Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-646/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə və torpaq sahəsinə X37 qızının adına çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əm lakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) “Şəki şəhəri Ş.Axundova küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evini və onun altında yerləşən 0,0730 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb X15 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-383/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 915237 nömrəli xx.xx.2018-ci il tarixli “Ölüm haqqında” şəhadətnaməyə əsasən X25 xx.xx.1973-cü ildə vəfat etmişdir.
2. Şə ki rayon 2 saylı Xüsusi notariat kontoru tərəfindən AR ƏMDK DƏDRX ünvan 1 ünvanlanmış xx.xx.2018-ci il tarixli 209 nömrəli məktubunda X15 vərəsələri qeyd edilmişdir ki, onlardan biri iddiaçıdır. 3. “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun surətinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Səkinə Qaffar qızının mülkiyyətində olmuşdur.
4. Texniki inventar nömrəsi 2500 olan xx.xx.1992-ci il tarixli “evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkası”nın surətinə əsasən, Nuxa, Əzizbəyov küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evi Səkinə Qaffar qızının mülkiyyətində olmuş, cəmi tikinti sahəsi 176,2 kv.m, cəmi meydançanın sahəsi 1037,0 kv.m-dir. 5. xx.xx.2016-cı ildə tərtib olunmuş 2500 inventar nömrəli, **** ******97-10301 reyestr nömrəli “Texniki pasport”un təsdiq olunmuş surətinə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X5 mülkiyyətindədir. Texniki pasportda sənəd üzrə torpaq sahəsi 0,0411 ha, faktiki 0,0655 ha, tikinti altı sahə 0,0147 ha qeyd edilmişdir. Texniki pasportun “Xüsusi qeydlər” bölümündə həyətyanı ərazidə 244 kv.m zəbt torpaq sahəsinin olması qeyd edilmişdir. Texniki pasportun tərtib olunmasına əsas DNK-nın xx.xx.2015-ci il tarixli 4Ə- 452 saylı bağışlama müqaviləsi göstərilmişdir.
6. X34 filialının xx.xx.2016-cı il tarixli 1362 nömrəli məktubundan görünür ki, Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1964-cü il tarixli 13 saylı iclasının qərarı ilə X4 şəhərin Əzizbəyov küçəsi ev 8 ünvanında yerləşən 16,49 kv.m fərdi yaşayış evinə bir otaq əlavə olunmasına icazə veri lmişdir. 7. 9114/3193 nömrəli, xx.xx.1965-ci il tarixli “Torpaq qeydi”nin təsdiq olunmuş surətinə əsasən, keçmiş Nuxa şəhəri Əzizbəyov küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evi və 411 kv. torpaq sahəsi X3 mülkiyyətində olmuşdur. 8. xx.xx.1965-ci il tarixli “Müqavilə”nin surətindən görünür ki, X2 Nuxa şəhəri, Əzizbəyov küçəsi ev 8 ünvanında yerləşən 21,80 kv.m fərdi yaşayış evini və 411 kv.m torpaq sahəsini X1. 9. “Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi”nin 2500a inventar nömrəli, 38/24a nömrəli,xx.xx.2003-cü il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun surətinə əsasən, Əzizbəyov küçəsi 8a ünvanında yerləşən fərdi yaşayış evi Nəbiyeva Zərxanım və X14 mülkiyyətində olmuşdur. Sənəddə faktiki torpaq sahəsinin 7 33,70 kv.m olduğu göstərilmişdir. 10. xx.xx.2003-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, Şəki 2 nömrəli notariat kontoru tərəfindən xx.xx.1996-cı il tarixdə təsdiq edilən və reyestrdə 2v-1/17 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2000-ci ildə vəfat etmiş X10 vərəsəsi X16r. Miras əmlak Şəki şəhər İnventar bürosunun xx.xx.2003-cü il tarixli 305 nömrəli arayışı və qeydəalma vəsiqəsinə əsasən 733,7 kv.m torpaq sahəsində yerləşən 21,8 kv.m yaşayış sahəsi, 15,6 kv.m köməkçi sahəsi, 37,4 kv.m ümumi sahəsi olan fərdi yaşayı evindən ibarətdir. 11. 9114/3193 nömrəli “Qeydiyyat vəsiqəsi”nin surətinə əsasən, Əzizbəyov küçəsi ev 8a ünvanında yerləşən fərdi yaşayış evi X14 mülkiyyətində olmuşdur. 12. xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağış lanması müqaviləsi”nin surətinə əsasən, X9 şəhəri, Əzizbəyov küçəsi 8a ünvanında yerləşən fərdi yaşayış evini X7 bağışlamışdır.
13. RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışın surətinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində, evin yerləşdiyi 0,0411 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmuş, torpaq sahəsi üzərində hüquq növü istifadə kimi qeyd edilmişdir.
14. RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışın surətinə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,0411 torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir.
15. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)5610/2017 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı X5 həmin iş üzrə cavabdehlər X13, İd diaçı, X29, X26 və DƏDRX 12 saylı ərazi idarəsinə qarşı “mülkiyyətində olan fərdi yaşayış evinin və torpaq sahəsinin sərhəd hasarının çəkilməsi ilə bağlı cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X5 mülkiyyətində olan Şəki şəhəri Ş.Axundova küçəsi 8a saylı fərdi yaşayış evinin və 0,0411 ha torpaq sahəsinin sərhəd hasarlarının çəkilməsi ilə bağlı cavabdehlər X13, İddiaçı, X29, X26 tərəfindən hasarın çəkilməsinə maneçiliklə bağlı edilən qanunsuz hərəkətlərinə son qoyulması qərara alınmışdır. Qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)838/2018 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-5610/2017 nöm rəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)68/2019 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə İddiaçı cavabdehlər X7 və DƏDRX 12 saylı şəki ərazi idarəsinə qarşı “tikilinin sökülməsi və qapının bərpası” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-2511/2019 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-68/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Cavabdehin xx.xx.2022-ci il tarixli **********78 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur: - xx.xx.1973-cü il tarixində vəfat etmiş X15 vəfat etdiyi tarixə qanuni istifadə sində (hüquqmüəyyənedici sənədlərə əsasən) 2500 inventar nömrəli xx.xx.1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə adi pasportunda qeyd edilənə əsasən 0,1037 ha torpaq sahəsi mövcud olmuşdur. Həmin pasportda döngə nöqtələrinin koordinatları qeyd edilmədiyindən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təqdim etmək mümkün deyildir. - 2500 inventar nömrəli xx.xx.1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə adi pasport əsasında S.Ağayevaya məxsus olmuş torpaq sahəsi ilə X7 məxsus ünvan 5 ünvanında yerləşən 0.0411 ha torpaq sahələrinin hansı hissədə üst-üstə düşmə olduğunu, 2500 inventar nömrəli xx.xx.1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizas iya və qiymətləndirməsinə adi pasportunda həmin torpaq sahəsinə məxsus döngə nöqtələrinin koordinatları qeyd olunmadığından müəyyən etmək mümkün deyildir. - 2500 invertar nömrəli xx.xx.1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə adi pasportunda yer alan torpaq sahəsinin sxeminin cizgi xətləri oxşarlıq təşkil etsə də, həmin torpaq sahəsinə dair heç bir döngə nöqtəsinin koordinatı mövcud olmadığından X7 məxsus ünvan 5 ünvanında yerləşən 0,0411 ha torpaq sahəsinin, S.Ağayevaya məxsus torpaq sahəsi ilə hansı hissədə üst-üst düşməsi və üstüstə düşən hissələrin plana müvafiq ölçüdə çıxılaraq, yerdəqalan torpaq sahəsinin faktiki hansı hissələrdə və hansı ölçülərdə olmasının dəqiq göstərilməklə yerləşmə yerini dəqiq göstərmək mümkün olmam ışdır. - X8 adına tərtib edilmiş **********97-10301 reyestr nömrəli, torpaq sahəsinin planında göstərilən 0,0411 ha torpaq sahəsi ilə X10 adına tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasprotunun "torpaq sahəsinin planı” hissəsində göstərilən torpaq sahəsi və A.Abdurahmanovanın faktiki istifadəsində olan torpaq sahələrinin konfiqurasiyaları və cizgi xətləri uyğunluq təşkil edir. Lakin 2003-cü il tarixində X10 adına tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda həmin torpaq sahəsinə dair heçbir döngə nöqtəsinin koordinatları göstərilmədiyindən müqayisəli şəkildə göstərilmiş sxematik plan və 2003-cü il tarixində X10 adına tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda göstərilən torpaq sah əsinə dair döngə nöqtələrinin koordinatları qeyd edilmədiyindən həmin koordinatları təqdim etmək mümkün deyildir.
18. İddiaçı cavabdehə müraciət edərək, vərəsəsi olduğu X19 məxsus fərdi yaşayış evini və onun altında yerləşən 0,730 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsini xahiş etmişdir.
19. Cavabdeh xx.xx.2020-ci il tarixli **********47 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə Səkinə Qaffar qızının adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 21 noyabr 1962-ci il tarixdə 2500 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilməsi barədə məlumat mövcu ddur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport yaşayış evləri, habelə onların altında olan torpaq sahələrinin qeydiyyatı üçün əsasdır. Sözügedən fərdi yaşayış evinin sənəd üzrə həyətyanı torpaq sahəsi 0,0626 ha, faktiki torpaq sahəsi 0,0432 ha olmaqla, sənəd üzrə sahədən az olduğundan, həmçinin “Azərbaycan Respublikasında torpaq münasibətl ərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin yazılı razılığı əsasında yol verildiyindən və notarial təsdiq edilmiş razılıq ərizəsi ərazi idarəsinə təqdim edilmədiyindən iddiaçının müraciətinin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
20. İddiaçı 1 mart 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini və onun altında yerləşən 0,730 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri Ş.Axundova küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 0,1140 ha torpaq sahəsi X19 məxsus olmuşdur. Səkinə Qaffarova xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. X36 şəhəri Ş.Axundova küçəsi ev 8 ünvanında yerləşən 0,1140 ha torpaq sahəsinin 411 kv.m hissəsini X4 ayırmışdır. Firuzə Məhərrrəmova həmin torpaq sahəsinin 411 kv.m hissəsini X1. Zərxanım Nəbiyeva sağlığında sözügedən 411 kv.m torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini oğlu X17 bağışlamışdır. Niyazi Nəbiyev isə sözügedən əmlakı qızı X7 bağışlamışdır. Hal-hazırda A lmaz Abdurahmanovanın adına ünvan 7 ünvanında yerləşən torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda evin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü 0,0411 ha göstərilmişdir. X28 Şəki şəhəri Ş.Axundova küçəsi ev 8 ünvanında yerləşən Səkinə Qaffarovaya məxsus fərdi yaşayış evinin yerləşdiyi 0,730 ha torpaq sahəsinin 0,3 ha hissəsini zəbt edərək hasara almışdır. 07 may 1938-ci il tarixli torpaq qeydindən görünür ki, ünvan 8, hazırkı Şəki şəhəri Ş.Axundova küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin ümumi ölçüsü 0,1140 ha olmuşdur. Həmin torpaq sahəsinin 411 kv.m hissəsi bağışlama müqaviləsi əsasında X5 mülkiyyətindədir. Yerdə qalan 0,730 ha hissə isə Səkin ə Qaffarovanın istifadəsində saxlanılmış və həmin hissədə ona məxsus fərdi yaşayış evi yerləşir. Bundan əlavə X24 Qaffarovaya məxsus fərdi yaşayış evinin giriş qapısını bağlayaraq fərdi yaşayış evinə giriş və çıxışa maneələr yaradır. Bu səbəbdən iddiaçı cavabdehə müraciət edərək, Səkinə Qaffarovaya məxsus fərdi yaşayış evini və onun altında yerləşən 0,730 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
22. Cavabdehin xx.xx.2021-ci il tarixli **********42 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunun əsasını imtina məktubunun dəlilləri təşkil edir.
23. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərə k Şəki şəhəri Ş.Axundova küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evini və onun altında yerləşən 0,0730 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb X15 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-630/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
24. Məhkəmə iddia ərizəsində və digər ərizələrdə torpaq sahəsinin ölçüsünün kv.mdən hektara çevrilməsi zamanı göstərilmiş rəqəmləri (0,730 ha əslində 0,0730 kimi qeyd olunmalıdır və s.) texniki səhv olaraq qəbul etmiş və formal yalnışlığın aradan qaldırılmasının zəruriliyi qənaətinə gəlmişdir.
25. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin olunmasını xahiş etm iş, həmçinin ərizə təqdim edərək, iddia qaldırmaqda məqsədinin X15 adına istifadəsində olan 0,0431 ha, 112 kv.m, 0,0244 ha torpaq sahəsini və orada yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi olduğunu bildirmiş, yalnız 0,0431 ha torpaq sahəsi və evin qeydiyyata alınması ilə razı olmadığını qeyd etmişdir.
26. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-48/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia təmin edilməmişdir.
27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsini əsaslandırmaq üçün məhkəməyə təqdim edilmiş xx.xx.1938-ci il tarixli torpaq qeydinin surətində Səkinə Qaffar qızının övladları Məhərrəm, Lütfəli, Adil, Kamil, Firuzə və Firdosi ilə birlikdə istifad əsində ümumi 1140 kv.m. torpaq sahəsi olduğu qeyd edilmişdir. Lakin iş üzrə yuxarıda qeyd edilmiş sonrakı tarixlərə aid digər torpaq sənədlərində həmin ölçüyə rast gəlinməmiş, iş materialları ilə öz təsdiqini tapmamışdır.
28. Cavabdehin iddiaya qarşı xx.xx.2021-ci il tarixli rəsmi münasibətində bildirdiyi sözügedən fərdi yaşayış evinin sənəd üzrə həyətyanı torpaq sahəsinin 0,0626 ha, faktiki torpaq sahəsinin isə 0,0432 ha olduğu nəzərə alınarsa, X15 qanuni istifadəsində olmuş torpaq sahəsinə münasibətdə (1-ci sualın cavabalandırılması ilə əlaqədar əldə olunmuş nəticəyə müvafiq ölçülərdən) üçüncü şəxs X7 mülkiyyət hüququ əsasında məxsus olan 411 kv.m torpaq sahəsi çıxılmaqla, qalan torpaq sahəsinin faktiki yeri təqdim edilmiş sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsas ən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində 0,0431 ha torpaq sahəsi vardır.
29. Üçüncü şəxsin mülkiyyətində 0,0411 ha torpaq sahəsi, zəbtində isə 0,0244 ha zəbt torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik üçüncü şəxsin torpaq sahəsinə aid hasar daxilində daha 112 kv.m. torpaq sahəsi mövcuddur. İddiaçının istifadəsində olan torpaq sahəsi ilə, üçüncü şəxsin zəbtində olan 0,0244 ha torpaq sahəsi və digər 112 kv.m torpaq sahəsi arasında heç bir birbaşa yol əlaqəsi yoxdur, qeyd olunan torpaq sahələri arasında üçüncü şəxsin mülkiyyətində olan 0,0411 ha torpaq sahəsi yerləşir, zəbt torpaq sahəsi və 112 kv.m. torpaq sahəsinin yol ilə birbaşa əlaqəsi mövcud deyil.
30. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 0,0431 ha torpaq sahəsinin fərdi yaşa yış evi ilə birlikdə qeydə alınmasından deyil, üçüncü şəxsin zəbtində və istifadəsində olan 0,0244 ha və 112 kv.m. ölçüdə müxtəlif ərazilərdə yerləşən və bir biri ilə birbaşa quru əlaqəsi, yəni keçid yolu olmayan, eyni zamanda yol ilə heç bir əlaqəsi olmayan (üç tərəfdən qonşu torpaq sahələri, bir tərəfdən isə A.Abdurahmanovun mülkiyyətində olan torpaq sahəsi ilə əhatə olunmuşdur) 3 hissədən ibarət torpaq sahəsinin və fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi S.Qaffarovanın adına qeydə alınmasından ibarətdir. Cavabdeh öz növbəsində iddiaçının istifadəsində olan 0,0431 ha torpaq sahəsinin fərdi yaşayış evi ilə qeydə alınmasına etiraz etməmiş, iddiaçı daşınmaz əmlakın qeyd olunan şəkildə dövlət qeydiyyatına alınmasına etiraz edərək, belə olan halda hüquqi maraqlarının təmin olunmayacağn ı bildirmişdir.
31. Məhkəmə hesab etmişdir ki, iddia tələbi və işin halları ilə S.Qaffarovanın üçüncü şəxsin istifadəsində olan 112 kv.m. torpaq sahəsinə hüququnu təsdiq edən hər-hansı sənəd müəyyən edilməmiş, 0,0244 ha torpaq sahəsinin isə torpaq qeydlərinə əsasən üçüncü şəxsin zəbtində olması müəyyən edilmişdir. Digər tərəfdən isə qanunverici müxtəlif ərazilərdə yerləşən, yola çıxışı və bir-biri ilə bağlılığı olmayan torpaq sahələrinin vahid daşınmaz əmlak kimi qeydə alınmasına yol vermir.
32. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
33. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-383/2022 nömrəli, 24 noyabr 2022-ci il t arixli qərarı ilə (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-48/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
35. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
36. Kassasiyaçı qeyd etmişdir ki, işə baxan məhkəmə sözügedən fərdi yaşayış evinə məxsus torpaq sahəsinin ilkin sənədlərinə nəzər yetirmədən ədalətsiz qərar qəbul etmişdir. Mübahisədən aydın görünür ki, 0,1140 ha torpaq sahəsinin sxematik planı dəfələrlə reyestr idarəsi tərəfindən dəyişdirilmişdir. Lakin məhkəmə işə baxdığı müddət ərzində həmin planın hansı səbəbə dəyişdirilməsi barədə reyestr idarəsinə sorğu verməmiş və əksinə torpaq sahəsinin ilkin sənədlərinin hüquqi sənəd olmadığını vurğulamışdır.
37. Məhkəmə qeyd etmişdir ki, 0,244 ha torpaq sahəsinin torpaq qeydlərinə əsasən həmin torpaq sahəsi Almaz Abdurahmanovanın zəbtindədir. Sual yaranır ki, Almaz Abdurahmanovaya 411 kv.m torpaq sahəsi satıldığı halda hansı əsasla 0.1140 ha torpaq sahəsinin qalan hissəsi onun zəbtinə verilmişdir. İşin faktiki hallarından görünür ki, hazırkı mübahisə ilə bağlı heç bir araşdırılma aparılmamışdır.
38. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsini əsas landırmaq üçün məhkəməyə təqdim edilmiş xx.xx.1938-ci il tarixli torpaq qeydinin surətində Səkinə Qafar qızının övladları Məhərrəm, Lütfəli, Adil, Kamil, Firuzə və Firdosi ilə birlikdə istifadəsində ümumi 1140 kv.m. torpaq sahəsi olduğu qeyd edilmişdir. Lakin iş üzrə sonrakı tarixlərə aid digər torpaq sənədlərində həmin ölçüyə rast gəlinməmiş, iş materialları ilə öz təsdiqini tapmamışdır.
39. Bundan başqa, RX seriyalı ******* nömrəli xx.xx.2015-ci iltarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində, evin yerləşdiyi 0,0411 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmuşdur, torpaq sahəsi üzərində hüquq növü istifadə kimi qeyd edilmişdir.
40. Eyni zamanda, RX seriyalı ******* nömrəli xx.xx.2016-cı iltarixli çıxarışı n təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,0411 torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir.
41. Göründüyü kimi qeyd olunan torpaq sahəsi üzərində hüquq növü istifadə xx.xx.2015-ci il tarixə kimi qeyd edilsə də məhkəməxx.xx.2016-cı il tarixdə isə həmin torpaq sahəsinin xüsusi mülkiyyətə hansı əsaslarla keçməsini araşdırmamışdır.
42. Kassasiyaçı MPM-nin 9.1, 9.3, 14.1, 14.2, 77.1, 88, 217.1 və 217.3-cü maddələrinə istinad edərək şikayətin təmin olunmasını xahiş etmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Mülki Məcəllə:... -139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqas ına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; -139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; -139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılması nın (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.... -152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:... -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -10.2. hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: -10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; -10.2.2. torpaq sahəsinin planı və ölçüsü; -10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin v ə digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; -10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.... -11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır;... -15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət q eydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....
46. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilm əsini təsdiq edən sənədlərin Siyahısı”: -2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; -2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; -2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; -2.4. üzərində mülkiyyət hüquql arı qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); -2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; -2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikin ti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; -2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.
47. Torpaq Məcəlləsi: -66.1. dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqav ilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; -67.1. torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
48. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin q ərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
49. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
50. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə müba hisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
53. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən h azırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
54. Hazırkı iş üzrə iddiaçı cavabdehə müraciət edərək, vərəsəsi olduğu X21 məxsus fərdi yaşayış evini və onun altında yerləşən 0,730 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdehin müraciətin icrasından imtina etmişdir.
55. İş materiallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 0,0431 ha torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə qeydə alınmasından deyil, üçüncü şəxsin zəbtində və isti fadəsində olan 0,0244 ha və 112 kv.m. ölçüdə müxtəlif ərazilərdə yerləşən və bir biri ilə birbaşa quru əlaqəsi, yəni keçid yolu olmayan, eyni zamanda yol ilə heç bir əlaqəsi olmayan (üç tərəfdən qonşu torpaq sahələri, bir tərəfdən isə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə əhatə olunmuşdur) 3 hissədən ibarət torpaq sahəsinin və fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi S.Ağayevanın adına qeydə alınmasından ibarətdir.
56. Məhkəmə kollegiyası hazırkı inzibati icraat üzrə apellyasiya məhkəməsinin araşdırması və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və sxemə əsasən, üçüncü şəxsin mülkiyyətində 0,0411 ha torpaq sahəsi, zəbtində isə 0,0244 ha zəbt torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik üçüncü şəxsin torpaq sahəs inə aid hasar daxilində daha 112 kv.m. torpaq sahəsi mövcuddur. İddiaçının istifadəsində olan torpaq sahəsi ilə, üçüncü şəxsin zəbtində olan 0,0244 ha torpaq sahəsi və digər 112 kv.m torpaq sahəsi arasında heç bir birbaşa yol əlaqəsi yoxdur, qeyd olunan torpaq sahələri arasında üçüncü şəxsin mülkiyyətində olan 0,0411 ha torpaq sahəsi yerləşir, zəbt torpaq sahəsi və 112 kv.m. torpaq sahəsinin yol ilə birbaşa əlaqəsi mövcud deyildir.
57. Həmçinin, iş materialları ilə S.Ağayevanın üçüncü şəxsin istifadəsində olan 112 kv.m. torpaq sahəsinə hüququnu təsdiq edən hər-hansı sənəd müəyyən edilməmiş, 0,0244 ha torpaq sahəsinin isə torpaq qeydlərinə əsasən üçüncü şəxsin zəbtində olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda qanunverici müxtəlif ərazilərdə yerləşən, yola çıxışı və bir-biri ilə bağlılığı olmayan torpaq sahələrinin vahid daşınmaz əmlak kimi qeydə alınmasına yol vermir.
58. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı inzibati mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-383/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.