Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-645/2019 06.03.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, Cavabdehin vəkili Qədirov İlqar Hümmət oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 oktyabr tarixli 2-1(103)-2386/2018 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh tərəfindən verilmiş vəsatəti və işin materiallarını nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1996-cı il 16 may tarixdən 2006-cı il 28 dekabr tarixədək “Bakıbaştikinti İnşaat Konstruksiyaları” Zavodunda işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 iyun tarixli 2-1(82)-2131/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 oktyabr tarixli 2-1(103)-2386/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdı r. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Cavabdehin və vəkilinin nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 oktyabr tarixli qərarı poçt rabitəsi vasitəsi ilə cavabdehə 2018-ci il 12 noyabr tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2018-ci il 14 dekabr tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olunmuşdur. Cavabdeh 2019-cu il 31 yanvar tarixdə vəsatətlə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 oktyabr tarixli qərarından kassasiya şikayəti verilmə si üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Vəsatətin dəlilləri: Cavabdeh prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qeyd edir ki, Şöbədə aparılan struktur dəyişikliyi ilə əlaqədar, habelə kargüzarlıq sistemində işçilərin əvəz olunması nəticəsində sənədlərin təhvil-təslimi gec başa çatdığından Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 oktyabr tarixli qərarı kitabda gec - 2018-ci il 15 noyabr tarixdə qeydiyyata salınmışdır. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 oktyabr tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Cavabdehin vəkili vəsatətdə göstərilənləri müdafiə edərək şikayət üzrə kasasiyanın mümkün sayılmasını x ahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Vəsatət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Normanın məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə aktının təqdim edildiyi 2018-ci il 12 noyabr tarixdən cavabdehin sərəncamında 1 ay sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən cavabdeh istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Cavabdehin istinad etdiyi hallar isə müddətin buraxılmasında onun təqsirini aradan qaldırmır. Beləliklə, prosessual müddətin buraxılmasında cavabdeh təqsirsiz olmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 24, 90, 96-cı maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Prosessual müddətin bərpasına dair vəsatət təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 oktyabr tarixli 2-1(103)-2386/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.
Məhkəmə qərarları › İş №2-1(102)-645/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-645/2019
06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver