Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-646/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin bərpasına dair ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyasının ödənişinin davam etdirilməsi cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 28 fevral 2020-ci il tarixli, 2-1(103)-370/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 20 iyun 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək yaşa görə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması barədə cavab məktubunun əsassız hesab edilməsi və 21 dekabr 2018-ci il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin davam etdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3752/2019 saylı qərarı ilə iddia rədd edilmişdir
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-370/2020 nömrəli, 28 fevral 2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək ötürülmüş prosessual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişd ir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, qərar iddiaçının ünvanına göndərilsə də, uzun müddətdir ki, evində olmayan iddiaçı həmin qərarı almamış, evə qayıtdıqda isə ona məlum olmuşdur ki, qərar poçt vasitəsi ilə onun ünvanına göndərilmiş, qonşusu tərəfindən imzalanaraq iddiaçıya verilməsi məqsədi ilə götürülmüşdür. Lakin məktub uzun müddət qonşuda qaldığı üçün hazırda məktubu hara qoyması və məktubun itib-itməməsi barədə məlumatlı olmadığını bildirdiyindən, o, ərizə ilə məhkəməyə müraciət edərək həmin qərarın ona verilməsini istəmiş, lakin apellyasiya məhkəməsində bu qərarın verilməsi 15 gün müddətə icra edilə biləcəyini öyrəndikdən sonra dövlət rüsumu ödəməklə qərarı 20 dekabr 2021-ci il tarixdə almışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İ PM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
9. Prosessual müddətin bərpa olunmasına dair ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
10. İPM-in 24.1-ci maddəsinin tələbindən göründ üyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
11. İddiaçı ərizənin əsası kimi qeyd edir ki, uzun müddət evdə olmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən poçt vasitəsi ilə ona göndərilmiş məhkəmə qərarını ala bilməmiş, onun əvəzindən qonşusu qərarı almaqla ona təhvil verməmişdir.
12. Məhkəmə kollegiyası ərizənin həmin dəlilini müddətin üzrlü səbəblərdən ötürülməsinin əsası kimi qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsində təyin edilmiş 2020-ci 05 fevral tarixli məhkəmə iclasında iddiaçı iştirak etmiş, həmin iclasın təxirə salınması barədə qəbzə imza etməklə iclasın 28 fevral 2020-ci il tarixinə təxirə sal ınması barədə xəbərdar olunmuşdur. İddiaçı sonradan tərəf olduğu işin nəticəsi barədə maraqlanmamış, yaşayış yerini uzun müddətə tərk etməsi, məhkəmə sənədlərinin məhz hansı ünvana və ya hansı qaydada çatdırılmalı olması barədə məhkəməni məlumatlandırmamış, kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət daxilində qərarı mübahisələndirməyə cəhd göstərməmiş, yalnız 28 fevral 2020-ci il tarixindən 1 il 10 aya yaxın müddət keçdikdən sonra 15 dekabr 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-370/2020 nömrəli, 28 fevral 2020-ci il tarixli qərarının ona təkrarən verilməsini xahiş etmişdir.
13. Qərardan vaxtında şikayət verilməsi imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar k ənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
14. Beləliklə, prosessual müddətin ötürülməsində iddiaçı təqsirsiz olmamışdır.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual müddətin bərpasına dair ərizə təmin edilmir Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-370/2020 nömrəli, 28 fevral 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.