Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-645/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: artıq ödəmənin geri qaytarılması ilə bağlı iddianın mümkünlüyü) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “artıq ödəmənin geri qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 2-1(103)-2686/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03.03.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı fərdi sahibkardır, fəaliyyətinin başladığı 06 may 2015-ci il tarixindən, 07 mart 2019-cu il tarixinədək dövlət büdcəsinə artıq ödənişlər etmiş, bu ödənişlər nəticəsində hazırda 52484,60 manat məbləğində artıq ödəməsi yaranmışdır. Maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq artıq ödəmənin hesabına qaytarılmasını xahiş etmiş və 18 iyun 2019-cu il tarixində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müraciət etmiş, həmin Departamentin 18 iyun 2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ərizədə artıq ödəmənin yaranma səbəbi və ödənilmə tarixinin düzgün əks etdirilmədiyi və həmin çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən müraciət ediləcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. İddiaçı cavabdehlər Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 52484,60 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində əlavə olaraq faiz ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2-1(82)3211/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən imtina edilməmiş, onun nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv olunması və iddianın mümkün sayılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2686/2019 nömrəli, 04 dekabr 2019- cu il tarixli qərardadına əsasən şikayət qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2-1(82)- 3211/2019 saylı qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi ərizədə ödəmənin yaranma səbəbi və ödənilmə tarixini daha aydın və müfəssəl şəkildə müəyyən edə və müvafiq düzəlişlərin edilməsində yardım edə biləcəyi halda bunları etməmiş və formal tələblərə görə ərizəni icra etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2686/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillər inə görə vergi ödəyicisinin artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə təqdim etməsi və həmin ərizədə Qaydalarda qeyd olunan məlumatların göstərilməsi imperativ xarakter daşıyır və vergi ödəyicisi tərəfindən onlara əməl olunmalıdır. Lakin, Bakı Apellyasiya Məhkəməsi qərarını əsaslandırarkən qeyd olunan tələbləri formal tələblər kimi qəbul edərək, vergi orqanının yenidən müraciət edilməsi barədə tələbini imtina kimi qiymətləndirmişdir. Kassator, Vergi Məcəlləsinin 85.5-ci maddəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nı rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsin in 2-1(103)-2686/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)2686/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh, i ddiaçının artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizəsinə 18 iyun 2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. İddiaçıya bildirilmişdir ki, o, 18 iyun 2019-cu il tarixində “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə müraciət edərək 52484,6 manat vəsaitin geri qaytarılmasını xahiş etmiş, müraciətə baxılarkən onun tərəfindən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma səbəbinin və ödənilmə tarixinin düzgün əks etdirilmədiyi aşkar edilmiş, nəzərinə çatdırılmışdır ki, qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. Beləliklə, müəyyən olunur ki, cavabdeh ərizənin qəbulundan imtina etməmiş, iddiaçının ərizədəki nöqsanları arad an qaldırdıqdan sonra yenidən müraciət etmək hüququnu izah etmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, "İnzibati icraat haqqında” Qanununun 15.1-ci maddəsinə görə Qanunla məcburi şərt nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün ə sas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən, inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən, ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Həmin Qanunun 32.2-1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasın ı tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Qanunun göstərilən normalarının tələbləri baxımından iddiaçı cavabdehin cavabı ilə razılaşmadığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə ilkin olaraq həmin iddianın mümkünlüyü şərtlərinə qiymət verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina ol unması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun normasının məzmunundan görünür ki, qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması üçün iddianın predmet və subyekt baxımından əsaslandırılması, başqa sözlə, iddianın ona cavab verən şəxsə qarşı qaldırılması, iddiada irəli sürülən tələbin inzibati məhkəmə icraati qaydasında baxılmalı olub-olmaması (İPMnin 2.2-ci maddəsi), irəli sürülən tələbin inzibati orqanın fəaliyyəti ilə bağlı olub-olmaması və sair cəhətdən əsaslandırıldığı halda onun inzibati məhkəmə icraatı mümkün sayıla bilər Apellyasiya instansiya məhkəməsi, təqdim olunmuş iddia ərizəsindən və iş materiallarından müəyyən etmişdir ki, iddiaçı artıq ödənilmiş 52 484.60 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi odəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında lokal Gəlirlər Departamenti və Maliyyə Nazirliyi üzərinə qoyulması barədə qərar tələbi ilə çıxış edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddəl ərinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edilə bilər. İnzibati məhkəmə icraatı qaydasında öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün zəruri şərtlərdən biri də inzibati mü bahisənin olması, yəni iddia qaldırılmasından əvvəl inzibati orqana ərizə ilə müraciət edilməsidir. Hazırki işdə isə iddiaçı ərizə ilə inzibati orqana müraciət etmiş və nəticə etibarilə onun ərizəsi təmin olunmamışdır. Göstərilən prosessual hüquq normalarının tələbləri və işin araşdırılmış hallarını məcmu halda qiymətləndirən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edi lənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2686/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-645/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-645/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver