Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-646/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 dekabr tarixli 2-1(103)-2365/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə müraciət edərək X4 adına Xarkov Milli İqtisad Universiteti tərəfindən iddiaçıya verilmiş x nömrəli, 2018-ci il 30 iyun tarixli diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yeri nə yetirilməsi qeyrimümkündur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinasının qanunsuz hesab edilməsi və X4 adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş B16 ******* nömrəli, 2018-cı il 30 iyun tarixli diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, İddiaçı 2013-cü il tarixdə X4 adına Xarkov Milli İqtisad Universitetinin maliyyə-kredit fakültəsinə daxil olmuşdur. 2018-ci il tarixdə təhsilini başa vurmuşdur. Azərbaycan Respublik ası Hökümət və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında 2000-ci il martın 16-da Bakı şəhərində Saziş imzalanmışdır. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) barədə həmin ilin oktyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Nostrifikasiya və akkreditasiya idarəsinə sənədlərini elektron variantda təqdim etmişdir. xx xxxxxx 2018-ci il tarixdə həmin İdarəyə dəvət olunmuş və müsabiqədən keçmişdir. Həmin təşkilat xx xxxxxx 2019- cu il tarixdə diplomun tanınması üçün elektron variantda imtina məktubu göndərmiş, imtinaya səbəb kimi göstərmişdir ki, X4 adına Xarkov Milli İqtisad Universitetinin tədris normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olmuşdur. Cavabdehin imtinası qanunsuzdur və ona X4 adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli B18 seriyalı 215387 nömrəli diplom ali təhsil sahəsində ixtisas üzrə tanınması və bu barədə şəhadətnamənin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı etiraz vermişdir. Etirazda qeyd edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, iddiaçının sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “ Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları’na (bundan sonra mətndə - Qaydalar) uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyinə görə, Rusiya Federasiyasının X4 adına Xarkov Milli İqtisad Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən bildirmək olar ki, iddiaçı təhsil aldığı müddət ərzində dərslərdə və imtahanlarda iştirak etməmiş, təhsilalanın tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, imtahanları verməsi, sonda diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olması qeyri-mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 iyul tarixli 2-1(82)-1594/2019 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, X4 adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş 2018-ci il 30 iyun tarixli B18 seriyalı 215387 nömrəli diplomu üzrə ali təhsil sahəsində İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının 2000-ci il 18 i yul tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edildiyindən, cavabdeh iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirilməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 13 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 dekabr tarixli 2-1(103)-2365/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 iyul tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 25 dekabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2020-ci il 10 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, qanunvericiliyin tələbinə görə, cavabdeh orqan iddiaçı barəsindən qəbul etdiyi inzibati aktın qanuniliyini təsdiq edən halların mövcudluğunu sübut etməyə borcludur. Yəni, iddiaçının diploma əlavədə göstərilən tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyünü sübut edən faktları məhkəməyə təqdim etməli idi. Lakin cavabdeh inzibati orqan belə bir sübutların olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə faktın olmamasına baxmayaraq, inzibati orqanın istinadının əsasını araşdırmamış, cavabdeh orqanın mülahizə əsasında verdiyi imtinasını mötəbər sübut kimi qəbul edərək, nəticədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mət ndə - İPM) 12.1-ci maddəsinin tələblərinin pozulması ilə əsassız qərar qəbul etmişdir. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməməklə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qeydiyyat vərəqəsinə istinad edərək qeyd edir ki, iddiaçı 2013-2018-ci illər ərzində qiyabi formada bakalavr təhsili alarkən İ il -05 gün, İİ il-05 gün, İİİ il 09 gün, İV il-01 ay 09 gün, V il 01 ay 13 gün müddətində həmin ölkədə olmuşdur ki, ekspert qrupu tərəfindən də ona haqlı olaraq mənfi rəy verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sərhədkeçmə məlumatlarından göründüyü kimi iddiaçı 2013-cü ildə 7 gün, 2014-cü ildə 18 gün, 2015-ci ildə 34 gün, 2016-cı ildə 37 gün, 2017-ci ildə 46 gün və 2018-ci ildə 42 gün müddətində ölkə sərhədindən çıxaraq Ukraynaya gedib-gəlmişdir. Eyni zamanda cavabdehin imtina məktubuna əsaslanan məhkəmə qərarında qeyd edir ki, iddiaçının qısa vaxt ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi qeyri-mümkündür. Bununla bağlı iddiaçı qeyd edir ki, mütəxəssis proqramı üzrə nəticələr və məzmunu haqqında məlumatı əks etdirən diploma əlavənin 4-cü bəndindən görünür ki, iddiaçı akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlər, yazdığı kurs işləri və onların qiymətləndirilməsinin ümumi nəticəsi məqbul sayılmışdır. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukr aynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə görə Azərbaycan Tərəfı Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qa nunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirilməkdə haqlı olmamışdır. Belə ki, AR NK-nın xx.xx.2003-cü il tarixli 13 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsının İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaric i ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla t ənzimlənir İPM-in 14.3-cü maddəsinə görə ınzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibatı orqanlar tərəfındən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəz ərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.1, 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fıziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin m üəyyən edilməsı üçün tədbirlər görür (maddə 19.1, 19.2). İddiaçının adına verilmiş diplomun nostrifikasiya olunmasından cavabdehin imtinası və apellyasiya instansiya məhkəməsinin qərarı qanuna ziddir, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili (nümayəndəsi) 2020-ci il 30 iyun tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı 2020-ci il 30 iyun tarixli məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab e tmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsasladır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Yuxarıda istinad edilən Qaydaların 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsi l sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasl arının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Qaydaların 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun A zərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydaların 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Qaydaların 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Qaydaların 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan R espublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in (bundan sonra mətndə - Saziş) 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Sazişin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və nö vbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. Sazişin 5-ci maddəsinə əsasən, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Sazişin 6-cı maddəsinə görə, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Sazişin tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair d əlillər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, Sazişin 2-ci maddəsi ilə yalnız orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınmış və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılmışdır. Başqa sözlə, Sazişlə Ukrayna ali təhsil müəssisələrinin bakalavr və magistr diplomlarına münasibətdə ekvivalentlik müəyyən edilməmişdir və ona görə də Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəası hazırkı mübahisəyə tətbiq oluna bilməz. Bu da o deməkdir ki, Sazişin 5-ci maddəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ukraynada verilmiş bakalavr və magistr ixtisas dərəcələri haqqında diplomları təhsil müddətinə və təhsilin məzmununa uyğun gələrsə, tanıyır. Bununla yanaşı, hazırkı məzmunda iddia üzrə nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi həmçinin aşağıdakıları nəzərə almalı idi. Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekv ivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Cavabdeh in yaratdığı ekspert qrupu tərəfindən Qaydaların 3.7-ci bəndində təsbit olunmuş, mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin yuxarıda istinad edilən normaların tələblərinə uyğun aparıldığı (ona verilmiş səlahiyyətlərdən inzibati orqanın düzgün istifadə etdiyi) məhkəmə araşdırmasının predmeti olmamışdır. Bundan başqa, cavabdehin ekspert qrupunun iddiaçı barəsində tərtib etdiyi qeydiyyat vərəqəsində qeyd edilir ki, iddiaçı 2013-2018-ci illər ərzində qiyabi formada bakalavr təhsili alarkən İ il -05 gün, İİ il-05 gün, İİİ il 09 gün, İV il-01 ay 09 gün, V il 01 ay 13 gün müddətində həmin ölkədə olmuşdur. Halbuki, işdə olan sərhədkeçmə məlumatlarında fərqli məlumatlar göstərilərək iddiaçının 2013-cü ildə 7 gün, 2014-cü ildə 18 gün, 2015-ci ildə 34 gün, 2016-c ı ildə 37 gün, 2017-ci ildə 46 gün və 2018-ci ildə 42 gün müddətində ölkə sərhədindən çıxaraq Ukraynaya gedib-gəldiyi qeyd edilmişdir. Belə olan halda da, cavabdehin yaratdığı ekspert qrupu tərəfindən Qaydaların 3.7-ci bəndində təsbit olunmuş, mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin yuxarıda istinad edilən normaların tələblərinə uyğun aparıldığı məhkəmə araşdırmasının predmeti olmalıdır. Belə ki, cavabdeh imtina məktubunda iddiaçının tədris yükünü mənimsəməsinin mümkün olmadığını bildirsə də, mütəxəssis proqramı üzrə nəticələr və məzmunu haqqında məlumatı əks etdirən mütəxəssis diplomuna əlavənin 4-cü bəndində iddiaçının akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlər, yazdığı kurs işləri və onların qiymətləndirilməsi aydın şəkildə şərh edilmiş və ümumi nəticəsi məqbul sayılmışdır. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12 və 58.7-ci maddələrinin təl əblərinin pozulması ilə qəbul edildiyindən qərar ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin olunması tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 dekabr tarixli 2-1(103)-2365/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-646/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-646/2020
03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver