Məhkəmə qərarları › İş №2-1(102)-646/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-646/2019

26.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-646/2019 26.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzillərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrındə qeydiyyata alınaraq texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsitələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 2-1(103)-2270/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 26 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mülkiyyətində olan ünvan-nın ölçüləri dəqiq göstərilməklə mülkiyyət hüququnu təsdiq edən sənədin və texniki pasportun tərtib edilməsini xahiş etmişdir. Cavabdeh 22.12.2017-ci il tarixli, **********56 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək bunu onunla əsaslandırmışdır ki, mənzillərin dövlət reyestrlərində qeydiyy atdan keçən sahəsi ilə faktiki istifadə olunan sahəsi arasında fərq mövcuddur. Faktiki istifadə olunan sahələrin dəqiqləşdirilməsi haqqında hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən ərizənin icrası qeyri-mümkündür. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Mələsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 9 saylı mənzilə dair ümumi sahəsi 31.4 kv.m kimi göstərilməklə, ünvan 1, 12 saylı mənzilə dair ümumi sahəsi 36.3 kv.m göstərilməklə, ünvan 1, 14 a saylı mənzilə dair ümumi sahəsi 133.2 kv.m kimi göstərilməklə, yeni qeydiyyat aparılmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsinə və 500 manat maddi və 2000 manat mənəvi zərərin ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsinin 29-cu bəndi üzrə iddia tələbinin, “ünvan mənzilə dair ümumi sahəsi 36.4 kv.m kimi göstərilməklə”, 30-cu bəndi üzrə isə iddia tələbinin ünvan a saylı mənzilə dair 125.7 kv.m mənzilin iç ölçüləri və 7.5 kv.m faktiki ölçüləri olmaqla köməkçi sahə üzrə ümumi sahəsi 133.2 kv.m göstərilməklə yeni qeydiyyatın aparılması və texniki pasportun verilməsi kimi qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1232/2018 saylı, 1 1 may 2018-ci il tarixli qərarı (hakim - A.A.Abdullayeva) ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1, 9 saylı mənzilə dair ümumi sahəsi 31.4 kv.m kimi göstərilməklə, ünvan 1, 12 saylı mənzilə dair ümumi sahəsi 36.4 kv.m göstərilməklə, ünvan saylı mənzilə dair ümumi sahəsi 133.2 kv.m kimi göstərilməklə İddiaçı adına dövlət reyestrində qeydə alınması, həmin mənzillərə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə olunmuş, iddia maddi və mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməmişdir. Qərardan ayrı-ayrılıqda iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2270/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçihakim – M.N.Tağızadə, hakimlər - Ü.A.Mayılov və K.N.Abiyeva) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1232/18 saylı iş üzrə qəbul etdiyi 11 may 2018-ci il tarixli qərarı dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən 14 a saylı mənzilə dair ümumi sahəsi 129,39 kv.m kimi göstərilməklə İddiaçı adına dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, qərarın qalan hissələrdə isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İddiaçı apellyasiya məhkəməsinin qərarını iddia tələbinin təmin edilməyən hissəsində ləğv edərək iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə apellyasiya məhkəməsinin qərarını ləğv edərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iddia tələbinin maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı işin halları tam və hərtərəfli araşdırılm amış, maddi və prosessual hüquq normaları mübahisəyə həmin hissədə düzgün tətbiq edilməmişdir. Belə ki,cavabdeh tərəfin vəzifə səlahiyyətlərini icra etməməklə, qanunla edilməsi vacib olan hüquqi hərəkətləri qulluq mənafelərinə qəsdən zidd olaraq edilməməsi, onu məhkəmə çəkişmələrinə əsassız arqumentlərlə təhrik etmələri, şəxsi əmlakına qərəzli və işgüzar nüfuzuna vurulmuş zərərin böyük həcmi üzrə, eyni zamanda, vəzifə səhlənkarlığı etməklə mənzil yaşayış fondu üzərində müvafiq icra hakimiyyəti orqanı və strukturu olmaqla, qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qanunsuz hərəkətləri təkrar-təkrar etmələri və məhkəmənin sözügedən məsələyə, yaranmış vəziyyət üzrə sona gədər qiymət verməməsi onun qanunla qorunan hüquqlarımın həyata keçirilməsinə mane olur. On ildən art ıqdır ki, cavabdeh təşkilatdan sözügedən mənzillər üzrə (9,12,14) mülkiyyət hüququmu təsdiq edən, eləcə də müvafiq texniki sənədlərimi müfəssəl şəkildə əldə edə bilməməklə, hüquqları davamlı olaraq pozulur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı təmin edilən iddia tələbləri üzrə haqlıdır və bu hüquqlar qanunla qorunur. Yəni, onun mülkiyyət hüququnun pozulması və bu halın uzun müddətli (10 il) olması faktdır və yolverilməzdir. Eləcə də, baş verən hərəkət və ya hərəkətsizliyin səbəbi heç də texniki səhv deyil, cavabdeh tərəfin bir mənalı olaraq məsələyə subyektiv yanaşmasıdır ki, bu hallar da iddiaçı tərəfindən faktiki olaraq maddi sübutlarla sübuta yetirilmişdir. Cavabdehin kassasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, İddiaçı İdarəyə müvafiq mənzillərə dair çıxarışın veril məsi ilə bağlı deyil, yalnız texniki pasportların tərtib edilməsi məqsədilə müraciət etmişdir. Bundan əlavə, müvafiq ünvanda yerləşən 9 saylı mənzil ümumi sahəsi 27,9 kv.m olmaqla, 12 saylı mənzil ümumi sahəsi 50 kv.m olmaqla, 14a saylı mənzil isə ümumı sahəsı 76,5 kv.m olmaqla iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan başqa sözügedən mənzillərin faktiki ölçüləri ilə müvafiq əmlakın dövlət reyestrindən verilmiş çıxarışlarda fərqlər mövcuddur. Lakin əlavə sahələrə dair idarəyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə ərizəyə əlavə edilmiş məhkəmə qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina m əktubu ünvanlanmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və vəkili özlərinin kassasiya şikayətinin məzmununa uyğun izahat verərək həmin şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin isə təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı ünvan istifadədə olan 0.0361 ha torpaq sahəsində yerləşən 94 nömrəli, 2 mərtəbəli binada yerləşən 51.3 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 a saylı mənzil, yaşayış sahəsi 17.5 kv.m olan 12 saylı mənzil və ümumi sa həsi 27.9 kv.m olan olan 9 saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. ünvan 2 ünvanında yerləşən 9 və 12 saylı mənzillərin texniki pasportu mövcuddur. İşdə olan 14611 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 9 saylı mənzilin ümumi sahəsi 31.4 kv.m, 12 saylı mənzilin ümumi sahəsi isə 36.4 kv.m-dir. Həmin mənzillərin ölçülərinin texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfındən İddiaçı ünvanlanmış **********11 saylı, 09.10.2015-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 14 a nömrəli mənzildə yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, faktiki mənzilin yaşayış sahəsi 52.6 kv m ümumi sahəsi 1 25.7 kv.m təşkil edir. İşdə olan Səbail rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1997-ci il tarixli, 325 нömrəli Sərəncamının surətindən görünür ki, ünvan 6 binanın həyətində yerləşən 5.5 kv.m sahənin əlavə olaraq 14 a saylı mənzilin kirayəçisinin istifadəsinə verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən ünvan 6 ünvanda yerləşən mənzillərə yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, mənzillərdə heç bir əlavə tikili mövcud deyildir. Səbail rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1997-ci il tarixli, ** saylı Sərəncamı ilə 14 a saylı mənzilə əlavə olaraq verilmiş 5.5 kv.m sahənin faktiki olaraq ölçüsü 7.5 kv.m təşkil edir və sahə ilkin vəziyyətdədir və həmin sahəyə hər hansı bir artım edilməsi qeyri-mümkündür. Beləliklə, mübahisənin müəy yən olunmuş faktiki hallarına görə ünvan 7 ünvanında yerləşən mənzillərdə heç bir əlavə tikili mövcud deyildir. 9 saylı mənzilin ümumi sahəsi 31.4 kv.m, 12 saylı mənzilin ümumi sahəsi 36.4 kv.m olmaqla texniki pasportda göstərilən ölçülərə uyğundur. Mənzillər ilkin vəziyyətdəki faktiki ölçülərinə uyğundur. Birinci instansiya məhkəməsi mübahisəli 14 a saylı mənzilə dair qeydiyyata alınması ilə bağlı nəticəyə gələrkən istinad etmişdir ki, həmin mənzilə dair texniki pasport mövcud olmayıb, sözügedən mənzil cavabdehin mütəxəssisləri tərəfindən aparılmış ölçülərə əsasən 125,7 kv.m və Səbail rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1997-ci il tarixli, **sərəncamı ilə 14a saylı mənzilə əlavə olaraq verilmiş 5.5 kv.m (faktiki olaraq 7.5 kv.m) ilə birlikdə ümumi sahəsi 133.2 kv.m-dir. Kollegiya he sab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin cavabdehin mütəxəssisləri tərəfindən aparılmış ölçülər əsasında 14 a saylı mənzilin 125,7 kv.m olması ilə bağlı nəticəsini əsaslı hesab etməmişdir. Belə ki, işdə olan cavabdehin iddiaçıya ünvanladığı 09.10.2015-ci il tarixli məktubunda yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən faktiki mənzilin yaşayış sahəsinin 52,6 kv.m, ümumi sahəsi 125,7 kv.m təşkil etdiyi qeyd edilsə də daha sonra, cavabdehin iddia tələbinə etirazında bildirilmişdir ki, sözügedən daşınmaz əmlaka təyin edilmiş yerində müаyinəyə əsasən 14 a saylı mənzilin faktiki sahəsi 133 kv.m olduğu göstərilmişdir. Kollegiya hesab edir ki, cavabdehin 14a saylı mənzilin yerli müayinəsi zamanı müəyyən etdiyi bir-birindən fərqli rəqəmlər əsasında həmin mənzilin faktiki sahəsinin dəqiq müəyyən edilməsi mümkün deyildir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respubliaksı Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sa həsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ***** saylı 31.10.2016-cı il tarxli ekspert rəyində göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən 14a saylı mənzilinin mövcud vəziyyətdə ümumi sahəsinin 121,89 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul edərək haqlı olaraq belə nəticəyə gəlmişdir ki, 14 a saylı mənzilin faktiki sahəsi 129,39 kv.m (121,89+7.5 kv.m) qəbul olun malı və həmin göstəriciyə uyğun dövlət reyestrində qeydiyyat aparılmalıdır. İddia tələbinin maddi və mənzəvi zərərin ödənilməsi ilə bağlı hissəsinin təmin edilməməsi də əsaslı olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulmas ı nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin hallarından müəyyən olunur ki, tərəflər arasında mənzilin ölçüləri ilə bağlı mübahisə olmuş və cavabdeh iddiaçının tələb etdiyi qaydada qeydiyyatın aparılmasından daşınmaz əmlakın dövlət reyestrindəki mövcud qeydiyyata və hüquq müəyyənedici sənədlərin təqdim olunmamasına istnad etmişdir. Başqa sözlə, cavabdehin birbaşa iddiaçıya zərər vurulmasına yönəlmiş təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edilmir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının və cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2270/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar