Məhkəmə qərarları › İş №2-1(102)-644/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-644/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-644/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kasasiya şikayətinin mümkünlüyü, şikayətin vəkilsiz tərtib edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə,, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci i l tarixli, 2-1(103)-1402/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X2 göstərilməklə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, 14 noyabr 1990-cı il tarixli, 30/5415 saylı qeydiyyat vəsiqəsi əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massivdə yerləşən 7 saylı ev üzərində X1 mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nin 01 noyabr 2018-ci il tarixli, 2-1(82)4338/2018 nömrəli qərardadı ilə (hakim Xaliq İmanov) “mülkiyyət hüququna dair qeydiyyatın ləğvinə dair” iddiası üzrə iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2-1(81)701/2019 nömrəli qərardadı ilə (hakim Elçin Məmmədov) iddiaçı cavabdehə qarşı üçünçü şəxslər Qaradağ Rayon İcra Hakimiyyəti və X1 cəlb edilməklə inzibati mübahisəyə dair 21(81)-701/2019 nömrəli iş üzrə icraat iddiaçı X2 cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinə və 3-cü şəxs İddiaçı qarşı Qaradağ Rayon İcra Hakimiyyətinin 160 saylı, 03 noyabr 2015-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin icraatı nda olan 2-1(81)- 2138/2019 nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

4. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyul 2019-cu il tarixli, 2-1(103)-1775/2019 nömrəli, qərardadı ilə (hakimlər Ülvi Mayılov-sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Kəmalə Abiyeva) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-701/2019 nömrəli, 24 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2-1(112)-70/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-84/2021 nömrəli qərarı ilə (hakim Aytən Oruczadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Qaradağ Rayon İcra Hakimiyyəti və X2 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka qeydiyyatın ləğv edilməklə, iddiaçının adına çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

8. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2-1(103)-1402/2021 nömrəli qərarı ilə (hakimlər Elmira Nağıyeva- sədrlik edən və məruzəçi, Həmid Həmidov, və Cahangir Yusifov) apellyasiya şikayətinin təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2- 1(112)-84/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

11. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Prosessual Məcəllə: Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəki llə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

13. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 94.1. Kasassiya şikayəti məhkəmə qərarının tam f ormada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasassiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasassiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.

15. Belə ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamış, həmçinin vəkilin orderi işə əlavə edilməmişdir.

16. Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş 21 fevral 2022-ci il tarix li bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, məhkəmə tarixinin təyin olunduğu vaxtadək (11 aprel 2022-ci il) həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq iddiaçı qeyd olunan tarixədək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, həmçinin vəkilin orderini məhkəməyə təqdim etməmişdir.

17. Göründüyü kimi kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməməklə verildiyindən, bununla bağlı qərardadın 12-13-cü bəndlərində göstərilən normaların tələblərinə görə kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual M əcəlləsinin 96.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2-1(103)-1402/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar