Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-644/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə FondununHərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-644/19) Bakı şəhəri 30 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Munir Həsənovun və vəkili Taleh İbrahimovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 01 noyabr 2018-ci il tarixli 2-1(103)-2257/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı Əli Hacıyev 01 fevral 1974-cü il tarixdən 04 iyul 2005-ci il tarixədək sonradan ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həqiqi hərbi qulluqçusu olmuş, 40 il iş stajına malik olduğundan ona təminatı xərcliyinin 100 faizi məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. 01 yanvar 2015-ci il tarixdə həyat yoldaşı vəfat etmiş, iddiaçıya isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinə əsasən ərinin təminat xərcliyinin 35 faizi həcmində ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Halbuki, həmin maddənin tətbiq edilməsi ilə ailə başçısını itirməyə görə əmək pensiyası, vəfat etmiş hərbi qulluqçunun müharibə əlili və ya hərbi qulluqçular sırasından digər əlil kateqoriyasına aid olduğu, yaxud aid edilməli olduğu hallarda təyin edilə bilər. Bu səbəbdən, iddiaçının həmin maddənin tələbləri üzrə ailə başçısını itirməyə görə əmək pensiyaçısı olmaq hüququ yaranmamışdır. İddiaçı hesab etmişdir ki, o, 62 yaşına çatmış əmək qabiliyyəti olmayan qadın olduğundan ona qanunun 18.4-cü maddəsində göstərildiyi formada əmək pensiyasının baza və siğorta hissəsinin cəminə bərabər məbləğdə ailə başçısını itirməyə görə pensiya təyin edilməlidir. Əmək pensiyasının siğorta hissəsinin hesablanması ilə bağlı qanunvericilikdə 3 fərqli mexanizm mövcud olduğundan, iddiaçı mərhum həyat yoldaşının əmək pensiyasının siğorta hissəsinin onun vəziyyətini yaxşılaşdıran “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş düstur əsasında hesablanmalı olduğunu qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, qanunun sözügedən maddəsi həmin qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxsləri onların əmək pensiyasının sığorta hissəsinin hesablanmasının həmin düstur əsasında aparılmasından istisna etməmişdir. İddiaçı ca vabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı cavabdehin 21 aprel 2017-ci il tarixli, 03/89/02-185 saylı inzibati akt hesab olunan məktubunda göstərilənlərin qanuna zidd hesab edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxs barədə pensiyanın sığorta hissəsinin hesablanma mexanizmi kimi müəyyən edilən 26.1-ci maddəsinin onun barəsində tətbiq edilməsi, yəni həmin maddəyə uyğun olaraq ərinin əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğin əmək pensiyasının siğorta hissəsi kimi müəyyənlə şdirilməsi, sonra isə Qanunun 18.4-cü maddəsinin yaşa görə hərbi qulluqçular sırasından pensiyaya çıxmış və vəfat etmiş şəxs olan ərinin pensiyasının baza və sığorta hissələrinin cəminə bərabər məbləğdə onun ailə üzvü kimi ona ailə başçısını itirməyə görə pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 10 iyul 2017-ci il tarixli iş № 2-1(81)-3331/2017, (sədrlik edən hakim M.Bayramov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10 iyul 2017-ci il tarixli qərarının ləğv edilm əsibarədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 16 noyabr 2017-ci il tarixli iş № 2-1(103)-2257/2017 (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və S.Hüseynov) qərarı ilə cavabdehin kasasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 10 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəməni n İnzibati-İqtisadi Kollegiyasının04 iyul 2018-ci il tarixli iş № 2-1(102)-345/2018 (hakimlər S.Hüseynova - sədrlik edən və məruzəçi, İ.Dadaşov və K.Bədəlov) qərarı ilə iddiaçının kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli iş № 2-1(103)-2257/2018 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərarı ilə cavabdehin kasasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 10 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini on unla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2-1(103)-2257/2018 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, kasasiya məhkəməsinin göstərişi icra edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi bərədə məlumatların təqdim olunması Qaydaları”nın tələblərinə əsasən hərbi qulluqçular sırasından olan əmək pensiyaçısının pensiyasının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar bərədə məlumatın bu artımın baş verdiyi orqan tərəfindən tərtib olunaraq, qısa müddətdə DSMF-yə təqdim olunması tələb olunur, iş üzrə isə belə bir məlumat vərəqi DTX tərəfindən cav abdehə təqdim olunmamışdır. Digər tərəfdən isə, Qanunun 17.2-ci maddəsinə əsasən hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edildiyindən mülki vətəndaşlardan fərqli olaraq hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə heç bir sığorta stajı tələb olunmur və bununla da sığorta və baza hissə yaranmır. Çünki hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onun qulluq etdiyi orqanın təqdim etdiyi təminat xərcliyindən asılıdır. Bu baxımdan iddia tələbi əsassızdır. Həmin məhkəmənin qərarı qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə il ə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən də kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Digər tərəfdən isə, Nazirlər Kabinetinin qərarına görə hərbi qulluqçular sırasından olan əmək pensiyaçısının pensiyasının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumat vərəqinin bu artımın baş verdiyi orqan tərəfindən tərtib olunaraq, qısa müddətdə DSMF-yə təqdim olunması tələb olunması, iş üzrə isə belə bir məlumat vərəqi DTX tərəfindən cavabdehə təqdim olunmamasına görə pensiyanın yenidən h esablanmasının mümkünsüzlüyü qeyd edilir. Halbuki formalaşdırılmış effektiv məhkəmə təcrübəsinə görə pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsi DSMF-yə aiddir. Bununla belə, mübahisənin əsas özəyi kimi apelyasiya instansiyası məhkəməsi hesab edir ki, Qanunun 17.2-ci maddəsinə əsəsən hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edildiyindən mülki vətəndaşlardan fərqli olaraq hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə heç bir sığorta stajı tələb olunmur və bununla da sığorta və baza hissə yaranmır. Onların pensiyası qulluq etdiyi orqanın təminat xərcliyindən asılıdır. Bununla əlaqədar kasasiya instansiyası məhkəməsinin də qərarında qeyd edildiyi kimi yenidən qeyd edi lməsi diqqətəlayiqdir ki, Qanunun 20-ci maddəsinin adından da göründüyü kimi, həmin müddəa xüsusi rütbəli şəxslərin və hərbi qulluqçuların, habelə dövlət qulluqçuları və siyasi vəzifəli şəxslərin (deputat, həkim və sair) pensiya təminatını deyil, pensiyasına əlavəni tənzim edir. Bütün yuxarıda göstərilənlərə əsasən İddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində q anuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili T.İbrahimov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Həsənov da vəkili T.İbrahimovunçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixl i qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının d üzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 01 noyabr 2018-ci il tarixli, 21(103)-2257/2018 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2-1(82)3331/2017 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 14.3, 52, 58.7, 68.1, 68.2, 82, 87.6-cı maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3, 12.1, 17.1, 17.2-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin 10 iyul 2017-ci il tarixli qərarı hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və həmin qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı kasasiya şikayətində göstərilmiş dəlilləri əsassızdır, belə ki, iddiaçının kasasi ya şikayətinin dəlillərinin əksər hissəsini apelyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 04 iyul 2018-ci il tarixli, 2-1(102)-345/18 saylı qərarında qeyd edilmiş göstərişlərin iddiaçının qənaətinə görə icra edilməməsindən ibarətdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarında “Əmək pensiyaları haqqında” Qanunun 17, 18, 20-ci maddələrinə istinad etməklə göstərmişdir ki, hərbi qulluqçulara münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin pensiyasına əlavələri yalnız həmin qanunun 17.2-ci maddəsində müəyyən edilmiş şərtlərə cavab verən şəxslər ala bilərlər. Daha sonra Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası nın həmin qərarında göstərilmişdir ki, sözügedən maddələrə (adıçəkilən qanunun 17, 18, 20-ci maddələri) görə hər bir halda təyin edilən əmək pensiyasının məbləği müəyyən edilməlidir, hərbi qulluqçulara münasibətdə isə yalnız hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz, ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin hesablanması üçün onun baza və sığorta hissələri müəyyən edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddiaçıya pensiya təyin edilən zaman (01 yanvar 2015-ci il tarixdə) “Əmək pensiyaları haqqında” AR Qanunun 14-cü maddəsi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin siyahısını açıqlamış, h əmin Qanunun 17-ci maddəsi isə ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtlərini əks etdirmişdir. Qanunun 17.1-ci maddəsinin tələblərinə görə ailə başçısının müvafıq sığorta stajının olması şərt kimi müəyyən edilmiş, 17.2-ci maddəsi isə hərbi qulluqçulara münasibətdə aşağıdakı şərtləri nəzərdə tutmuşdur: hərbi qulluqçuların (...) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan ən geci 3 ay keçənədək, yaxud bu müddətdən sonra, amma xidmət etdiyi dövrdə aldığı xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə, ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Sonuncu maddənin tələbləri 2 şərti nəzərdə tutmuşdur:
1. Əgər hərbi qulluqçu olan ailə başçısı xidmət etdiyi dövrdə aldığı xəsarət, xəstəlik nəticəsində xidmət etdiyi dövrdə və ya buraxıldıqdan ən geci 3 ay sonra vəfat etmişdirsə, onun ailə üzvünə hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq pensiya təyin edilir;
2. Əgər hərbi qulluqçu olan ailə başçısı xidmət etdiyi dövrdə aldığı xəsarət, xəstəlik nəticəsində pensiyaçı olmuşdursa və həmin dövrdə vəfat etmişdirsə, onun ailə üzvünə hərbi qulluqçunun xidmə t müddətindən asılı olmayaraq pensiya təyin edilir. Aparılmış təhlilin nəticəsinə görə Qanunun 17.2-ci maddəsinin şərti hərbi qulluqçuların xidmət etdiyi dövrdə aldığı xəsarət, xəstəlik nəticəsində vəfat etməsini və yaxud bu əsasla, yəni əlilliyə görə pensiyaçı olmasını müəyyən etmişdir və Qanunun 17.1ci maddəsində müəyyən edilmiş zəruri olan sığorta stajının olmasını istisna etmişdir. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği Qanunun 18-ci maddəsi ilə tənzimlənmiş və 18.4-cü maddəyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği bu Qanunun 18.1-18.3-cü maddələrinə uyğun olaraq hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin və ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğlərinin cəminə bərabərdir. Müddəadan göründüyü kimi, ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin hesablanması üçün onun baza və sığorta hissələri müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmə hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Ali məhkəmənin sözügedən hüquqi mövqeyini nəzərə almışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə görə xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; 3.3-cü maddəsinə görə bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377 -İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-c i il tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın: 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; 2-ci bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır; 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; 4-cü bəndinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalar ının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Beləliklə, Qaydalar hərbi qulluqçu (xüsusi rütbəli şəxs) sırasından olan əmək pensiyaçısının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatın (məlumat vərəqi) bu artımın baş verdiyi orqan tərəfindən tərtib olunaraq, qısa müddətdə DSMF-yə (cavabdehə) təqdim olunmasını birmənalı qaydada tələb edir. Lakin hazırkı iş üzrə isə belə bir məlumat vərəqi, yən i pensiyanın yenidən hesablanmasının faktiki əsası DTX tərəfindən cavabdehə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb olunan sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, mülki vətəndaşa təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyası bu Qanunun 12.1-ci maddəsində qeyd edildiyi kimi tələb olunan sığorta stajı olduqda təyin edilir ki, bu da özlüyündə sığorta və baza hissəsini yaradır. Lakin hərbi qulluqçuların ailə üzvlərinin ailə başçısını itirməyə görə heç bir sığorta stajı tələb olunmur və bununla da, sığorta və baza hissəsi yaranmır. Çünki hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onun qulluq etdiyi orqanın təqdim etdiyi təminat xərcliyindən asılıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin imtinası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun un tələblərinə uyğun olduğundan, iddia tələbi əsassızdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-1(103)2257/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov