Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-645/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina; güzəştli iş stajının az olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 21(103)-2349/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Seriya AZE; № *******; Fin xxxxxxx) XXX tarixində Masallı rayonunda doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçı, 1 sentyabr 1975 – 21 iyul 1978-ci illərdə Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbində təhsil almış, 9 noyabr 1978 – 10 dekabr 1980-ci illərdə hərbi xidmətdə olmuş, 1 sentyabr 1978 – 1 iyul 2008-ci illərdə fasilələrlə müxtəlif müəssisələrdə işləmişdir.
3. İddiaçı 21 sentyabr 2020-ci il tarixində ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 27 noyabr 2020-ci il tarixli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir.
4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının 26 avqust 1983 – 1 iyul 2008-ci il tarixləri arasındakı dövr ərzində “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun nəqliyyat sexində işlədiyi qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun deyil. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun 26 avqust 1983 – 1 iyul 2008-ci illərdə “Azərkimya” İB-nin “Sintezkauçuk” zavodunun nəqliyyat sexində işlədiyi qatar tərtibçisi və tep lovoz maşinistinin köməkçisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.4-cü bölməsinin bəndlərində qeyd edilən peşə siyahısına (dəmiryol nəqliyyat bölməsinin dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qeyd olunmuş qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi) aiddir. Pensiya kapitalı ilə bağlı cavabdehin mövqeyini də əsassız hesab edən iddiaçı bildirmişdir ki, həmin şərt 2017-ci ildə qüvvəyə minmiş, iddiaçının pensiya hüququ isə 2016-cı ildə yaranmışdır.
7. Cavabdeh eyni əsasla iddia ərizəsinə etirazında iddi anın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
8. Sonradan iddiaçı 16 iyun 2021-ci il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək məhkəmədən ona 57 yaşdan, yəni 18.08.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4666/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarı ilə (hakim Aygün Əhədova) iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 18.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir..
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək ümumilikdə 29 il 10 ay 23 gün ümumi iş stajı (01.09.1975-21.07.1978 təhsil müdəti, 09.11.1978-10.12.1980 hərbi xidmət dövrü, 01.09.1978-09.10.1978; 15.01.1981-03.01.1983; 02.03.198301.01.2006-cı il əmək fəaliyyəti) toplamışdır. İddiaçının əmək fəaliyyətinə dair sənədlər və məhkəmənin sorğusu əsasında təqdim edilmiş güzəştli iş arayışı onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan lara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilən Nəqliyyat XXVİİİ bölməsinin 1.Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində: 23001000-16878 şifrinə əsasən teplovozlarda maşinist köməkçiləri, 23001000-18726 şifrinə əsasən qatar tərtibçiləri peşəsinə bərabərdir. Bu əsasdan iddiaçının həmin vəzifələrdə işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alındıqda sonuncunun 01.01.2006cı il tarixədək 22 ildən çox güzəştli iş stajı topladığı müəyyən olunur.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. Apellyasiya i nstansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2-1(103)-2349/2021 nömrəli qərarına əsasən (sədrlik edən Cahangir Yusifov, hakimlər Həmid Həmidov və Elmira Nağıyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4666/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun istehsalat sahəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» №-li Siyahısının «Kimya istehsalatı» (X) bölməsinə aid olunur ki, həmin sahəin göstəricilərində iddiaçının çalışdığı həmin peşələr adı mövcud deyil (Siyahının «Ümumi peşələr» bölməsində də həmin peşələrin mövcudluğu müəyyən olunmur) Sözügedən peşələr yalnız həmin «Siyahı»nın «Nəqliyyat» (XXVİİİ) bölməsinin 1.Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin 23001000-16878 şifri (teplovozlarda maşinist köməkçiləri) və 23001000-18726 şifri (qatar tərtibçilər) altında güzəştli pensiya hüququ verən göstəricilər sırasında təsbit olunmuşdur. Beləliklə də iddiaçının işlədiyi istehsalat sahəsi ilə «Siyahı»da mübahisələndirilən peşələr üzrə güzəştli p ensiya hüququnu nəzərdə tutan sahələr tamamilə bir-birindən fərqlidir. Beləliklə də mübahisələndirilən 26.08.1983-01.07.2008 döründə iddiaçının “Azərikimya” İB-nin “Sintezkauçuk” zavodunun nəqliyyat sexində qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi peşələrin sahə uyğunsuzluğu səbəbindən 2 №-li Siyahının «Nəqliyyat» bölməsində təsbit olunan göstəricilərə aid edilməsi istisna edilir. Belə olan halda isə onun 01.01.2006-cı il tarixinə azı 12 il 6 ay xüsusi stajı mövcud olmadığı halda onun güzəştli şərtlərlə pensiya hüququ yaranmır.
14. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2-1(103)-2349/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci, Mülki Məcəllənin 21, 23, 1096, 1097-ci, Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 60-cı maddələrində nəzərdə tutulan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda g östərilən Nəqliyyat XXVİİİ bölməsinin
1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində, 23001000 – 16878 şifrinə əsasən teplovozlarda maşinist köməkçiləri, 23001000 – 18726 şifrinə əsasən qatar tərtibçiləri peşəsinə bərabərdir. Bu səbəbdən iddiaçının həmin vəzifələrdə işlədiyi müddəti güzəştli iş stajı kimi nəzərə alındığından onun 1 yanvar 2006-cı il tarixinədək 22 ildən çox güzəştli iş stajı topladığı müəyyən olunur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2-1(103)-2349/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qey d olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, kassasiya şikayəti tam olaraq əsassızdır və şikayətdə qeyd olunan halların heç bir hüquqi əsası yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
18. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyə ti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
19. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanı n üzərinə əlavə edilməklə ödənilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən baş layaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı Bölmə: XXVİİİ. Nəqliyyat
1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (-) teplovozlarda maşinist köməkçiləri (kod 23001000—16878) qatar tərtibçiləri (kod 23001000—18726)
23. İnzibati Prosessual Məcəllə Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə d üşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Hazırkı qərarın 17-21-ci bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 1 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 1 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
28. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək 25 ildən artıq iş stajı müəyyən edilsə də, güzəştli iş stajı 12 il 6 aydan azdır. İddiaçının istinad etdiyi 26 avqust 1983 – 1 iyul 2008-ci il tarixlərində “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun nəqliyyat sexində qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi kimi işlədiyi müddətin 1 yanvar 2006-cı ilədək olan dövrünün güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə aid edilməsi istisna olunur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun istehsalat sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının “Kimya istehsalatı” (X) bölməsinə aidd ir. Həmin sahənin göstəricilərində isə iddiaçının çalışdığı peşələrin adları mövcud deyil (Siyahının “Ümumi peşələr” bölməsində də həmin peşələrin mövcudluğu müəyyən olunmur). Sözügedən peşələr yalnız həmin Siyahının “Nəqliyyat” (XXVİİİ) bölməsində təsbit olunmuşdur (bax: hazırkı qərarın 22-ci bəndi).
30. Beləliklə, iddiaçının 26 avqust 1983 – 1 yanvar 2006-cı il tarixlərində işlədiyi istehsalat sahəsi ilə 2 №-li Siyahıda təsbit olunan peşələr üzrə güzəştli pensiya hüququnu nəzərdə tutan sahələr bir-birindən tamamilə fərqlənir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.
31. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zər uri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
32. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2-1(103)-2349/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 21(103)-2349/2021 nömrəli qərarı dəyişdirilmədən sa