Məhkəmə qərarları › İş №2-1(102)-645/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-645/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-645/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı XXX qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyatdan çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı XXX qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 21(103)-247/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, iddiaçının ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ qeydiyyata alınmış və bu barədə reyestr kitabında 30/63384 nömrə ilə xx.xx.1995-ci il tarixdə qeydiyyat aparılmışdır.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən iddiaçı və X9, Əliyeva Nərgiz Hicran qızı, X18, X14, X27, X21, X2 2, Əliyev Hicran Fəxrəddin oğlu, X10, X28, X11, Əliyeva Rüqəyya Hicran qızı, Əliyeva Fatimə Hicran qızı, X35, X19 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir.

4. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 71 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 11317 saylı xx.xx.2018-ci il tarixli arayışa əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 5. xx.xx.1995-ci il tarixli 32 №-li İSDM balansında olan yaşayış fondunun pulsuz şəxsi mülkiyyətə verilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhə ri-39, Maştağa qəsəbəsi, ev 4, iki otaqlı 28 kv.m yaşayış sahəsi olan mənzil 3 iddiaçının şəxsi mülkiyyətinə pulsuz verilmişdir. 6. 32 №-li İSDM komissiyasının 24 aprel 1995-ci il tarixli qərarına əsasən, ünvan 1 iddiaçının şəxsi mülkiyyətinə verilmişdir.

7. Sabunçu RPİ-nin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli 073-19912 saylı məktubda bildirilmişdir ki, iddiaçıya məxsus ünvanda qeydiyyatda olan X9, Əliyeva Nərgiz Hicran qızı, X18, X27, X23, Əliyeva Fatimə Hicran qızı, X11, X29, X21, X35, X19, X10, X5, Əliyeva Rüqəyya Hicran qızı, X22 və Əliyeva Hicran Fəxrəddin qızının qeydiyyatdan çıxarılması Sabunçu RPİ Q və ŞVŞ-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab edilir.

8. Azərbaycan Respublikası Daxili İşlə r Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli 018-1241-1221 saylı məktubundan görünür ki, xx.xx.1979cu il təvəllüdlü X9 xx.xx.2003-cü il, xx.xx.1977-ci il təvəllüdlü X10 xx.xx.2007-ci il, onun övladları xx.xx.1998-ci il təvəllüdlü Əliyev Xəqani və xx.xx.2001-ci il təvəllüdlü Əliyeva Nuranə xx.xx.2013-cü il, xx.xx.1984-cü il təvəllüdlü Əliyev Hicran Fəxrəddin oğlu xx.xx.2006-cı il, övladları xx.xx.2005-ci il təvəllüdlü Əliyeva Fatma, xx.xx.2008-ci il təvəllüdlü Əliyeva Rüqəyya və xx.xx.2007-ci il təvəllüdlü Əliyeva Nərgiz xx.xx.2014-cü il, xx.xx.1982-ci il təvəllüdlü X22 xx.xx.2004-cü il, övladları xx.xx.2006-cı il təvəllüdlü Əliyeva Zəhra xx.xx.2014-cü il və xx.xx.2015-ci il təvəllüdlü Əliyev Əliəkbər xx.xx.2016-cı il, xx.xx.1980-cı il təvəllüdlü X6 xx. xx.2005- ci il, övladları xx.xx.2006-cı il təvəllüdlü Əliyeva Zeynəb və xx.xx.2005-ci il təvəllüdlü Əliyev Hüseyn xx.xx.2015-ci il, xx.xx.1978-ci il təvəllüdlü X28 xx.xx.2010-cu il və xx.xx.1977-ci il təvəllüdlü X11 xx.xx.2005-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 4 sentyabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan yaşayış evində daimi pasport qeydiyyatında olan vətəndaşların qeydiyyatdan çıxarılması barədə qərar q əbul edilməsini xahiş etmişdir.

10. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən mənzildən X9, Əliyeva Nərgiz Hicran qızı, X18, X14, X27, X21, X22, Əliyev Hicran Fəxrəddin oğlu, X10, X28, X11, Əliyeva Rüqəyya Hicran qızı, Əliyeva Fatimə Hicran qızı, X35, X7 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Maştağa qəsəbəsi İSMD- 32, ev 4 mənzil 3 ünvanında yaşayır. Qeyd etdiyi yaşayış evi 28,15 kv.m-dən ibarətdir. Yaşayış evi 30/63384-xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydi yyatı İdarəsində qeydiyyata salınmış və iddiaçıya Qeydiyyat Vəsiqəsi verilmişdir. Xüsusi mülkiyyətində olan yaşayış evində təkcə iddiaçı pasport qeydiyyatındadır. İddiaçının xəbəri olmadan iddiaçıya məxsus olan yaşayış evinə qonşular qeydiyyata düşmüşlər.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6266/2020 nömrəli, xx.xx.2020-ci tarixli qərardadı ilə X9, Əliyeva Nərgiz Hicran qızı, X18, X14, X27, X21, X22, Əliyev Hicran Fəxrəddin oğlu, X10, X28, X11, Əliyeva Rüqəyya Hicran qızı, Əliyeva Fatimə Hicran qızı, X35, X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.

13. Üçüncü şəxs X10 tərəfindən məhkəməyə göndərilmiş 18 fevral 2021-ci il tarixli məktub ilə bildirilmişdir ki, iddiaçıya məxsus olan Baki şəhəri, ünvan 5 ünvanında yerləşən 3 saylı mənzilə dair istifadə hüququ yoxdu r, həmin mənzilə dair kompensasiya istəmir, heç bir tələbi yoxdur və həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına etiraz etmir.

14. Üçüncü şəxs X11 tərəfindən məhkəməyə göndərilmiş 18 fevral 2021-ci il tarixli məktub ilə bildirilmişdir ki, iddiaçıya məxsus olan Baki şəhəri, ünvan 5 ünvanında yerləşən 3 saylı mənzilə dair istifadə hüququ yoxdur, həmin mənzilə dair kompensasiya istəmir, heç bir tələbi yoxdur və həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına etiraz etmir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1612/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən X1, Əliyeva Nərgiz Hicran qızının, X8, X4, X15, X12, X13, Əliyev Hicran Fəxrəddin oğlunun, X2, X16, X3, Əliyeva Rüqəyya Hicran qızının, Əliyeva Fatimə Hicran qızının, X24, X7 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad edərək qeyd etmişdir ki, ünvan 1 yerləşən daşınmaz əmlak üzərində iddiaçının xüsusi mülkiyyət hüququ dövlət qeydiyyata alınmışdır. Üçüncü şəxlərin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxlərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Üçüncü şəxslərin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı m ənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır.

17. Üçüncü şəxslər Əliyeva Nərgiz Hicran qızı, X18, X14, X27, X21, X22, Əliyev Hicran Fəxrəddin oğlu, X10, X11, Əliyeva Rüqəyya Hicran qızı, Əliyeva Fatimə Hicran qızı, X35 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-247/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər V.Ə.Baxışova /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1612/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd e tmişdir ki, işə baxılarkən təqdim edilmiş 32 №-li SMD-nin Həmkarlar İttifaqının xx.xx.1988-ci il tarixli protokolundan görünür ki, qəsəbədə boşalmış ev 4, mənzil 3, sahəsi 35 kv.m olan mənzilin idarənin fəhləsi Əliyev Fəxrəddin Şahmirzə oğluna 8 nəfər ailə tərkibi ilə birlikdə order əsasında verilməsi qərara alınmışdır. 32 №-li SMD-nin Həmkarlar İttifaqı tərəfindən qeyd edilən mənzilə dair Əliyev Fəxrəddin Şahmirzə oğluna verilmiş order iş materiallarına əlavə edilmişdir. Həmçinin Əliyev Fəxrəddin Şahmirzə oğlunun əmək kitabçasının əslinə baxış keçirilərək müəyyən edilmişdir ki, o həqiqətən 32 saylı SMD trestində işləyir.

20. Bundan başqa, apellyasiya məhkəməsinin sorğusuna əsasən Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən həm iddiaçının, həm də üçüncü şəxslərin y aşadıqları mənzillərin sxemi tərtib edilmiş, sxemə əsasən müəyyən edilmişdir ki, hər iki mənzil tamamilə ayrı-ayrı mənzillərdir. İddiaçının və üçüncü şəxslərin işə apellyasiya qaydasında baxılarkən verdikləri izahatlara əsasən müəyyən edilmişdir ki, yaşayış sahələri iddiaçıya və Əliyev Fəxrəddin Şahmirzə oğluna işlədikləri idarədən yataqxana otaqları kimi verilmiş, hər iki yaşayış sahəsinin eyni ünvanı olmuşdur. İddiaçı özünə aid mənzili özəlləşdirmiş, özəlləşdirilərkən mənzilə ünvan 1 ünvanı verilmişdir. Eyni qaydada üçüncü şəxslərin də qeydiyyatda olduqları mənzili özəlləşdirmək hüququ olduğundan hazırda onların qeydiyyatdan çıxarılması üçüncü şəxsləri yaşadıqları mənzili özəlləşdirmək hüququndan məhrum edir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, üçüncü şəxslər Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiaçının razılıq ərizəsi əsasında mənzilə qeydə alınmış şəxslər kateqoriyasına aid olmadığından, Əliyev Fəxrəddin Şahmirzə oğlunun ünvan 1 ünvanında yerləşən və hazırda ailə üzvləri ilə birlikdə yaşadığı sahəsi 35 kv.m olan mənzilə istifadə hüququ xx.xx.2000-ci il tarixədək yarandığından iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında ifadə edilmiş hüquqi mövqeyinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblə rinə zidd olmuşdur.

22. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq İPM-nin 87.8-ci, MPM-nin 88-ci maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, apellyasiya məhkəməsi qərarını yetərincə əsaslandırmamış və təqdim olunan sübutlara doğru münasibət bildirməmişdir. Belə ki, iddiaçının xəbəri olmadan ona məxsus mənzilə qonşuları X10, Əliyev ƏtiƏkbər Anar oğlu, X11, X17, Dadaşova Nərgiz Hicran qızı, Əliyeva Rüqəyya Hicran qızı, X18, X20, X22, X21, X9 qeydiyyata düşmüşlər. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə yaşamır və mənzildən istifadə hüququnu təsdiq edən heç bir sənəd mövcud deyildir. Üçüncü şəxslər bunu, yazdıqları apellyasiya şikayətində də qeyd etmişlər. Onlar apellyasiya şikayətində iddiaçı ilə divar qonşusu olduqlarını qeyd etmiş və onların yaşadığı mənzilin ataları Əliyev Fəxrəddin Şahmirzə oğluna xx.xx.1988-ci il tarixdə 7 saylı order əsasında verildiyini bildirmişlər. Bakı şəhəri Maştağa qəsəbə nümayəndəliyinin xx.xx.1988-ci il tarixli, 7 saylı protokol iclasının qərarına əsasən ümumi sahəsi 35 kv.m olan mənzil həmin idarənin işçisi Əliyev Fəxrəddin Şahmirzə oğluna verilmişdir. Lakin Əliyev Fəxrəddin indiyə qədər 35 kv.m olan mənzili öz adına özəlləşdirə bilməmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Sabunçu rayon İcra Hakimiyyətinə göndərdiyi sorğu nəticəsində iddiaçı və üçüncü şəxslərin yaşadıqları mən zillərin tamamilə ayrı-ayrı mənzillər olduğu təsdiqlənmişdir.

24. Üçüncü şəxslərdən X10 və X11 17 saylı notariat ofisində təsdiqlənmiş yazılı ərizələri ilə İSMD 32, ev 4, mənzil 3-ə dair istifadə hüquqlarının və həmin mənzil barədə heç bir tələblərinin olmadığını və həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. Həmçinin, üçüncü şəxslərin bəzilərinin özlərinə məxsus yaşayış evləri də mövcuddur və faktiki olaraq həmin mənzillərdə yaşamaqdadırlar. Bundan başqa, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququ dövlət tərəfindən qeydiyyata alınmışdır. Lakin üçüncü şəxslərin mənzildən istifadə hüququnu təsdiq edən heç bir rəsmi sənəd mövcud deyildir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. T ƏTBİQ EDİLƏN HÜQUQ 26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

27. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qayda da əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələ rinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Belə ki, apellyasiya məhkəməsinin müvafiq sorğusuna əsasən Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanda yerləşən həm iddiaçının, həm də üçüncü şəxslərin yaşa dıqları mənzillərin sxemi tərtib edilmiş, sxemə əsasən müəyyən edilmişdir ki, hər iki mənzil tamamilə ayrı-ayrı mənzillərdir.

34. Bundan başqa, iddiaçının və üçüncü şəxslərin işə apellyasiya qaydasında baxılarkən verdikləri izahatlara əsasən müəyyən edilmişdir ki, yaşayış sahələri iddiaçıya və Əliyev Fəxrəddin Şahmirzə oğluna işlədikləri idarədən yataqxana otaqları kimi verilmiş, hər iki yaşayış sahəsinin eyni ünvanı olmuşdur. İddiaçı özünə aid mənzili özəlləşdirmiş, özəlləşdirilərkən mənzilə ünvan 1 ünvanı verilmişdir. Eyni qaydada üçüncü şəxslərin də qeydiyyatda olduqları mənzili özəlləşdirmək hüququ olduğundan hazırda onların qeydiyyatdan çıxarılması üçüncü şəxsləri yaşadıqları mənzili özəlləşdirmək hüququndan məhrum edir.

35. Həmçinin, apellyasiya instansiya məhkəməsində inzibati icraa t zamanı təqdim edilmiş 32 №-li SMD-nin Həmkarlar İttifaqının xx.xx.1988-ci il tarixli protokoluna əsasən, sözügedən ünvanda yerləşən sahəsi 35 kv.m olan mənzilin idarənin fəhləsi Əliyev Fəxrəddin Şahmirzə oğluna 8 nəfər ailə tərkibi ilə birlikdə order əsasında verilməsi qərara alınmışdır. 32 №-li SMD-nin Həmkarlar İttifaqı tərəfindən qeyd edilən mənzilə dair Əliyev Fəxrəddin Şahmirzə oğluna verilmiş order iş materiallarına əlavə edilmişdir. Eyni zamanda, Əliyev Fəxrəddin Şahmirzə oğlunun əmək kitabçasının əslinə baxış keçirilərək müəyyən edilmişdir ki, o həqiqətən 32 saylı SMD trestində işləyir.

36. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən iddiaçı və üçüncü şəxslərin yaşadıqları mənzillərinin sxemi çəkilmiş, sxemdə onların yaşadı qları mənzillər bitişik olmaqla giriş-çıxışı ayrı-ayrı göstərilmişdir, lakin hər iki yaşayış sahəsinin ünvanı eyni olmuşdur. Odur ki, üçüncü şəxslərin məhz iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları barədə iddiaçının dəlilləri əsaslı sayıla bilməz.

37. Beləliklə, apellyasiya instansiyası məhkəməsi ətraflı araşdırma aparmaqla haqlı olaraq bu nəticəyə gəlmişdir ki, üçüncü şəxslərin sözügedən ünvandan qeydiyyatdan çıxarılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında ifadə edilmiş hüquqi mövqeyinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələ blərinə ziddir.

38. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı inzibati mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Məmmədova (Ə sgərova) Minarə Camal qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-247/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar