Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-644/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə tərəfindən icarə verilmiş torpaq sahəsində inşa edilmiş qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İda rəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-670/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 27 nömrəli qərarına əsasən İİ qrup Qarabağ müharibəsi əlili – İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində, Çerkassi küçəsində kommersiya obyektinin tikintisi-quraşdırılması məqsədilə 24 kvadrat metr torpaq sahəsi ayrılmışdır.
2. İddiaçıya ayrılmış 24 kvadrat metr torpaq sahəsində təqdim edilmiş inşaat pasportuna uyğun kommersiya obyektinin tikinti-quraşdırılmasına Sumqayıt şəhər İcra Hakimiy yəti başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə icazə verilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 381122 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və dövlət torpaq kadastr kitabında xx.xx.2011-ci il tarixdə 4930 nömrə ilə uçota alınmışdır. Plan və ölçü sənədində torpaq sahəsinin normativ qiyməti, əsas döngə nöqtələrinin koordinatları, torpaq sahəsinə dair baş plandan çıxarış əks olunmuşdur.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2019-cu il tarixdə tərtib etdiyi akta əsasən mübahisəli obyekt tikinti norma və qaydalarına uyğun olmaqla inşa edilmişdir.
5. İş materiallarına xx.xx.2019-cu il tarixli, 003351 nömrəli i stismara hazırlıq aktı əlavə edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən obyektin layihəsi təsdiq edilmişdir.
6. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədi verilmişdir. 7.İddiaçı cavabdehə müraciət edərək Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
8. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********29 nömrəli məktubu ilə qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-737/2023 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması:
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyy əsinin xx.xx.2007-ci il tarixli 27 saylı qərarı ilə iddiaçıya Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Çerkassi küçəsində kommersiya obyektinin tikinti quraşdırılması məqsədilə 24 kv.metr torpaq sahəsi istifadə üçün icarəyə ayrılmışdır.
12. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 12 saylı sərəncamı ilə ayrılmış 24 kv.metr torpaq sahəsində inşaat pasportuna uyğun kommersiya obyektinin tikinti quraşdırılmasına icazə verilmişdir. Obyektin tikintisinə icazə verilməsinə dair sənəd və məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Tikintilərin Dövlət reyestrinə daxil edilmiş, tikinti obyektlərinə verilən, koda dair Şəhadətnamə mövcuddur. Torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 4930 nömrə ilə uçota alınmışdır.
13. Eyni zamanda, Sumqayıt şəhər bələdiyyəsi ilə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinin müddəti bitməmiş, aidiyyəti qurumlar tərəfindən tikinti obyektinin istismarına icazə verilmişdir. Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsində yerləşən bu qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar aidiyyəti üzrə cavabdeh orqana müraciət edilmişdir. Lakin həmin idarə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı alınmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş göndərmişdir.
14. DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli cavab məktubunda da eyni məzmunlu ərizəni təmin etməy ərək bildirmişdir ki, sözügedən qeyri yaşayış binası ilə bağlı təkrar araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunan səbəblərin əsaslı olduğu müəyyən olunmuşdur. Sözügedən obyekt texniki sənədlərə, layihəyə uyğun tikilmişdir. 2014-cü ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının göstərişi əsasında bu obyektin və onun yanında yerləşən bütün obyektlərin ön fasad hissəsinə üzlük daşının vurulması tapşırılmışdır. Həmin vaxtlar icra hakimiyyətinin təyin etdiyi işçilər tərəfindən bu sıradakı bütün obyektlərin ön hissəsində, eyni zamanda göstərilər obyektdə irəli çıxarılmaqla konstruksiyalar qurulmuş, bunun nəticəsində 2,5 kv. metr əlavə s ahə artmışdır. Həmin konstruksiyalarda üzlük daşının vurulması üçün iddiaçı tərəfindən 1000 manatdan artıq vəsait xərclənmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. cavabdehin etirazı:
15. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Salayev Zaur Rukəxan oğlu Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə xx.xx.2022- ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. Bununla əlaqədar olaraq iddiaçının etibarnamə üzrə nümayəndəsi Salayev Zaur Ru kəxan oğluna bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin ərizəyə əlavə olunmuş sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən qeyri-yaşayış binasına müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 4930 nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasında 0.3 metr sürüşmə fərqi var. Bununla yanaşı faktiki tikintialtı sahənin 1.5 kv.m hissəsi **********27-06301 reyestr nömrəli qeyri-yaşayış binasının torpaq sahəsi ilə üst-üstə düşür və 2.5 kv.m zəbt torpaq sahəsi mövcuddur.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Həmçinin Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 27 nömrəli qərarı ilə iddiaçıya ayrılmış Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən 24.0 kv.m torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddəti bitmişdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqınd a” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu və 8.0.9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş qeyri yaşayış binalarına dair torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun ol malıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə sorğularına cavab.
18. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş sənədlərdən görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin 1,5 kv.metr hissəsinin üst-üstə düşdüyü **********2706301 reyestr nömrəli çıxarışa əsasən qeyri-yaşayış obyekti X9 mülkiyyətinə verilmişdir (Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1035/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən). Həmin obyekt xx.xx.2014-cü il tarixli, AN seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra sözügedən obyekt onun tərəfindən X1 və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə icraatına cəlb edilmiş X2. 19.Məhkəmə so rğusu nəticəsində cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən (xx.xx.2023-cü il tarixli) müayinə zamanı mübahisəli hala rast gəlinməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 20.Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-737/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsində yerləşən 24 kv.metr torpaq sahəsində qeyri-yaşayış binasının inşa edilməsinə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, həmin tikili inşa edildikdən sonra istismara qəbul edilmişdir.
22. Cavabdehin etiraz ərizəsində qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi hallar aşağıdakılardan ibarətdir: 1) Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 4930 nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasında 0.3 metr sürüşmə fərqi; 2) Faktiki tikintialtı sahənin 1.5 kv.m hissəsinin **********27-06301 reyestr nömrəli qeyri-yaşayış binasının torpaq sahəsi ilə üst-üstə düşməsi və 2.5 kv.m zəbt torpaq sahəsinin mövcud olması; 3) Torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddətinin bitməsi.
23. Tikilinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilatın gətirdiyi arqumentlər əsassızdır.
24. İddiaçıya məxsus mübahisəli yaşayış obyektinə dair istismara hazırlıq aktı xx.xx.2019-cu il tarixdə qəbul edilmiş, obyektin istismarına Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə icazə verilmişdir. Həmin tikintiyə (avtomobil yuma obyekti) tikintilərin reyestri tərəfindən 309000002-2-2501-003807/0821 nömrəli kod verilmişdir. Müvafiq sənədlərdə tikinti obyektinin tikintiyə dair sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və təyinatı üzrə istifadə edildiyi qeyd olunmuşdur. Tikinti layihəsi Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən, tikilinin yerləşdiyi torpaq sahəsinin plan və ölçü sənədi isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilmişdir. Habelə məhkəmə sorğusu nəticəsində əldə edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında müayinə zamanı hər hansı mübahisəli hala rast gəlinmədiyi qeyd edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən müdaxilədən müdafiəyə dair iddialar üzrə müdaxiləni zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü cavabdehin üzərinə düşür. Göründüyü kimi, cavabdeh irəli sürdüyü halla bağlı hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Ona görə də cavabdehin ilkin etirazı əsassızdır.
25. Sorğu n əticəsində **********27-06301 reyestr nömrəli qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin materiallardan görünür ki, ilk növbədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1035/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən **********27-06301 reyestr nömrəli qeyriyaşayış obyekti X9 mülkiyyətinə verilmişdir. Həmin obyekt xx.xx.2014-cü il tarixli, AN seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra sözügedən obyekt onun tərəfindən X1 və onun tərəfindən xx.xx.2023-cü il tarixdə X5 adına özgəninkiləşdirilmişdir. X11 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və qeyri-yaşayış binasının onun hüquqlarını pozmadığını bildirmişdi r. Sumqayıt şəhəri, 76cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binalarının hər biri yan-yana olmaqla eyni ölçülərə malikdir. Həmin qeyri-yaşayış binaları arasında daş hasar mövcuddur. Müayinə (baxış) aktından da göründüyü kimi mübahisəli vəziyyət mövcud deyildir. Yəni, hazırkı halda üçüncü şəxslərin hüquqları hər hansı bir formada məhdudlaşdırılmadığından cavabdeh orqanın bu yanaşması da əsassızdır.
26. Torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar qeyd edilir ki, məhkəməyə təqdim edilmiş sonuncu torpaq icarə müqaviləsinə (xx.xx.2023-cü il, 27 tarixli) əsasən Sumqayıt bələdiyyəsi tərəfindən iddiaçıya Sumqayıt şəhəri, 7-ci məhəllə, Çerkassi küçəsində yerləşən ümumi sahəsi 24 kv.metr olan torpaq sahəsi ic arəyə verilmişdir. İcarə müqaviləsi xx.xx.2023-cü il tarixədək qüvvədədir.
27. Cavabdehin etirazda göstərdiyi imtina əsaslarını araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunanlar iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz.
28. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
29. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-670/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-737/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış dır.
31. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisəli torpaq sahəsinin plan ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasında 1.5 kv metr (30 sm) sürüşmə fərqi var idi və icarə müqaviləsinin vaxtı bitmişdi. Sonradan vətəndaş koordinatları düzəltmiş və icarə müqaviləsini yeniləmişdir, yəni mübahisə həll olunmuşdur. xx.xx.2023-cü il tarixli müayinə aktı sonuncudur və orada mübahisə halına rast gəlinmədiyi qeyd olunmuşdur. Ondan öncəki müayinələr zamanı üstüstə düşmə halları aşkar olunub, hal-hazırda həll olunmuş, şikayətin verilməsinə əsas olmuş hallar artıq həll olunmuşdur.
32. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
33. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, 2 saylı Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış və məlum olmuşdur ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 4930 nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasında 0.3 metr sürüşmə fərqi var. Həmçinin, faktiki tikintialtı sahənin 1.5 kv.m hissəsi **********27-06301 reyestr nömrəli qeyri-yaşayış binasının torpaq sahəsi ilə üst-üstə düşür və 2.5 kv.m zəbt torpaq sahəsi mövcuddur. Belə olan halda 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən haqlı olaraq əri zənin icrasından imtina olunmuşdur.
34. Mülki Məcəllənin 180-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası almamışdır ki, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyriyaşayış binasının 2.5 kv.m zəbt torpaq sahəsidir, belə olan halda isə qanunvericiliyin tələblərinə əsasən həmin hissəyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün deyil. 35. “Daşınmaz Əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeyd iyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.
36. Məhkəmə kollegiyası, oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olubolmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Hazırkı halda da, ilk növbədə iddiaçının mövcud hüquq i vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu (o cümlədən, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı hüquqmüəyyənedici sənədlərin qanunun tələblərinə uyğunluğu) müəyyən edilməlidir. Yalnız bundan sonra cavabdehin imtinasının əsaslı olub-olmadığına (imtinanın əsası kimi istinad etdiyi hallara) münasibət bildirilməlidir.
37. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 39.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu t əsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 40.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydad a əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilir.
42. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 45.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kas sasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 46.Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh o lunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
48. Məhkəmə kollegiyası nəzərə alır ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 27 nömrəli qərarına əsasən iddiaçıya kommersiya obyektinin tikintisi-quraşdırılması məqsədilə 24 kvadrat metr torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair tərəflər arasında icarə müqaviləsi bağlanmış, ayrılmış 24 kvadrat metr torpaq sahəsində təqdim edilmiş inşaat pasportuna uyğun kommersiya obyektinin tikinti-quraşdırılmasına Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə icazə verilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 381122 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və dövlət torpaq kadastr kitabında xx.xx.2011-ci il tarixdə 4930 nömrə ilə uçota alınmış, plan və ölçü sənədində torpaq sahəsinin normativ qiyməti, əsas döngə nöqtələrinin koordinatları, torpaq sahəsinə dair baş plandan çıxarış əks olunmuş, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən obyektin layihəsi təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, 003351 nömrəli istismara hazırlıq aktı tərtib edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədi verilmişdir. 49.Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
50. Şikayətin təkrarlanan dəlillərinə gəldikdə, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi təsdiq etmişdir ki, mübahisəli torpaq sahəsinin plan ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasındakı fərq aradan qaldırılmış, torpaq sahəsinə dair icarə müqaviləsi yenilənmiş, bununla da şikayətin verilməsinə əsas olmuş hallar aradan qalxmışdır.
51. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli, 2-1(105)-670/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.