Məhkəmə qərarları › İş №2-1(102)-645/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-645/2017

04.04.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-645/2017 04.04.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə (üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-645/2017) Bakı şəhəri 04 aprel 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Resp ublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətibundan sonra 3-cü şəxs) “onun çalışdığı sonuncu aylıq vəzifə maaşı ilə 3-cü şəxsdə mövcud olan müvafiq hərbi xidmət vəzifələrinin aylıq vəzifə maaşı arasındakı fərqin (sonrakı artımlar nəzərə alınmaqla) 01 aprel 2012-ci il tarixdən 01 mart 2013-cü il tarixədək olan dövr üzrə iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2502/2016 saylı, 23 noyabr 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya ş ikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04 aprel 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən 17.06.2016-cı il tarixdə verilmiş arayışa görə iddiaçı 09 iyun 1993-cü il tarixdən 12.06.2008-ci il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə nazirinin 30.04.2008-ci il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən ehtiyata tərxis olunub, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsində hərbi qeydiyyatdadır. Cavabdeh iddiaçıya ünvanlanmış 20.04.2016-cı il tarixli məktubda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya təyin edilməsi üçün hərbi qulluqçuların və ya vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 nömrəli qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası Hərbi Komissarlığında və həmin komissarlığın tabeliyindəki hərbi komissarlıqlarda, eləcə də Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığında və bu Komissarlığın tabeliyindəki komissarlıqlarda mövcud olmuş hərbi xidmət vəzifələrinin 3-cü şəxsdə və 3 -cü şəxsin tabeliyində olan strukturlarda, eləcə də Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində və həmin xidmətin tabeliyində olan strukturlarda mövcud olmuş hərbi xidmət vəzifələrinə uyğunlaşdırılmasına müvafiq əlavələr edilmişdir və həmin qərar 2013-cü il martın 1-dən qüvvəyə minmişdir. Yuxarıdakıları nəzərə alaraq iddiaçıya qanunamüvafiq olaraq 01.03.2013-cü il tarixdən vəzifə maaşına uyğun pensiya yenidən hesablanaraq ödənilmişdir. İddiaçı 26 aprel 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “onun çalışdığı sonuncu aylıq vəzifə maaşı ilə 3-cü şəxsdə mövcud olan müvafiq hərbi xidmət vəzifələrinin aylıq vəzifə maaşı arasındakı fərqin (sonrakı artımlar nəzərə alınmaqla) 01 aprel 2012-ci il tarixdən 01 mart 2013-cü il tarixədək olan dövr üzrə iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,iddiaçı 3-cü şəxsin (Azərbaycan Respublikası Hərbi Komissarlığı) müvafiq qurumlarında xüsusi rütbələr daşımaqla ayrı-ayrı vəzifələrdə qulluq etməklə hazırda pensiyaçıdır. Cavabdeh iddiaçının pensiyasını hesablayıb verərkən aylıq vəzifə maaşı arasındakı fərq 01 aprel 2012-ci il tarixdən hesablanmalı olduğu halda, 01 mart 2013-cü il tarixdən hesablanmışdır. Bununla da, onun pensiya təminatı və konstitusion hüququ pozulmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25 və 149-cu maddəl ərinə, Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanına, Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 nömrəli və 30 dekabr 2013-cü il tarixli 365 nömrəli qərarlarına, “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə istinad edilmişdir. Cavabdeh iddia tələbinə 14.06.2016-cı il tarixli etiraz verərək iddianın rəd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2497/2016 saylıiş) 08 sentyabr 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 13.02.2012-ci il tarixli fərmanı ilə hərbi kommissarlığın ləğv edilməsi nəticəsində onun əsasında yaradılmış 3-cü şəxsin əmək daşları yeni ştat cədvəli üzrə vəzifə maaşlarını aldıqları halda, hərbi komissarlığın pensiyaçı əməkdaşları olan iddiaçıların pensiyası yenidən hesablanarkən, onların əvvəlki vəzifə maaşları ilə yeni ştat cədvəli üzrə aylıq vəzifə maaşı arasında yaranmış fərq 01aprel 2012-ci il tarixdən etibarən nəzərə alınıb hesablanmamışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun qeyd 29.3-cü maddəsinin tələbi nəzərə alınaraq 01.04.2012-ci il tarixdən 01 mart 2013-cü il tarixədək olan mübahisələndirilən dövr üzrə onların sonuncu vəzifə maaşları ilə yeni vəzifə maaşları arasındakı fərq hesablanıb onlara ödənilməli idi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5məruzəçi, X3 və X2, 2-1(103)-2502/2016 saylı iş) 23 noyabr 2016-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 06 dekabr 2016-cı il tarixdə qərarın surətini almış, 26 dekabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 365 nömrəli Qərarı ilə pensiya təyin edilməsi üçün hərbi qulluqçuların və ya vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin ərizə ilə müraciət etdiyi vaxt, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyinin hesablandığı, hərbi xidmət vəzifəsi mövcud olmadıqda, hərbi qulluqçuların vəzifələrinin hal-hazırda mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısının təsdiq edilməsi barədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 nömrəli Qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası Hərbi Komissarlığında və həmin Komissarlığın tabeliyindəki Hərbi Komissarlıqlarda mövcud olmuş hərbi xidmət vəzifələrinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq əlavələr edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 365 nömrəli qərarı 01 mart 2013-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablan ması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Qeyd olunanlara baxmayaraq Bakı Apellyasiya Məhkəməsi İnzibati Prosessual Məcəllənin 68, 69, 87, 90 və 94-cü maddələrinə əsaslanaraq iddiaçılara təqaüdə çıxarkən çalışdıqları sonuncu vəzifələrinin aylıq vəzifə maaşları ilə üçüncü şəxsdə mövcud olan müvafiq hərbi xidmət vəzifələrinin aylıq vəzifə maaşları arasındakı fərqin 01 aprel 2012-ci ildən hesablanmaqla, həmin tarixdən 01 mart 2013-cü il tar ixədək iddiaçılara ödənilməsinin cavabdehə həvalə etməklə, iddiaçıların, məcburetmə haqqında iddia tələblərini təmin etmiş, bununla da maddi hüquq normalarını pozmuşdur. İPM-in 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Məhkəmənin əsaslandığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli qərarında Müdafiə Nazirliyinin tabeliyində olmuş Hərbi Komissarlığında mövcud olmuş hərbi xidmət vəzifələrinin üçüncü şəxsdə hərbi xidmət vəzifələrinə uyğunlaşdırılmasının 01 mart 2013-cü il tarixdən qüvvəyə minməsi göstərildiyi halda, məhkəmə normativ hüquqi aktı qiymətləndirərkən əsassız olaraq onun 01 aprel 2012-ci il tarixdən tətbiq edilməli olduğunu göstərmişdir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin ((bundan sonra İPM) 94.1-ci maddəsi) v erilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Məhkəmələr tərəfindən müəyyən edilən və tərəflərin də mübahisə açmadığı işin hallarına görə iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tabe olan hərbi komissarlığın hərbi qulluqçusu olmuş, hərbi komissarlıqların ləğv olunması barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanına qədər təqaüdə çıxmışdır. Nazirlər Kabinetinin 11 may 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ştat cədvəli t əsdiq edilmiş, bu qərar 01 aprel 2012-ci ildən qüvvəyə minmiş, bundan sonra Nazirlər Kabineti hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısının təsdiq edilməsi barədə 27 fevral 2013-cü ildə, sonra isə 30 dekabr 2013-cü ildə qərar qəbul etmiş, sonuncu qərar 2013-cü il martın 1-dən qüvvəyə minmişdir. İddiaçıya 01 mart 2013-cü ildən onun hazırkı vəzifəsinə uyğun Xidmət əməkdaşlarının aldıqları əmək haqqı əsasında yenidən pensiya hesablanmışdır. İddiaçı həmin pensiyanın, artımın 01 aprel 2012-ci il tarixdən 01 mart 2013-cü il tarixə qədər olan dövr üçün də hesablanmasını xahiş etmiş, cavabdeh uyğunlaşdırma barədə müvafiq qərarın 2013-cü ilin martın 1-dən qüvvəyə mindiyini, həmin vaxtdan vəzifə maaşına uyğun pensiyanın yenidən hesablanaraq ödənildi yini bildirmişdir. Azərbaycan Respublikasının Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti yaradılmış, eləcədə bu Dövlət Xidmətinin Əsasnaməsi təsdiq olunmuş və digər normativ hüquqi aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasının üç ay müddətində təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə edilmişdir. Nazirlər Kabinetinin 11 may 2012-ci il tarixli 112-2 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ştat cədvəli təsdiq edilmiş və bu qərar 01 aprel 2012-ci il tarixdən qüvvəyə minmişdir. Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün hərbi qulluqçuların və ya vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiq edilmişdir. Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 365 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün hərbi qulluqçuların və ya vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 nömrəli qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası Hərbi Komissarlığında və həmin Komissarlığın tabeliyindəki hərbi komissarlıqlarda, eləcə də Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığında və bu Komissarlığın tabeliyindəki komissarlıqlarda mövcud olmuş hərbi xidmət vəzifələrinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində və bu Xidmətin tabeliyində olan strukturlarda, eləcə də N axçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində və həmin Xidmətin tabeliyində olan strukturlarda mövcud olmuş hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq əlavələr edilmişdir. Bu qərar 2013-cü il martın 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 nömrəli və 30 dekabr 2013-cü il tarixli 365 nömrəli qərarları nəzərə alınmaqla, Azərbaycan Respublikası Hərbi Komissarlığında və onun tabeliyindəki hərbi komissarlıqlarda, eləcədə Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığında və bu Komissarlığın tabeliyindəki komissarlıqlarda mövcud olmuş hərbi xidmət vəzifələri, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində və bu Xidmətin tabeliyində olan strukturlarda, eləcə də Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində və həmin Xidmətin tabeliyində olan strukturlarda mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırmaqla, həmin aylıq vəzifə maaşları arasındakı fərq təqaüddə olan sabiq hərbi qulluq çulara yalnız 01 mart 2013-cü il tarixdən başlayaraq ödənilmişdir. Oxşar statusda olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışan, hərbi komissarlıqların ləğvindən sonra, lakin 01 mart 2013-cü ilə qədər pensiyaya çıxmış Xidmətin hərbi qulluqçularına aylıq vəzifə maaşları arasındakı fərq 01 aprel 2012-ci il tarixdən hesablanaraq ödənilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə isə cavabdeh aylıq vəzifə maaşı arasındakı fərqin 01 mart 2013-cü il tarixdən ödəməyə başlayarkən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ştat cədvəlinin təsdiq olunması barədə Nazirlər Kabinetinin 11 may 2012-ci il tarixli qərarının 01 aprel 2012-ci il tarixdən qüvvəyə minməsini nəzərə almamışdır. Bəhs edilənlərə əsasən apellyasiya instansiya sı məhkəməsi iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayarkən haqlı olmuşdur. Kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş üzrə Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2502/2016 saylı, 23 noyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar