Məhkəmə qərarları › İş №2-1(102)-643/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-643/2024

08.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-643/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizəyə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2-1(105)-687/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 15 yanvar 1978-ci ildən 30 noyabr 1988-ci ilədək Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X4 Mədəndə fəhlə kimi mədən çıxarma sahəsində işlədiyini nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədən çıxarma sahəsi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2-1(85)1340/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 15 yanvar 1978-ci ildən 30 noyabr 1988-ci ilədək Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak MisMolibiden kombinatında X4 Mədəndə fəhlə kimi mədən çıxarma sahəsində işlədiyini nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədən çıxarma sahəsi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal-hazırki tarixədək aranmış fərq in birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2018ci il tarixli, 2-1(105)-317/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2-1(85)1340/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh həmin qərardan kassasiya şikayəti verməmişdir.

5. Qərar qanuni qüvvəyə mindikdən sonra 21 avqust 2018-ci il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə göndərilmişdir. Şöbə 07 iyun 2019-cu il tarixli məktubunda bildirmişdir ki, məhkəmənin qərarı tərəflərindən icra olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİ LMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat 6. 16 mart 2023-cü il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2-1(85)-1340/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3913/2017 nömrəli qətnaməsinə əsasən (hakim: İlyas Mahmudov) i ddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci ilədək Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X4 Mədəndə fəhlə, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Qubadlı rayonu C.İldırım adına kolxozunda kolxozçu işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun sədrliyi ilə baxılmış “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə İddiaçı Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak MisMolibiden kombinatında işlədiyi dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edildiyindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən onun xx.xx.2006-cı il tarixinədək 15 il ümumi iş stajı və bu stajın 9 ilini Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahı ilə müəyyən edilmiş peşə vəzifələrə uyğunlaşdırılaraq, xx.xx.2006-cı il tarixindən əvvəl qüvvədə olmuş və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17 və 72- ci maddələrinin tələblərinə uyğun olaraq 2004-2005-ci illər üzrə 846,00 manat (Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq) orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmışdır.

8. Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəy yən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması səbəbi ilə onun barəsində Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüşdür. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınmışdır. Həmin hakimin sədrliyi ilə baxılmış “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə çıxarılmış qətnamənin hə qiqiliyinə şübhələr yarandığından, tərəflərindən həmin qətnamənin əldə olunması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə sorğu verilmiş və sorğuya cavab olaraq məhkəmə tərəfindən Mərkəzi Filiala xx.xx.2022-ci il tarixində daxil olmuş 2(060)-3913/2017 nömrəli xx.xx.2017-ci il tarixli məhkəmə qərardadının surəti ilə Sumqayıt Şəhər Məhkəməsinin şəxsə dair 2(060)-3913/2017 nömrəli xx.xx.2017-ci il tarixli “hüquqi faktın müəyyən edilməsi” haqqında qətnaməsi arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 22(060)-3913/2017 nömrəli xx.xx.2017ci il tarixli məhkəmə qərardadı iddiaçı X1 cavabdeh X2 qarşı pul tələbi ilə bağlı olmuşdur. Göründüyü kimi iddiaçıya pensiya təyin olunmasına əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3913/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətn aməsinin həqiqiliyi öz təsdiqini tapmamışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-1340/2018 nömrəli, 5 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim V.Əzizova) ərizə rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu hal hazırkı işdə mövcud deyil.

11. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-687/2023 n ömrəli, 20 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər H.Babayeva /sədrlik edən və məruzəçi/, Z.Məmmədov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayəti ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzi bati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayət in təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. İPM-in 103.2-ci maddəsinin tələbinə görə, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.

22. İPM-in 103.3-cü maddəsinin tələbi baxımından, bu Məcəllənin 103.1-ci və 103.2ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.

23. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2-1(85)1340/2018 nömrəli qərarı 29 may 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir və həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçmişdir. Mübahisə edilən qərarda hər hansı ittiham hökmünə istinad olunmamışdır.

24. İPM-in 103.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpasına yol verilmədiyindən, hazırkı ərizə üzrə icraat mümkün sayıla bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 2-1(105)-687/2023 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia mümkün sayılmasın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar