Məhkəmə qərarları › İş №2-1(102)-644/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-644/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-644/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1998-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2 -1(103)2345/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Rusiya Federasiyası Saratov X7 tərəfindən verilmiş 2 iyul 2019-cu il tarixli 106405 ******* qeydiyyat nömrəli diploma əsasən iddiaçı həmin ali təhsil müəssisəsində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Diplom Saratov vilayət Təhsil Nazirliyi tərəfindən xx.xx.2019-cu ildə 507502 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.

2. İddiaçı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi üçün cavabdehə elektron qaydada müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciəti təmin edilməmişdir.

3. İmtina onunla əsaslandırılmışdır ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert Qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə əsasən müraciətinin təmin olunması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyasının Saratov X7 tərəfindən iddiaçının adına 2 iyul 2019-cu il tarixdə verilmiş, 106405 ******* nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildə Rusiya Federasiyasının Saratov X6 bitirmiş və “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsini əldə etmişdir. Xarici dövlətdə aldığı ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmadığı bildirilərək, aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Cavabdeh tərəfindən ixtisasının ölkə ərazisində tanınmaması əsassızdır.

6. Cavabdeh iddia tələbinə yazılı etirazda göstərmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş ’’Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələrin V hissəsi (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini bilmə səviyyəsinin aşağı olması onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalent liyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalı dır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının tələbində heç bir hüquqi əsas yoxdur.

7. Birinci instansiya məhkəməsinin 3 dekabr 2021-ci il tarixli qərardadına əsasən, cavabdeh tərəfindən iddiaçının müraciətinə yenidən baxılmış və aparılan ekspertiza zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-2418/2022 nömrəli qərarı (hakim H.A.Ağalarov) ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət ol unmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)2345/2022 nömrəli qərardadına əsasən iddiaçının rus dilini bilmə səviyyəsinin, Rusiya Federasiyasının Saratov X3 “Hüquqşünaslıq” ixtisası üzrə təhsilin mənimsəməsi üçün yetərli olub-olmaması barədə mütəxəssis rəyinin alınması qərara alınmış, qərardadın icrası Bakı Dövlət Universitetinə həvalə edilmişdir.

12. Bakı Dövlət Universitetinin xx.xx.2022-ci il tarixli, 01-H/1352 nömrəli məktubuna əlavə edilmiş “Bakı Dövlət Universitetinin Filologiya fakültəsində İddiaçı rus dilini bilmə səviyyəsinin yoxlanılması məqsədi ilə yaradılmış müsahibə komissiyasının iclas protokolundan çıxarış”a əsasən iddiaçının rus dili şifahi və yazılı bilik səviyyəsi yaxşıdır, rus dilində qrammatika ilə bağlı biliyi yetərli səviyyədədir. O, verilən mətnləri və ixtisasa aid olan sözləri və ifadələri düzgün tərcümə edə bilir. Komissiya üzvləri iddiaçının rus dili üzrə bilik səviyyəsini qənaətbəxş hesab etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-2345/2022 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə iddiaçının apellyasiya şikayəti təmin ed ilmiş, Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-2418/2022 nömrəli qərarı ləğv edilmiş, Rusiya Federasiyasının Saratov X7 tərəfindən iddiaçının adına 2 iyul 2019-cu il tarixdə verilmiş, 106405 ******* nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının rus dili üzrə bilik səviyyəsi Rusiya Federasiyasının Saratov X3 “Hüquqşünaslıq” ixtisası üzrə təhsilin mənimsənilməsi üçün yetərli olduğundan cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSA SİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentiiyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2, 3.3 və 3.7-ci maddələrinə zidd olaraq tədris dili ilə bağlı dövlət standartlarına uyğunluğun müəyyən edilməməsinə, müvafiq müsbət rəylərin deyil, imtina qərarı üçün əsas olacaq ekspert rəyinin qəbul edilməsinə baxmayaraq iddia tələbini təmin etmişdir.

17. Bundan başqa, məhkəmə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Resp ublikası Qanununun tələblərini nəzərə almadan, iddiaçının əldə etdiyi biliklərin qiymətləndirilməsini önəmsiz hesab etmiş və iddia tələbini təmin edən qərar qəbul etmişdir.

18. Məhkəmə qərarında səhvən Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişə istinad edilərək bildirilmişdir ki, tanınma zamanı cavabdeh orqan tərəfindən iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalı idi. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti ilə 23 sentyabr 2002-ci il tarixdə imzalanmış sazişə istinad etmək istəmişdir. Belə ki, həmin sazişin 11-ci maddəsinə əsasən razılığa gələn tərəflər Azərbaycan Respubl ikasında və öz növbəsində Rusiya Federasiyasında verilmiş diplomları tanınma tələb olunan dövlətin qanunvericiliyinə uyğun olduğu halda tanıyır.

19. İddiaçının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunluğunun yoxlanılması (bakalavr dərəcəsinə malik şəxs fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri Azərbaycan dilində və bir xarici dildə şifahi və yazılı olaraq təqdim edə, əsaslandıra, həmçinin mütəxəssis və qeyrimütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak edə bilməlidir ki, bunun üçün də şəxsin əldə etdiyi kvalifikasiyaya dair produktiv nitq sə viyyəsinə malik olması zəruridir) zamanı iddiaçının tədris dilini bilməsi reseptiv səviyyəyə uyğun olmuş, bu hal ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə dair tələblərə cavab vermir. Bununla da iddiaçının əldə etdiyi bakalavr dərəcəsinin ölkə daxilindəki standartlarla uyğunsuzluq təşkil etməsi isbat edilmişdir. Lakin məhkəmə bu məsələyə dair hər hansı bir fikir bildirməmişdir.

20. İddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğu halda, bu haqda məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız mülahizələrlə kifayətlənmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi yalnız ali təhsil haqqında sənədin mövcudluğu ilə kifayətlənərək iddiaçı tərəfin mülahizələri əsasında iddia tələbini təmin etmişdir.

21. Bakı Dövlət Universitetinin mütəxəssisləri tərəfindən iddiaçının rus dilində dil biliklərinin hansı meyarlar əsasında qiymətləndirilməsi və yekunda qənaətbəxş səviyyədə olması ilə bağlı rəydə əks olunan nəticə, sübutların mümkünlüyü, mötəbərliyi baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamış və qərarın dəyişməsi üçün yekun nəticə kimi çıxış etməsi prosessual pozuntu hesab olunmalıdır. Halbuki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyən edilməsi Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında yaradılmış və nostrifikasiya prosedurunun tərkib hissəsi ol an Ekspert qrupu tərəfindən həyata keçirilir. Qanunvericilikdə nostrifikasiya prosesi Təhsildə Keyfiyyət Təminat Agentliyinin başlıca fəaliyyət istiqaməti və vəzifəsi olaraq təsbit olunduğundan iddiaçının xarici ali təhsil ixtisasının tanınmasına dair ekspertiza aparılması, o cümlədən tədris dili üzrə bilik səviyyəsinin yoxlanılması cavabdeh orqan tərəfindən diskresion səlahiyyət əsasında həyata keçirilir.

22. Cavabdeh məhkəmə təcrübəsinin pozulması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-667/2022 nömrəli qərarına (bənd 29) istinad edərək iş üçün əhəmiyyət kəsb edən hal kimi mütəxəssis rəyi deyil, cavabdeh tərəfindən yaradılan ekspert qrupunun rəyi olduğunun vurğulandığını göstərmişdir.

23. Bundan başqa, cavabdeh Azərbaycan Respublikası Ali Məh kəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-43/2022 nömrəli qərarına (bənd 23) istinad edərək göstərmişdir ki, tədris proqramının və müvafiq ixtisas terminologiyasının mənimsənilməsi, təhsilin keyfiyyəti və məzmunu bilavasitə tədris dilini bilmə səviyyəsinə bağlıdır. İddiaçının diplomuna əlavədən görünür ki, iddiaçı müəyyən xarici dildə təhsil almışdır, lakin ixtisasın tanınması prosesinin tərkib hissəsi olan müsahibə zamanı, həmçinin iddiaçının ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-2345/2022 nömr əli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” (1 mart 2023-cü il tarixə qədər qüvvədə olmuşdur): İ. Ümumi müddəalar 1.1. Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.... 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisas ının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.... İİİ. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi... 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: eksp ertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4. Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin h əcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin m üvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi oldu qda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə....

26. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş»:... Maddə 6 Dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.... Maddə 11 Bu Sazişin 4, 5, 6, 7, 8, 9 və 10-cu maddələri tədris müddətinin və hazırlıq sahələrinin əsasən üst-üstə düşməsini nəzərdə tutur. Ayrı-ayrı hallarda sorğu verilən Tərəfin səlahiyyətli orqanları bu maddələrdə göstərilmiş diplom sahiblərindən konkret tədris proqramında məxsusi fərqi olan fənnlər üzrə əlavə kurslar keçmələri və imtahan vermələri haqqında sənəd lər tələb edə bilər....

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təm in edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vax tında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığ ı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiy a məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi üçün tələb olunan şərtlərin mövcudluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

34. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə diplomun tanınmasından cavabdehin imtinasının əsas və yeganə dəlili iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlıdır.

36. Bununla bağlı nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tədris dilini – rus dilini bilmə səviyyəsinin onun Rusiya Federasiyasının Saratov X3 “Hüquqşünaslıq” ixtisası üzrə təhsilin mənimsəməsi üçün yetərli olub-olmaması barədə tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, məhkəmə qərardadı əsasında müvafiq mütəxəssis rəyi əldə edilərək iş materiallarına əlavə olunmuşdur.

37. Belə ki, Bakı Dövlət Universitetinin xx.xx.2022-ci il tarixli, 01-H/1352 nömrəli məktubuna əlavə edilmiş “Bakı Dövlət Universitetinin Filologiya fakül təsində İddiaçı rus dilini bilmə səviyyəsinin yoxlanılması məqsədi ilə yaradılmış müsahibə komissiyasının iclas protokolundan çıxarış”a əsasən iddiaçının rus dili şifahi və yazılı bilik səviyyəsi yaxşıdır, rus dilində qrammatika ilə bağlı biliyi yetərli səviyyədədir, o, verilən mətnləri və ixtisasa aid olan sözləri və ifadələri düzgün tərcümə edə bilir. Ona görə də, komissiya üzvləri iddiaçının rus dili üzrə bilik səviyyəsini qənaətbəxş hesab etmişdir.

38. Cavabdeh qeyd edilən mütəxəssis rəyi ilə razılaşmayaraq Bakı Dövlət Universitetinin mütəxəssisləri tərəfindən iddiaçının rus dilində dil biliklərinin hansı meyarlar əsasında qiymətləndirilməsi və yekunda qənaətbəxş səviyyədə olması ilə bağlı rəydə əks olunan nəticənin mötəbərliyini mübahisələndirmişdir.

39. Lakin iş materiallarında olan müvafiq rəydən müəyyən olunur ki, iddiaçının dil biliyi Bakı Dövlət Universiteti tərəfindən yaradılan müsahibə komissiyası tərəfindən yoxlanılmış, bu zaman cavabdehin nümayəndəsi, Hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin böyük məsləhətçisi X2 da həmin komissiyanın üzvü olmuşdur. Yəni cavabdeh müsahibənin təşkili, keçirilməsi və qiymətləndirmə meyarları barədə məlumatlı olmuş, bununla bağlı müsahibənin gedişatında hər hansı tələb irəli sürməmişdir. Hal-hazırda da cavabdeh qeyd edilən müsahibənin keçirilməsinin və nəticələrinin mötəbərliyini şübhə altına alacaq hər hansı dəlil təqdim edə bilməmişdir.

40. Cavabdeh kassasiya şikayətinin digər dəlilində apellyasiya instansiya məhkəməsi tərəfindən formalaşmış məhkəmə təcrübəsinin pozulması ilə bağlı qərar qəbul edildiyini bildirmiş və Azərbayc an Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-667/2022 nömrəli qərarına (bənd 29) və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)43/2022 nömrəli qərarına (bənd 23) istinad etmişdir. Cavabdehin dəlilinə əsasən həmin qərarlarda iş üçün əhəmiyyət kəsb edən hal kimi mütəxəssis rəyinin deyil, cavabdeh tərəfindən yaradılan ekspert qrupunun rəyinin vurğulanması göstərilmişdir.

41. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlilini əsassız hesab edərək bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında cavabdehin qeyd etdiyi məzmunda mövqe bildirilməmiş, sadəcə olaraq göstərilmişdir ki, iddiaçının rus dili biliklərinin qiymətləndirilməsi apellyasiya instansi yası məhkəməsinin hakimləri tərəfindən aparılmamalı, dil biliyinin qiymətləndirilməsi xüsusi bilik tələb edən sahə olduğundan bu barədə mütəxəssis rəyi alınmalıdır.

42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd edilən hüquqi mövqeyinə uyğun olaraq işin hallarının hərtərəfli araşdırılması üçün iş üzrə mütəxəssis rəyinin alınması barədə qərardad qəbul etmiş və qərardadın icrasını bu sahədə xüsusi biliyə malik mütəxəssislərin fəaliyyət göstərdiyi Bakı Dövlət Universitetinə həvalə etmişdir. Məhkəmə qərardadını icra edən Bakı Dövlət Universiteti bu sahədə olan mütəxəssislərdən və cavabdehin nümayəndəsindən ibarət komissiya yaratmış və həmin komissiya hazırkı iş üzrə mütəxəssis rəyini tərtib etmişdir.

43. Qeyd edilən mütəxəssis rəyi qanunvericiliyin tələblərinə, habelə ədalətli məhkəmə araşdırmasının prinsiplərinə uyğun olaraq əldə edildiyindən, həmin rəyi tərtib edən komissiyanın üzvləri sırasında cavabdehin də nümayəndəsi olduğundan və iş üzrə müəyyən edilən işin halları ilə tam uyğunlaşdığından apellyasiya instansiyası məhkəməsi qeyd edilən mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur.

44. Bundan başqa, hazırkı qərarın 26-cı bəndində qeyd edilən Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Sazişin 6-cı maddəsinə əsasən dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsini n alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.

45. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı Rusiya Federasiyası Saratov X5 dörd ildən az olmayan əyani bakalavr təhsili almış, təhsilini müvəffəqiyyətlə başa vurduğundan ona həmin təhsil müəssisəsi tərəfindən 2 iyul 2019-cu il tarixli, 106405 ******* qeydiyyat nömrəli diplom verilmiş və müvafiq olaraq həmin diplom Saratov vilayət Təhsil Nazirliyi tərəfindən xx.xx.2019-cu ildə 507502 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.

46. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan və iş üzrə müəyyən edilmiş hallara əsaslanmadığından, iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

47. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasının və kassasiya şikayətinin dəlilləri əsassızdır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2345/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar