daxil olmuş və xx.xx.2000-ci il tarixdə ibtidai təhsil ixtisası üzrə həmin Kollecin tam kursunu bitirmişdir. xx.xx.2000-ci il tarixli diploma əsasən ona ibtidai sinif müəllimi ixtisası verilmişdir.

3. İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Qəbələ rayonu, Böyük Əmili kənd orta məktəbində sinif müəlliməsi, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Qəbələ rayonu, Böyük Əmili kəndində “Nemət” Kəndli (fermer) təsərrüfatında kassir-xəzinədar, xx.xx.2009-cu ildən hal-hazıradək Qəbələ rayonu, Böyük Əmili kənd orta məktəbində sinif müəllimi vəzifəsində işləyir.

4. İddiaçı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmamışdır. Bununla bağlı cavabdehə ünvanladığı müraciətlərə sonuncu tərəfindən xx.xx.2017-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə verilmiş cavablarda bildirilmişdir ki, iddiaçının diplomu dövlət nümunəli sənəd deyildir. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız dövlət nümunəli təhsil sənədi olan şəxslərin iştirak etməsinə icazə verilir. Sertifikatlaşdırma-dövlət ümumi təhsil müəssisələrində pedaqoj i və idarəetmə fəaliyyəti ilə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq sertifikatlaşdırmadan keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 12 oktyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X13 tərəfindən 1994-cü il tarixdə və Gəncə Məişət Xidməti Kolleci tərəfindən 2000-ci il tarixdə verilmiş diplomların nümunəvi sənəd hesab edilmə si barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1994-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X6 bitirmiş və bu barədə ona diplom verilmişdir. Həmin diplom əsasında xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixinə kimi Qəbələ rayonunun Böyük Əmili kənd orta məktəbində ixtisası üzrə ibtidai sinif müəllimi işləmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Gəncə şəhəri Məişət Xidməti Kollecini bitirmiş və bu barədə ona diplom verilmişdir. Həmin diplom əsasında da xx.xx.2009-cu il tarixdən hal-hazıradək Qəbələ rayonunun Böyük Əmili kənd tam orta məktəbində ixtisası üzrə ibtidai sinif müəllimi işləyir. Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnosti k qiymətləndirilməsinə əsassız olaraq buraxılmamışdır.

7. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, “Təhsil haqqında” 07 oktyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci və 8-ci maddələrinin tələblərindən göründüyü kimi, məzunlara verilmiş diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, təhsil müəssisəsi bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən Kollecə dövlət nümunəli sənəd (diplom blankları) təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən görünür ki, təhsil müəssisəsi məzunlara diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-cı maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Bu Qanunun 13-cü maddəsində qeyd edilmişdir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında əsasnamə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onların fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisənin təsisçiləri təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 60 nömrəli qərarı ilə təsdiq edilmiş “X19 Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komissiyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazanı yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyi tərəfindən müvafiq tədris müəssisələri üzrə müsbət qərar qəbul olunduqda, bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrində daxil edilir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, Kollec dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Məlumat üçün bildirilir ki, təhsil müəssisələri həm də hüquqi şəxs kimi ədliy yə orqanlarında dövlət qeydiyyatına alınmalı idi. Digər tərəfdən, 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyində) reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” xx.xx.1993-cü il tarixli, 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Kollec fəaliyyəti üçün zəruri olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsindən ibarətdir. Qanunun bu normasından göründüyü kimi, yuxarıda qeyd edilən təhsil müəssisələri dövlət qeydiyyatına alınmadıqlarından onların hüquqi statusu olmamış və habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik olmamışlar. Ona görə də həmin dövrdə qüv vədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsi tərəfindən verilmiş hər hansı təhsil sahəsi üzrə diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Belə ki, iddiaçının təqdim etdiyi diplom blankından görünür ki, diplom ona X13 tərəfindən verilmişdir. Təhsil qanunvericiliyində təhsil müəssisəsinin filialının təhsil müəssisələrini bitirən məzunlara diplom vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Qanunvericiliyə əsasən məzunlara diplomların verilməsi təhsil müəssisənin özünə məxsusdur. Azərbaycan Respublikası Təhsil Nazirliyində bu Kollecin fəaliyyəti barədə hər hansı bir məlumat mövcud deyildir. Ona görə də hesab edirlər ki, qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsinin verdiyi təhsil sənədinin dövlət nümunəli hesab edilməsi yuxarıda qeyd edilən normativ hüquqi aktlarla ziddiyyət təşkil edir. Təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Digər tərəfdən qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsinin verdiyi diplom blankı qanuni və dövlət nümunəli təhsil sənədi hesab edilə bilməz.

8. Bakı İnzibati Məhkəməsinin 9 iyun 2021-ci il tarixli, 2-1(112)-2101/2021 nömrəli qərarı ilə (hakim – Ş.Həsənova) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil aldığı Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X1vericiliklə nəzərdə tutulmuş qaydada qeydiyyata alınaraq fəaliyyət göstərməsi, həmçinin iddiaçının Gəncə şəhəri X10 Xidməti Kollecinə qanuni əsaslarla daxil olması və bitirməsi barədə hər ha nsı sənədin mövcud olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İddiaçının orta ixtisas müəssisəsi kimi təhsil aldığı Azərbaycan PsixolojiPedaqoji (Defektoloji) X11 yuxarıda qeyd olunan tələblərə uyğun şəkildə qeydiyyata alınması, iddiaçının Gəncə şəhəri X10 Xidməti Kollecində isə təhsil alması barədə müvafiq sənədlərin olması müəyyən edilmədiyindən, iddiaçıya verilmiş diplom blanklarının dövlət nümunəli təhsil sənədi hesab edilməməsi barədə cavabdehin gəldiyi nəticə əsaslı olmuşdur.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X2-məruzəçi, X18 oğlu və X9) 24 noyabr 2021-ci il tarixli, 2 -1(103)-2471/2021 saylı qərarı ilə birinci instansiya məhkəməsinin 9 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını və yaxud işin təkrar baxılması üçün apellyasiya instanisyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-515/2022 nömrəli qərarı ilə (hakimlər: N.Rəsulbəyova-sədrlik edən və məruzəçi, İ.Hüseynov və K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2471/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddiaçının diaqnostik imtahana buraxılmaması ilə bağlı cavabdehin imtina dəlillərinə qiymət verərkən, məhkəmələr işin hallarını ətraflı araşdırmalı, iddiaçının Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisəsində (məktəbdə) uzun illərdir diplom üzrə aldığı ixtisasa uyğun işləməsini, həmin müddət ərzində ona hər hansı etiraz edilməməsini və ya irad bildirilməməsini, iddiaçının uzunmüddətli əmək müqaviləsi münasibətlərində olmasını, bunlardan irəli gələn iddiaçının qanuni (legitim) gözləntisinin (yəni, müəllimlik fəaliyyətinin qanuni olması, təhsil haqqında olan sənədlərin ona verdiyi hüquqlardan istifadə etməsi ilə bağlı gözləntisinin) yaranmasını, başqa sözlə, inzibati orqanın hərəkətlərinə olan etimad hüququnu (“İnzibati icraat haqqında” Qanunun 2.0.8-ci və 13-cü maddələri) və təhsil haqqında sənədlərin mötəbər olmasına dair onda yaranmış inamı nəzərə almalı, o cümlədən, iddiaçının Gəncə şəhəri X10 Xidməti Kolleci tərəfindən verilmiş diplomun təqdim edilməməsi ilə bağlı cavabdehin dəlillərini hərtərəfli araşdırmalıdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X7-məruzəçi, X8 və X4) 15 noyabr 2022-ci il tarixli, 2-1(103)-2646/2022 saylı qərarı ilə birinci instansiya məhkəməsinin 9 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instanisiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Təhsil haqqında ” Qanun (7 oktyabr 1992-ci il tarixli,324 nömrəli) Maddə

8. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhs il sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Maddə

13. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir. Maddə

18. Orta ixtisas məktəbləri (texnikumlar, kolle clər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə liseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər. Orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır.

22. İnzi bati Prosessual Məcəllə Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araş dıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mö vqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-515/2022 saylı qərarında nəzərdə tutulmuş göstərişlərə uyğun olaraq “diplomun nümunəvi sənəd hesab edilməsi” ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak etmək və müəllim peşəsi üzrə fəaliyyətini davam etdirmək üçün məzun olduğu təhsil müəssisələri tərəfindən verildiyini iddia etdiyi diplomların dövlət nümunəli sənəd hesab edilməsinə, bunun üzərindən həmin diplomların həqiqiliyinin dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

32. Bununla bağlı nəzərə almaq lazımdır ki, şəxsin təhsilinə dair müvafiq diplomun dövlət nümunəli (iddiaçının tələbi üzrə nümunəvi sənəd) hesab edilməsi üçün həmin sənədin blankı qanunvericiliklə müəyyən olunmuş qaydada və səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq olunmalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məzunların sayına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş tələblər çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələrinə təhvil verilməlidir. Təhsil sənədi, o cümlədən diplom təhsil müəssisəsi tərəfindən yalnız bu prosedurlardan sonra həmin müəssisəni uğurla bitirmiş məzunlara verilə bilər. Bu qayda həm dövlət, həm də özəl təhsil müəssisələrinə şamil olunur və imperativ xarakter daşıyır.

33. Belə ki, bu qərarın 21-ci bəndində istinad olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş normalara görə, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikasında dövlət və qeyridövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisə si tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir.

34. Hazırkı mübahisəyə münasibətdə bu qərarın 21-ci və 33-cü bəndində istinad olunan normalarda təsbit olunmuş tələblərə və qaydalara iddiaçının məzun olduğu təhsil müəssisəsi tərəfindən əməl olunduğu işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Bununla bağlı iş üzrə materiallara əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının təhsil aldığı müəssisəyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində təsbit olunmuş qaydada lisenziya (icazə) verilməsinə dair “Lisenziyaların və icazələrin vahid Reyestri”ndə hər ha nsı məlumat qeydə alınmamış, Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərən orta ixtisas təhsili müəssislərinin siyahısında həmin müəssisə nəzərdə tutulmamış, həmçinin cavabdeh tərəfindən həmin təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq diplom blankı verilməmişdir.

35. Beləliklə, yuxarıda istinad olunan maddi hüquq normaları baxımından və qeyd edilən səbəblərdən ona aid diplomların dövlət nümunəli sənəd (iddiaçının tələbi üzrə nümunəvi sənəd) hesab olunmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının təhsil müəssisəsində uzun illər diplom üzrə ixtisasa uyğun peşədə işləməsi onun adına olan diplomların nümunəvi sənəd hesab edilməsinə səbəb ola bilməz.

36. Nəticə etibarı ilə, apelyasiya instansiyası məhkəməsinin iş üzr ə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, iddiaçının kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 21(103)-2646/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar